diaqramı sözü azərbaycan dilində

diaqramı

Yazılış

  • diaqramı • 86.6667%
  • Diaqramı • 13.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Faza diaqramı
Faza diaqramı (vəziyyət diaqramı) — diaqramda nəzərdən keçirilən nöqtənin koordinatlarına cavab verən şəraitdə sonsuz fiziki-kimyəvi sistemin tarazlıq vəziyyətinin qrafik görünüşüdür (fiqurativ nöqtə). == Faza diaqramlarının analizi == Faza diaqramlarının qurulması üçün adi koordinatlar, termodinamik parametrlər-temperatur, təzyiq və sistemin tərkibidir (mol və ya çəki faizi ilə). Ümumi hallarda koordinatların sayı sistemin komponentlərinin sayını bir vahid üstələyir (birkomponentli sistemin diaqramı ikiölçülü, ikikomponentlininki üçölçülüdür və s.) Kondensasiya olunmuş (qatılaşdırılmış) sistemlərdə təzyiq hesabına faza tarazlığının dəyişikliyi bir çox hallarda nəzərə alınmadığına görə, bu hallarda diaqram ölçülərinin sayı komponentlərin sayına bərabərdir (kondensasiya olunmuş ikikomponentli sistemin diaqramı ikiölçülü, üçkomponentlininki isə üçölçülüdür və s.). Kompleks faza diaqramları çap nəşrlərində kəsik və ya proyeksiya şəklində əks olunur. Faza qaydalarına uyğun olaraq, ikiölçülü diaqramda birfazalı hissə sahə ilə, ikifazalı hissə-xəttlə (r-T diaqramlarda) yaxud konod paralel xətlər toplusu ilə, hansılar üçün ki, bərabər fazaların tərkibi müəyyənləşdirilmişdir (tərkibin iştirakı ilə olan diaqramlarda), üçfazalı hissə nöqtə ilə (r-T diaqramlarda) və ya üfüqi (T-x yaxud r-x diaqramlarda) təsvir olunur. == Temperatur-təzyiq diaqramları == Birkomponentli sistemlərin diaqramı/ Birkomponentli sistemlərin faza diaqramlarında, faza qaydalarına əsasən, sahələr birfazalı vəziyyətə, onları ayıran xətlər ikifazalı, xətlərin kəsişdiyi nöqtələr üçfazalı vəziyyətə uyğundur (bu nöqtələr üçqat nöqtələr adlanır). İkifazalı xətlər bir qayda olaraq, ya iki üçqat nöqtəni, ya da üçqat nöqtəni sıfır təzyiqə cavab verən ordinat oxu ilə birləşdirir. Bu zaman kritik nöqtədə başa çatan maye-qaz xətti istisna təşkil edir. Kritik nöqtədən yüksək temperaturlarda maye ilə buxar arasında fərq itir. == Temperatur-tərkib diaqramları == İkili sistemlərin diaqramları Bərk vəziyyətdə sərhədsiz həllolma Evtektik və evtektoid dəyişikliklər Kimyəvi birləşmələr yaradan ərintilər Politermik kəsimlər == Faza diaqramlarının eksperimental quruluşunun metodları == Dinamik: Differensial termik analiz və Vizual termik analiz Statik: Rentgen fazalı analiz və Lokal rentgen spektral analiz == Faza diaqramlarının termodinamik optimallaşdırılmasının metodları == CALPHAD metodu Q. F. Voroninin qabarıq səthlər metodu == Ədəbiyyat == Аносов В. Я., Погодин С. А. Основные начала физико-химического анализа.
