dilinin sözü azərbaycan dilində

dilinin

Yazılış

  • dilinin • 99.5790%
  • Dilinin • 0.3836%
  • dİlİnİn • 0.0187%
  • DİLİNİN • 0.0187%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan dilinin dialektləri
Azərbaycan dilinin dialektləri — kompakt şəkildə əsasən tarixi Azərbaycan ərazisində yaşayan etnik azərbaycanlıların danışdıqları şivələrin məcmusudur. 2015–ci il etibarı ilə Azərbaycan dilində danışanların sayı 30 milyon nəfərdən çoxdur. == Məskunlaşma və say == Ana dili olaraq Azərbaycan dilində danışan əhali geniş coğrafiyada kompakt şəkildə məskunlaşmışdır. === İranda === Şahın xahişi ilə Rusiyadan hərbi məsləhətçi qismində göndərilmiş general–mayor qraf İvan Osipoviç Simoniçin yavəri olaraq 1837–1840–cı illərdə İranda olmuş podpolkovnik İvan Fyodoroviç Blaramberq bu dövlətdə müxtəlif rəsmi və qeyri–rəsmi şəxslərdən duyduğu məlumatları təhlil edir və belə qənaətə gəlir ki, İranın ümumi əhalisi 5 milyon nəfərdən çox deyil.Alman əsilli şərqşünas Yulius Sezar Hentşenin 1869–cu ildə istinad etdiyi mənbəni göstərmədən qeyd edir ki, 5 milyon nəfərdən ibarət İran əhalisinin 1 milyon nəfərini türktatarlar, 125 min nəfərini isə türkmənlər təşkil edir.Türkmanlar xaric bütün İran türklərini həm də azərbaycanlılar adlandıran, Budapeştdə (Avstriya–Macarıstan) doğulmuş və müasir İran ərazisindən keçərək 1861–1864–cü illərdə Orta Asiyaya səfər etmiş yəhudi əsilli türkoloq və şərqşünas Armin Vamberi 1885–ci ildə nəşr edilmiş "Türk xalqı" kitabında İranda onların sayını 2 milyon nəfər təxmin edir. Rus əsilli şərqşünas və etnoqraf Nikolay Aleksandroviç Aristov(ru) isə iddia edir ki, Vamberiyə görə bu say İran əhalisinin üçdə birinə bərabər idi.Məhəmməd Əmin Rəsulzadə İran türkləri haqqında 1912–ci ildə qələmə aldığı yazılarında qeyd edirdi ki, türklər ən aşağı ehtimalla İran əhalisinin üçdə birini təşkil edirlər.Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində millət vəkili olmuş və 1920–ci ildən 1971–ci ildə vəfatı tarixinədək Türkiyədə mühacir həyatı yaşamış yazıçı Mirzə Məmmədsadıq Axundzadənin təxmininə görə 1939–1940–cı illərdə təqribən 10 milyon nəfər olan İran əhalisinin 5 milyon nəfərini türklər təşkil edirdi.Rusiya Elmlər Akademiyasının Asiya Xaqları İnstitutu tərəfindən yayımlanan "Qısa hesabatlar"ın 77–ci buraxılışında nəşr edilmiş S. M. Əliyevin "Müasir İranda milli məsələ" məqaləsində olan məlumatlara görə general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا‎; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə nəşr edilmiş 10 cildlik "İranın coğrafi lüğəti"nə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران‎ Fərhəng-i cuğrafiya-yi İran) əsasən sovet iranşünası G. M. Petrovun (rus. Г. М. Петров) tərtib etdiyi cədvələ görə 18.612.800 nəfər olan İran əhalisinin 4.525.200 nəfərini azərbaycanlılar, 237.800 nəfərini qaşqaylar, 227.600 nəfərini türkmənlər və 97.400 nəfərini əfşarlar təşkil edirdi.
Azərbaycan dilinin statusu
Azərbaycan dili Azərbaycan Respublikasının və Rusiyanın Dağıstan Respublikasının dövlət dilidir, həmçinin sovet dövründən bəri Gürcüstanda azərbaycanlıların təhsil dili olaraq istifadə edilir. Siyahıda dövlətlər və etnik qruplar ayrı şəkildə verilmişdir.
