dialektləri sözü azərbaycan dilində

dialektləri

Yazılış

  • dialektləri • 87.5000%
  • Dialektləri • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Balear dialektləri
Balear dialekti — Katalan dilinin dialektlərindən biri. Bu dialektdə Balear adalarında, xüsusən Malyorka adasında danışılır. Valensiya dialektinə yaxındır.
Azərbaycan dilinin dialektləri
Azərbaycan dilinin dialektləri — kompakt şəkildə əsasən tarixi Azərbaycan ərazisində yaşayan etnik azərbaycanlıların danışdıqları şivələrin məcmusudur. 2015–ci il etibarı ilə Azərbaycan dilində danışanların sayı 30 milyon nəfərdən çoxdur. == Məskunlaşma və say == Ana dili olaraq Azərbaycan dilində danışan əhali geniş coğrafiyada kompakt şəkildə məskunlaşmışdır. === İranda === Şahın xahişi ilə Rusiyadan hərbi məsləhətçi qismində göndərilmiş general–mayor qraf İvan Osipoviç Simoniçin yavəri olaraq 1837–1840–cı illərdə İranda olmuş podpolkovnik İvan Fyodoroviç Blaramberq bu dövlətdə müxtəlif rəsmi və qeyri–rəsmi şəxslərdən duyduğu məlumatları təhlil edir və belə qənaətə gəlir ki, İranın ümumi əhalisi 5 milyon nəfərdən çox deyil. Alman əsilli şərqşünas Yulius Sezar Hentşenin 1869–cu ildə istinad etdiyi mənbəni göstərmədən qeyd edir ki, 5 milyon nəfərdən ibarət İran əhalisinin 1 milyon nəfərini türktatarlar, 125 min nəfərini isə türkmənlər təşkil edir. Türkmanlar xaric bütün İran türklərini həm də azərbaycanlılar adlandıran, Budapeştdə (Avstriya–Macarıstan) doğulmuş və müasir İran ərazisindən keçərək 1861–1864–cü illərdə Orta Asiyaya səfər etmiş yəhudi əsilli türkoloq və şərqşünas Armin Vamberi 1885–ci ildə nəşr edilmiş "Türk xalqı" kitabında İranda onların sayını 2 milyon nəfər təxmin edir. Rus əsilli şərqşünas və etnoqraf Nikolay Aleksandroviç Aristov isə iddia edir ki, Vamberiyə görə bu say İran əhalisinin üçdə birinə bərabər idi. Məhəmməd Əmin Rəsulzadə İran türkləri haqqında 1912–ci ildə qələmə aldığı yazılarında qeyd edirdi ki, türklər ən aşağı ehtimalla İran əhalisinin üçdə birini təşkil edirlər. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində millət vəkili olmuş və 1920–ci ildən 1971–ci ildə vəfatı tarixinədək Türkiyədə mühacir həyatı yaşamış yazıçı Mirzə Məmmədsadıq Axundzadənin təxmininə görə 1939–1940–cı illərdə təqribən 10 milyon nəfər olan İran əhalisinin 5 milyon nəfərini türklər təşkil edirdi. Rusiya Elmlər Akademiyasının Asiya Xaqları İnstitutu tərəfindən yayımlanan "Qısa hesabatlar"ın 77–ci buraxılışında nəşr edilmiş S. M. Əliyevin "Müasir İranda milli məsələ" məqaləsində olan məlumatlara görə general–leytenant Hüseyn Əli Razmaranın (fars.
Ərəb dilinin bədəvi dialektləri
Ərəb dilinin bədəvi dialektləri (ərəb. لهجات بدوية‎) — Ərəb dünyasında həm köçəri, həm də oturaq qruplar arasında yayılmış, tarixən bədəvi qəbilələri ilə əlaqəli ərəb dialektlərinin tipoloji qrupu. Dialektlər qrupu Nəcd və Hicazda yaşamış, X əsrdən indiki dövrə qədər yayılan ərəb tayfalarına əsaslanır. Bədəvi dialektləri regiona və qəbiləyə görə dəyişir, lakin onlar adətən onları hər regiondakı oturaq tipli dialektlərdən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Termin qeyri-müəyyən ola bilər, çünki o, köçəri bədəvilərin dialektlərinə, bədəvi mənşəli əhalinin dialektlərinə və ya bədəvi dialektlərinin təsirinə məruz qalmış oturaq dialektlərə aid ola bilər. Odur ki, bədəvi dialektləri arasındakı oxşarlıqlar dil müxtəlifliyini tez bir zamanda ortadan qaldıran sürətli əhali hərəkətləri səbəbindən yaranmış bir-birləri ilə tarixi təmasları ilə bağlıdır.
Azərbaycan dili dialektlərində fonetik hadisə və qanunlar
== Ahəng qanunu == Şivələrdə ahəng qanunu ədəbi dilə nisbətən bir o qədər də möhkəm deyildir. Ayrı-ayrı şivələrdə ahəng qanununa eyni dərəcədə riayət olunmur. Saitlər ahənginin saxlanması və pozulması baxımından baxımından şivələr üç qrupa bölünür: 1. Ahəng qanununa ciddi riayət olunan şivələr 2. Ahəng qanununun tez-tez pozulduğu şivələr 3. Ahəng qanunu bəzi hallarda pozulan şivələr === Ahəng qanununa ciddi riayət olunan şivələr === Bu qrupa Qazax, Qarabağ və Gəncə şivələri daxildir. Qazax və Qarabağ şivələrində dodaq ahəngi də ədəbi dilimizə nisbətən inkişaf etmişdir. Ədəbi dildə damaq ahənginə əsasən iki variantda işlənən şəkilçilərin Qazax və Qarabağ şivələrində dodaq variantları da özünü göstərir: otlayırdı (ədəbi dil) – otdordu (Qazax) – otduyurdu (Qarabağ). Ədəbi dildə ahəng qanununa tabe olmayaraq, sözün əvvəlində i səsi işləndiyi halda, Qazax, Gəncə və Qarabağın bəzi şivələrində ı səsi ilə işlənir: ışıx, ılxı, ıldırım. === Ahəng qanununun tez-tez pozulduğu şivələr === Buraya Quba, Bakı, Şəki, Zaqatala, Qax, Ordubad, Culfa, Lənkəran və Təbriz şivələri aiddir.

"dialektləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dialektləri nədir? #dialektləri sözünün mənası #dialektləri nə deməkdir? #dialektləri sözünün izahı #dialektləri sözünün yazılışı #dialektləri necə yazılır? #dialektləri sözünün düzgün yazılışı #dialektləri leksik mənası #dialektləri sözünün sinonimi #dialektləri sözünün yaxın mənalı sözlər #dialektləri sözünün əks mənası #dialektləri sözünün etimologiyası #dialektləri sözünün orfoqrafiyası #dialektləri rusca #dialektləri inglisça #dialektləri fransızca #dialektləri sözünün istifadəsi #sözlük