deputat sözü azərbaycan dilində

deputat

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • deputat • 69.9150%
  • Deputat • 30.0767%
  • DEPUTAT • 0.0083%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kamal Abdullayev (deputat)
Kamal Məmmədoviç (Məmməd oğlu) Abdullayev (8 mart 1922, Bakı – 17 iyun 1982) — Azərbaycan Kommunist Partiyası Qaradağ Rayon və Yevlax Şəhər Komitəsinin birinci katibi. == Həyatı == 1922-ci ildə fəhlə ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1939-cu ildə əmək fəaliyyətinə başlamışdır, 1941–1946-cı illərdə Sovet Ordusunda xidmət etmişdir, Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1947-ci ildən 1950-ci ilədək sənət məktəbində komsomol təşkilatının katibi, Azərbaycan LKGİ Bakı Komitəsinin şöbə müdiri, 1951-ci ildə Azərbaycan LKGİ Əzizbəyov RK-nın birinci katibi olmuşdur. 1952–1957-ci illərdə Xəzər Neftdaşıma Donanması siyasi şöbəsi rəisinin müavini vəzifəsində işləmişdir. 1958–1961-ci illərdə partiya məktəbində oxumuşdur. 1962-ci ildən Azərbaycan KP Bakı Komitəsinın təlimatçısı, Azərbaycan KP MK-nın məsul təşkilatçısı, inspektoru vəzifələrində işləmişdir. 1965-ci ildən Azərbaycan KP Yevlax Şəhər Komitəsinin birinci katibi olmuşdur, 1975-ci ildən isə Qaradağ Rayon Komitəsinin birinci katibidir. Azərbaycan SSR Ali Soveti mandat komissiyasının üzvüdür. Azərbaycan KP MK üzvlüyünə namizəddir.
Kamal Cəfərov (deputat)
Kamal Xaqani oğlu Cəfərov (15 dekabr 1989, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, YAP İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri, AŞPA-nın İnsan hüquqları üzrə (alt) komitəsinin sədri == Həyatı == Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Kollecində (King's College London) Beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və Vyana şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının "Antikorrupsiya elmləri üzrə" magistr proqramnı fərqlənmə ilə bitirib. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində "Amerika hüquq sisteminə giriş" mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə magistr proqramını (qiyabi əsaslarla) bitirib. K.Сəfərov Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının (ACAMS) müvafiq imtahanını keçərərək çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspert sertifikatına layiq görülmüşdür. Evlidir, bir övladı var. İngilis, fransız və rus dillərini bilir. 2013–2014-cü illərdə hərbi xidmət keçib. == İctimai-siyasi fəaliyyəti == Kamal Cəfərov Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) və Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliklərinin təsisçisi olub. 2011–2013-cü illərdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının Baş katibi olub. === Dövlət qulluğu === 2012–2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsində məsləhətçi vəzifələrində işləyib.
Kərim Kərimov (deputat)
Kərim Kərimov (tam adı: Kərim Kərimov; 18 fevral 1936, Qaxmuğal, Qax rayonu – 23 sentyabr 2021) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı; Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri. == Həyatı == Kərim Hacıxan oğlu Kərimov 1936-cı il fevralın 18-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsini bitirib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının daha sonra Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü olub. Kərim Kərimov 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalılardan biridi. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilib. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvü olub.
Musa Məmmədov (deputat)
Musa Salam oğlu Məmmədov (15 iyul 1932, Qutqaşen – 12 mart 2019, Bakı) — Azərbaycan dövlət xadimi və alimi, Azərbaycan Respublikası Baş nazirin müavini (1992), dövlət müşaviri, Azərbaycan Meşə Təsərrüfatı İstehsal Birliyinin sədri (1989–2001), Azərbaycan SSR Ali Sovetinin (X–XII çağırış) deputatı, iqtisad elmləri doktoru, kənd təsərüfatı elmləri namizədi, əməkdar aqronom. == Həyatı == Musa Məmmədov 1932-ci il iyul ayının 15-də Qəbələdə anadan olmuşdur. 1948-ci ildə orta məktəbi, 1952-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə aspiranturaya daxil olan Musa Məmmədov 1956-cı ildə dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. Kənd təsərrüfatı və meşə təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə əlaqədar 40 elmi əsərin, bir çox monoqrafiyaların, bir neçə kitabın, ixtiraların müəllifidir. == Fəaliyyəti == Bir müddət Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim, tədris-təcrübə təsərrüfatının direktoru vəzifələrində işləmişdir. 1964-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi vəzifəsinə təyin olunmuşdur.1968–1970-ci illərdə Dövlət Çörək Məhsulları və Qarışıq Yem Sənayesi Komitəsinin sədr müavini, 1970–1979-cu illərdə isə Respublika tədarük nazirinin müavini vəzifələrində işləmişdir. Daha sonra vəzifədə irəli çəkilərək "Azərkəndkimya" Elm-İstehsalat Birliyinin sədri vəzifəsinə təyin edilmişdir. 1984-cü ilə qədər sədr vəzifəsini icra edən Musa Məmmədov bir il müddətinə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1985–1989-cu illərdə sədrin birinci müavini və Dövlət Aqrar Sənaye Komitəsinin sədri, 1989–2001-ci illərdə Respublika Meşə Təsərrüfatı İstehsal Birliyinin sədri vəzifələrində çalışmışdır. Musa Məmmədov həmçinin SSRİ Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasına üzv seçilmişdir.