Azərbaycan dilinin şivələri
Azərbaycan dilinin dialektləri — kompakt şəkildə əsasən tarixi Azərbaycan ərazisində yaşayan etnik azərbaycanlıların danışdıqları şivələrin məcmusudur. 2015–ci il etibarı ilə Azərbaycan dilində danışanların sayı 30 milyon nəfərdən çoxdur. == Məskunlaşma və say == Ana dili olaraq Azərbaycan dilində danışan əhali geniş coğrafiyada kompakt şəkildə məskunlaşmışdır. === İranda === Şahın xahişi ilə Rusiyadan hərbi məsləhətçi qismində göndərilmiş general–mayor qraf İvan Osipoviç Simoniçin yavəri olaraq 1837–1840–cı illərdə İranda olmuş podpolkovnik İvan Fyodoroviç Blaramberq bu dövlətdə müxtəlif rəsmi və qeyri–rəsmi şəxslərdən duyduğu məlumatları təhlil edir və belə qənaətə gəlir ki, İranın ümumi əhalisi 5 milyon nəfərdən çox deyil.Alman əsilli şərqşünas Yulius Sezar Hentşenin 1869–cu ildə istinad etdiyi mənbəni göstərmədən qeyd edir ki, 5 milyon nəfərdən ibarət İran əhalisinin 1 milyon nəfərini türktatarlar, 125 min nəfərini isə türkmənlər təşkil edir.Türkmanlar xaric bütün İran türklərini həm də azərbaycanlılar adlandıran, Budapeştdə (Avstriya–Macarıstan) doğulmuş və müasir İran ərazisindən keçərək 1861–1864–cü illərdə Orta Asiyaya səfər etmiş yəhudi əsilli türkoloq və şərqşünas Armin Vamberi 1885–ci ildə nəşr edilmiş "Türk xalqı" kitabında İranda onların sayını 2 milyon nəfər təxmin edir. Rus əsilli şərqşünas və etnoqraf Nikolay Aleksandroviç Aristov(ru) isə iddia edir ki, Vamberiyə görə bu say İran əhalisinin üçdə birinə bərabər idi.Məhəmməd Əmin Rəsulzadə İran türkləri haqqında 1912–ci ildə qələmə aldığı yazılarında qeyd edirdi ki, türklər ən aşağı ehtimalla İran əhalisinin üçdə birini təşkil edirlər.Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində millət vəkili olmuş və 1920–ci ildən 1971–ci ildə vəfatı tarixinədək Türkiyədə mühacir həyatı yaşamış yazıçı Mirzə Məmmədsadıq Axundzadənin təxmininə görə 1939–1940–cı illərdə təqribən 10 milyon nəfər olan İran əhalisinin 5 milyon nəfərini türklər təşkil edirdi.Rusiya Elmlər Akademiyasının Asiya Xaqları İnstitutu tərəfindən yayımlanan "Qısa hesabatlar"ın 77–ci buraxılışında nəşr edilmiş S. M. Əliyevin "Müasir İranda milli məsələ" məqaləsində olan məlumatlara görə general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا‎; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə nəşr edilmiş 10 cildlik "İranın coğrafi lüğəti"nə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران‎ Fərhəng-i cuğrafiya-yi İran) əsasən sovet iranşünası G. M. Petrovun (rus. Г. М. Петров) tərtib etdiyi cədvələ görə 18.612.800 nəfər olan İran əhalisinin 4.525.200 nəfərini azərbaycanlılar, 237.800 nəfərini qaşqaylar, 227.600 nəfərini türkmənlər və 97.400 nəfərini əfşarlar təşkil edirdi.
Fin dilinin tarixi
Fin dilinin yaranması tarixinin əsası bizim eranın 1-ci əsrdən götürülür. Bu zamanda baltikyanı-fin dillərinin bölünməsi baş vermişdir. Bu dillərin özü də prabaltikyanı-fin dilinə əsaslanmışdır, hansından ki, bizim eradan əvvəl 1500-1000-ci illərdə, prasaam dili ayrılmışdır.
Türk dilinin gücü
Türk dilinin qrammatikası Söz və cümlə durumu hər dildə özünə aid bir qanuna bağlıdır. bu qanunların toplumuna dil qrammatikası deyilir.bu qanunlardan əlavə dillərin ayrıca özəl qanunlarıda var ki düzənli qaydalara bağlı deyillər.örnək:mukəssər cəmi ərəb dilində,artıq hərflər və qaydasız fe'llər ingilis dilində qaydasız qrammatikalardırlar.belə qanunsuz qaydalara ərəb dilinda səmai(eşidməli) deyirlər.bu deyişin nədənidə onların bəlli bir qanuna bağlı olmadığıdır buna görədə onları gərək eşidib və yadda saxlıyasan. səmainin tərsi qiyasi(müqayisə etməli) olur ki qaydalı qanunlara bağlıdır və dilin əsas gücü bu qaydaya dayanır. səmai sözlər bir dildə az olduqca dilin qaydalı olmağı və gücüdə artar. açıq və ümumi dil qaydaları az, butun, va yayğın olsa dilin gücü və dəvamıda artar. örnək: düzdür ki ərəb dili ((sərf və nəhv)) baxımından çox güclüdür amma onun qayda va yasaları o qədər budaqlı və çoxdur ki onu bütün bir səviyyədə öyrənmək çətindir.Türk dilləri: Türk dili ((sərf və açiq qayda))baxımından zəngin və asan öyrənməlidir.bu qayda və qanunlar diqqət, genişlik və asanlıq baxımından riyaziyyat qaydalarına bənzəyirlər. türk dilinin sərf qaydaları neçə barmaq sayılı bütün qaydaya bölünür və bu mövzu türk dilinin asan öyrənişli və dil gücünün əlamətidir..
