Dionisi sözü azərbaycan dilində

Dionisi

Yazılış

  • Dionisi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Korinfli Dionisi
Dionisi (q.yun. Διονύσιος, lat. Dionysios; II əsr, Korinf – 8 aprel 171, Korinf) — 170-ci ildən Korinf şəhərinin yepiskopu. O, lakedemoniyalılara, afinalılara, nikomediyalılara və s. səkkiz məktub yazmışdır. Onlar öz dövrlərində çox məşhur idilər. Məktubların hamısı itmişdir, onların yalnız fraqmentləri Yevsevi tərəfindən qorunub saxlanılmışdır.Yevsevi Roma imperatoru Mark Avrelinin dövründə yaşamış kilsə yazıçıları sırasında Dionisinin adını çəkmişdir. Nə Dionisi, nə də İyeronim Dionisinin əzabkeşliyindən bəhs etmir, lakin bəzi agioqrafik mənbələrdə o, müqəddəs əzabkeş adlandırılmışdır. Dionisinin əzabkeşliyi haqqında məlumat yalnız XI əsrdən Bizans müəllifləri Georgi Kedrin və Mixail Qlikanın yazılarında mövcuddur. Sonuncu səhvən onun ölümünü imperator Antonin Piyin dövrünə aid edir.
Saxta Dionisi Areopagit
Saxta Dionísius Areopagít (yunanca Διονύσιος ὁ Ἀρεοπαγίτης) - Korpus Areopagitikum (latınca Corpus Areopagiticum) adlı xristian ehkamları mövzusuna aid olan dörd risalə və on məktubun bilinməyən yazarıdır. O əsərlərini xristian kilsəsində müqəddəs sayılan Dionisius Areopagitin (96-cı ildə öldürülmüşdür) adı ilə imzalayırdı. Ona görə ona "yalançı" demişdirlər.533-cü ildə Kalkedon şəhərində monofizitlərlə rəsmi kilsə nümayəndələri arasında barışıq məqsədi ilə məclis keçirilmişdir. Lakin orada mübahisələr olmuşdur. Monofizitlər öz mövqelərini sübut etmək üçün Dionisius Areopagitin adı ilə imzalanmış 4 risalə və müxtəlif keşişlərə ünvanlanmış məktublar təqdim etmişdilər. Bu əsərlərin hamısını birlikdə "Korpus Areopagitikum" adlandırırlar. Bu risalələrin adları: "De divinis nominibus" (İlahi adlar haqqında); "De mystica theologia" (Mistik ilahiyyat haqqında); "De coelesti hierarchia" (Göylərdə iyerarxiya haqqında); "De ecclesiastica hierarchia" (Kilsə iyerarxiyası haqqında).Dionisius Areopagitin adı isə Əhdi-Cədiddə çəkilir (Həvarilərin işləri 17: 34). Orada deyilir ki, o Paulusun (Pavelin) tələbəsi olub. Rəvayətlərə görə Dionisius Areopagit I yüzillikdə Afina şəhərinin yepiskopu olmuşdur. Başqa rəvayətə görə, Paris yepiskopu olmuşdur.Yalançı Dionisiusun bu dörd risaləsində kilsə xadimlərinə çox əlverişli məqamların olduğuna görə, onlar tədricən təkcə monofizitlərin deyil, həm də rəsmi kilsə xadimləri tərəfindən qəbul edilmiş və onların üzərində böyük bir ənənə yaranmışdır.
Dionisio Auqustine
Dionisio Auqustine (16 iyun 1992) — Mikroneziyalı üzgüçü. Dionisio Auqustine Mikroneziyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Dionisio Auqustine birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.17 saniyəlik nəticəsi ilə 65-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Dionisiy Perieqet
Dionisiy Perieqet (yun. Διονύσιος ὁ Περιηγητής) — İsgəndəriyyəli qədim yunan coğrafiyaşünası. == Nəşrləri == Dionysii Orbis Terrae Descriptio == Xarici keçidlər == Dionysius Periegetes: Description of the Known World with Introduction, Text, Translation, and Commentary by J. L. Lightfoot Дионисий Периэгет Античные источники по истории Азербайджана. Второе издание. Автор: Алиев Кемал Гасан оглы. Баку: Издательство "Элм", 1987, 132 стр.
Dionisiya Areopaqita küçəsi