Müslüm Məmmədov (deputat)
Müslüm Məmmədov (1980, Ucar) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. == Həyatı == Müslüm Məmmədov 1980-ci ildə Ucarda doğulub. Altı yaşına kimi Qazaxıstanda yaşayıb. 1986-cı ildə yenidən ailəsi ilə Ucara qayıdıblar. Orta məktəbi Ucarda rus dili bölməsini bitirib. BDU-da ali təhsil alıb. 1999-cu ildən BDU-da informasiya mərkəzində tərcüməçi kimi işləmişdir. 2005-ci ildə Fransa hökumətinin təqaüdünü qazanıb Bordo Universitetinə daxil olub. Fransada oxuyarkən tələbə vizası ilə, Belçikada isə işçi vizası ilə yaşayıb fəaliyyət göstərmişdir. Fransada 2005–2006-cı illərdə magistr təhsili almışdır.
Müşfiq Cəfərov (deputat)
Müşfiq Cəfərov (azərb. Müşfiq Cəfər oğlu Cəfərov‎; 26 iyul 1981, Kirovabad) — Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020). == Həyatı == Cəfərov Müşfiq Cəfər oğlu 1981-ci il 26 iyul tarixində Gəncə şəhərində anadan olub. 1998-ci ildə Gəncə şəhəri Məhəmməd Hadi adına 10 saylı orta məktəbi bitirib və həmin ildə Azərbaycan Kənd Təssərüfatı Akademiyasının (hazırda Azərbaycan Dövlət Aqrar Universiteti) "Mühəndislik və Menecment İqtisadiyyatı" fakültəsinin "Aqrar İstehsalatı İqtisadiyyatı və İdarəedilməsi" ixtisası üzrə bakalavr pilləsinə daxil olub. 2002-ci ildə bakalavr pilləsini bitirib. Həmin il Azərbaycan Kənd Təssərüfatı Akademiyasının (Azərbaycan Dövlət Aqrar Universiteti) "Mühəndislik və Menecment İqtisadiyyatı" fakültəsinin "İstehsalat və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarəedilməsi" ixtisası üzrə magistr pilləsinə qəbul olub və 2004-cü ildə fərqlənmə diplomu ilə bitirib. === Ailəsi === Ailəlidir, dörd övladı var. == Fəaliyyəti == 1999-cu ildən başlayaraq ictimai işlərlə məşğul olub. 20 il ölkə səviyyəsində, 18 il isə beynəlxalq səviyyədə gənclərin vətəndaş cəmiyyətinin inkişafına istiqamətləndirilmiş layihələrin icrasında, o cümlədən, gənclərin məşğulluğunun artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması işində fəallıq göstərib. 60-dan çox ölkədə gənclərlə bağlı müxtəlif forumlarda, konfranslarda, treyninq və seminarlarda iştirak edib.
Nizami Cəfərov (deputat)
Nizami Qulu oğlu Cəfərov (21 sentyabr 1959, Zəlimxan, Ağstafa rayonu) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, BDU Ümumi dilçilik kafedrasının müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000-2024), BDU Filologiya fakültəsinin dekanı (1994-2001),filologiya elmləri doktoru (1991), professor (1993), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2022-ci ildən "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. == Həyatı == Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı(1994–2001) vəzifələrində çalışmışdır. Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri (2001–2015)olub. 2019-cu ildən Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən ADA Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak etmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir.
Nurlan Həsənov (deputat)
Nurlan Həsənov (azərb. Nurlan Urfan oğlu Həsənov‎) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin məsləhətçisi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı (2024). Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış üzrə Regional məsələlər komitəsinin sədr müavinidir. == Həyatı == Həsənov Nurlan Urfan oğlu 1988-ci il 3 fevral tarixində Şəmkir şəhərində anadan olmuşdur. 1993–2004-cü illərdə Gəncə şəhəri Mikayıl Müşfiq adına 14 saylı orta məktəbdə orta təhsil almışdır. 2004–2008-ci illərdə Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr, 2008–2009-cu illərdə Almaniyanın Bremen Universitetində hüquq üzrə magistratura təhsili almışdır. 2010–2014-cü illərdə Bremen Universitetində "Avropa İttifaqı və Azərbaycan – Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanda Hüquqi Dövlət Strukturlarının gücləndirilməsi və Avropa İttifaqının bu sahədə rolu" mövzusu üzrə doktorluq elmi işi yazıb, müdafiə edərək "Hüquq Elmləri Doktoru" (Dr. jur – Doktor der Rechtswissenschaften) elmi dərəcəsini qazanmışdır. === Ailəsi === Evlidir, iki övladı var. == Fəaliyyəti == 2012-ci ildə Almaniya Bundestaqında Almaniya Sosial Demokratlar Partiyasının Federal Millətvəkili Steffen-Claudio Lemmenin yanında iş təcrübəsi keçmişdir.