Türk dilinin qrammatikası
Türk dilinin qrammatikası Söz və cümlə durumu hər dildə özünə aid bir qanuna bağlıdır. bu qanunların toplumuna dil qrammatikası deyilir.bu qanunlardan əlavə dillərin ayrıca özəl qanunlarıda var ki düzənli qaydalara bağlı deyillər.örnək:mukəssər cəmi ərəb dilində,artıq hərflər və qaydasız fe'llər ingilis dilində qaydasız qrammatikalardırlar.belə qanunsuz qaydalara ərəb dilinda səmai(eşidməli) deyirlər.bu deyişin nədənidə onların bəlli bir qanuna bağlı olmadığıdır buna görədə onları gərək eşidib və yadda saxlıyasan. səmainin tərsi qiyasi(müqayisə etməli) olur ki qaydalı qanunlara bağlıdır və dilin əsas gücü bu qaydaya dayanır. səmai sözlər bir dildə az olduqca dilin qaydalı olmağı və gücüdə artar. açıq və ümumi dil qaydaları az, butun, va yayğın olsa dilin gücü və dəvamıda artar. örnək: düzdür ki ərəb dili ((sərf və nəhv)) baxımından çox güclüdür amma onun qayda va yasaları o qədər budaqlı və çoxdur ki onu bütün bir səviyyədə öyrənmək çətindir.Türk dilləri: Türk dili ((sərf və açiq qayda))baxımından zəngin və asan öyrənməlidir.bu qayda və qanunlar diqqət, genişlik və asanlıq baxımından riyaziyyat qaydalarına bənzəyirlər. türk dilinin sərf qaydaları neçə barmaq sayılı bütün qaydaya bölünür və bu mövzu türk dilinin asan öyrənişli və dil gücünün əlamətidir..
Ərəb dilinin akademiyaları
Ərəb dilinin akademiyaları (ərəb. قالب:مجامع اللغة العربية‎) — ərəb dilini tədqiq edən və ərəb ədəbi dili normalarının tənzimləyiciləri rolunu oynayan elmi müəssisələr. Bu akademiyalar aşağıdakılardır: Dəməşqdəki Ərəb Dili Akademiyası (Suriya) — ərəb dilinin ən köhnə akademilarından biridir. 1918-ci ildə qurulub; İordaniya Ərəb Dili Akademiyası — 1924-cü ildə qurulub; İraq Elmlər Akademiyası — 1948-ci ildə qurulub, İraq müharibəsi zamanı 2003-cü ildə dağılıb.; Ərəb Dilinin İsrail Akademiyası (Hayfa, İsrail) — Knessetin qərarı ilə 2007-ci ildə qurulub; Livan Elmlər Akademiyası — 2007-ci ildə qurulub; Qahirədəki Ərəb Dili Akademiyası (Misir) — 1934-cü ildə qurulub; Xartumdakı Ərəb Dili Akademiyası (Sudan) — 1993-cü ildə qurulub; Mərakeş Kral Akademiyası — 1962-ci ildə qurulub; Ərəb Dili üzrə Əlcəzair Ali Şurası — 1996-cı ildə qurulub; Liviya Ərəb Dili Akademiyası — 1994-cü ildə qurulub; "Müdriklik evi" Fondu" (Tunis) — 1983-cü ildə qurulub.
Azərbaycan dilinin Qarabağ dialekti
Qarabağ dialekti — Azərbaycan dilinin dialektlərindən biri. Gəncə və Qazax dialektləri, həmçinin ayrım ləhçəsi ilə yanaşı Azərbaycan dilinin qərb dialekt qrupuna daxildir. Azərbaycanın Ağdam, Şuşa, Xocalı, Xocavənd, Bərdə, Ağcabədi, Füzuli və Tərtər rayonlarında və Xankəndi şəhərində geniş yayılmışdır. == İnkişaf tarixi == Qarabağ dialekti Qarabağ ərazisində yaşayan və geniş əraziyə yayılmış müxtəlif türk tayfalarının danışıq dili əsasında formalaşmışdır. Əsrlər boyu inkişaf nəticəsində tayfaların linqvistik xüsusiyyətləri bir-birinə qarışmış, bəzi oğuz və qıpçaq elementləri canlı danışıq dilində öz arxaizmini saxlamışdır.Orta əsrlərdə Qarabağın siyasi, sosial və iqtisadi mövqeyi güclənmiş, bölgənin türk əhalisinin nitqi koyne dialekti səviyyəsinə yüksəlmiş və Azərbaycan ədəbi dilinin normalarının formalaşmasında əsas mənbəyə çevrilmişdir. Beləliklə, artıq XVIII əsrdə Azərbaycan ədəbi dili Qarabağ dialektinə söykənirdi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Azərbaycan dilindəAzərbaycan dialektologiyasının əsasları. Şərq-Qərb. 2008. Azərbaycan dialektologiyası.
