dermatit sözü azərbaycan dilində

dermatit

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dermatit • 98.9975%
  • Dermatit • 1.0025%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dermatit
Dermatit (yun. δέρμα, δέρματος — dəri + lat. itis — keçmək, dönmək) — dərinin üzərinə xarici fiziki və ya kimyəvi faktorun birbaşa təsir etdiyi yerdə əmələ gələn iltihab. Bəzən bu termin daha geniş mənada dərinin hər hansı iltihabının adı kimi istifadə olunur (məs. atopik dermatit). Tibbdə çaşqınlığı azaltmaq üçün "kontakt dermatit" termini qəbul edilir. Digər səbəblərdən yaranan dəri zədələri toksikermiya adlanır. == Təsnifatı == Sadə — zərərverici faktorun təsiri altında dəri hüceyrələrində nekrobiotik dəyişikliklər nəticəsində sürətlə inkişaf edən dermatit; Allergik — həssaslaşmış limfositlərin təsiri nəticəsində gecikmiş tipli iltihablı dermatit. İnkişaf səbəblərinə görə dermatit travmatik, tibbi, termik (yanıq, donma), rentgen şüaları və müxtəlif radioaktiv maddələrin şüalanması, yaraya yaxın olması, ziyil, nekrobasil, parazitar (qotur) və s. əlamətlərə görə fərqlənir.
Kontakt dermatit
Kontakt dermatit — kimyəvi və ya fiziki agentlərin təsirindən yaranan dərinin kəskin və ya xroniki iltihabı. Tez-tez allergik kontakt dermatitin səbəbi bəzi şampunların, losyonların, nəmləndirici kremlərin bir hissəsi olan törəmələrdən ayrılan formaldehidə reaksiyadır. == Epidemiologiyası == Kontakt dermatit bütün peşə dəri xəstəliklərinin 95%-ni təşkil edir. Kontakt dermatitin vaxtı və yayılması ilə bağlı dəqiq statistika azdır. Bir neçə aparılan tədqiqatın nəticələri metodoloji fərqlərə görə müqayisə edilə bilməz. == Simptomları == Kontakt dermatit, yad bir maddə ilə təmas nəticəsində yaranan lokallaşdırılmış səpgi və ya dəri qıcıqlanmasıdır. Kontakt dermatitə dərinin yalnız səthi bölgələri təsirlənir. Təsirə məruz qalan toxumanın iltihabı epidermisdə (dərinin ən xarici təbəqəsi) və xarici dermisdə (epidermisin altındakı təbəqə) mövcuddur. Kontakt dermatit şiddətli qaşınma ilə nəticələnir. Onların sağalması bir neçə gündən həftələrə qədər çəkə bilər.
Atopik dermatit
Atopik ekzema və ya atopik dermatit xəstəliyi — dərinin qaşıntılı qızartılı xroniki allergik mənşəli patologiyasıdır. Qaşıntılı qızartılar bədənin istənilən yerində yarana bilər. Lakin, əsasən yanaqlarda, bükənəklərdə, əl və ayaqda yaranır. Gecələr qaşıntı kəskinləşir. Atopik ekzema xəstəliyi erkən uşaqlıq vaxtlarından başlayır. == Etiopatogenez == Atopik ekzema xəstəliyinin yaranması genetik səbələrə bağlıdır. Adətən valideynlərdin birində atopik vəziyyət olur. Yəni, valideynlərdən birində allergik rinit, konyuktivit, astma və ya atopik ekzemanın özü olur. Dərinin barier funskiyasında məsul olan fillagrin və bənzəri proteinlərin genetik pozunutusu əsasə səbəblərdən biridir. Bu səbəbdən dəridə qaşıntı və qızartılar yaranır.

dermatit sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. мед. дерматит (воспаление кожи вследствие раздражения). Xroniki dermatit хронический дерматит

    Azərbaycanca-rusca lüğət / dermatit

Oxşar sözlər

#dermatit nədir? #dermatit sözünün mənası #dermatit nə deməkdir? #dermatit sözünün izahı #dermatit sözünün yazılışı #dermatit necə yazılır? #dermatit sözünün düzgün yazılışı #dermatit leksik mənası #dermatit sözünün sinonimi #dermatit sözünün yaxın mənalı sözlər #dermatit sözünün əks mənası #dermatit sözünün etimologiyası #dermatit sözünün orfoqrafiyası #dermatit rusca #dermatit inglisça #dermatit fransızca #dermatit sözünün istifadəsi #sözlük