* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [yun.] tib. Xəstəni hərtərəfli müayinə nəticəsində onun xəstəliyinin müəyyən edilməsi. Əziz əlini ürəyinin üstünə qoyandan sonra həkim diaqnozunun dürüstlüyünə daxilən sevindi. Ə.Vəliyev. Mənim gümanım gələn bir diaqnozu bu gün yoxlamaq istəyirəm. Mir Cəlal. □ Diaqnoz qoymaq – xəstəni hərtərəfli müayinə edərək onun xəstəliyini təyin etmək. Uranla zəhərlənmələrin diaqnozunu qoymaq üçün sidikdə albuminlərin, amin turşularının tapılmasının … böyük əhəmiyyəti vardır. A.Qarayev.
Azərbaycan dilinin izahlı lüğəti / diaqnoz1 сущ. диагноз: 1. мед. врачебное заключение о сущности болезни. Diferensial diaqnoz дифференцированный диагноз, klinik diaqnoz клинический диагноз, gecikmiş diaqnoz запоздалый диагноз 2. бот., зоол. минер. определение признаков какой-л. систематической группы; diaqnoz qoymaq диагностировать (болезнь); ставить, поставить диагноз
Azərbaycanca-rusca lüğət / diaqnoz