dindar sözü azərbaycan dilində

dindar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dindar • 91.7695%
  • Dindar • 7.6132%
  • DİNDAR • 0.4115%
  • dİndar • 0.2058%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycanda qeyri-dindarlıq
Azərbaycanda qeyri-dindarlıq müxtəlif sorğu və anketlərə görə müzakirəyə açıqdır. İslam dininin şiə məzhəbi Azərbaycanda əsas üstünlük təşkil etməsinə baxmayaraq, ölkədə dini ibadətlə məşğul olan insanların sayı çox azdır. Rəsmi ölkə siyahıyaalınmasında ateistlər və aqnostiklər sayılmadığı üçün Azərbaycandakı ateistlərin və aqnostiklərin sayını ölçmək çətindir. == Araşdırma və statistika == "Caucasus Research Resource Centers"-in 2010-cu ildə təxminən 2 min nəfər insanla apardığı araşdırmada iştirak edənlərin 28 faizi bildirmişdi ki, din onların həyatında çox mühüm yerə malikdir. İki il sonra bu araşdırma 1800 nəfər insanla yenidən həyata keçirilmiş, bu insanların 33 faizi din onların həyatında çox mühüm yerə malik olduğunu bildirmişdir. Bundan başqa, müsahibə götürülənlərin 44 faizi dinin onlar üçün "kifayət qədər vacib olduğunu" bildirmişdir. Yerdə qalan 23 faiz isə dinin onların həyatında nisbətən vacib və ya ümumiyyətlə əhəmiyyətsiz olduğunu demişdilər. Müsahibə götürülən insanların 77 faizinin dinin onların həyatı üçün həyati əhəmiyyətli və ya vacib olmasını bildirməsinə baxmayaraq, onların yalnız 2 faizi gündəlik dini ibadətləri yerinə yetirən şəxslər idi. Onların 3 faizində bu həftədə bir dəfə və ya çox, 20 faizi bəzən oruc tutur və təxminən yarısı heç vaxt buna əməl etmir.Yeni bir Gallup anketinə görə, Azərbaycan əhalisinin böyük hissəsini müsəlmanların təşkil etdiyi ölkələr arasında qeyri-dindarlığın ən çox üstünlük təşkil etdiyi ölkələrdən biridir və sorğuda iştirak edən insanların təxminən 53%-ü dinin həyatındakı əhəmiyyətini çox az və ya heç olmadığını bildirir. Ölkə üzrə həmin sorğuda iştirak edən insanların yalnız 20%-i dinin həyatlarında vacib olduğunu bildirmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.37 dəfə / 1 mln.
2002 ••••••••• 3.43
2003 ••••••• 2.76
2004 ••••••• 2.70
2005 •••••••••••••• 5.40
2006 •••••••••• 3.60
2007 ••••••• 2.54
2008 ••••••••• 3.17
2009 ••••••••••• 4.32
2010 •••••••••• 3.81
2011 ••••••••• 3.43
2012 ••••• 1.81
2013 •••••••••••••••••••• 7.88
2014 ••••••••••••••• 5.83
2015 •••••••••••••• 5.44
2016 ••••••• 2.60
2017 ••••••• 2.44
2018 •••••• 2.10
2019 ••••• 1.95
2020 ••• 1.06

dindar sözünün leksik mənası və izahı

  • 1 [ər. din və fars. …dar] bax dinçi. Dindar adam. – Dindar olanın halı pərişan gərək olsun; Əfsürdə dili, bisərü saman gərək olsun. Ə.Qəmküsar. Mehriban dindar, əski bir müsəlman ailəsinin tərbiyə edib yetişdirdiyi bir qızdı. S.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / dindar

dindar sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 DİNDAR (dinə, Allaha inanan, din xadimi) Baş saçlı, ayaq çəkməli, mırt-mırt danışanlar; Din qədri bilib, möminü dindar olacaqdır!.. (M.Ə.Sabir); AĞZIDUALI, MOLLAGUNƏ (köhn.) Hacı Hüseyn həmişə təsbeh çevirən, ağzıdualı, mollagunə bir kişi idi (S.Rəhimov); DİN ƏHLİ Din əhlinə də kəşf olur axırda müəmma; Dinsizliyi dinindən alırmış kişi zira (M.S.Ordubadi); DİNÇİ (Əbu Übeyd:) O, mübarizənin bu qədər uzun sürməsində yerli zənginləri ve dinçiləri təqsirli görür ki, onlar Elxana maddi və mənəvi yardım göstərir (C.Cabbarlı); DİNPƏRƏST Mina xanım dinpərəst fanatiklər kimi öz fəlsəfəsinə, öz qaydasına sadiq olduğundan həyatda başqa fəlsəfələri, başqa qaydalan görmürdü, görmək istəmirdi (M.İbrahimov); DİNPƏRVƏR (köhn.) Üləmayi-izami-dinpərvər; Füqərayi-qəyyuri-hər kişvər (M.Ə.Sabir); MÖMİN Tam meni belə mömin; Belə dindar adam kimi (M.Rahim).

    Azərbaycan dilinin sinonimlər lüğəti / dindar

dindar sözünün antonimləri (əks mənalı sözlər)

dindar sözünün rus dilinə tərcüməsi

dindar sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. believer; pilgrim; devout; ~lar the devout; Dindarlar məscidə tələsirdilər The devout were hurrying to the mosque II. s. religious; devout, pious; ~ adam a religious man*

    Azərbaycanca-ingiliscə lüğət / dindar

dindar sözünün fransız dilinə tərcüməsi

dindar sözünün ləzgi dilinə tərcüməsi

dindar sözünün türk dilinə tərcüməsi

dindar sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. və f. dinə inanan, dinin tələblərinə riayət edən.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"dindar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dindar nədir? #dindar sözünün mənası #dindar nə deməkdir? #dindar sözünün izahı #dindar sözünün yazılışı #dindar necə yazılır? #dindar sözünün düzgün yazılışı #dindar leksik mənası #dindar sözünün sinonimi #dindar sözünün yaxın mənalı sözlər #dindar sözünün əks mənası #dindar sözünün etimologiyası #dindar sözünün orfoqrafiyası #dindar rusca #dindar inglisça #dindar fransızca #dindar sözünün istifadəsi #sözlük