diafraqma sözü azərbaycan dilində

diafraqma

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • diafraqma • 91.5663%
  • Diafraqma • 8.4337%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Diafraqma
Diafraqma bu mənaları ifadə edə bilər:
Diafraqma (anatomiya)
Diafraqma (lat. diaphragma, yun. διάφραγμα arakəsmə mənasını verir) — tək əzələ olub, döş qəfəsini qarın boşluğundan ayırır. Tənəffüsün təmin edilməsində mühüm rola malik olan bu əzələvi arakəsmə ağciyərlərin gərilməsində mühüm rol oynayır. Onun hüdudları alt qabırğanın aşağı kənarı ilə məhdudlaşır. Eninəzolaqlı əzələ liflərindən təşkil olunmuş diafraqma qarın əzələ sisteminə aiddir. Dafraqmaya məməlilərdə və timsahlarda rast gəlinir. Dafraqma təkamül nəticəsində formalaşaraq tənəffüs sistemini daha da mükəmməlləşdirmişdir. Diafraqma qurluşca kümbəzəbənzər struktur olub, əzələ və fibroz toxumalardan təşkil olunmuşdur. Onun qübbələri yuxarı, döş qəfəsi boşluğuna baxır və bir növ onun döşəməsini təşkil edir.
Diafraqma (foto)
Difraqma (lat. διάφραγμα) — fotoaparat obyektivinin qurğusu olub nisbi dəliyiin ölçüsünü, obyektivdən keçən işığn miqdarını, çəkiləcək obyektin təsvirinin aydınlığını və sahə dərinliyini tənzimləmək üçün istifadə olunan dairəvi pərdəciklər. == İş prinsipi == Diafraqmanın iş funksiyası insan gözünün funksiyası ilə, demək olar ki, eynidir. İnsan günəşə baxdıqda gözünün parlaq işıqdan zədələnməməsi üçün onu qıyır və əksinə, qaranlıqda yaxşı görmək üçün gözünü daha geniş açır və beləliklə gözə düşən işığın həcmini tənzimləyir. Diafraqma da eyni funksiyanı daşıyır. Düşən işığı artırıb azaltmaq üçün diafraqmanın dəliyini açıb və ya bağlamaq lazımdır. Diafraqmanın dəliyi ləçəklər vasitəsilə açılıb bağlanır. Dəliyin dairəvi olması ləçəklərin sayı və onların formasından asılıdır. Diafraqmanın dəliyi nə qədər dairəvi olsa, bir o qədər yaxşıdır. Diafraqma şəklin kəskinliyinə, obyektivdən keçən işığın həcminə, kəskinlik dərinliyinə və rənglərin parlaqlığına təsir edir.

diafraqma sözünün leksik mənası və izahı

  • 1 [yun.] 1. anat. Döş boşluğu ilə qarın boşluğu arasında olan pərdə. Heyvanın qarın boşluğu ilə döş boşluğu arasında nazik əzələlərdən ibarət bir pərdə vardır, bu, onun diafraqmasıdır. C.Cəbrayılbəyli. 2. Optik cihazlarda: daxil olan işıq şüalarını azaldıb-çoxaltmaq üçün dairəşəkilli pərdəcik. Fotoaparatın kamerasına düşən işığın miqdarı diafraqma vasitəsilə nizama salınır.

    Azərbaycan dilinin izahlı lüğəti / diafraqma

diafraqma sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. диафрагма: 1. анат. мышечная перегородка, отделяющая грудную полость от брюшной 2. некоторые мышцы, ограничивающие какую-л. полость в организме. Ağız diafraqması диафрагма рта, düzbağırsaq diafraqması прямокишечная диафрагма, çanaq diafraqması диафрагма таза 3. физ., фото., кинем. устройство для ограничения ширины пучка световых лучей в оптической системе. Fotoqrafiya diafraqması фотографическая диафрагма 4. тех. деталь приборов, машин, механизмов и сооружений, представляющая собой пластинку или перегородку. İşləyən diafraqma рабочая диафрагма, ölçü diafraqması измерительная диафрагма II прил. диафрагмовый. Diafraqma nasosu диафрагмовый насос

    Azərbaycanca-rusca lüğət / diafraqma

diafraqma sözünün inglis dilinə tərcüməsi

diafraqma sözünün fransız dilinə tərcüməsi

"diafraqma" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#diafraqma nədir? #diafraqma sözünün mənası #diafraqma nə deməkdir? #diafraqma sözünün izahı #diafraqma sözünün yazılışı #diafraqma necə yazılır? #diafraqma sözünün düzgün yazılışı #diafraqma leksik mənası #diafraqma sözünün sinonimi #diafraqma sözünün yaxın mənalı sözlər #diafraqma sözünün əks mənası #diafraqma sözünün etimologiyası #diafraqma sözünün orfoqrafiyası #diafraqma rusca #diafraqma inglisça #diafraqma fransızca #diafraqma sözünün istifadəsi #sözlük