dilxor sözü azərbaycan dilində

dilxor

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dilxor • 91.2698%
  • Dilxor • 5.5556%
  • DİLXOR • 3.1746%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

dilxor sözünün leksik mənası və izahı

  • 1 sif. və zərf [fars.] Çox pərt, əhvalı pozulmuş, qəmgin, kədərli, məyus. Məmmədhəsən əmi katdanı yola salıb oğlunun dalınca dilxor qoydu getdi evinə. C.Məmmədquluzadə. General bu gün çox dilxor idi. S.Rəhman. □ Dilxor etmək (eləmək) – pərt etmək, əhvalını pozmaq, məyus etmək. Nəhayət, Vaqif də tamamilə məsələyə dəxli olmayan söhbətlərə keçib, çar nümayəndəsini dilxor etdi. Çəmənzəminli. [Mahmudu] indi bircə şey dilxor edirdi. Ə.Əbülhəsən. Dilxor olmaq – çox pərt olmaq, əhvalı pozulmaq, məyus olmaq. Amma bir gün mən gənə bərk dilxor oldum. C.Məmmədquluzadə. Çingiz imzaları oxuduqda Qulunun imzasına rast gəldi, dilxor oldu, rəngi qaçdı. Çəmənzəminli. Yoldaşım çox dilxor olmuş və arabaçıya acıqlanmağa başlamışdı. T.Ş.Simurq.

    Azərbaycan dilinin izahlı lüğəti / dilxor

dilxor sözünün etimologiyası

dilxor sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 pərt — qəmgin — kədərli — məyus

    Azərbaycan dilinin sinonimlər lüğəti / dilxor
  • 2 DİLXOR [Məmməd:] Nə olub ə, Topal, bu dilxor vaxtımızda yenə nə gözünün qarasını sıxırsan? (Ə.Qasımov); DİLGİR (köhn.) Qotur Səmədin sözlərini hamı istiğfar etdi, usta Ağabala isə dilgir olub dedi: – Qələt eləmə, məlun... (Çəmənzəminli); MƏYUS Nemət yorğun və məyus bir halda evə dönüb yatdı (Çəmənzəminli); OVQATI TƏLX Axşam xan ovqatı təlx evə qayıtdı (Çəmənzəminli); PƏRT Ayna xanım pərt kimi idi (M.Hüseyn).

    Azərbaycan dilinin sinonimlər lüğəti / dilxor

dilxor sözünün antonimləri (əks mənalı sözlər)

dilxor sözünün rus dilinə tərcüməsi

  • 1 расстроенный, удрученный, огорченный, подавленный

    Azərbaycanca-rusca lüğət / dilxor
  • 2 I прил. расстроенный, огорчённый, удручённый II нареч. огорченно, удрученно; dilxor etmək, eləmək kimi огорчать, огорчить, расстраивать, расстроить кого; dilxor olmaq расстраиваться, расстроиться, быть расстроенным; огорчаться, огорчиться, быть огорченным

    Azərbaycanca-rusca lüğət / dilxor

dilxor sözünün inglis dilinə tərcüməsi

  • 1 s. disappointed, depressed, aggrieved, sad, downcast, upset; ~ görünmək to look disappointed / depressed / sad / downcast; ~ etmək to upset (d.), to put* out (d.), to disappoint (d.); Kitab məni dilxor etdi The book disappointed me; ~ vəziyyətdə olmaq to be* disappointed / depressed; d.d. to be* in the blues; ~ adam a disappointed / sad man*

    Azərbaycanca-ingiliscə lüğət / dilxor

dilxor sözünün fransız dilinə tərcüməsi

dilxor sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил., нареч. кефияр чӀуру, гьалар чӀуру, гъамлу, сугъул, бейкеф; dilxor etmək (eləmək) кефияр (гьалар) чӀурун, иви чӀулаварун, перт авун, бейкефарун; dilxor olmaq кефияр (гьалар) чӀур хьун, иви чӀулав хьун, перт хьун, бейкеф хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / dilxor

"dilxor" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dilxor nədir? #dilxor sözünün mənası #dilxor nə deməkdir? #dilxor sözünün izahı #dilxor sözünün yazılışı #dilxor necə yazılır? #dilxor sözünün düzgün yazılışı #dilxor leksik mənası #dilxor sözünün sinonimi #dilxor sözünün yaxın mənalı sözlər #dilxor sözünün əks mənası #dilxor sözünün etimologiyası #dilxor sözünün orfoqrafiyası #dilxor rusca #dilxor inglisça #dilxor fransızca #dilxor sözünün istifadəsi #sözlük