Nəriman Əliyev (deputat)
Nəriman Əliyev — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı.
Rauf Əliyev (deputat)
Rauf Asif oğlu Əliyev (27 may 1956, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.
Rövşən Rzayev (deputat)
Rzayev Rövşən Şükür oğlu (20 yanvar 1962, Bakı) — Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri; Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı == Həyatı == 1962-ci il yanvarın 20-də Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və 1993-cü ildə həmin universitetin hüquq fakültələrini bitirmişdir. 1982-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 2004-cü ildən 101 saylı Xanlar Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçildikdən sonra uzun müddət Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədrinin müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu dövrdə AvroNEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü qismində bu beynəlxalq qurumun Prosedur Qaydalarının hazırlaması üzərində işləmişdir. Avropa Şurası Parlament Assambleyasının üzvü kimi həmin qurumun "Miqrasiya, qaçqınlar və əhali üzrə" və "Sosial məsələlər" üzrə komitələrində çalışmışdır. Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunu rəhbəri olduğu dövrdə bu ölkələr arasında faydalı əməkdaşlığın artırılması sahəsində çalışmışdır. "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi 5 iyun 2009-cu il tarixli qurultayında həmin İctimai Birliyin İdarə Heyətinin üzvü seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri vəzifəsinə təyin edilib. Hüquqşünas, dövlət xadimi, ədliyyə general-mayoru Şükür Rzayevin oğludur.
Rüfət Quliyev (deputat)
Rüfət Atakişi oğlu Quliyev (6 may 1963, Bakı) — III, IV, V və VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İqtisadi siyasət komitəsinin üzvü, MDB Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi komissiyasının sədr müavini, GUAM-ın Elm, Mədəniyyət və Təhsil üzrə Komitəsinin üzvüdür. İqtisad elmləri doktoru, professor, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professorudur. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisadiyyat bölməsinin Ekspert Şurasının üzvüdür. MDB PA-nın İqtisadiyyat Ekspert Şurasının üzvüdür. == Həyatı == Rüfət Quliyev 1963-cü il may ayının 6-da Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin (hazırda T. Şevçenko adına Kiyev Milli Universiteti) İqtisadiyyat fakültəsinə qəbul olub və 1986-cı ildə həmin Universiteti bitirərək, Azərbaycan Politexnik İnstitutunda (hazırda Azərbaycan Texniki Universiteti) pedaqoji fəaliyyətə başlamışdır. Baş laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində işləmişdir. 1995-ci ildən iqtisad elmləri namizədi və 2004-cü ildən isə iqtisad elmləri doktorudur. 2006-cı ildən Azərbaycan Texniki Universitetinin professorudur. Hazırda həmin Universitetinin "İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı" kafedrasının müdiridir.
Sabir Hacıyev (deputat)
Sabir Kamal oğlu Hacıyev (5 oktyabr 1954, Göyçay) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V, VI və VII çağırış deputatı (2005-ci ildən). == Həyatı == Sabir Kamal oğlu Hacıyev 1954-cü il oktyabrın 5-də Göyçay şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1977-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VVAQ İdarəsində məsləhətçi, baş məsləhətçi, Qanunların Sistemləşdirilməsi və Qanun Layihələrinin Hazırlanması İdarəsində baş məsləhətçi, rəis müavini işləmişdir. 1988-ci ildən respublika prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, hüquq siyasəti üzrə Azərbaycan Respublikasının Dövlət müşaviri olmuşdur. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin (1991), üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Amerika Birləşmiş Ştatları, Lüksemburq, Polşa, Rusiya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Sabir Məmmədov (deputat)
Sabir Məmmədnəbi oğlu Məmmədov (1944, Abbaslı, Şamxor rayonu – 1994, Şəmkir) — Azərbaycan Respublikası Ali Sovetinin xalq deputatı (1990—1994). == Həyatı == 1944-cü ildə Şəmkir rayonunun Abbaslı kəndində anadan olmuş, 1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakultəsini, 1989-cu ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitunun Politologiya fakultəsini bitirmişdir. 1971—1983-cü illərdə Şəki aqrotexniki sort-sınaq məntəqəsində direktor müavini, Şamxor üzümçülük sovxozunda baş aqronom, Şamxor aqrar-sənaye birliyində baş direktorun müavini, H. Aslanov adına sovxozun direktoru vəzifələrində çalışmışdır. O, 1983-1991-ci illərdə Azərbaycan KP-nin Şamxor rayon partiya komitəsinə katib, rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinə sədr vəzifərinə seçilmişdir. 1990-1994-cü illətdə Azərbaycan Respublikası Ali Sovetinə xalq deputatı seçilən Sabir Məmmədov 1992-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasinin Daşkəsən rayonu üzrə inspektoru, 1994-cü ildə isə Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifələrində işləmişdir. 1974-cü ildə ailə həyatı qurmuşdur, 4 övladı var. 1994-cü ildə Şəmkir şəhərində vəfat etmişdir.
