delta-şüa sözü azərbaycan dilində

delta-şüa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • delta-şüa • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Delta
Delta (hərif) — yunan hərfi. Delta (çay) — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delta (maliyyə) — Baza aktivinin qiymətinin dəyişməsi nəticəsində derivativ alətinin qiymətinin nə qədər dəyişəcəyini əks etdirən göstərici. Delta Telekom — təşkilat "Delta" dəstəsi (film, 1986) — 1986-cı ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ film Deltayabənzər əzələ — insan çiyninin səthi əzələsi Melaleuca delta — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Şüa (həndəsə)
Şüa — düz xəttin üzərindəki hər hansı bir nöqtədən eyni tərəfdə yerləşən (həmin nöqtə də daxil olmaqla) nöqtələr çoxluğudur. Bir tərəfdən məhdud olan düz xəttt hissəsinə şüa və ya yarım düz xətt deyilir. Bir düz xətt üzərində olan ortaq başlanğıclı iki yarım düz xəttə tamamlayıcı yarım düz xətt və ya şüa deyilir.
Şüa (texnika)
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Şüa Hüseynov
Şüa Hüseynov (tam adı: Hüseynov Şüa Hüseyn oğlu; 27 fevral 1939, Kirovabad) — 1967-1995-ci ilə qədər Respublika Ağır atletika Federasiyasının prezidenti, Azərbaycan Respublikasının "əməkdar müəllimi", Beynəlxalq dərəcəli hakim. == Həyatı == Hüseynov Şüa Hüseyn oğlu 1939-cu il fevralın 27-də Gəncə şəhərində anadan olmuşdur. === Təhsili === O, 1952-ci ildə 15 saylı orta məktəbi bitirdikdən sonra Gəncə İnşaat Texnikumuna daxil olmuş, 1956-cı ildə həmin texnikumu bitirmiş, 1958-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstiutuna daxil olub, 1962-ci ildə institutu bitirmiş, həmin ili Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuş, 1967-ci ildə universiteti müvəffəqiyyətlə bitirmişdir. == Fəaliyyəti == 1961-ci ildən Ali məktəbdə işləyir. 1967-ci ildə Azərbaycan DBTİ-da müəllim, baş müəllim 1969-ci ildə, elmlər namizdə 1974-ci ildə dosent (1980), 1994-cü ildən professor adına layiq görülmüşdür. 1978-2015-ci illərə kimi “Ağır atletika və boks” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 50-dən çox elmi əsərin müəllifidir. Bu əsərlərdən 80 çap vərəqi həcmində tədris və tədris-metodiki vəsaitdir ki, idman mütəxəssisləri respublikamızda bu əsərlərldən səmərəli istifadə edirlər. === İdman fəaliyyəti === İdman sahəsində bir mütəxəssis kimi 1955ci ildən fəaliyyət göstərməyə başlayıb. 1969-ci ilə qədər müxtəlif idman cəmiyyətlərində baş məşqçi işləyib və 15 nəfərdən artıq idman ustası hazırlamışdır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Delta (maliyyə)
Delta (çay)
Delta — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. == Ümumi məlumat == Delataların meydana gəlməsində çay və dəniz suyunun hərəkətləri(qabarmalar), sahillərin forması, quru və dəniz dibinin hündürlük fərqi əsas rol oynayır. İlk mərhələdə sualtı deltalar əmələ gəlir (Hind, Şimali Dvina çaylarında). Sonra, çəküntülərin qalınlığı artdıqca körfəzin işçərilərinə yerləşmiş deltanın özü (Qanq və Brahmaputranın deltası) və dənizə irəliləmiş deltalar meydana gəlir ( Lenanın, Volqanın, Missisipi və digər bir çox çayların deltaları) Deltaların əmələgəlməsində və böyüməsində dəniz fəal iştirak edir. Axınlar və sahilə çarpan ləpələr mənsəbqabağı tirələri dəniz qumu ilə örtür, deltaların böyüməsinə səbəb olur. Bəzən deltalar (məsələn, Kamçatka çaylarının deltaları) dəniz axınlarının gətirdiyi çöküntülərdən ibarətdir, çayın rolu belə halda ancaq passiv olur. Nəhayət, bəzi çaylar (məsələn, Neva) saxta deltalı olur. Nevanın suyu olduqca təmizdir; gətirilmə çay çöküntüləri çox nazik lay — sualtı delta və deltaqabığı say əmələ gətirir. Sankt-Peterburqun salındığı adalar çay çöküntülərindən əmələ gəlməmişdir, onlar materikin Neva tərəfindən parçalanmış qədim ovalıq hissələridir.
