Dilağarda sözü azərbaycan dilində

Dilağarda

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Dilağarda • 98.5203%
  • dilağarda • 1.2330%
  • DİLAĞARDA • 0.2466%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dilağarda
Dilağarda — Azərbaycan Respublikasının Füzuli rayonunun Dilağarda kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1820-ci ildə Rusiyanın Cənubi Azərbaycandan köçürüb gətirdiyi tayfalardan (Qasımlı, Zərgər, Mahrızlı, Şahsevən) biri Dilaqarda adlanırdı. Bu el 600 ailədən ibarət olmaqla ondan əvvəl Talış bölgəsində və Cənubi Azərbaycanda maldarlıqla məşğul olurdu. Köçürülmüş tayfalardan 24 kənd yaranmışdı ki, onlardan üçü (Dilaqarda, Araz Dilaqarda və Qobu Dilaqarda) Dilaqarda elinin adının eynidir. Digər məlumatlara əsasən isə (Baharlının "Azərbaycan" kitabi) bu kənd Nizami Gəncəvinin dövründə Cənubi Azərbaycanın (İndiki İran İslam Respublikasının ərazinin bir hissəsi) eyni adlı kəndinin köçəri əhalisinin buralarda yerləşməsindən sonra yaranmışdır. Bu ərazilərə nisbətən Cənubi Azərbaycan daha isti olduğundan otlaq əraziləri tez quruyur. Nəticədə əhali öz mal-qarasını buraların münbit torpaqlarının yaşıllıqlarında otarmaq üşün ilin müəyyən dövrlərində buralara gətirirlərmiş. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1823 ilə aid Qarabağ əyalətinin siyahıya alınmasına istinadən Dilağarda kəndi 20 tüstüdən ibarət olmuş, pul vergisi və başqa mükəlləfiyyətlər daşımışlar. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan müxtəlif illərdə aparılmış əhalinin, o cümlədən bəylərin, din xadimlərinin siyahıya alınması sənədlərinə istinadən Çar Rusiyası dövründə Dilağarda kəndi Yelizavetpol quberniyasının, Şuşa qəzasının kəndi kimi qeydə alınmışdır. Dilağarda da 1842, 1849, 1863, 1873, 1886 illərdə əhalinin siyahıya alınması aparılmışdır.
Araz Dilağarda
Araz Dilağarda — Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası və tarixi == Kəndin adı Araz hidronimindən və mənşəcə Qaraqoyunlu tayfa ittifaqının Dilaqarda tayfasının adından ibarətdir. "Araz çayı kənarında Dilaqarda kəndi" mənasındadır. Araz sözü Digər Dilaqerda (Qobu Dilaqarda) kəndindən fərqləndirici əlamət bildirir. 1820-ci ildə İrandan köçüb gəlmiş və onların Dilaqarda elində məskunlaşması nəticəsində Dilaqarda, Araz Dilaqarda və Qobu Dilaqarda kəndləri yaranmışdır. 1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı ayrıca Araz Dilağarda Bələdiyyəsi təşkil edilib, onun ilk Nizamnaməsi 2000-ci ildə, yeni Nizamnaməsi isə 09.09.2020-ci il tarixində qəbul edilmişdir. Araz Dilağarda Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib. 03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Araz Dilağarda Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur. == Araz Dilağarda Bələdiyyəsi == "Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna əsasən Araz Dilağarda kəndi Araz Dilağarda Bələdiyyəsinin (vergi kodu: 7503, statistika kodu: 60630027) mərkəzidir. Həmin Bələdiyyənin ərazi hüquqlarına yalnız Bala Bəhmənli kənd inzibati ərazi dairəsində yerləşən Araz Dilağarda kəndi mövcuddur.
Qobu Dilağarda
Qobu Dilağarda — Azərbaycan Respublikasının Füzuli rayonunun Dilağarda kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Azərbaycan dilində qobu "quru dərə", "quruyarğan" və Qaraqoyunluların Dilağarda tayfasının adındandır. Mənşəcə Qaraqoyunlu tayfa ittifaqına mənsub Dilaqarda eli 1820-ci ildə 600 ailədən ibarət olmaqla Cənubi Azərbaycandan Şimala keçmişdir. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.. == Toponimikası == Qarabağ silsiləsinin ətəyindədir. Oykonim qobu və dilağarda (etn,) sözlərindən ibarətdir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində dilağarda tayfaşının Cənubi Azərbaycandan gəlib məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı 'Qobuda maskunlaşmış dilağarda" mənasındadır. == Əhalisi == === Tanınmış şəxsləri === Pəhlivan Fərzəliyev: Azərbaycanın milli qəhrəmanı Həbib İbayev: Alim, fizik, riyaziyyatçı. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Araz Dilağarda bələdiyyəsi
Füzuli bələdiyyələri — Füzuli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

"dilağarda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dilağarda nədir? #dilağarda sözünün mənası #dilağarda nə deməkdir? #dilağarda sözünün izahı #dilağarda sözünün yazılışı #dilağarda necə yazılır? #dilağarda sözünün düzgün yazılışı #dilağarda leksik mənası #dilağarda sözünün sinonimi #dilağarda sözünün yaxın mənalı sözlər #dilağarda sözünün əks mənası #dilağarda sözünün etimologiyası #dilağarda sözünün orfoqrafiyası #dilağarda rusca #dilağarda inglisça #dilağarda fransızca #dilağarda sözünün istifadəsi #sözlük