Soltan Məmmədov (deputat)
Sona Əliyeva (deputat)
Deputat
Deputat — Parlament üzvləri. Məlum olduğu kimi, hakimiyyətin bölgüsünə əsasən, qanunverici hakimiyyət parlamentin əlində cəmləşir. Parlament üzvləri müxtəlif dövlətlərdə müxtəlif cür adlandırılır. Məsələn, Böyük Britaniyada, ABŞ-də yalnız aşağı palatanın üzvləri parlament üzvü hesab olunur. Onlar ABŞ-də konqresmen adlandırılır. Bolqarıstanda parlament üzvləri xalq nümayəndəsi, Türkiyədə isə millət vəkili adlanır. Azərbaycanda isə parlamenti (Milli Məclis) Azərbaycan Respublikasının deputatları təşkil edir. "Deputat" termini serb sözü olub hərfi mənası "elçi göndərilmiş" deməkdir. Deputatların əsas vəzifəsi qanunvericilik prosesində iştirak etmək və qanunda göstərilmiş funksiyaları həyata keçirməkdir. Azərbaycan Respublikasının Konstitusiyasına (Maddə 4) görə, yalnız və yalnız prezidentin və deputatların (xalqın seçdiyi səlahiyyətli nümayəndələrin) xalq adından danışmaq və müraciət etmək hüququ vardır.
Tahir Süleymanov (deputat)
Tahir Süleyman oğlu Süleymanov (24 sentyabr 1948, Dəvəçi) — Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V çağırış deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini == Həyatı == Tahir Süleymanov 1948-ci il sentyabrın 24-də Dəvəçi (indiki Şabran) rayonunun Sumaqova-Qazma kəndində anadan olmuşdur. 1955–1966-cı illlərdə Dəvəçi rayonunun Pirəbədil kənd orta məktəbində təhsil almışdır. 1966-cı ildə Bakı Sovet Ticarəti Texnikimuna daxil olmuş, 1968-ci ildə isə bu texnikumu "Sənaye malları əmtəəşünaslığı" ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirmək məqsədilə 1975-ci ildə Moskvada Ümumittifaq Yeyinti-Sənaye İnstitutuna daxil olmuş, 1981-ci ildə həmin təhsil müəssisəsini bitirərək iqtisadçı-mühəndis ixtisasına yiyələnmişdir. == Əmək fəaliyyəti == 1968-ci il iyul ayının 1-dən əmək fəaliyyətinə başlayan Tahir Süleymanov Dəvəçi rayonunun bir sıra idarə və müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır. Sonra o, 1981-ci ildən "Azərittifaq"ın Dəvəçi tədarük kontorunun direktoru işləmişdir. 1982-ci ildən Pirəbədil xalça fabrikinin iqtisadçısı, direktoru, 1984-cü ildən Xaçmaz Taxıl Məhsulları Kombinatı Dəvəçi filialının anbardarı, Siyəzən şəhərində çörəkbişirmə sexinin ustası, Dəvəçidə mexanikləşdirilmiş çörəkxananın direktoru vəzifələrində çalışmışdır. Tahir Süleymanov 27 iyun 1994-cü il tarixli əmrlə Azərbaycan Taxıl Məhsulları Dövlət Şirkətinin Dəvəçi Taxıl Məhsulları Kombinatının direktoru vəzifəsinə təyin edilmiş və 2000-ci ilədək həmin vəzifədə çalışmışdır. == İctimai-siyasi fəaliyyəti == Dörd çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 20 il bu qanunvericilik orqanında səmərəli fəaliyyət göstərmişdir. Belə ki, xalq arasında qazandığı nüfuzu və hörməti sayəsində 5 noyabr 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə deputat seçilən Tahir Süleymanovun 2005-ci ildə yenidən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və o, III çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.