Delta Force
1-ci Xüsusi Qüvvələrin Əməliyyat Komandası-Delta (ing. 1st Special Forces Operational Detachment-Delta - 1st SFOD-D) geniş yayılmış adları ilə Delta , Delta Force və ya Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi tərəfindən Combat Applications Group (Mübarizə Tətbiqləri Qrupu) olaraq adlandırılan, elit Special Operations Force (SOF) (Xüsusi Əməliyyat Qüvvələri) və Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (JSOC) təşkilatını tamamlayan ünsürdür. ABŞ Ordusu - (US Army) ABŞ Hərbi Dəniz Qüvvələrindəki həmkarı, US Navy DEVGRU ilə birlikdə 2 birinci səviyyəli (Tier 1) antiterror və xüsusi missiyalar dəstəsidir. Delta Force ən yaxşı xüsusi operatorlardan və xüsusi olaraq hazırlanmış və diqqətlə seçilmiş ordunun əsgərlərindən ibarətdir. Delta Forcenin əsas vəzifəsi terrorla mübarizə, üsyan əleyhinə mübarizə aparmaq və milli vasitəçilik əməliyyatları olsa da, bu gizli missiyalar daxilində bir çox gizli tapşırıqları yerinə yetirən son dərəcə çevik bir təşkilatdır. Bu gizli tapşırıqlara girovları xilas etmək, basqın etmək və gizli düşmən qüvvələrini aradan qaldırmaq daxildir. Vyetnam müharibəsinə qədər ABŞ Xüsusi Qüvvələri ABŞ ordusunun Xüsusi Əməliyyat Qüvvələri, sadəcə olaraq qeyri-nizami döyüşlərə köklənmişdi, Vyetnam müharibəsindən sonra keçmiş Yaşıl Beret zabiti olan Charles Beckwith İngilis Xüsusi təyinatlıları olan SAS ilə ortaq bir əməliyyatdan geri qayıtdıqdan sonra komandirlərinə 22-ci SAS Birliyi kimi “Bizə yalnız Təlimçilər deyil (Qeyri-nizami müharibə ilə əlaqədar olaraq), həm də təcrübəçilər lazımdır” düşüncəsini təqdim etdi və daha elit antiterror və birbaşa əməliyyat qrupu olan Xüsusi Missiya Bölməsini - Delta Forceni qurdu. İlk bölmələr 1978-ci ildə yaradıldı. İlk əməliyyatları İranda girov saxlanılan diplomatları xilas etmək tapşırığı olan Qartalın Pəncəsi əməliyyatı idi. Bu əməliyyatlardakı çatışmazlıqlar əsasında hava dəstəyi üçün 160-cı Xüsusi Əməliyyat Aviasiya Polku yaradılmışdır.
Delta Telekom
Delta Telekom — Azərbaycanda telekommunikasiya şirkəti. == Yaranması == XXI əsrin astanasında dünya üzrə peyk rabitəsi istiqamətində kifayət qədər bahalı kanallardan qənaətlə istifadə edən peyk rabitə vasitələri tətbiq olunurdu. Odur ki, Azərbaycanda da analoji texnologiyanın istifadəsinə ehtiyac duyulurdu. Mövcud təlabatı nəzərə alaraq, Delta Telecom korporativ şəbəkənin yaradılması üzrə layihələr işləməyə başladı. İlk layihədə Zaqafqaziyada yeganə olan Mərkəzi Peyk Rabitə Stansiyası tikilib istifadəyə verildi. Başlanğıcda bu stansiya vasitəsilə Azərbaycan Beynəlxalq Bankının bir neçə məntəqələri ilə baş ofisi arasında rabitə yaradıldı. Rabitənin keyfiyyəti sınaqdan keçirildikdən sonra Azərbaycan Beynəlxalq Bankının, Dövlət Gömrük Komitəsinin bölgələrdəki məntəqələrini baş ofisləri ilə birləşdirən korporativ peyk rabitə şəbəkəsi quruldu. Hal-hazırda Azərbaycan Beynəlxalq Bankı, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, AzərCot, MKT-Cotton, AMEA Seysmoloji Ölçmələr Mərkəzi, AP Moller Mayersk kimi təşkilatlar Delta Telekomun müştəriləridir.
