deltaS sözü azərbaycan dilində

deltaS

Yazılış

  • deltaS • 33.3333%
  • deltas • 33.3333%
  • Deltas • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Amazon deltası
Amazon deltası (port. Delta do Amazonas) — Amazon çayının mənsəbində formalaşır. Amazon çayının əsas və ən gur sulu qolu olan Tokantins çayının digər çaylarla birlikdə əraziyə axması ilə meydana gəlmişdir. Hər il deltaya 6 591 km³ su və 1 mld ton çöküntü gətirilir. Para və Amapa ştatları ərazisinə daxildir. Ərazisi meşələrlə örtülüdür. Güçlü axınlar səbəbindən çay öz gətirmə suxurlarını okeana çatdıra bilmir. Bu delta estuarinin 200—350 km dərinliyinə qədər geriliyir. Burada çayın axın sürəti 25 km/s-dır. Deltanın sahəsi getdikcə artmaq əvəzinə azalır.
Dilək yarımadası və Böyük Menderes Deltası Milli Parkı
Dilək Yarımadası və Böyük Menderes Deltası Milli Parkı (türk. Dilek Yarımadası-Büyük Menderes Deltası Millî Parkı) — Qorunma hüququna malik olan Milli park, Türkiyənin qərbində qərarlaşır. İnzibati cəhətdən Aydın ili və Quşadası rayonuna daxildir. Dilək yarımadasının 10, 985 ha ərazisi 19 may 1966-cı ildə milli park statusu alır. 1994-cü ildə onun ərazisinə Böyük Menderes deltası parkın ərazisinə daxil edilmişdir. 1994-cü ildə milli parkın ərazisi 16 690 ha ərazi böyümüşdür == Biologiya == Parkın ərazisi rəngarəng bitki və heyvalar aləmi ilə zəngindir. Parkın ərazisi Ramsar konvensiyası, Bern konvensiyası, Bioloji müxtəliflik haqqında konvensiya, və Barselona konvensiyası ilə qorunur. === Flora === Temperatur və iqlim rəngarəngliyi səbəbindən park ərazisində təkcə Egey florası deyil həm də bütün Türkiyə ərazisində rasyt gəlinən bitki örtüyünə rast gəlmək olar. Burada Aralıqdənizi regionu, Mərmər dənizi regionu və Qaradənizi regionuna xas bitkiləri görmək olur. Milli park ərazisində 800 növ bitki yetişir.
Dnepr deltası
Dnepr deltası - Dnepr çayının aşağı axarında, onun Qara dənizin Dnepr limanının töküldüyü hissədə formalaşır. Bu sahəsinə görə Ukraynanın Dunay deltasıdan sonra ikinci böyük deltasıdır. Dunay deltasından fərqli olaq deltası üçbucaq formaya malik deyildir. == Hidroqrafiya == Dnepr deltası Konka qolunun mənsəbindən 50 km yuxarıda yerləşir. Delta dördbucaqlı formaya malikdir. Onun eni 10-12 km, bəzi hissələrdə 17 km çatır. Cənubdan Aleşkov qumları ilə əhatələnir. Delta 350 km² əraziyə sahibdir. Bura gölllər, gölməçələr, boğazlar, adalar daxildir. Öz ölçüsünə görə Böyük Potyomkin adası fərqlənir.
Don deltası
Don deltası (antik dövrdə — Maeotis bataqlığı) — Azov dənizi sahillərində yerləşən iki deltadan biri. Delta Don çayının mənsəbində qərarlaşır. İnzibati cəhətdən Rusiyanın Rostov vilayəti ərazisində yerləşir. Don çayı deltasının sahəsi 538 km² təşkil edir. Ölçüsünə görə Kuban deltasından 12,5 % kiçik olsa da, gursululuğuna görə Kubandan 1,5—2 dəfə çoxdur. Delta Taqanroq körfəzinin şimal-şərq sərhədi ilə sərhəddir. == Xüsusiyyətləri == Hazırda Don çayının deltası 538 km² təşkil edir. Delta Rostov-na-Donu şəhərindən aşağı ərazidə yerləşir. Don çayı deltada çoxlu qollara ayrılır: Kalança çayı, Köhnə Don, Böyük Kuterma, Perevoloka, Mokraya Kalanka və s. Üztəlik buradan Azov magistral kanalı keçir.
