* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Yurdundan, vətənindən məhrum olaraq başqa yerlərdə dolaşan; sərgərdan, dərbədər. Firqətindən əlim getməz bir işə; Gəzirəm didərgin (z.) səyyad misli. Aşıq Əli. □ Didərgin düşmək (olmaq) – yurdundan, vətənindən məhrum olaraq başqa yerlərdə dolaşmaq, dərbədər olmaq. [Bədəl:] Bizim kimi evindən- eşiyindən didərgin düşənlər çoxdur… Ə.Haqverdiyev. Türkdilli xalqların doğma yerindən; Didərgin düşməsi kimə gərəkmiş? B.Vahabzadə. Didərgin salmaq – yurdundan, vətənindən uzaq salmaq, dərbədər salmaq. Vətənim var idi, nə etməli, didərgin saldılar, mən də onu unutdum. A.Divanbəyoğlu. [Sabir:] Məni öz vətənimdən didərgin salıblar. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / didərgin1 Farscadır. Farslarda digərqun sözü də var, “başqalaşma” (digərləşmə) anlamında işlədilir. Didərgin “qapı-qapı gəzən” deməkdir, digərqun sözünün dəyişmiş formasıdır. Qaçqın isə “bəladan canını xilas etmək üçün baş götürüb bir ölkədən başqa ölkəyə qaçan”dır. Köçkün isə “ölkə daxilində bir yerdən başqa yerə köçməyə məcbur edilən” deməkdir. Deməli, didərgin sözü həm qaçqın, həm də köçkün anlayışlarını əhatə edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / didərgin1 бездельник, разгильдяй, лодырь, повеса, праздношатающийся, праздный, зевака
Azərbaycanca-rusca lüğət / didərgin2 I сущ. 1. скиталец 2. изгнанник II прил. бездомный, беспризорный; didərgin salmaq (etmək) kimi изгнать, заставить скитаться кого; didərgin düşmək (olmaq) скитаться; didərgin salınmaq изгоняться, быть изгнанным. Doğma yurd-yuvalarından (daimiyaşayış yerlərindən) didərgin salınmaq быть изгнанным из родных очагов (из мест постоянного проживания)
Azərbaycanca-rusca lüğət / didərgin1 i. wanderer; exile; ~ düşmək to live in a strange land, to be* driven out of one’s native country, to wander, to knock about, to knock about the world; ~ salmaq to drive* out, to cause to wander (d.)
Azərbaycanca-ingiliscə lüğət / didərgin1 is. pèlerin m, exilé m, proscrit m ; ~ salmaq exiler vt, chasser vt, expulser vt
Azərbaycanca-fransızca lüğət / didərgin1 прил. ватандивай, кӀваливай-къавай магьрум хьана (къакъатна) маса чкайра къекъвезвай; дербедер, къекъвераг; didərgin düşmək (olmaq) дидергин хьун, дербедер хьун, кӀваливай-къавай (ватандивай) магьрум хьун (къакъатун); didərgin salmaq дидергин авун, дербедер авун, кӀваливай-къавай (ватандивай) магьрум авун (къакъудун).
Azərbaycanca-ləzgicə lüğəti / didərgin