Diat sözü azərbaycan dilində

Diat

Yazılış

  • Diat • 50.0000%
  • diat • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Diatez
Diatez (yun. diáthesis) — insan orqanizmində, daha çox uşaqlıq vaxtında irsi olaraq əmələ gəlmiş pataloji reaksiya və ya xəstəlik. Azyaşlı uşaqlarda allergiya ilkin olaraq özünü diatez şəklində büruzə verir. İlk öncə uşağın üzünün dərisində qızartı və şişkinlik əmələ gəlir, dəri qabıq verir. Bir çox valideynlər bu əlamətlərin meydana gəlməsinə çox diqqətsiz yanaşır, onların gələcəkdə baş verə biləcək ağır xəstəliklərin əvvəli ola biləcəyindən heç şübhələnmirlər də. == Səbəbi == Diatez niyə əmələ gəlir? Uşağın həyatının ilk aylarında allergenlər üçün ən əsas "görünməz gizli qapı" — mədəbağırsaq sistemidir. Ana südündəki zülallardan başqa, istənilən qida zülalı uşaq orqanizmi üçün yad olduğu üçün potensial şəkildə təhlükəli hesab edilir. Hətta ən yaxşı hesab edilən süni uşaq qidaları da ana südünü əvəz edə bilməz. Ona görə də anasının südü az olan və ya olmayan usaqlarda allergiyanın inkişaf etmə təhlükəsi, ana südü ilə qidalanan uşaqlara xeyli dərəcədə yüksək olur.
Diatom yosunlar
Diatom yosunlar (lat. Bacillariophyta). Bu tipə tək, nadir hallarda qonur rəngli (piqmenti — fukoksantin) mikroskopik (0,75 mkm – 2 mm) kolonial orqanizmlər daxildir. Diatom yosunlar planktonda geniş, daha az miqdarda dəniz və şorsu hövzələrinin bentosunda, bəziləri torpaqda məskunlaşırlar; müasir diatom yosunlar qütb dairəsinə yaxın və əsasən arktik hövzələrdə yayılmışdır. Hüceyrə ikitaylı silisium qabıq içərisində yerləşir, qabıq iki elementdən ibarətdir; bunlardan kiçiyi qapaq kimi həmişə digər tayı örtür. Sonuncunun içərisində dairəvi lövhə (tayın özülü) və kəmərcik (yan tərəflər) ayrılır. Lövhənin formasına görə diatom yosunlar tipi iki sinifə ayrılır: pennatlar və sentriklər. Pennat diatom yosunlar ikitərəfli simmetriyalı olub, formaları uzunsov oval (yumurtavari), iynəşəkilli olur, adətən, qabığın ortasında yarıqşəkilli dəlik (tikiş xətti) yerləşir. Sentrik diatom yosunlar radial simmetriya ilə səciyyələnir, formaca dairəvi, üçbucaq, ulduz şəkillidir. Bütün diatomeaların kəmərcik tərəfdən görünüşü çubuqşəkillidir (uzunsov-düzbucaqlı) ki, bu da tipin ikinci adını – Bacillariophyta (lat.
Diatomit
Diatomit — torpaqvari, kövrək və ya sementləşmiş silisiumlu (opal), ağ, açıq-boz və ya sarı rəngli 50%-dən çox hissəsi diatomea zirəhlərindən ibarət süxurdur. Diatomit dəniz, nadir hallarda şirin su (göl) mənşəli olur. Tərkibində 70-98%-dək həll olan silisium dörd oksid vardır. Yük­sək məsaməlilik, az həcmi çəki, adsorbsiya və istilik izoləetmə xassələrilə səciyyələnir. Paleogen-Neogen və Dör­düncü dövr çöküntülərində yayılmışdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Diatropa rotundifolia
Dəyirmiyarpaq öküzboğan (lat. Bupleurum rotundifolium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin öküzboğan cinsinə aid bitki növü. == Sinonimləri == Bupleurum perfoliatum Lam. [Illegitimate] Bupleurum perfoliatum var. rotundifolium (L.) Desv. Bupleurum rotundifolium var. alpinum Lapeyr. Bupleurum rotundifolium f. oblongum Bornm. ex H.Wolff Diatropa rotundifolia (L.) Dumort.
Eksudativ-kataral diatez
EKD ətraf mühitin qıcıqlarına qarşı dəri və selikli qişalarda baş verən dəyişikliklərlə təzahür edən uyğunlaşma pozuntusudur. O, mədə-bağırsaq traktının fermentativ sisteminin yaş xüsusiyyətləri, immun sisteminin vəziyyəti və ətraf mühitin orqanizmə təsiri ilə əlaqədardır. Bətndaxili inkişafa mənfi təsir edən amillər – dölün hipoksiyası, mərkəzi sinir sisteminin perinatal zədələnməsi, infeksion xəstəliklər, çoxsaylı medikamentoz müalicələr, qidalanmanın xarakteri EKD yaradan səbəblərdəndir. Bu zaman genetik faktor da mühüm əhəmiyyət kəsb edir və çox hallarda EKD-li körpələrin valideynləri də uşaq ikən bu vəziyyətdən əziyyət çəkirlər. == Kliniki əlamətləri == EKD-li uşaqlarda həyatın ilk həftələrindən dəridə davamlı bişməcələr, dərinin quru və avazımış olması, başın tüklü hissəsində çətin təmizlənən qartmaq, yanaqların dərisinin qızarması və qabıqlanması (bu, soyuq havanın təsirindən daha da kəskinləşir), içərisinə maye yığılan və qaşınan düyüncüklər və artıq çəki müşahidə oluna bilər. Eyni zamanda gözlər, bronxlar, ağız boşluğu, mədə-bağırsaq sisteminin selikli qişaları da bu prosesə cəlb oluna bilir. EKD-li uşaqlarda kliniki əlamətlərin kəskinləşməsi qidalanmanın pozulması və bəzən də iqlim şəraiti səbəbindən baş verir. == EKD-nin profilaktikası == EKD-nin profilaktikaslna ilk növbədə hamiləlik dövründə başlamaq məsləhətdir. Bunun üçün gələcək ana öz qida rasionundan allergenləri mümkün qədər çıxarmalı, ginekoloq isə dölün bətndaxili inkişafına nəzarət etməlidir. Uşağı doğum evindən evə gətirən andan onu əhatə edən mühitdəki allergenləri mümkün qədər aradan qaldırmaq lazımdır.
Krepin Diatta
Krepin Diatta (25 fevral 1999-cu ildə anadan olub) — Belçika Pro Liqası təmsilçilərindən olan Brügge klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Seneqallı futbolçudur. == Karyerası == === Klub === 26 fevral 2017-ci ildə Diatta Norveç təmsilçilərindən olan Sarpsburq 08 klubu ilə dörd illik müqavilə imzalamışdır.3 yanvar 2018-ci ildə Diatta Belçika Pro Liqası təmsilçilərindən olan Brügge klubu ilə dörd üstəgəl bir illik müqavilə imzalamışdır.

"diat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#diat nədir? #diat sözünün mənası #diat nə deməkdir? #diat sözünün izahı #diat sözünün yazılışı #diat necə yazılır? #diat sözünün düzgün yazılışı #diat leksik mənası #diat sözünün sinonimi #diat sözünün yaxın mənalı sözlər #diat sözünün əks mənası #diat sözünün etimologiyası #diat sözünün orfoqrafiyası #diat rusca #diat inglisça #diat fransızca #diat sözünün istifadəsi #sözlük