Feynman diaqramı
Feynman diaqramı — kvant mexanikasında hissəciklər arasındakı qarşılıqlı münasibətləri qrafik təsvir etmə metodudur. Bu metod onu yaratmış nəzəriyyəçi fizik Riçard Feynmanın adını daşıyır. == Ümumi məlumat == Riçard Feynman fizikanın sahələrindən olan Kvant Elektrodinamikasının qanunlarını və proseslərini diaqramlarla ifadə etmək metodunu 1940-cı illərin sonunda təklif etdi. Elektromaqnetizm eyni yüklü obyektlərin bir birini itələməsinə və fərqli yüklü obyektlərin bir birini cəlb etməsinə səbəb olan fundamental qüvvədir. Bu qüvvənin daşıyıcısı fotondur. Kvant Elektrodinamikası (KED – QED ingiliscə) nəzəriyyəsi elektromaqnetizmi kvant mexanikası səviyyəsində izah edir. Başqa sözlə, KED subatomik hissəciklərin bir birinə foton vasitəsilə təsir etməsi proseslərini və mexanizmini öyrənir. Feynmanın Kvant Elektrodinamikası üçün təklif etdiyi diaqramlar sonrakı illərdə zəif nüvə qüvvəsi və güclü nüvə qüvvəsi üçün də istifadə edilməyə başladı. == İstifadə olunan işarələr == Feynman diaqramları maddə daşıyıcısı olan hissəciklərin (fermionlar, baryonlar) enerji daşıyıcısı olan hissəciklər (bosonlar) vasitəsilə bir birinə təsirini ifadə edir. Diaqramlar iki ölçülü koordinasiya sistemində təsvir edilirlər.
Qant diaqramı
Qant diaqramı (ing. Gantt chart, rus. Диаграмма Ганта) — Sütunlu diaqramın populyar növü. Əsasən layihələrin planını, işlərin qrafikini təsvir etmək üçün istifadə olunur. Layihələrin planlaşdırılması metodlarından biridir. Layihələrin idarəolunması üzrə həm masaüstü sistemlərdə, həm də veb-proqramlarda istifadə olunur. Diaqramın ilk formatı 1910-cu ildə Henri L.Qant (Henry Gantt, 1861–1919) tərəfindən işlənib hazırlanıb. İş planlaması tələb edən bir çox sektorda istifadə olunduğundan aktuallığını hələ də qorumaqdadır. Qant diaqramı 2 əsas hissədən ibarətdir: görüləcək işlərin adlarının qeyd olunduğu hissə və görüləcək işlərin başlama ilə bitmə zaman aralığı. Zaman aralığı düzbucaqlı formasında təsvir olunur.
Venn diaqramı
Venn diaqramı və ya Eyler-Venn diaqramı — ən fundamental çoxluq göstərilmə sxemlərindəndir. Diaqramda bir neçə mövcud olan kəsişmiş çoxluq göstərilir. Burada, adətən, 3 çoxluq göstərilir. Dairə şəklində göstərilir. Venn sxeminin çəkilməsi çox asandır. Venn sxeminin əsasını ingilis alimi Con Venn (1834—1923) qoymuşdur. Con Venn bu diaqramı 1881-ci ildə Londonda nəşr etdirdiyi "Simvolik məntiq" kitabında göstərmişdi. Venn diaqramı adlandırılarkən böyük hərflərdən istifadə edilir. Ümumiyyətlə, Venn diaqramı əməliyyatlı çoxluqlarda istifadə edilir. Bu çox rast gəlinən bir amildir.
Çiçək diaqramı
Çiçək diaqramı çiçək strukturunun qrafik təsviridir. Çiçək orqanlarının sayını, düzülməsini və birləşməsini göstərir. Çiçəyin müxtəlif hissələri öz simvolları ilə nümayiş olunur. Çiçək diaqramları çiçəkləri tanımaq üçün faydalı olub, çiçəkli bitkilərin təkamülünü başa düşməyə kömək edir. Bu üsuldan XIX əsrin axırlarından etibarən istifadəyə etməyə başlamışdırlar və əsasən August W. Eichlerə ithaf edilirlər.