Azərbaycan dilinin izahlı lüğəti
"Azərbaycan dilinin izahlı lüğəti" XX əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 1966-cı ildə işıq üzü görmüşdür. Həmin cildi görkəmli leksikoqraf və lüğətçi alim, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmələri doktoru, professor Əliheydər Orucov tərtib etmişdir. Lüğətin redaktoru Əkrəm Cəfərdir. Redaksiya heyətinə isə Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri Məmməd Arif Dadaşzadə və Məmmədağa Şirəliyev, o cümlədən Əliheydər Orucov və Rəsul Rüstəmov daxildirlər. Lüğətdə Azərbaycan ədəbi dilinin lüğət tərkibində mövcud olan və Azərbaycan dilinə daxil olmuş yeni sözlərin mənaları və məna incəlikləri anadilli ədəbiyyat tarixinin görkəmli nümayəndələrindən gətirilən sitat nümunələrilə və digər misallarla izah olunur. Lüğət Əliheydər Orucovun rəhbərliyi və ümumi redaktəsi ilə "Azərbaycan dilinin izahlı lüğəti" I cild (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1966), II cild (Bakı, Elm, 1980), III cild (Bakı, Elm, 1983) və IV cild (Bakı, Elm, 1987) nəşrləri əsasında 2006-cı ildə Ağamusa Axundovun rəhbərliyi ilə Əliheydər Orucov, Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə tərəfindən təkmilləşdirilərik "Şərq-qərb" mətbəəsində yenidən nəşr edilmişdir. == Kitabın seriyaları == Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild (ABCÇD). Bakı: Şərq-Qərb, 2006, 744 s.
Azərbaycan dilinin orfoqrafiya lüğəti
Azərbaycan dilinin əvvəlki orfoqrafiya lüğəti == Haqqında == Orfoqrafiya (düzgün yazı) qaydaları sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılışını müəyyənləşdirir.Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri nəşr olunub. 29 illik fasilədən sonra sonuncu dəfə orfoqrafiya lüğəti 2004-cü ildə işıq üzü görüb. İlk orfoqrafiya lüğətinin həcmi çox kiçik olub. 1975-ci ilin lüğətində isə artıq 58 min söz var idi. 2004-cü ilin nəşrində sözlərin sayı 22 min söz artırılaraq 80 minə çatdırılıb. "Azərbaycan dilinin orfoqrafiya qaydaları" "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmişdir. Orfoqrafiya lüğəti AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 10 mart 2004-cü il tarixli qərarı ilə təsdiq olunmuşdur.Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununa görə Azərbaycan dilinin təsdiq olunmuş orfoqrafiya normalarına hüquqi, fiziki və vəzifəli şəxslər əməl etməli, Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır."Azərbaycan Respublikasının Dövlət Dili haqqında" Qanuna əsasən, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir. 2004-cü ildə nəşr olunmuş lüğətdən sonra, növbəti lüğət 2012-ci ildə nəşr olunsa da, Prezident Administrasiyası tərəfindən kitabdakı ciddi qüsurlara görə isə AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib və Orfoqrafiya lüğətinin 2012-ci il nəşrinin ləğv edilməsi və satışdan yığışdırılması haqqında göstəriş verilmişdir.
Azərbaycan dilinin orfoqrafiya qaydaları
== Müasir == O saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik. Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyf, meyil, əsil, şeir, feil. Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat. == Samitlərin yazılışı == Birinci hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə.Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır. Əslində sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət. Sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari, profilaktori, sanatori.Qeyd. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium. Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, konsert, sex, sirk, sement, lisey.Vitse sözü istisnadır. Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır: Setkin, Sialkovski, Vorontsov, Kuznetsov, Motsart, Muromets.