Dunay deltası
Dunay Deltası — Avropanın Volqa deltasından sonra ikinci böyük deltasıdır. Deltanın sahəsi 4152 km² təşkil edir. Deltanın 3446 km² (83,0 %) Rumıniyada, yerdə qalan hissəsi (17,0 %) isə Ukrayna ərazisində yerləşir. İl ərazində deltanın sahəsi böyüyür. Belə ki, çay vastəsi ilə gətirilən lil deltanı dənizə il ərzində doğru 40 metr irəliləyir. Vaxtı ilə Qara dənizə yaxın olan yaşayış məntəqələri ilbəil sahildən uzaqlaşır. Buna misal olaraq Vilkovo şəhərini göstərmək olar. 1746-cı ildə sahil xəttinə malik olan şəhər 2005-ci ilə artıq dənizdən 6 km aralıda qərarlaşır. Daim deltanın dəyişməsi əvvəllər Rumıniya ilə SSRİ sonradan isə Ukrayna arasında ərazi mübahisələrinə səbəb olur. == Tarixi == Yeni dövrdə delta strateji əməhiyyətə malik olması qonşu dövlətlərin ona ərazi iddiası etməsinə səbəb olmuşdur.
Hind deltası
Hind deltası (sindhi سنڌو ٽِڪور) — dünyanın ən iri çay deltalarından biri. Deltanın ümumi sahəsi 41,440 km² ərazini əhatə edir. Təqribi olaraq Ərəbistan dənizi daxilinə 130 km məsafədə uzanır. Bir çox deltalardan fərqli olaraq delta gildən təşkil olunmuşdur. Ərazisi güçlü şəkildə bataqlıqlaşmışdır. İl ərzində deltaya 250 – 500 mm arası yağıntı düşür. Pakistanın böyüklüyünə görə altıncı şəhəri olan Heydərabad burada yerləşir. Şəhər Hind çayının mənsəbindən 130 km şimalda qərarlaşır. Delta Ərəbistan dənizinin şimal-şərq sahilərində yerləşir. Delta vacid su quşlarının miqrasiya regionudur.
Kuban deltası
Kuban deltası — Rusiya ərazisində yerləşən iri deltalardan biri. Delta Kuban çayının mənsəbində yerləşir. Sahəsi 4 300 km² təşkil edir. Bu sahə Volqa çayının illik su sərfiyyatının 5 % təşkil edən Kuban çayı üçün böyük göstəricidir. Kuban deltası Azov dənizinin şərq sahillərində yerləşir. Çayın qolları sahil boyunca ensiz zolaq şəklində axır. Onun qollarından bəziləri Taman yarımadası ərazisindən dənizə tökülür. Bu isə deltanı dünyanın ən fərqli deltası edir. Belə ki yarımadanın degər sahilini Qara dənizin suları yuyur. Deltanın sahil xəttinin uzunluğu 280 km-dir.
Kür deltası
Kür deltası — delta ümumilikdə Azərbaycanda və bütün Cənubi Qafqazda yerləşən çay deltaları arasında ən böyüyüdür. Delta sahəsinə görə Xəzər dənizində yalnız Volqanın deltasından geri qalır. Kür çayının deltası tarix boyu çayın dənizə yaxın ərazilərində məcrasını dəyişməsi ilə yer dəyişmə etmişdir. Oda məlumdur ki, Kürün tarixi deltası hazırda Kür Dili yarımadası adı ilə tanınan ərazidə yerləşirdi. Tarixin müxtəlif dövrlərində baş vermiş böyük daşqınlar sayəsində çay məcrasını dəyişmişdir. Kürdə deltanın formalaşmasına ən böyük təsir göstərən əsas qol olan Araz çayıdır. Deltadan 236 km aralıda Kürə tökülən Araz ora 11 000 ton lil gətirir. Kür çayının yağış və yeraltı sularla qidalanması üstünlük təşkil etdiyindən əsasən aprel ayında daşır. Araz çayı isə qar suları ilə qidalanır və may ayında daşır. Təbii ki, Arazla gətirilən lil deltada çökür.
