Deja sözü azərbaycan dilində

Deja

Yazılış

  • Deja • 60.0000%
  • deja • 20.0000%
  • DEJA • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dejarik
Dejarik, həmçinin holoqrafik şahmat (ing. holographic chess) və ya holoşahmat (ing. holochess) — "Ulduz müharibələri" kosmik opera franşizasında yer almış, holoqrafik fiqurlardan istifadə edən uydurma stolüstü oyun. Bu, damalı taxtada oynanıldığından, burada hər bir fiqurun xüsusi hərəkət və hücum üsulu olduğundan və fiqurlar rəqibin tutduğu xanaya düşdüyü halda digər fiquru oyundan ixrac etdiyindən bəziləri tərəfindən Yerdəki şahmatın bu kainatdakı qarşılığı kimi təsvir edilmişdir. İllər ərzində dejarik üçün bir neçə rəsmi və qeyri-rəsmi replikalar hazırlanmışdır. 2021-ci ildə olan məlumata görə, oyun üçün heç bir rəsmi qayda dəsti buraxılmamışdır. Bunun əvəzinə oyun üçün əsasən azarkeşlər tərəfindən hazırlanmış bir sıra müxtəlif qaydalar dəsti mövcuddur. Oyunda istifadə olunacaq fiqurların sayı belə bəlli deyil, lakin bunun ən məşhur versiyasında səkkiz fiqurdan istifadə edilir. Oyun 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində "Millennium Falcon" kosmik gəmisindəki səhnədə debüt etmişdir. Dejarik fantastik əsərlərdə holoqramların, üçölçülü qrafik və artırılmış reallıq texnologiyalarının klassik, erkən nümunələrindən biri kimi tanınır.
Dejavü
Dejavü (fransızcadan tərcüməsi artıq görülmüş) — ilk dəfə baş verən hadisəni daha əvvəl gördüyümüz və yaşadığımız, ilk dəfə gedilən yerdə artıq bir dəfə olduğumuz hissini oyandıran illüziya deməkdir. Dejavünü qısaca olaraq “xəbərsiz tanışlıq” kimi xarakterizə etmək olar. Bu tanışlıq adətən qorxu, yadlıq və qəribəlik hissləri ilə müşayət olunur. Dejavü bütün yaş qruplarına aid insanlara təsir göstərir, lakin daha çox yeniyetmələr və gənclər (15-25 yaş arası) bu hissə qarşı həssasdırlar. Dejavü bir çox hallarda “gələcəyi xatırlamaq” kimi təsvir edilir və bu məşhur fenomen sağlam insanların 97 faizində ən azı bir dəfə yaşanmışdır. Bu hissi təsvir etmək çox çətindir. Bu halla qarşılaşan insanlar bəzən özlərini fövqəlgücə sahib hesab edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına dejavü deyilir. Dejavünun tərsi jamevudur. Yaşadığın hadisələri heç vaxt yaşamamış kimi hiss etməyə jamevu deyilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.17

Oxşar sözlər

#deja nədir? #deja sözünün mənası #deja nə deməkdir? #deja sözünün izahı #deja sözünün yazılışı #deja necə yazılır? #deja sözünün düzgün yazılışı #deja leksik mənası #deja sözünün sinonimi #deja sözünün yaxın mənalı sözlər #deja sözünün əks mənası #deja sözünün etimologiyası #deja sözünün orfoqrafiyası #deja rusca #deja inglisça #deja fransızca #deja sözünün istifadəsi #sözlük