Azərbaycan dilinin qərb dialekti
Azərbaycan türkcəsinin qərb ləhcəsi, Gəncəbasar ləhcəsi, ya da Azərbaycan dilinin qərb dialekti — hal-hazırda Azərbaycan Respublikasının qərb (Gəncəbasar adlanan ərazi) və Gürcüstanın cənub-şərq bölgələrində işlənən danışıq dili. Azərbaycan dilinin daxilində bir ləhcədir. Qazax, Qarabağ və Qarapapaq dialektləri qərb ləhcəsinə aiddir. Gəncəbasar ləhcəsi Azərbaycan, Gürcüstan, Rusiya ərazisində istifadə olunur. == Təsnifi == Bu dialektin cüzi fərqlənən 4 subdialekti var: Ayrım-Qarapapaq subdialekti (Əsasən Qazax, Ağstafa, Tovuz və Gürcüstanda (Borçalı, Qaraçöp) işlənir) Gəncə (və bir neçə yaxın rayonlar) subdialekti İrəvan (və bütün Qərbi Azərbaycan) subdialekti Qarabağ (və bir neçə yaxın rayonlar) subdialekti == Xüsusiyyəti == "Azərbaycan dialektologiyasının əsasları" kitabına görə qərb ləhcəsinin ədəbi Azərbaycan dilindən fərqləndirən bir sıra xüsusiyyətləri var (subdialektə görə cuzi fərqlər ola bilər): Çox vaxt sözün birinci hecasında və ərəb, fars mənşəli sözlərdə ə səsinin a səsi ilə əvəzlənməsi: xavar, zayıf, idara, tasdıx və s. Sözün birinci və sonrakı hecasında i sesinin ı səsi ilə əvəzlənməsi: ışıx, ılıx, sıçan, bıldırçın, bıldır, qıymat, qıryat və s. Dodaq ahənginin möhkəmliyi: qurmuyuf (qurmoyuf), görmüyüf (görmöyüf), üydürüh (üydörüh), otduyyurdu (otdordu), burduydu (burdoydu), görsöydü, göröydü və s. Sağır n (Göytürkcə: 𐰭, Ərəb əlibası: ڭ (Kafi Nun), Kiril əlibası: ң, Latın əlifbası: ñ, ŋ) səsinə geniş yer verilməsi: ataŋ, maŋa, saŋa, aldıŋız və s. Söz ortasında və təkhecalı sözlərin axırında b sesinin v səsi ilə əvəzlənməsi: çovan, qavax, bava, qavır, qav, civ, div və s. Söz ortasında və təkhecalı sözlərin axırında c səsinin j səsi ilə əvəzlənməsi: bajı, baja, qoja, gejə, alajam, gedəjəm, saj, qaj, aj və s.
İngilis dilinin Britaniya variantı
İngilis dilinin Britaniya variantı (və ya BrEn, BrE, BE, en-UK or en-GB) Birləşmiş Krallıqda istifadə olan ingilis dilini başqa yerlədə istifadə edilən formalarından ayırmaq üçün istifadə olunan geniş termin. == İstinadlar == == Mənbə == Peters, Pam (2004). The Cambridge Guide to English Usage. Cambridge: Cambridge University Press.
İngilis dilinin Oksford lüğəti
İngilis dilinin Oksford lüğəti (ing. Oxford English Dictionary, OED), Окsford lüğəti, Böyük Окsford lüğəti — ingilis dilinin dünyada ən məşhur və ən geniş akademik lüğəti«Oxford University Press» nəşrlər evi tərəfindən nəşr edilir. 2005-ci il nəşri 301 100 məqaləni əhatə edir (350 milyon çap işarəsi). Lüğət qeyri-rəsmi şəkildə «Mürre lüğəti kimi tanınır (Murray’s) (ilk baş redaktor — Ceyms Mürrenin adı ilə).
Ərəb dilinin Misir dialekti
Ərəb dilinin Misir dialekti (ərəb. اللهجة المصرية‎) və ya Misir ərəb dili (اللغه المصريه الحديثه‎; özünüadlandırma – مصرى‎, məsri) — Misir əhalisinin əksəriyyətinin danışdığı ərəb dilinin növlərindən biri. "Misir dialekti" və "Qahirə dialekti" terminləri elmi ədəbiyyatda bir-birini əvəz edən mənada istifadə olunur. Qahirə Misirin ən böyük şəhəridir, ölkənin və şəhərin danışıq dili Misir dialektində eyni yazılır və eyni şəkildə tələffüz olunur – "Məsr". == İstinadlar == == Əlavə ədəbiyyat == Багиров А. Г. Египетский арабский диалект. — М.: Поматур, 2008.