Vasif Əliyev (deputat)
Əliyev Vasif İzzət oğlu (21 sentyabr 1941, Astara) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == Vasif Əliyev 1941-ci il sentyabrın 21-də Astara şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz mədənlərinin maşın və avadanlığı fakültəsini bitirmişdir. Texnika elmləri doktorudur. Əməkdar mühəndisdir. 1 monoqrafiyanın, 3 kitabın və 36 məqalənin müəllifidir. 7 ixtirası və 3 patenti vardır. Rus və ingilis dillərini bilir. 1963-cü ildən Neft Mədənləri İdarəsində çilingər, mexanik, qaz-kompressor stansiyasının rəisi, qaz-kompressor sexi rəisinin müavini, baş mühəndis, 1973-cü ildən "Qaradağneft" NQÇİ-də sex rəisi, "Azərqaznəqliyyat" İstehsalat Birliyində mexanikləşdirilmiş səyyar dəstənin rəisi, 1977-ci ildən Azərbaycan qaz emalı zavodunda blok üzrə mühəndis-mexanik, 1978-ci ildən "Neft Daşları" NQÇİ-də qaz-kompressor sexi rəisinin müavini işləmişdir. 1980-ci ildən Xəzərdənizneftqazsənaye" İstehsalat Birliyinin böyük mühəndisi, şöbə rəisi vəzifələrində çalışmışdır.
Vəli Məmmədov (deputat)
Məmmədov Vəli Hüseyn oğlu (7 yanvar 1931, Yardımlı – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, publisist, SSRİ xalq deputatı. == Həyatı == Vəli Məmmədov 1931-ci il yanvarın 7-də Yardımlı rayonunda anadan olmuşdur. Yardımlı kənd orta məktəbində təhsil almışdır. Hələ orta məktəbdə oxuyarkən əmək fəaliyyətinə başlamışdır. Yardımlı rayon dövlət bankında mühasib işləmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1947–1952). Burada rus ədəbiyyatı kafedrasında baş laborant vəzifəsində saxlanmışdır (1952–1953). ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil olmuş, N. Nərimanovun yaradıcılığı mövzusunda tədqiqat aparmışdır (1953–1956). Universitetin komsomol komitəsinin katibi seçilmişdir (1956–1957). Azərbaycan EA Nizami adına Ədəbiyyat institutunda kiçik elmi işçi olmuşdur (1957–1960).
Vəli Ələkbərov (deputat)
Vəli Zeynalabdin oglu Ələkbərov (iyul 1922, Sabunçu, İrəvan qəzası – 17 mart 2016, Şirvan) — İctimai-siyasi xadim, tarixçi, pedaqoq. Xalq Deputatlar Sovetinin deputatı, Əli-Bayramlı Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, Əli-Bayramlı Xalq Maarif şöbəsinin müdri. == Həyatı == Vəli Ələkbərov 1922-ci ilin iyul ayında tarixi Qərbi Azərbaycanda Qəmərli Rayonun Sabunçu kəndində kolxozçu ailəsində anadan olub. 1937-ci ildə Zəngibasar rayonunun Uluxanlı kəndində vaxtı ilə Cəlil Məmmədquluzadənin dərs dediyi məktəbi bitirib,30–cu illərdən başlayaraq Uluxanlıda ali təhsilli ziyalılar yetişməyə başladı.Həmin ili İrəvan Kənd Təsərufatı Texnikumuna daxil olub, 1941-ci ildə texnikumu müvəffəqiyətlə bitirib 1941-ci il 1 sentyabrdan 1941-ci il 23 noyabra kimi Sabunçu kəndində müəllim işləyib, həmin ili Sovet ordusunun sıralarına daxil olub, Qafqazın müdafiəsində fəal iştirak edib, 1944-cü ilin 17 avqustuna qədər zabit kimi savaşda iştirak etmiş və Ukraynada gedən döyuşlər zamanı aldığı güllə yarasına görə ordudan tərxis olunmuşdur. Vətənə qayıtdıqdan sonra atasını görə bilmir, 1943-cü ilin 13 aprelində Zeynalabdin Krosnadar diyarınin Abdinski rayonunnun düşməndən təmizlənməsində gedən ağır döyüşdə həlak olur və həmin rayonun Miqemski qəbiristanlıgında dəfn olunur. Əsas faktlardan biri odur ki, ata və oğul eyni vaxtda 589-cu polkun tərkibində vuruşsalar da, bir-birlərindən xəbərsiz olublar. Vəli Ələkbərov 1944-cü ildən 1950-ci ilədək yenidən Sabunçu məktəbində müəllim sonra isə məktəb direktoru işləməyə başlamış, eyni zamanda Naxçıvanda iki illik Pedaqoji Müəllimlər İnstitutunda qiyabi olaraq təhsil almışdır. 25 may 1950-ci ildə torpaqlarından deportasiya olunaraq Əli Bayramlı rayonu Dadaşbəyli kəndinə məskunlaşmış, həmin ildən əmək fəaliyyətinə başlamışdır. 17 mart 2016-cı ildə 94 yaşında dunyasın dəyişmişdir. == Fəaliyyəti == 1 dekabr 1950-ci ildən 30 yanvar 1962-ci ilə kimi Əli Bayramlı rayon partiya komitəsinin təbliğatçisi, təbligat-təşviqat şöbəsinin müdir müavini və mudiri, partiya kabinetinin mudiri fəaliyyətlərində çalışmışdır.1952–1953-cü illərdə Azərbaycan KP MK yanında iki illik Respublika partiya nəzdində partiya-sovet işcilərini hazırlayan 9 aylıq kursu bitirdikdən sonra 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Yaşar Əliyev (deputat)