Suyun hal diaqramı
Kükürd tipli maddələr təbiətdə ən çox yayılmış maddələrdir. Lakin bir sıra maddələr də vardır ki, kükürd tipli maddələrdən fərqli olaraq, maye fazadan kristallaşdırdıqda həcmləri artır. Bu halı daha aydın təsəvvür etmək üçün H2O-un hal diaqramını nəzərdən keçirmək olar. Bu diaqramda absis oxu üzərində temperatur, ordinant oxu üzərində isə təzyiq verilmişdir. Diaqramda hər bir fazaya müəyyən sahə uyğun gəlir ki, bunlardan da hər biri digərinin verilən iki fazanın tarazlığını xarakterizə edən əyrilərlə ayrılır. Bu əyrilər üç fazanın tarazlıqda olduğu üçlü nöqtədə birləşir. Bu əyrilər göstərir ki, su və buxarın tarazlıqda olduğu hər bir temperatura müəyyən buxar təzyiqi və ya hər bir buxar təzyiqinə müəyyən temperatur müvafiq gəlir. Belə ki, 100oC temperaturda suyun buxar təzyiqi yalnız 760mm civə sütununa bərabər olduğu halda hər iki faza arasında tarazlıq yaranır. Həmin temperaturda buxar təzyiqinin dəyişməsi fazalardan birinin itməsinə, yəni bir fazalı sistem alınmasına gətirib çıxarır. Suyun kristallaşması Le-Şatelye prinsipinə əsasən buzun əriməsinə və suyun kristallaşma temperaturunun aşağı düşməsinə səbəb olur.
Dəmir-karbon hal diaqramı
Dəmir-karbon hal diaqramı — dəmir tərkibli ərintilərdə faza çevrilmələri ilə müəyən olunan halın qrafiki təsviridir (şəkil). Texniki baxımdan dəmir-karbon kimyəvi birləşməsinin stabil halı olan sementit böyük əhəmiyyət kəsb edir. Diaqramda göstərilmiş A nöqtəsi saf dəmirin böhran nöqtəsidir. Ərinti halında olan dəmir soyuduqda bu nöqtə kristallaşma, qızdırdıqda isə ərimə temperaturunu göstərir (1539 °C). D sementitin aqreqat halını göstərən nöqtədir. ABCD xəttindən yuxarıda maye bir fazalı maye halındadır. Bu xəttə likvidius xətti deyilir. Maye soyuduqda bu xətt üzrə karbonun miqdarndan asılı olaraq kristallar yaranmağa başlayır. AB xətti üzrə Fe bərk məhlulun kristalları alınır. BC xətti boyunca maye ərintidən austenit, CD üzrə isə birinci sementit ayrılır.
İnsan kəlləsi diaqramı (yandan)
İnsanın kəlləsi (lat. cranium) — 23 sümükdən ibarət olan insan başının sümük karkası. Bura həmçinin üç cüt eşitmə sümüklərini də əlavə etmək olar. Kəllənin əmələgəlməsi iki əmgək və sümük mərhələlərindən keçir. Yeni doğulmuşlarda əmgək mərhələsinin qalıqlarına rast gəlinir. Bundan əlavə kəllə sümükləri qığırdaq mərhələsi də keçmiş olur. Kəllə iki: üz və beyin şöbələrindən ibarətdir. Çənə sümüyündən başqa demək olar ki, bütün kəllə sümükləri bir biriləri ilə fibroz birləşmələr — tikişlər vasitəsilə birləşmiş olurlar. İnsan kəlləsinin üz şöbəsinə bir cüt: əng sümüyü, burun balıqqulağı sümüyü, damaq sümüyü, almacıq sümüyü, burun sümüyü, gözyaşı sümüyü və tək: çənə sümüyü, dilaltı sümüyü, burun arakəsmə sümüyü aiddirlər İnsan kəlləsinin beyin şöbəsinə bir cüt: gicgah sümüyü, təpə sümüyü və tək: ənsə sümüyü, əsas sümük, alın sümüyü, xəlbir sümüyü aiddirlər.

"diaqramı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#diaqramı nədir? #diaqramı sözünün mənası #diaqramı nə deməkdir? #diaqramı sözünün izahı #diaqramı sözünün yazılışı #diaqramı necə yazılır? #diaqramı sözünün düzgün yazılışı #diaqramı leksik mənası #diaqramı sözünün sinonimi #diaqramı sözünün yaxın mənalı sözlər #diaqramı sözünün əks mənası #diaqramı sözünün etimologiyası #diaqramı sözünün orfoqrafiyası #diaqramı rusca #diaqramı inglisça #diaqramı fransızca #diaqramı sözünün istifadəsi #sözlük