Ərəb dilinin Nəcd dialekti
Ərəb dilinin Nəcd dialekti (ərəb. اللهجة النجدية‎; özünüadlandırma – nəcdi) — Səudiyyə Ərəbistanının mərkəzi hissəsi olan Nəcd sakinlərinin danışdığı ərəb dilinin növlərindən biri. Nəcdi dialekti qədim ərəb dialektlərinin nəslindəndir. Bu dialektdə 9 milyon 870 min insan danışır ki, bunun da 8 milyonu Səudiyyə Ərəbistanında, 900 mini İraqda, 500 mini Suriyada, 50 mini İordaniyada yaşayır.İslamdan əvvəlki dövrdə Nəcd ərazisində, Hicazın bəzi hissələrində və Bəsra körfəzi sahillərində qədim ərəb dilinin şərq dialekt qrupları geniş yayılmışdı. Ərəb filoloqları və əksər Qərb alimləri ərəb poetik dilinin mənşəyini Nəcdin bədəvi qəbilələri ilə əlaqələndirirlər. Ərəblərin islamdan əvvəlki poeziyası Nəcdin şərq dialektləri əsasında inkişaf etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === А. Г. Белова. Историческая морфология арабского языка: по материалам памятников доисламского периода. Восточная литература. 1994.
Ərəb dilinin bədəvi dialektləri
Ərəb dilinin bədəvi dialektləri (ərəb. لهجات بدوية‎) — Ərəb dünyasında həm köçəri, həm də oturaq qruplar arasında yayılmış, tarixən bədəvi qəbilələri ilə əlaqəli ərəb dialektlərinin tipoloji qrupu. Dialektlər qrupu Nəcd və Hicazda yaşamış, X əsrdən indiki dövrə qədər yayılan ərəb tayfalarına əsaslanır. Bədəvi dialektləri regiona və qəbiləyə görə dəyişir, lakin onlar adətən onları hər regiondakı oturaq tipli dialektlərdən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Termin qeyri-müəyyən ola bilər, çünki o, köçəri bədəvilərin dialektlərinə, bədəvi mənşəli əhalinin dialektlərinə və ya bədəvi dialektlərinin təsirinə məruz qalmış oturaq dialektlərə aid ola bilər. Odur ki, bədəvi dialektləri arasındakı oxşarlıqlar dil müxtəlifliyini tez bir zamanda ortadan qaldıran sürətli əhali hərəkətləri səbəbindən yaranmış bir-birləri ilə tarixi təmasları ilə bağlıdır.
Ərəb dilinin İraq dialekti
Ərəb dilinin İraq dialekti və ya İraq ərəb dili (ərəb. لهجة عراقية, عراقي‎) — bədəvi dialekti əsasında inkişaf etmiş və İraqda, eləcə də Suriya, İran, cənub-şərqi Türkiyədə və regiondan kənardakı İraq diasporunun nümayəndələri arasında yayılmış ərəb dilinin qarşılıqlı surətdə başa düşülən növləri kontinuumu. Danışanların ümumi sayı 15,1 milyon nəfərdir (onlardan 11,5 milyonu İraqdadır).İraqın özünəməxsus multikulturalizminə görə, İraq ərəbcəsi arami, akkad, fars, kürd və türk dillərindən əhəmiyyətli miqdarda alınma sözlərə malikdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Торос А. К. Иракский диалект арабского языка: практическое пособие. Ключ-С. 2011. ISBN 9785931361468. Kees Versteegh. The Arabic Language. Columbia University Press. 1997.
Ərəb dilinin Əlcəzair dialekti
Ərəb dilinin Əlcəzair dialekti (ərəb. الدارجة الجزائرية‎) və ya darci (الدارجة‎; mənası – "gündəlik ləhcə") — ərəb dilinin Əlcəzairdə və kənarda Əlcəzair diasporu arasında yayılmış növlərindən biri. Bu, Məğrib dialekt kontinuumuna aiddir, əsasən Tunis və Mərakeş dialektləri ilə qarşılıqlı surətdə başa düşülür.Əlcəzair dialekti bərbər dillərinin komponentlərini, həmçinin bərbər, türk, ispan və fransız dillərindən çoxlu alınma sözləri özündə daşıyır. Həmçinin, digər dialektlərdə olduğu kimi, yazı dilinin sonluqları da atılır. Bu dialektin rəsmi statusu yoxdur, lakin əksər əlcəzairlilər tərəfindən istifadə olunur. Ərəb dilinin Əlcəzair dialekti müxtəlif şəhərlərdə fərqlidir.
Ərəb dilinin Əndəlüs dialekti
Ərəb dilinin Əndəlüs dialekti və ya Əndəlüs ərəb dili (ərəb. اللهجة الأندلسية‎‎, isp. Árabe andalusí) — orta əsr ərəb dilinin VIII–XVI əsrlərdə "mavrların" idarə etdiyi müsəlman Pireney yarımadası (Kordova xilafəti) və Balear adalarında geniş yayılmış növlərindən biri. Rekonkistanın sonunda tədricən roman dilləri (ispan, portuqal, katalan) ilə əvəz olunmuşdur. XVII əsrə qədər mudexarlar adlanan icma arasında qismən qorunub saxlanılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Corriente, Federico. A Descriptive and Comparative Grammar of Andalusi Arabic (ingilis). BRILL. 2013. ISBN 978-90-04-22742-2.