Yaşar Tofiq oğlu Əliyev (5 iyul 1948, Bakı – 8 dekabr 2023) — Azərbaycan diplomatı və siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini (1995–2002), Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini (1994–1995), Azərbaycanın Çində (2002–2011), Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustanda (2004–2011) fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Yaşar Tofiq oğlu Əliyev 1948-ci il iyulun 5-də Bakı şəhərində anadan olub. 1956–1966-cı illərdə Nəsimi rayonu 1 №-li tam orta məktəbdə təhsil alıb. 1966–1971-ci illərdə isə N. Nərimanov Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali təhsil alıb. Yaşar Əliyev 1972–1982-ci illərdə Səhiyyə Nazirliyinin Baş İdarəsinin Kardiologiya şöbəsinin 4 saylı bölməsində çalışıb. Yaşar Əliyev 1982-ci ildən N. Semaşko adına 12 saylı Şəhər Xəstəxanada cərrahiyyə şöbəsinin həkimi, 1983-cü ildən baş həkimin müavini, 1984-cü ildən isə baş həkimi vəzifəsində çalışıb. Yaşar Əliyev 8 dekabr 2023-cü ildə 75 yaşında vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub. Rus və ingilis dillərini bilirdi. == Siyasi fəaliyyəti == 1975–1979-cu illərdə Azərbaycan LKGİ Əzizbəyov Rayon Komitəsində II katib vəzifəsində işləmişdir.
Çingiz Əliyev (deputat)
İbrahim İbrahimov (deputat)
İbrahim İbrahimli və ya İbrahim İbrahimov (1952, Zeynəddin, Naxçıvan rayonu – 16 iyun 2021) — Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı. == Haqqında == Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Vilayət Təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. Daha sonra Müsavat Partiyasına üzv olmuşdur. Bir müddət partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri olmuşdur. 2000-ci il parlament seçkilərində İbrahim İbrahimli Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 6-cı sırada olmuşdur. Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, İbrahim İbrahimli deputat seçilə bilməmişdir. 5 may 2015-ci ildə Müsavat Partiyası sıralarından istefa vermişdir. Daha sonra Demokratik Qüvvələrin Milli Şurasında fəaliyyət göstərməyə davam etmişdir. 16 iyun 2021-ci ildə uzun sürən xəstəlik-beyin xərçəngi səbəbi ilə vəfat etdi.
İbrahim İsayev (deputat)
İbrahim Mirzə oğlu İsayev (1937, Əlimərdanlı, Tovuz rayonu – 2004) — Tibb elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == İbrahim Mirzə oğlu İsayev 1937-ci il noyabrın 7-də Tovuz rayonun Əlimərdanlı kəndində dünyaya gəlmişdir. Orta və ali məktəbi fərqlənmə ilə bitirən İbrahim İsayev qısa zamanda professor və tibb elmləri doktoru olmuşdur. "91 lər"in üzvü olmuş, 2000-ci il Parlament seçkilərində millət vəkili seçilmişdir. === Vəfatı === İbrahim İsayev 2004-cü ildə rəhmətə getmişdir.
Naxçıvan Ali Məclisinin III çağırış deputatları
Naxçıvan Ali Məclisinin III çağırışı — 2005-ci il 7 noyabr tarixində baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 39-u Yeni Azərbaycan Partiyasının, 2-si Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 4-ü isə bitərəf idi. Ali Məclisin 45 deputatından 1-i qadın, 44-ü isə kişi olmuşdur. 2005-ci ilin 28 noyabr tarixində Ali Məclisin III çağırışının birinci sessiyası baş tutdu. III çağırışın birinci sessiyasında Ali Məclisin sədri YAP üzvü Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov seçilmişdir. III çağırışın 2-ci sessiyasında isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov Ali Məclisin sədr müavini seçilib. Ali Məclisin ən yaşlı üzvü 1941 təvəllüdlü Qürbət Rzayev, ən cavan üzvləri isə 1976 təvəllüdlü Elman Cəfərli və Anar İbrahimov olmuşdur. == Ali Məclisdə təmsil olunan partiyalar == == Ali Məclisin III çağırış deputatlarının siyahısı == == Qeydlər == == Mənbələr == Naxçıvan Muxtar Respyblikası Mərkəzi Seçki Komissiyası:"Naxçıvanda Parlament seçkiləri: 6 noyabr 2005"; Naxçıvan-2006.