Lena deltası
Lena deltası — dünyanın ən böyük deltalarından biridir. Dültanın sahəsi 45 min km²-dir. Təqribi olaraq Laptevlər dənizi daxilinə 150 km daxil olmuşdur. Detla kiçik göllər, adalar və qollarla zəngindir. Dənizə yalnız üç qol dayanmadan suyunu çatdıra bilir: qərbi - Olenyokskaya, mərkəzi — Trofimovskaya və şərqi — Vısovskaya. Bu qolların hamısı gəmiçilik üçün yararlıdır. Ancaq 106 km uzunluğa malik Bıkovskaya qolu Tiksi buxtasına açılır. Burada isə Yakutiyanın dəniz qapısı olan Tiksi limanı yerləşir. Deltada Ust-Lenski qoruğu və Lena-Delta biosfer rezervi yerləşir. Onlar ümumilikdə 60 min.
Mekonq deltası
Mekonq deltası — region Vyetnamın cənub-qərbində yerləşir. Bu hissədə Mekonq çayı çoxlu qollara bölünür və delta əmələ gətirir. Delta Vyetnamın cənub-qərb ərazisinin böyük hissəsini əhatə editr. Onun sahəsi 39 000 km²-dir. Deltada torpaq sahəsi yağışlar mövsümündən asılı olaraq dəyişir. XXI əsrdə delta «biloji xəzinə» kimi tanınır. Burada gölgədə indiyənə kimi araşdırılmamış 10 000 növ müəyyən edilmişdir. O cümlədən Laod dağ sıçovulu bu qəbildəndir. == Coğrafiya == Sərhədləri: şərq — Xoşimin, qərb — Mitxo, şimal — Tyaudok—Xaten. Deltaya həmdə Fukuok adası daxildir.
Mirvari çayı deltası
Mirvari çayı deltası (çin. 珠江三角洲) — Çjuzsyan çayının aşağı axarında, estuaridə yerləşən delta. Delta erstuaridən şərqdə qərarlaşır. Delta çayın Cənubi Çin dənizinə töküldüyü hissədə meydana gəlir. 1970-ci illərdə Kommunist idealogiyalı Çinn iqtisadiyyatda liberaliszm xəttini götürür. Bunun nəticəsində delta ərazisində iri mərkəzlər təşkil olunur. Bölgə Çinin materik hissəsinin ən inkişaf etmiş bölgəsinə çevrilir. Çin hökumətinin planlarında Quançjounun sənaye potensialı ilə Honq Konqun iqtisadi gücünü artırmaq olur. Bu məqsədlə bölgəyə xarici investorları cəlb edir. Burada Lanlau və Honkonq kimi nisbətən iri adalar mmövcuddur.
Missisipi deltası
Missisipi deltası — dünyanın ən iri deltalarasından biri. Sahəsi 28.600 km² təşkil edir. Delta beş qoldan ibarət çay şəbəkəsi axır. Hər il Missisipi Meksika körfəzinə 1–1,5 milyon ton çöküntü materialları gətirir. Mineralla zəngin olan çay suyu duzlu okean suyunda zəngin yosun və planktonların olmasına səbəb olmuşdur. Balıq ovunun inkişafı üçün geniş imkanlara sahibdir. İl ərzində deltadan 1 milyona tona yaxın balıq ovlanılır. Delta ərazisində kənd təssərüfatının əkinçilik qolu olduqca yaxşı inkişaf etmişdir. Burada çəltik, pambıq, şəkər qamışı və soya əkilir.
Neman deltası
Neman deltası (lit. Nemuno delta) — Neman çayının Baltik dənizinə töküldüyü yerdə formalaşdırdığı relyef forması. Delta bir neçə çay qolları və kanallardan ibarətdir. Neman deltasında polderlər və su-bataqlıq ərazilər üstünlük təşkil edir. Bu regionun zəngin təbiəti ərazidə ekoturizmin inkişafına böyük təkan verir. Neman deltasında əsas ayrılan qol Atmata çayıdır. Digərləri daha balacadır: Pakalne, Upayte, Skirvite, Varusne və s. Deltanın ortasında Litvanın ən böyük adası — Rusne yerləşir. Adada deltanın ən böyük yaşayış məntəqəsi Rusne var. Məntəqənin əhalisi 1630 nəfərdir.
