diplomatiyası sözü azərbaycan dilində

diplomatiyası

Yazılış

  • diplomatiyası • 95.8427%
  • Diplomatiyası • 4.1573%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dollar diplomatiyası
Vilyam Horvard Taftın 1908-ci ilin sonlarında hakimiyyətə gəlişindən sonra ABŞ-nin təcavüzkar siyasəti daha da gücləndi. Taftın prezidentliyi dövründə ABŞ-in Kubaya olan münasibəti qismən dəyişdi. Bu suyasət iki xüsusiyyətlə – prezident Taft və dövlət katibi Filander Noksun siyasəti üçün xarakterik olan yeni önləyici siyasət və yaxud dollar diplomatiyasının yürüdülməsi ilə səciyyələnirdi. Vilyam Taft tərəfindən işlənib hazırlanmış "önləyici siyasət' Kuba, Karib hövzəsi və Mərkəzi Amerikanın digər ölkələrinə müdaxilə etməkdə ABŞ hüququnun yeni interpretasiyası ilə bağlı idi. Məlum olduğu kimi, maarifçilik ideyalarının intişarı genişləndikcə özünü qərb demokratiyasının ən gənc vətəni hesab edən ABŞ-ni də yeni formaların axtarışına vadar edirdi ki, bunların içində ən sivilizasiyalı metod Taftın "dollar diplomatiyası" idi. İlk növbədə amerikan təcrübəsinin ümumiləşdirilməsi Tafta belə nəticəyə gəlməyə imkan verdi. Çünki heç də bütün hallarda "böyük dəyənək" siyasəti ABŞ-yə müsbət imic qazandırmamışdı. Dövlət müstəqilliyi yolunda olan ölkələr bəzən bu siyasəti qəbul etmir, Kolumbiya ilə olduğu kimi hərbi-siyasi qarşıdurma bəzən silahlı mübarizə həddinə çatır və böyük vəsaitlər hesabına başa gəlirdi. 1911-1912-ci illərdə çox ağır şərtlərlə Nikaraquaya verilən müxtəlif borclar, Milli bankın bütün səhmlərinin 51 faizi üzərində Amerika bankirlərinin nəzarəti, maliyyəçilər tərəfindən dəmiryol səhmlərinin satın alınması, gömrük rüsumlarının baş yığıcısının xüsusi rolu, eləcə də, Amerika piyadalarının ölkədəki mövcudiyyəti – bütün bunlar ölkəni ABŞ-dən asılı vəziyyətə salır və Amerika sənayeçiləri və maliyyəçiləri üçün onun sərvətlərini ələ keçirmələrində əlverişli şərait yaradırdı. "Dollar diplomatiyası" çox ağır şərtlərlə borc əməliyyatları, ölkənin daxili işlərinə açıq müdaxilə və qeyri-bərabər müqavilələr ABŞ tərəfindən təkcə Panama, Santo-Dominqo və Nikaraquaya deyil, həm də Hondurasa və digər Latın Amerikası ölkələrinə qəbul etdirilirdi.
Kürü diplomatiyası
Kürü diplomatiyası (ing. Caviar diplomacy) — Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın dostlarından olan deputatlar Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızıl və gümüş əşyaları və nağd pul kimi hədiyyələr təqdim olunması nəticəsində yaranan diplomatiya. == Tarixi == Termin ilk dəfə "Avropa Sabitliyi Təşəbbüsü" adlı mərkəzin hesabatında istifadə olunub. == İstinadlar == == Xarici keçidlər == Caviar Diplomacy.
Mədəniyyət diplomatiyası
Mədəni diplomatiya və ya mədəniyyət diplomatiyası — ictimai diplomatiya və yumşaq gücün üsulu olan insanlar arasında qarşılıqlı anlamanı böyütmək məqasədi ilə fikirlərin, məlumatın, incəsənətin, dilin və mədəniyyətin başqa cəhətlərin millət və insanarası mübadilə. Mədəni diplomatiyanın qədim nümunələri arasında yunanların İsgəndəriyyə kitabxanasının tikilməsini, Roma Respublikasının onunla həmsərhəd olan dövlətlərdən "dostyana kralların" oğullarını Romaya onlara təhsil vermək üçün dəvət edilməsi və Bizans İmperiyasının slavyan torpağlarında Pravoslav yevangelizmi sponsorluq etməsini qeyd oluna bilər. Soyuq müharibə dövründə mədəni diplomatiya ABŞ üçün SSRİ-nin çəpələməsinin üçün vacib cihazı olmuşdu. Fransa məktəblərin beynəlxalq şəbəkəsi vasitəsilə fransız dilini mədəni diplomatiya üçün iştədir.