Naxçıvan Ali Məclisinin II çağırış deputatları
Naxçıvan Ali Məclisinin II çağırışı — 2000-ci il 5 noyabr tarixində baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 40-ı Yeni Azərbaycan Partiyasının, 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 4-ü isə bitərəf idi. Ali Məclisin 45 deputatından 1-i qadın, 44-ü isə kişi olmuşdur. II çağırışın birinci sessiyasında Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Vahid Ağahəsənov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Zahid Əzimov seçilib. Ali Məclisin ən yaşlı üzvü 1919 təvəllüdlü Hüseyn İbrahimov, ən cavan üzvü isə 1969 təvəllüdlü Elçin Pənahov olmuşdur. == Ali Məclisdə təmsil olunan partiyalar == == Ali Məclisin II çağırış deputatlarının siyahısı == == Qeydlər == == Mənbələr == Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Bülleteni; Naxçıvan-2000.
Naxçıvan Ali Məclisinin IV çağırış deputatları
Naxçıvan Ali Məclisinin IV çağırışı — 2010-cu il noyabrnda baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 42-i Yeni Azərbaycan Partiyasının, 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 2-i isə bitərəf idi. Ali Məclisin 45 deputatından 39-u kişi, 6-sı qadın olmuşdur. 2010-cu ilin dekabrın 3-də Ali Məclisin IV çağırışının birinci sessiyası baş tutdu. IV çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov seçilib.
Naxçıvan Ali Məclisinin VI çağırış deputatları
Naxçıvan Ali Məclisinin VI çağırışı — 9 fevral 2020-ci ildə baş tutan Naxçıvan Ali Məclisinə seçkilər əsasında formalaşdırılmış parlament. Ali Məclisin 45 deputatından 42-si Yeni Azərbaycan Partiyasının üzvü, 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü, 2-si isə bitərəf idi. 20 iyun 2020-ci ildə Hüseyn Həşimlinin və 18 noyabr 2022-ci ildə Nazim Bababəylinin vəfat etməsiylə deputatların siyasi partiya mənsubiyyətləri üzrə dağılma belə olmuşdur: 41 nəfər Yeni Azərbaycan Partiyası üzvü, 1 nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü və 1 nəfər bitərəf. Ali Məclisin 45 deputatından 10-u qadın, 35-i isə kişidir. 20 iyun 2020-ci ildə Hüseyn Həşimlinin və 18 noyabr 2022-ci ildə Nazim Bababəylinin vəfat etməsiylə deputatların cinsiyyət üzrə dağılış sayı belə olmuşdur: 33 nəfər kişi və 10 nəfər qadın. 2020-ci ilin fevralın 24-də Ali Məclisin VI çağırışının birinci sessiyası baş tutmuşdur. Sesiyada VI çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov seçilmişdir. Naxçıvan Ali Məclisinin 21 dekabr 2022-ci ildə keçirilmiş təcili qapalı iclasında Ali Məclisin sədr müavini Azər Zeynalov Vasif Talıbovun səhhəti ilə əlaqədər Ali Məclisin sədri vəzifəsindən istefa verdiyini, lakin deputat kimi fəaliyyətinə davam edəcəyini açıqlamışdır. Yeni sədr seçilənədək sədr vəzifəsi müvəqqətən sədrin birinci müavini Azər Zeynalova həvalə edilmişdir. Naxçıvan Ali Məclisinin 16 may 2023-cü ildə keçirilmiş iclasında Anar İbrahimov Ali Məclisin sədr müavini vəzifəsinə seçilmişdir.
Naxçıvan Ali Məclisinin V çağırış deputatları
Naxçıvan Ali Məclisinin V çağırışı — 2015-ci il noyabr ayında baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 42-i Yeni Azərbaycan Partiyasının üzvü, 2-si bitərəf, 1-i isə Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü idi. Ali Məclisin 45 deputatından 8-i qadın, 37-i isə kişi olmuşdur. 2015-ci ilin 17 noyabr tarixində Ali Məclisin V çağırışının birinci sessiyası baş tutdu. V çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov seçilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 14 noyabr 2017 tarixli sərəncamıyla Ali Məclisin sədrinin müavini Mirhəşim Seyidov vəzifəsindən azad edilmişdir.