Neva deltası
Neva deltası — Neva çayının mənsəbində yerləşə delta. Sankt-Peterburq şəhərinin tarixi hissəsi burada yerləşir. Artıq XX əsrin əvvəllərinə kimi bütünlüklə inşa edilən bölgədir. == Tarixi == Deltada şəhər salınmasına qədər ərazi bütünlüklə qollarla parçalanmış, bataqlıqlaşmış ərazidən ibərət idi. Deltada bir çox xalqlar məskun olmuşdur. Burada finlərə məxsus Kalininka kəndi vardı. Ətrafında isə Avtovo (fin), Niençans (isveç) kəndləri mövcud idi. Burada şəhərin inşa edilməsinə 1703-cü ildə başlanılmışdır. Bir çox adalar bu zaman adlandırılır və bütünlüklə tikinti ərazisinə çevrilir. İri adalarda əsasən saraylar inşa edilirdi (Dovşan, Yeni Hollandiya).
Niger deltası
Niger deltası — Nigerin cənubunda Niger çayının əmələ gətirdiyi delta. Ölkənin sıx məskunlaşılmış regionlarından biridir. Niger hökumətinin məlumatına görə vilayət 70, 000 km² ərazini əhatə edir. Region ölkənin 7,5 % ərazisini əhatə edir. Əvvəllər vilayətin ərazisinə 3 ştat daxil idi: Delta, Bayels və Riverz. Ancaq 2000-ci ildə Olusequn Obasanconun hakimiyyəti dönəmində Niger deltasına 6 ştat daxil edilir: Abia, Edo, İmo, Kross River, Akba İbon və Ondo. Delta ərazisində ümumilikdə 31 mln insan yaşayır. Bu əhali 40 etnik qrupda birləşir. Etnik baxımından İco və İqbo xalqları üstünlük təşkil edir. == Neft sənayesi == İl ərzində deltadan 3 mln barel neft hasil edilir.
Nigerin daxili deltası
Nigerin daxili delta — Mali ərazisində, Niger çayının orta axarında yerləşən daxili delta. Bəzən Masina adı ilə tanınır. == Təsviri == Delta 425 uzunluğa və 87 km enə malikdir. Nigerin əsas qollarınfdan biri olan Bani çayının yatağında vaxtı ilə axarsız bir göl olmüşdür. Hazırda bu ərazidə yalnız yağıçlar mövsümündə göl əməllə gəlir. Bu sulu ərazidə çoxlu sayda canlıları müşahidə etmək mümkündür. Dörd ay müddətində(iyuldan oktyabra qədər) ddeltanın sahəsi 3,9 mın. km²-dən 20 min. km² qədər artır. == Əhali == Deltanın yerləşdiyi ərazidə Fulbe və Doqon xalqları yaşayır.
Nil deltası
Nil delası — Dünyanın ən böyük deltalarından biri olaraq, Aralıq dənizi sahili boyunca 240 km məsafədə uzanır. Delta qərbdə İsgəndəriyyədən başlayaraq şərqdə Port-Səidə qədər uzanır. Delta əvvəllər mövcud olmuş buxtanın yerində əmələ gəlmişdir. Nil deltasının sahəsi 24 min km²-dir. Qahirədən bir qədər aralıda, çayın mənsəbindən 160 km cənubda Nil qollara ayrılır. Nilin mənsəbini yunanlar "Delta" adlandırmışlar. Onlar deltanı "Δ" hərfinə bənzətmişlər. Bundan sonra dünyada olan bütün bu növ çay mənsəbləri delta adlandırılır. Misirin 80 milyonluq əhalisinin yarıya qədəri Nil deltasında cəmləşmişdir. Deltada yerləşən iri şəhərləri çıxmaq şərti ilə hər km² 1000 nəfər düşür.
Okavanqo deltası
Okavanqo deltası — Botsvanada, Okavanqo çayının Kalaharinin mərkəzi hissəsindəki tektonik bir nova çatdığı yerdə yaranan və heç bir okeanla əlaqəsi olmayan, planetin ən böyük daxili çay deltası. Delta bataqlaşmışdır və dayazdır. Deltaya çatan bütün su sonda buxarlanırvə heç bir dənizə və ya okeana axmır. Hər il təxminən 11 km3 (2.6 kub mi) su 6,000–15,000 km2 (2,300–5,800 kv. mil) sahəyə yayılır. Suyun çoxu cənuba doğru dağılır və Nqami gölünü qidalandırır. Okavanqo deltasının bataqlıqları əsasən Holosen dövründə qurumuş böyük çay sistemi olan qədim Makqadikqadi gölünün qalıqlarıdır. Delta, Tanzaniyanın Aruşa şəhərində 11 Fevral 2013 tarixində rəsmi olaraq elan edilən Afrikanın Yeddi Təbii Möcüzəsindən biri olaraq adlandırılmışdır. 22 iyun 2014-cü ildə Okavanqo deltası rəsmi olaraq UNESCO-nun Ümumdünya irsi siyahısına yazılmış 1000-ci yer oldu. == Vəhşi həyat == === Fauna === Okavanqo deltası, indi populyar bir turistik məkan olan vəhşi təbiət üçün daimi və mövsümi bir evdir.
