Adama Diakabi
Adama Salimi Diakabi (fr. Adama Diakhaby; 5 iyul 1996, Ayaçço) — Seneqal əsilli fransalı futbolçu. Ağdamın "Qarabağ" klubunun oyunçusu. Fransa gənclər milli komandasının üzvu olub. Hücumçu və sol cinah vingeri kimi oynayır.
== Karyerası ==
Fransanın Ayaçço şəhərində doğulan Adama Diakabi "Kann" futbol klubunun yetirməsidir. 2013-cü ildə o, "Kann" klubunun ikinci komandasına dəvət edilir. 24 avqust 2013-cü ildə "Kale" klubu ilə oyunda "Kann" klubunun ikinci komandasında debüt edir.8 noyabr 2015-ci ildə Diakabinin "Renn" klubu ilə bir illik müqavilə imzalayır və 2015–16 mövsümünün qalan hissəsini "Renn" klubunun ikinci heyətində keçirir.2017-ci ilin yay transfer pəncərəsi ərzində "Monako" klubu "PSJ" klubuna gedən Kilian Mbappeni əvəzləmək üçun Diakabini 10 milyon avroya transfer edir.2017–18 mövsümundə "Monako"nun heyətində ümumilikdə 30 oyunda meydana çıxır və 3 qol vurur.20 iyul 2018-ci ildə Diakabi, İngiltərə Premyer Liqası klubu "Haddersfild Taun"a taransfer olur və bir ildə artırılma şərti ilə üç illik müqavilə imzalayır.13 yanvar 2023-cü il tarixində "Qarabağ" klubu ilə, 30 iyun 2025-ci il tarixinə kimi müqavilə imzalayır. Futbolçu Ağdam təmsilçisində 87 nömrəli forma ilə çıxış edəcək. Futbolçunun "Qarabağ"da debütu özunu çox gözlətmir və "Qarabağ" onun transferini rəsmən elan etdiyi gün, klubun Antalyada təlim-məşq toplanışı çərçivəsində baş turan "Rakov"la (Polşa) yoxlama oyunun 2-ci hissəsində meydana çıxır.