* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. İstirahətlə öz qüvvəsini bərpa etmək, yorğunluğunu almaq, istirahət etmək, dincini almaq, rahatlanmaq. [Məşədi Mürsəl:] Buyur, içəri gəl, gəl dincəl, yorulmusan… T.Ş.Simurq. Ovdakı yorğunluğun da, dincəlməyin də başqa bir dadı var. M.Rzaquluzadə. Ağca xanımın yeriməyə, danışmağa taqəti qalmasa da, xəyalı dincəlirdi. Mir Cəlal. // İstirahətini bir yerdə keçirmək. Bu il harada dincəldin? – Yayın isti günlərində; Dincəlmişik gözəl, sərin; Kölgəsində meşələrin. M.Dilbazi. // Rahat olmaq, sakit olmaq, rahatlanmaq, intizardan, təlaşdan, təşvişdən qurtarmaq. Oğlundan bir xəbər olmadığı üçün heç dincələ bilmir. – Yar məndən üz döndərdi; Qoy dincəlsin xalq indi. (Bayatı). Həsənəli bəy gedəndən sonra Məşədi Əsgərin ürəyi bir az dincəlmişdi. S.M.Qənizadə. // Sakit olmaq, işinə, hərəkətinə, fəaliyyətinə ara vermək. Ticarət əzmilə Hində gedərdi; Gecə-gündüz dincəlməyib sürərdi. Q.Zakir. Çıraq yanır, mənim yuxum gəlməyir; Vıyıldayır külək də, dincəlməyir. A.Səhhət. [Səriyyə xala:] Ağlama oğul, dincəl, gedərik. Başını dizimin üstünə qoy! M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / dincəlmək2 DİNCƏLMƏK [Adilə] bir qədər dincələndən sonra paltarını dəyişib redaksiyaya getdi (Ə.Qasımov); DİNCİNİ ALMAQ Napoleon əsgərlərindən biri demişdi: “Biz burada dincimizi almaq ümidində idik (M.Hüseyn); İSTİRAHƏT ETMƏK Həmzə bir az istirahət edib qalxdı (Ə.Qasımov); NƏFƏSİNİ DƏRMƏK Həmid: Əyləş, nəfəsini dər, sonra deyərsən görək nə oldu? (H.Abbaszadə); RAHATLANMAQ Dəmirov çarpayı üzərində oturub rahatlandı (S.Rəhimov); YORĞUNLUĞUNU ALMAQ Müslim və Nəzakət yorğunluqlarını almaq üçün yolun kənarındakı hamar bir daşın üstündə yanaşı oturdular (Ə.Yusifoğlu).
Azərbaycan dilinin sinonimlər lüğəti / dincəlmək1 DİNCƏLMƏK – İŞLƏMƏK Gah yalquzaq kimi ulayır külək, gah da quduz kimi yatır, dincəlir (S.Vurğun); Mən texnikumu bitirib bir sənət qazanacaqdım, başqaları kimi namusla işləyəcəkdim (S.Qədirzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / dincəlmək1 1. отдыхать, отдохнуть, передохнуть; 2. успокаиваться, униматься, смириться;
Azərbaycanca-rusca lüğət / dincəlmək2 глаг. 1. отдыхать, отдохнуть: 1) пребыть в состоянии покоя. İşdən sonra dincəlmək отдохнуть после работы 2) провести свой отдых где-л. Sanatoriyada dincəlmək отдыхать в санатории 2. успокаиваться, успокоиться: 1) прийти в состояние покоя 2) удовлетвориться достигнутым, сделанным ◊ qulağı dincəldi nədən отдохнул от чего; canı dincəldi: 1. успокоился; 2. отмучился
Azərbaycanca-rusca lüğət / dincəlmək1 f. 1. to rest, to have* / to take* a rest; (məzuniyyətə çıxmaq) to take* a hol iday; Sizə dincəlmək lazımdır You need a rest; 2. (sakitləşmək) to calm / to quiet / to settle down
Azərbaycanca-ingiliscə lüğət / dincəlmək1 гл. 1. ял ягъун; ял акьадарун, юргъунвал аладарун; динжвал къачун (авун), регьятвалун; 2. динж хьун, регьят хьун; секин хьун.
Azərbaycanca-ləzgicə lüğəti / dincəlmək