Qanq deltası
Qanq deltası — dünyanın ən böyük deltasıdır. Delta tarixi Belqaliya vilayəti ərazisində yerləşir. 240 çayın birləşməsindən meydana gəlmişdir. Əsasən Qanq və Brahmaputra çaylarının təsiri ilə formalaşır. Qanq deltası üçbucaq formaya malikdir. Sahəsi 105 640 km² təşkil edir, bu isə Missisipi deltasından iki dəfə böyükdür. Deltaya istiqamətlənən çaylar Hindistan, Butan, Nepal, Çin və Banqladeş ərazilərindən başlanğıcını götürür. Delta iki hissəyə bölünür: Qərbi (az aktiv) və Şərqi (çox aktiv). Qanq deltası labirintlər, bataqlıqlar, adalardan ibarətdir. Burada dünyanın ən böyük manqrov meşələri yerləşir.
Qızılirmaq deltası
Qızılirmak deltası — kifayət qədər geniş ərazini əhatə edən və bataqlıqlaşmış ərazi. Türkiyənin Qaradəniz bölgəsində Qızılirmaq çayının məsəbində yerləşir. Ramsar konvensiyasına və ya su-bataqlıq sahələri üzrə konvensiyaya görə Qızılırmak deltası su quşları ilə zənginliyi səbəbindən beynəlxalq əhəmiyyətə malikdir Deltanın düzənlik sahələri kənd təsərrüfatına gəlb edilmişdir. Delta bitki və quşlar aləminin rəngarəngliyi baxımından böyük əhəmiyyət daşıyırDelta qorunan bölgə elan edilmişdir. Deltanın sahəsi 56000 hektardır. Lil və qumla əhatələnmiş göllər vardır. Bunlara misal kimi Bafra, Balık və Gellari göstərmək olar. Bataqlaşmış sahələr dənizdən qum dyunləri ilə ayrılır. Qum dyunları bəzən 7-8 metrə çatır. == Biologiya == Deltanın təbii şəraiti dənizə yaxınlığı, meşələr, bataqlıqlar, dyunlar, qamışlıq, çay qolları və göllərlə səciyəvidir.
Salum deltası Milli Parkı
Salum deltası Milli Parkı və ya rəsmi adı ilə Parc National du Delta du Saloum — Seneqalda 76.000 hektar ərazini əhatə edən milli parkdır. 1976-cı ildə qurulan park Salum deltasında, Salum çayının Şimali Atlantikə qovuşduğu yerdə yerləşir. UNESCO-nun Ümumdünya İrsi siyahısına və Ramsar Konvensiyasına daxil olan park, 180.000 hektarlıq bir biosfer qoruğu daxilində yerləşir. Parkın 61.000 hektar ərazisi su ilə örtülmüşdür. 7.000 hektar ərazini manqrovlar və duzlu su bitkiləri, 8.000 hektar ərazini isə meşə örtüyü və savannalar təşkil edir. Bölgədə yaşayan və ya qışlayan quş növlərinə kral kəkilli susüpürəni, adi qızılqaz, adi ərsindimdik, qırmızıbaş qumluqca, sahil daşçevirəni və sərçəvi qumluqca daxildir.
Samur deltası
Samur deltası — Azərbaycan və Rusiya sərhəddində yerləşən delta. Delta Samurçayın məsəbində formalaşmışdır. Delta unikal fiziki-coğrafi rayonu əmələ gətirir. Xəzər dənizinin sahil boyun ərazidə subtropik meşə əmələ gəlmişdir. Samur deltasının böyük hissəsi Rusiya Federasiyası, az bir qismi Azərbaycan ərazisində yerləşir. Xəzər sahili boyunca qumlu çimərliklər vardır. Deltanın sahəsi 800 km² təşkil edir ki, onunda 230 km² ərazisi dövlət tərəfindən qorunan ərazidir. 1935-ci ildən Gülgəriçayın mənsəbidə deltaya daxil olmuşdur. Samurçayın əmələ gətirdiyi delta daxili az qollu dimdikvari deltadır. == Hidroqrafiya == Deltada Samurçayı iki qola ayrılır: Böyük Samur (uzunluğu 9,3 km) və Kiçik Samur (uzunluğu 11,5 km).
