Deyilməmiş qayda
Deyilməmiş qayda və ya yazılmamış qayda — təşkilatlar və ya cəmiyyətlərdə qəbul edilən, ancaq heç vaxt deyilməmiş və ya bir yerə yazılmamış davranış ilə bağlı məhdudiyyətlər. Onlar adətən deyilmiş və ya yazılmış formatda deyillər, çünki dinməz ehtimallardan məntiqi bir arqumentin və ya hərəkətlərin gedişində bir hissə formalaşdırırlar. Deyilməmiş qaydalara yazılmamış və ya qeyri-rəsmi təşkilati iyerarxiyalar, təşkilati mədəniyyətlər və təşkilat üzvləri arasındakı qəbul edilmiş davranış normaları aiddir.
Nümunə olaraq, bir gəminin kapitanı bir faciə əsnasında gəmini tərk edəcək son şəxsiyyət olur. Başqa bir nümunə, Vins Ualdronun yazdığı kimi, "bir ev heyvanına ad verilirsə, o, dərhal ailənin ayrılmaz bir üzvünə çevrilir".