Dionisiya Areopaqita küçəsi (yun. Οδός Διονυσίου Αρεοπαγίτου) — Afinanın Makriyani rayonunda yerləşən və Afina Akropolunun cənub hissəsinə bitişik piyada küçəsi. Afinanın ilk xaç suyuna salınmış sakini və Həvari Pavelin şagirdi olan Dionisiyanın şərəfinə adlandırılmışdır. Şərqdən qərbə doğru uzanır. Amaliya prospekti qovşağında, Hadrian qövsünün yaxınlığında başlayır və Filopappus abidəsində artıq Həvari Pavel prospektinə girən yerdə, Akropol və Afina aqora ətrafındakı piyada zonasının sonunda bitir. Küçə ilk olaraq 1857-ci ildə indiki yerindən bir az şimalda salınmışdır. 1955-ci ildə Afina Akropolunda yol sistemini inkişaf etdirən memar Dimitris Pikionis küçəni yenidən düzəldərək yerini dəyişdirdi. 2003-cü ildən bu yana küçə sırf piyalar üçündür. == Tikili və abidələri == Amaliya prospektində, küçənin əvvəlində onun hər iki tərəfində binalar var. Lakin Makriyani küçəsi ilə kəsişmədən sonra şimal tərəfdə demək olar ki, heç bir bina yoxdur.
Saxta Dionisius Areopagit
Saxta Dionísius Areopagít (yunanca Διονύσιος ὁ Ἀρεοπαγίτης) - Korpus Areopagitikum (latınca Corpus Areopagiticum) adlı xristian ehkamları mövzusuna aid olan dörd risalə və on məktubun bilinməyən yazarıdır. O əsərlərini xristian kilsəsində müqəddəs sayılan Dionisius Areopagitin (96-cı ildə öldürülmüşdür) adı ilə imzalayırdı. Ona görə ona "yalançı" demişdirlər.533-cü ildə Kalkedon şəhərində monofizitlərlə rəsmi kilsə nümayəndələri arasında barışıq məqsədi ilə məclis keçirilmişdir. Lakin orada mübahisələr olmuşdur. Monofizitlər öz mövqelərini sübut etmək üçün Dionisius Areopagitin adı ilə imzalanmış 4 risalə və müxtəlif keşişlərə ünvanlanmış məktublar təqdim etmişdilər. Bu əsərlərin hamısını birlikdə "Korpus Areopagitikum" adlandırırlar. Bu risalələrin adları: "De divinis nominibus" (İlahi adlar haqqında); "De mystica theologia" (Mistik ilahiyyat haqqında); "De coelesti hierarchia" (Göylərdə iyerarxiya haqqında); "De ecclesiastica hierarchia" (Kilsə iyerarxiyası haqqında).Dionisius Areopagitin adı isə Əhdi-Cədiddə çəkilir (Həvarilərin işləri 17: 34). Orada deyilir ki, o Paulusun (Pavelin) tələbəsi olub. Rəvayətlərə görə Dionisius Areopagit I yüzillikdə Afina şəhərinin yepiskopu olmuşdur. Başqa rəvayətə görə, Paris yepiskopu olmuşdur.Yalançı Dionisiusun bu dörd risaləsində kilsə xadimlərinə çox əlverişli məqamların olduğuna görə, onlar tədricən təkcə monofizitlərin deyil, həm də rəsmi kilsə xadimləri tərəfindən qəbul edilmiş və onların üzərində böyük bir ənənə yaranmışdır.
Apollonik və Dionisian
Apollonik və Dionisian — yunan mifologiyasından Apollon və Dionis fiqurları arasındakı ikilik ilə təmsil olunan fəlsəfi və ədəbi konsepsiya. Konsepsiyanın populyarlaşması Fridrix Nitsşenin “Musiqi ruhundan tragediyanın doğuşu” əsəri ilə geniş şəkildə qeyd olunur, baxmayaraq ki, terminlər əvvəllər məsələn, şair Fridrix Hölderlin, tarixçi İohan Yoahim Vinkelman və başqalarının yazılarında istifadə olunub. "Dionisian" sözü hələ 1608-ci ildə Edvard Topsellin "İlanların tarixi" adlı zooloji traktatında rast gəlinir . O vaxtdan bəri bu konsepsiya Qərb fəlsəfəsi və ədəbiyyatında geniş şəkildə istifadə edilmiş və müzakirə edilmişdir. Yunan mifologiyasında Apollon və Dionis Zevsin oğullarıdır. Günəşin tanrısı, rasional düşüncə və nizam-intizam tanrısı Letonun oğlu Apollon məntiqə, tədbirliliyə və saflığa müraciət edir və ağlın tərəfdarıdır. Semelin oğlu Dionis isə şərab və rəqs tanrısı, irrasionallıq, xaos, ehtiras, duyğu və instinktləri təcəssüm etdirir. Qədim yunanlar təbiətcə çox vaxt bir-birinə qarışsalar da, iki tanrını bir-birinə zidd və ya rəqib hesab etmirdilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.17
2012 ••••••••••• 0.09

Oxşar sözlər

#dionisi nədir? #dionisi sözünün mənası #dionisi nə deməkdir? #dionisi sözünün izahı #dionisi sözünün yazılışı #dionisi necə yazılır? #dionisi sözünün düzgün yazılışı #dionisi leksik mənası #dionisi sözünün sinonimi #dionisi sözünün yaxın mənalı sözlər #dionisi sözünün əks mənası #dionisi sözünün etimologiyası #dionisi sözünün orfoqrafiyası #dionisi rusca #dionisi inglisça #dionisi fransızca #dionisi sözünün istifadəsi #sözlük