Selenqa deltası
Selenqa deltası - Selenqa çayının Baykal gölünə tökülən hissəsində düzən bataqlıqlaşmış ərazidə yerləşir. İnzibati baxımından Rusiyanın Buryatiya Respublikası ərazisinə daxildir. Bu delta dünyada ən böyük şirinsulu höhzəyə açılan delta olmaqla yanaşı həm də ən böyük daxili deltadır . Qəliz hidrocoğrafi şəkilə malik olan deltanın formalaşmasında erozion-akumlyativ, abrazion-akumlyativ və seysmik-tektonik faktorlar nühüm rol oynayır. Selenqa deltası su quşlarının qidalanması və çoxalması baxımından mühüm rol oynayır. Həmçinin bölgə Rusiya Elmlər Akademiyasının quşları öyrənən əsas bölgələrdən biridir. Yaz ayları ərazidə yaranan toroslar səbəbindən çayın orta axarlarını daşqın basır. == Coğrafiya == Selenqa deltası Ust-Selenqa düzənliyi Baykal rift zonasını əhatə edir. Deltanın kənarlarında Proval və Sor-Çerkalovo körfəzləri yerləşir. Bu dünyada bütünlüklə şirinsu ilə əhatələnən ən böyük deltadır.
Terek deltası
Terek deltası 4 000 — 6 000 km² ərazini əhatə edən massivdən ibarətdir (bu isə Kuban deltası ilə eyni sahədir). Bu sahənin 500 km² irriqasiya bölgəsidir. Böyük əhəmiyyətə malikdir. Delta Karqalin stanisasından başlayır. Deltada kəskin eniş 56 metrdir. Bölgənin böyük hissəsini göllər, tuqay meşələri və şoranlıqlar təşkil edir. == Deltanın hidroqrafiyası == Terek deltasında yüksək inkişaf dinamizmi müşahidə edilir. Orta Asiya çaylarına xas xüsusiyyətlərindən dağlardan aşağı axarlara doğru çoxlu lil gətirir. Çayın gətirdiyi lil sayəsində Xəzər dənizi sahillərində geniş bir ərazini əhatə etməsinə baxmayaraq hazırda qapalı hövzəyə çevrilmək üzrədir. Deltada mövcud olan qollar: Prorva, Orta, Talovka və Yeni Terek.
Volqa deltası
Volqa deltası — Avropanın ən böyük çay deltası, dünyada isə 8-ci yeri tutur. Delta mənsəbdə Volqa çayının ən böyük qolu olan Buzan çayından başlayır. Deltada Volqanın 500 irili-xırdalı qolu vardır. Əsas qolları — Buzan, Bəxdəmir, Kazımyak, Köhnə Volqa, Bolda, Axtuba, Kiqaç (Axtuba və Baxdəmir gəmişilik üçün yararlıdır. Xəzər dənizinin səviyyəsinin 130 il ərzində azalması səbəbindən deltanın sahəsi 9 dəfə artmışdır. Delta unikal flora və faunaya mənsubdur. Bu səbəbdən 1919-cu ildə burada Həştərxan qoruğu yaradılmışdır (Hətta ümumdünya irsi siyahısına daxildir). == Volqa deltanında əsas qollar == Deltada qolların sayı relyefdən və axından asılı olaraq dəyişir. Qollar əsasən yuxarı və aşağı hissələrdə üstünlük təşkil edir. Kiçik qollar əsasən deltanın dəniz sahillərinə yaxın hissədə çoxalır.

"deltas" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#deltas nədir? #deltas sözünün mənası #deltas nə deməkdir? #deltas sözünün izahı #deltas sözünün yazılışı #deltas necə yazılır? #deltas sözünün düzgün yazılışı #deltas leksik mənası #deltas sözünün sinonimi #deltas sözünün yaxın mənalı sözlər #deltas sözünün əks mənası #deltas sözünün etimologiyası #deltas sözünün orfoqrafiyası #deltas rusca #deltas inglisça #deltas fransızca #deltas sözünün istifadəsi #sözlük