Azərbaycan dilinin orfoepiya sözlüyü (kitab)
Azərbaycan dilinin orfoepiya sözlüyü — Azərbaycan dilinin orfoepiya lüğəti == Həmçinin bax == Azərbaycan dilinin orfoepiya qaydaları Azərbaycan dilinin orfoqrafiya lüğəti == Xarici keçidlər == Azerbaycan Dilinin Orfoepiya Sözlüğü - Şireliyev-Memmedov - Baki-1983 –Kiril - 144s Azərbaycan dilinin orfoepiya lüğəti ideyası ortaya çıxdı Yeni orfoepiya lüğəti niyə ləngiyir? - Dilçilik İnstitutunun CAVABI “MƏKTƏBLİNİN ORFOQRAFİYA-ORFOEPİYA-QRAMMATİKA LÜĞƏTİ” ÇAP OLUNMUŞDUR Kimdir müqəssir? Orfoepiya qaydaları?
Rus dilinin islahat öncəsi orfoqrafiyası
Rus dilinin islahat öncəsi orfoqrafiyası (inqilabdan əvvəlki orfoqrafiya; nadir hallarda ənənəvi orfoqrafiya) — 1918-ci ildəki islahatından əvvəl qüvvədə olan və sonralar Rusiyadakı ağ hökumətlərin ərazilərində və Ağ mühacirət nəşrlərində qorunan rus dilinin yazılışı. Rus islahatı öncəsi yazımının başlanğıcı I Pyotr dövründə mülki ssenarinin tətbiqi hesab edilə bilər. İslahatqabağı imla qaydasında ümumiyyətlə qəbul edilmiş vahid norma yox idi (1956-cı il Sovet kodeksi kimi). 1917 inqilabından əvvəl (1870-1910) son 50 ildə və ya daha çox yazım, XIX əsrin ilk üçdə birinin və xüsusilə XVIII əsrin yazımından daha çox dərəcədə normallaşdırıldı. Rusların islahat öncəsi yazılışına dair ən nüfuzlu (o vaxt nəşr olunan mətbuatda tam şəkildə müşahidə olunmasa da) dərsliklər və qaydalar dəsti Akademik Yakov Karloviç Qrotun adı ilə əlaqələndirilir. Dəqiq olaraq islahatlardan əvvəl yazımın mövcudluğunun son 50 illik yubileyinə istinad edirlər. == İnqilabdan əvvəlki yazımla müasir yazım arasındakı fərqlər == === Əlifba === İnqilabdan əvvəl rus əlifbası 35 hərfdən ibarət idi. == İstinadlar == == Ədəbiyyat == Григорьева, Татьяна Михайловна. Три века русской орфографии (XVIII—XX вв.) (1000 nüs.). М.: Элпис.
Yapon dilinin romanizasiyası
Romaci — Yapon dilinin latın hərfləri ilə yazılışı. Bu yazılışda Katakana, Hiraqana və ya Kancidən istifadə olunmur. == Romanizasiyalar arsında fərqlər == Cədvəl üç sistemin fərqini göstərir: Hepbörn, Nihon-şiki and Kunrei-şiki: Bu cədvəl onların arasındaki fərqləri göstərir.
Azərbaycan dilinin formalarının siyahısı
Azərbaycan dilinin formalarının siyahısı — tarixi dövrlərinə, digər dillərlə yaranan əlaqəsinə, danışıldığı bölgələrə, dili danışan tayfalara görə Azərbaycan dilinin müxtəlif formalarının siyahısı. == Dövrlərinə görə == Qədim azərbaycanca. Türkoloq və etnoqraf N. A. Baskakov Azərbaycan dilini tarixi mərhələlərə görə böləndə XIV–XVI əsrləri ədəbiyyatda fars dilinin istifadə edildiyi və ərəb və fars sözləri ilə zəngin olan qədim Azərbaycan dilinin inkişaf etdiyi dövr hesab edir. Məmməd Arif isə qədim Azərbaycan dilinin inkişafa başlaması dövrünü XIII–XVI əsrlər hesab edir. Azərbaycan türkcəsindəki əsərlər xüsusilə Elxani hökmdarı Əbu Səid Bahadur xanın dövründə (1316–1335) inkişaf etmişdir. Orta azərbaycanca. XV–XVIII əsrlərdə inkişaf etmişdir. Bu dil ilk dəfə XV əsrdə Azərbaycanda, Şərqi Anadoluda və İranda ortaya çıxıb. Dil Qaraqoyunlular (1374–1468) və Ağqoyunlular (1378–1503) kimi türk sülalələri dövründə, xüsusən də hakim sülaləsi İran Azərbaycanından olan Səfəvilər İmperiyası (1501–1736) dövründə daha çox inkişaf etmişdir. Onların dövründə orta Azərbaycan dili fars dili ilə yanaşı, sarayda və hərbi sahədə istifadə olunurdu və İranın şimalından cənubuna qədər linqva franka idi.
