dilrüba sözü azərbaycan dilində

dilrüba

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dilrüba • 77.4194%
  • Dilrüba • 16.1290%
  • DİLRÜBA • 6.4516%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dilrüba Sultan
Dilrüba Sultan (Osmanlı türkcəsi: ديلروبا سلطان)(d. 1594 - ö. 1623) — III Mehmedin Həlimə Sultandan doğulan qızıdır. I. Mustafanın doğma, I Əhmədin isə ögey bacısıdır. == Həyatı == Dilrüba Sultan 1594-cü ildə atasının Manisa sancaqbəyliyi dövründə dünyaya gəlmişdir. Anası Həlimə Sultan əslən çərkəzdir. Atasının vəfatının ardından taxta çıxan I Əhməd qardaşına toxunmadı. Bununla da, həm Şahzadə Mustafa, həm də bacısı ilə anası sarayda güc qazandı. Sultan Əhmədin səltənəti dövründə təxminən 1610-cu ildə Rumeli bəylərbəyi Qara Davud Paşa ilə evləndirildi. Qardaşı I Mustafanın ilk səltənətində anası və əri Davud Paşa ilə birlikdə dövlət məsələləri ilə məşğul oldu.

dilrüba sözünün leksik mənası və izahı

  • 1 sif. və is. [fars.] şair. Ürəyi cəlb edən, ürəkçəkən, xoşagələn, məftunedici. [Böyükxanım] gah-gah öz-özünə dilrüba bir səslə oxuyub ayaqlarını oynadırdı. M.S.Ordubadi. …Azərşəhr, doğrudan da, Azərbaycanın dilrüba bir guşəsidir. M.İbrahimov. // Dilbər, gözəl, canan. Şəninə dedim şirin söz, bir şey ondan dadmadım; Bu səbəbdən ağzı şəkkər dilrübadən küsmüşəm. M.P.Vaqif. Xəyali-yar edib aldım bu şəb ol dilrübadan həzz. S.Ə.Şirvani. [Dərviş:] Gecələr bu dilrübanın keşikçisi, gündüzlər qulu oldum. A.Divanbəyoğlu.

    Azərbaycan dilinin izahlı lüğəti / dilrüba

dilrüba sözünün sinonimləri (yaxın mənalı sözlər)

dilrüba sözünün rus dilinə tərcüməsi

  • 1 I прил. поэт. 1. восхитительная, пленительная, прелестная, очаровательная (о красавице) 2. пленительный, прелестный, очаровательный, прекрасный. Dilrüba səs пленительный голос, dilrüba guşə прелестный уголок II сущ. см. dilbər I

    Azərbaycanca-rusca lüğət / dilrüba

dilrüba sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) könül alan, valeh edən; 2) sevgili.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

məftunedici, könülalan, xoşagələn, dilbər, gözəl.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"dilrüba" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dilrüba nədir? #dilrüba sözünün mənası #dilrüba nə deməkdir? #dilrüba sözünün izahı #dilrüba sözünün yazılışı #dilrüba necə yazılır? #dilrüba sözünün düzgün yazılışı #dilrüba leksik mənası #dilrüba sözünün sinonimi #dilrüba sözünün yaxın mənalı sözlər #dilrüba sözünün əks mənası #dilrüba sözünün etimologiyası #dilrüba sözünün orfoqrafiyası #dilrüba rusca #dilrüba inglisça #dilrüba fransızca #dilrüba sözünün istifadəsi #sözlük