didaktik sözü azərbaycan dilində

didaktik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • didaktik • 93.2331%
  • Didaktik • 6.7669%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Didaktik ədəbiyyat
Didaktik ədəbiyyat (yun. didaktos - nəsihət verən) — elmi, fəlsəfi, mənəvi-əxlaqi, dini görüş və ideyaları bədii formalarda əks etdirən nəsihətamiz xarakterli ədəbiyyat. Didaktik ədəbiyyatın ilk nümunələri sinkretizm dövrünə aiddir. Qədim Yunanıstanda Hesiodun əkinçi-əxlaqi görüşlərini əks etdirən "Zəhmətlər və günlər" eposu, Lukretsinin "Şeylərin təbiəti haqqında" fəlsəfi poeması, Çində Lao-Tszının "Dao de tszin" fəlsəfi poeması, Hindistanda "Pançatantra", "Kəlilə və Dimnə", Azərbaycanda, İranda, həmçinin Orta Asiyada "Avesta", Rusiyada "Vladimir Monomaxın öyüdləri" və s. əsərlərdə nəsihətamiz motivlər əsas yer tutur. Sonrakı dövrlərdə Nikola Bualo ("Poeziya sənəti"), Aleksandr Pop ("İnsan haqqında təcrübə"), Mixail Vasilyeviç Lomonosov ("Şüşənin faydası barədə məktub") və başqaları didaktik əsərlər yaratmışlar. Didaktik ədəbiyyat Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda da geniş yayılmışdır. Sufi lirikası və nəsrini bütövlükdə didaktik ədəbiyyat hesab etmək olar. Didaktik ədəbiyyatın təmsil, nəsihətnamə, öyüd, məsəl kimi spesifik janrları da vardır. “Qabusnamə”, Sədi Şirazinin “Gülüstan” və “Bustan” əsərləri, Cəlaləddin Ruminin “Məsnəvi”si didaktik ədəbiyyatın klassik nümunələridir.
Didaktika
Didaktika (q.yun. διδακτικός) — pedaqogikanın bir bölməsi. == Didaktika anlayışı == «Didaktika» anlayışı pedaqogika elminə XVII yüzillikdə gətirilmişdir. Həmin termini ilk dəfə alman pedaqoqu Volfqanq Ratke (1571-1635) və çex pedaqoqu Yan Amos Komenski (1592-1670) işlətmişlər. Bu anlaşıyın mahiyyətini həmin şəxslərin hərəsi bir cür aydınlaşdırmışdır. V.Rakteyə görə, didaktika elmləri, dillləri və incəsənəti öyrətmək məharətidir. Y.A.Komenskinin nöqteyi-nəzərincə, didaktika hər şeyi hamıya öyrətmək sənətidir. Pedaqoji fikir tarixində didaktikanı gah təhsil, gah təlim, gah da təlim və təhsil nəzəriyyəsi kimi aydınlaşdırmaq cəhdləri olmuşdur. Bu cəhdlərə baxmayaraq, deyə bilərik ki, əslində didaktika təhsil və təlim haqqında nəzəriyyədir. == Tarixi == Didaktika çox qədim tarixə malikdir.

didaktik sözünün leksik mənası və izahı

didaktik sözünün rus dilinə tərcüməsi

  • 1 дидактический

    Azərbaycanca-rusca lüğət / didaktik
  • 2 1 прил. дидактический: 1. относящийся к разделу педагогики “ дидактика”. пед. Didaktik prinsiplər дидактические принципы, didaktik fikir дидактическое высказывание 2. поучительный, наставительный. Didaktik ədəbiyyat дидактическая литература, didaktik poeziya дидактическая поэзия 2 сущ. дидактик (специалист по дидактике в 1 знач.)

    Azərbaycanca-rusca lüğət / didaktik

didaktik sözünün inglis dilinə tərcüməsi

didaktik sözünün fransız dilinə tərcüməsi

"didaktik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#didaktik nədir? #didaktik sözünün mənası #didaktik nə deməkdir? #didaktik sözünün izahı #didaktik sözünün yazılışı #didaktik necə yazılır? #didaktik sözünün düzgün yazılışı #didaktik leksik mənası #didaktik sözünün sinonimi #didaktik sözünün yaxın mənalı sözlər #didaktik sözünün əks mənası #didaktik sözünün etimologiyası #didaktik sözünün orfoqrafiyası #didaktik rusca #didaktik inglisça #didaktik fransızca #didaktik sözünün istifadəsi #sözlük