Delta düzənliyi
Delta düzənliyi — çay dərələrində və ya onun ağız hissəsində, eləcə də yer qabığının çökməyə məruz qalan çökəkliklərində çay çöküntülərinin toplanması nəticəsində əmələ gələn, düzənlik /Xuanxe, Hind, Volqa, Terok, Po, Kür çaylarının deltaları/.
Delta qanad
Delta qanad üçbucaq şəkilli qanadlara verilən addır. Delta adı, Yunan hərfi olan delta (Δ) hərfinin böyük yazısından meydana gəlmişdir. Delta qanadları ilk dəfə XVII əsrdə Reç Pospolita Kommanvelz ixtiraçısı Kazimierz Siemienowicz tərəfindən nəzərdən keçirilmişdir. Yataq quyruq qanadından istifadə etməyən Delta qanadlı təyyarələrin inkişafına İkinci Dünya Müharibəsindən sonra Almaniyada Neythen Woolford və SSRİ-də Boris İvanoviç Cheranovski rəhbərlik etmişdirlər, lakin öz modelləri olan playnerlər və təyyarələrdən heç biri geniş istifadə edilməmişdir.
Delta ştatı
Delta ştatı (ing. Delta State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir.
Kronecker delta
Kronecker delta və ya Kronecker delta funksiyası — Leopold Kronecker tərəfindən irəli sürüldüyünə görə onun adını almışdır. Kronecker delta funksiyası bu şəkildə verilir; δ k l = { 1 , k = l 0 , k ≠ l {\displaystyle \delta _{kl}={\begin{cases}1,&k=l\\0,&k\neq l\end{cases}}} Bundan əlavə rezidu hesabını düşünsək, Kronecker deltanın bir başqa təmsili də C sıfır ətrafında saat əqrəbi istiqaməti tərs qapalı bir mühit olmaq üzrə bu şəkildədir. δ x , n = 1 2 π i ∮ d z z x − n − 1 , {\displaystyle \delta _{x,n}={\frac {1}{2\pi i}}\oint dz\,z^{x-n-1},} Funksiya simvolundan çox işarələr sistemində sadələşdirici element kimi istifadə edildiyindən adətən Kronecker delta (və ya Kronecker deltası) olaraq qəbul edilir. Xüsusilə hündürlük əlaqələrində sıx istifadə edilən bir xüsusiyyəti j ∈ Z {\displaystyle j\in \mathbb {Z} } olmaq şərtilə belə verilir. ∑ i = − ∞ ∞ δ i j a i = a j . {\displaystyle \sum _{i=-\infty }^{\infty }\delta _{ij}a_{i}=a_{j}.} Kronecker delta və Dirac delta arasında kəsintilik və zaman əlaqəsi vardır. Başqa cüq desək Kronecker delta Dirac deltanın kəsintili fəzadakı formasıdır.
Melaleuca delta
Melaleuca delta (lat. Melaleuca delta) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Elektron-şüa borusu
Elektron-şüa borusu (CRT - cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmiş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir. Titrəməni olmaması üçün elektron şüa ekran görüntüsünü saniyədə 30 və ya daha artıq dəfə təzələyir. Görüntünün aydınlığı (dəqiqliyi) ekrandakı piksellərin sayından asılı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Delta Air Lines
Delta Air Lines (Azərbaycan dilində: Delta Hava Yolları) və ya sadəcə Delta (NYSE: DAL) ABŞ-nin Corciya ştatının Atlanta şəhərində mərkəzi yerləşən aviakompaniyadır. Ölkənin ən böyük hava yolu şirkətlərindən biri olan Delta Atlanta Beynəlxalq Hava Limanı başda olmaqla, 3-ü xaricdə olmaqla cəmi 13 istiqamətdən, 2015-ci ilin mart ayına olan məlumata görə isə 59 ölkədə 326 fərqli istiqamətə uçuşlar həyata keçirir.Delta SkyTeam hava yolları alyansının 4 qurucu üzvündən biri hesab olunur. Delta aviakompaniyasının həmçinin Air France-KLM, Alitalia, Virgin Atlantic və Virgin Australia ilə müştərək fəaliyyətləri mövcuddur. Regional əməliyyatlarını isə Delta Connection brendi adı altında həyata keçirir. 2014-cü ildəki statistik məlumatlara əsasən Delta; daşınmış planlı sərnişinlərin sayı əsas götürüldüyü zaman, o, daşıdığı 129,4 milyon sərnişini ilə bu sahədə dünyanın ən böyük şirkətinə çevrilir ; Uçuş üzrə hər kilometr başına düşən sərnişin gəlirinə görə isə yenə də o, əldə etdiyi 290,8 milyard ABŞ dolları gəliri ilə birinci yerə çıxmışdır .