İngilis dilinin Amerika variantı
Amerika ingiliscəsi — əsasən ABŞ-də istifadə olunan bir sıra ingilis dilinin dialektləri.Təxminən dünyada ingiliscə anadilləri olan şəxslərin üçdə ikisi Amerika Birləşmiş Ştatlarında yaşayır.
Sanskrit dilinin transliterasiyasının beynəlxalq əlifbası
Sanskrit dilinin transliterasiyasının beynəlxalq əlifbası.
Türk dilinin dövlət dili elan olunması haqqında qərar (1918)
Türk dilinin dövlət dili elan olunması haqqında qərar — Rusiya işğalından (1813) bəri Şimali Azərbaycanda türk dilinin dövlət dili kimi işlədilməsi haqqında ilk sənəd. == Qərarın qəbul edilməsi == Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il 27 iyun tarixli həmin qərarına əsasən, türk dili bütün ölkə ərazisində dövlət dili elan edildi. == Həyata keçirilməsi == Bütün məhkəmə inzibati idarəçilik və digər vəzifələrin başında duranlar bu dili lazimi səviyyədə öyrənənədək Hökumət idarələrində rus dilindən də istifadə olunmasına yol verilirdi. Qəranın icrası ilə bağlı, milli kadrlar hazırlanmalı, bu sahədə tədris işi yenidən qurulmalı idi. Təhsilin milliləşdirilməsi bu sahədə atılan ilk addımlardan oldu. Azərbaycan Xalq Cümhuriyyətinin 1918 il 28 avqust tarixli qərarına əsasən bütün ibtidai tədris müəssisələrində təhsil ana dilində aparılmalı və dövlət dili olan türk dilinin tədrisi icbari surətdə həyat keçirilməli idi == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Türk dilinin dövlət dili elan olunması haqqında qərar maddəsi.
Ərəb dilinin İran körfəzi dialekti
Ərəb dilinin İran körfəzi dialekti (ərəb. اللهجة الخليجية‎‎) — ərəb dilinin Ərəbistanın şərqində, İran körfəzi sahillərində danışılan, qarşılıqlı surətdə başa düşülən bir sıra növləri. Bu, Səudiyyə Ərəbistanının şərqində, Küveytdə (1 milyon, 2014), İraqda (40 min), Bəhreyndə (100 min, 1995) Birləşmiş Ərəb Əmirliklərində (2 milyon 880 min, 2014), Qətərdə (471 min, 2014), İranda (200 min, 1993), Yəməndə (10 min) və Omanın şimalında (441 min, 1995) danışılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Habaka J. Feghali. Gulf Arabic: The Dialects of Riyadh and Eastern Saudi Arabia: Grammar, Dialogues, and Lexicon. Dunwoody Press. 2004. ISBN 9781931546041. Clive Holes. Gulf Arabic.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 36.88 dəfə / 1 mln.
2002 •••••••••• 30.84
2003 •••••••••••• 40.55
2004 •••••••••••••••••••• 67.71
2005 •••••••••• 33.74
2006 ••••••••••• 34.91
2007 •••••••••••• 39.96
2008 ••••••••••••• 41.17
2009 ••••••••••• 34.24
2010 ••••••••••• 34.13
2011 •••••••••• 31.74
2012 ••••••••••••••• 48.70
2013 •••••••• 23.92
2014 •••••••• 24.37
2015 ••••••••• 27.39
2016 ••••••• 22.73
2017 •••••••••• 33.66
2018 •••••••••••••••••• 58.73
2019 ••••••••••••• 40.75
2020 ••••••••••• 36.47

Oxşar sözlər

#dilinin nədir? #dilinin sözünün mənası #dilinin nə deməkdir? #dilinin sözünün izahı #dilinin sözünün yazılışı #dilinin necə yazılır? #dilinin sözünün düzgün yazılışı #dilinin leksik mənası #dilinin sözünün sinonimi #dilinin sözünün yaxın mənalı sözlər #dilinin sözünün əks mənası #dilinin sözünün etimologiyası #dilinin sözünün orfoqrafiyası #dilinin rusca #dilinin inglisça #dilinin fransızca #dilinin sözünün istifadəsi #sözlük