SSRİ Ali Sovetində Azərbaycan SSR-dən deputatları
SSRİ Ali Soveti — Sovet İttifaqının ən yüksək orqanı olub. == Haqqında == Deputat 4 il müddətinə gizli səsvermə ilə, bərabər və birbaşa seçkilər ilə seçilir. SSRİ Ali Sovetinin deputatı hər bir vətəndaş (23 yaş çatmış) seçilə bilirdi. İttifaq və Millətlər Soveti deputatlarının bərabər sayda ibarət idi. İttifaq Sovetinə hər 300 min əhaliyə bir millət vəkili əsasında seçilirdi, Millətlər Sovetinə isə hər İttifaq Respublikasından 32 millət vəkili, hər Muxtar Respublikasından 11 millət vəkili, hər Muxtar Vilayətindən beş millət vəkili və hər Milli Bölgəsindən bir deputat seçilirdi. SSRİ Ali Sovetinə fəhlələr, kolxozçulər, Sovet intilliqensiyası, mədəniyyət və incəsənət işçiləri, dövlət və partiya rəhbərləri seçilirdi. Azərbaycan SSR-dən (Naxçıvan MSSR və Dağlıq Qarabağ MV ilə) İttifaq və Millətlər Sovetinə 1938–1991-ci illərdə cəmi 710 nəfər seçilib. == Siyahı == Azərbaycan SSR Naxçıvan MSSR Dağlıq Qarabağ MV == İstinadlar == M. Musayev. Azărbaycanlı deputatlar SSRI Parlamentindă 1938–1988. Bakı-2002.
SSRİ Ali Sovetində Azərbaycan SSR deputatları
SSRİ Ali Soveti — Sovet İttifaqının ən yüksək orqanı olub. == Haqqında == Deputat 4 il müddətinə gizli səsvermə ilə, bərabər və birbaşa seçkilər ilə seçilir. SSRİ Ali Sovetinin deputatı hər bir vətəndaş (23 yaş çatmış) seçilə bilirdi. İttifaq və Millətlər Soveti deputatlarının bərabər sayda ibarət idi. İttifaq Sovetinə hər 300 min əhaliyə bir millət vəkili əsasında seçilirdi, Millətlər Sovetinə isə hər İttifaq Respublikasından 32 millət vəkili, hər Muxtar Respublikasından 11 millət vəkili, hər Muxtar Vilayətindən beş millət vəkili və hər Milli Bölgəsindən bir deputat seçilirdi. SSRİ Ali Sovetinə fəhlələr, kolxozçulər, Sovet intilliqensiyası, mədəniyyət və incəsənət işçiləri, dövlət və partiya rəhbərləri seçilirdi. Azərbaycan SSR-dən (Naxçıvan MSSR və Dağlıq Qarabağ MV ilə) İttifaq və Millətlər Sovetinə 1938–1991-ci illərdə cəmi 710 nəfər seçilib. == Siyahı == Azərbaycan SSR Naxçıvan MSSR Dağlıq Qarabağ MV == İstinadlar == M. Musayev. Azărbaycanlı deputatlar SSRI Parlamentindă 1938–1988. Bakı-2002.
SSRİ Ali Sovetinin I çağırış deputatları
SSRİ Ali Sovetinin I çağırış deputatlarının siyahısı

deputat sözünün leksik mənası və izahı

  • 1 is. [lat.] 1. Müəyyən edilmiş qayda üzrə qanunverici, yaxud nümayəndəli orqana əhali tərəfindən seçilən şəxs. 2. Nümayəndə. Gürcüstanın hər yerindən – uzaq və uca dağlarından, dərin dərələrindən və qalın meşələrindən deputatlar Tiflis şəhərinə cəm olub. F.Köçərli.

    Azərbaycan dilinin izahlı lüğəti / deputat
  • 2 qanunverici orqana əhali tərəfindən seçilən nümayəndə (vəkil).

    Azərbaycan kişi adlarının izahlı lüğəti / deputat

deputat sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. депутат. Milli Məclisin deputatı депутат Милли Меджлиса, deputatın hesabatı отчёт депутата, deputatın seçicilərlə görüşü встреча депутата с избирателями II прил. депутатский. Deputat vəzifələri депутатские обязанности, deputat səlahiyyətləri депутатские полномочия, deputat toxunulmazlığı депутатская неприкосновенность

    Azərbaycanca-rusca lüğət / deputat

deputat sözünün inglis dilinə tərcüməsi

deputat sözünün fransız dilinə tərcüməsi

deputat sözünün ləzgi dilinə tərcüməsi

deputat sözünün türk dilinə tərcüməsi

"deputat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#deputat nədir? #deputat sözünün mənası #deputat nə deməkdir? #deputat sözünün izahı #deputat sözünün yazılışı #deputat necə yazılır? #deputat sözünün düzgün yazılışı #deputat leksik mənası #deputat sözünün sinonimi #deputat sözünün yaxın mənalı sözlər #deputat sözünün əks mənası #deputat sözünün etimologiyası #deputat sözünün orfoqrafiyası #deputat rusca #deputat inglisça #deputat fransızca #deputat sözünün istifadəsi #sözlük