Mitre Delta-1000
Mitre Delta-1000 — futbol topu Bu top daha çox rəngi ilə İngiltərədə futbolun 1986-cı ildə yenidən məşhurlaşmasında böyük rol oynayıb.
Dənizdə şüa (film, 1967)
== Məzmun == Film Gilov adasındakı mayakın işçilərindən, onların xidmətindən, mayakın gecələr balıqçılara, dənizçilərə və neftçilərə yol göstərməsindən danışır.
Delta dəstəsi (film, 1986)
"Delta" dəstəsi — 1986-cı ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ filmidir. == Məzmun == Polkovnik Nik Aleksandr və "Böyük" Skott MakKoyun əmri altında dünya səviyyəli döyüşçü bir şöbə "Delta əməliiyatı" adı altında amerikan turistlərini ələ keçirən terroristlərin yaşadığı Beyrut şəhərinə göndərdi. Onlara Yaxın Şərq gəldikdən sonra xəbər çatdı ki, terroristlər qadınlar və uşaqlarə azad etmişdir. Lakin hələ də fanatik cinayətkarlar kişiləri məktəb binasında saxlayırlar. "Delta" dəstəsi qarşısındakı hər şeyə tab gətirə bilir və terroristlərindən bütün girovları azad edirlər. Lakin bu missiya yenə də bitmir. Həmin quldurlar Tehrana bir neçə girov göndərir. Hələlik döyüş Aleksandr və MakKoya qarşı işləyir... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == "Delta" dəstəsi — Internet Movie Database saytında.
Convair F-102 Delta Dagger
F-102 modelinin əsas vəzifəsi düşmən təyyarələrinin müəyyən edilməsi və məhv edilməsi idi. F-102 Dünyanın ilk hər bir hava şəraitində xidmət edə bilən supersonik önləmə təyyarəsi və ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) xidmətə qəbul edilmiş ilk delta qanadlı təyyarəsidir. İlk uçuşu 24 oktyabr 1953-cü ildə baş tutmuş, 1956-cı ildən etibarən Havadan Müdafiə Komandanlığında xidmətə qəbul edilmişdir. Convair, 975 ədədi F-102A olmaqla ümumi olaraq 1,101 ədəd F-102 istehsal etmişdir. USAF hərbi təlim təyyarəsi olaraq pilot və tələbənin yan-yana oturduğu TF-102 modellərindən də 111 ədəd satın almışdır. Təyyarədəki elektron təchizat müharibə vəziyyətində düşmən təyyarəsini müəyyən edib radarları vasitəsi ilə hücum vəziyyətinə keçirəcək, münasib zaman yetişdikdə də elektron atəşə nəzarət sisteminin köməkliyi ilə AA raket və döyüş raketlərini avtomatik olaraq atəşləyəcək şəkildə hazırlanmışdı. Bir keçid dövrü təyyarəsi olmasına baxmayaraq “Delta Dagger” uzun və uğurlu bir xidmət müddəti keçirmiş, ABŞ-ni SSRİ və digər ölkələrin hava hücumlarından müdafiə etmişdir. Ən böyük çatışmazlığı sürətinin aşağı olması idi. Çox az bir fərq ilə supersonik idi, ancaq xarici yanacaq çənləri əlavə edilincə sürəti Mach 0.95-də qalırdı və bu da sürətli bombardmançı döyüş təyyarələrini vurmağa kifayət etmirdi. Daha sürətli F-101B və F-106 modelləri meydana çıxandan sonra, onların fəaliyyət müddəti də azalmağa başladı.

"delta-şüa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#delta-şüa nədir? #delta-şüa sözünün mənası #delta-şüa nə deməkdir? #delta-şüa sözünün izahı #delta-şüa sözünün yazılışı #delta-şüa necə yazılır? #delta-şüa sözünün düzgün yazılışı #delta-şüa leksik mənası #delta-şüa sözünün sinonimi #delta-şüa sözünün yaxın mənalı sözlər #delta-şüa sözünün əks mənası #delta-şüa sözünün etimologiyası #delta-şüa sözünün orfoqrafiyası #delta-şüa rusca #delta-şüa inglisça #delta-şüa fransızca #delta-şüa sözünün istifadəsi #sözlük