Məkik diplomatiyası
Məkik diplomatiyası və ya incə toxuma diplomatiyası — iki ixtilaflı tərəf arasında həllə nail olmaq üçün vasitəçi və ya asanlaşdırıcı rolundakı III bir tərəfin klassik diplomatiya qaydalarına əməl etmədən həyata keçirdiyi və hər iki tərəfdə də ardıcıl danışıqlarla nəticəyə çatmağa çalışdığı diplomatiya növü. Bu termin III tərəfin ixtilaflı olan ölkələr (və ya onların paytaxtları) arasında məkik toxuması (İng. - to shuttle) hərəkatından götürülərək adlandırılmışdır. Məkik diplomatiyası adətən bir-birini rəsmi olaraq tanımayan, ancaq yenə də müzakirə etmək istəyən tərəflər arasında gerçəkləşdirilir. Bu termin ABŞ XİN-i Henri Kissincerin 1979-cu ildə Misir və İsrail arasındakı müzakirələr zamanı Qahirə və Təl-Əvivə etdiyi ardıcıl səfərlərlə yekunlaşdırdığı dövrdə geniş şəkildə işlədilməyə başlamışdır. 60-cı TC XİN-i Əhməd Davudoğlunun 2008-ci il İsrail-Qəzzə qarşıdurmalarında oynadığı rol məkik diplomatiyasına misal göstərilə bilər. Müasir günümüzdə xüsusilə BMT Baş katibləri böhran vaxtlarında xüsusi təmsilçiləri vasitəsilə məkik diplomatiyası həyata keçirdikləri kimi ölkələr də çox vaxt bürokrat və ya diplomat səviyyəsində, bəzən də XİN-ləri vasitəsilə eyni üsula əl atmaqdadırlar.
Panda diplomatiyası
Panda diplomatiyası (ing. Panda diplomacy) — Çin Xalq Respublikasının böyük pandaları xarici ölkələrə diplomatik hədiyyə kimi verilməsi nəticəsində yaranan diplomatiya. Panda diplomatiyasının əsası 618-705-ci illərdə qoyulub. Həmin vaxt Çin imperatoru Yaponiyaya panda bağışlayaraq dostluq mesajı verib. Müasir dövrdə isə "panda diplomatiyası" 1972-ci ildə bərpa olunub. Həmin ildə Çinin baş naziri Ju Enlai ABŞ prezidenti Riçard Niksonun həyat yoldaşına 2 panda hədiyyə edib.
Xalq diplomatiyası
İctimai diplomatiya (ing. public diplomacy) və ya xalq diplomatiyası — xarici ictimayyətdə hökumətin strateji hədəflərinə qarşı arxainlıq və ya dözümlük qurulması məqsədilə hökumət hesabına xarici ictimayyətin məlumatlandırması və onlara təsir etməyin vasitəsilə bilavəsitə əlaqə yaradılması. 1965-ci ildə İctimai diplomatiya ifadəsini ilk dəfə onun müasir mənasında iştədən Fletçer Hüquq və Diplomatiya Məktəbinin dekanı olan Edmund A. Qullion idi. Bundan sonra o, ABŞ-də bir sıra səbəblərə görə işlənməyə başladı: birincisi, ABŞ-yə özünü SSRİ-dən fərqləndirmək üçün propaqanda və psixoloji hərb ifadələrə mərhəmətli əvəz lazım idi; ikincisi, ABŞ Məlumat Agentliyinin işçiləri özləri üçün diplomat statusunu əldə etmək istəyirdilər; və üçüncü, beynəlxalq mövqe haqqında vahid bir konsepsiya mərkəzləşməni nəzərdə tuturdu (Məlumat Agentliyi Amerikanın səsini idarə etməyinin davamı və o vaxt Dövlət Departentinin nəzərində olan mədəni işlərin hissəsini 1978-ci ildə öz nəzərəsinin altına köçürtmək üçün bunu bir dəlil şəkildə iştədib). O vaxtdan bəri, Soyuq Müharibənin sonuna qədər bu ifadə ABŞ-dən xaric geniş şəkildə istifadə edilmirdi. Soyuq müharibədən sonra isə, 24 saatlıq televizyanın və daha sonra internetin populyarlığı gəlməsinin və bundan əlavə Şərqi Avropada siyasi dəyişiklərin nəticəsində beynəlxalq münasibətlərdə məlumatın vacibliyi qalxıb və ictimai diplomatiya dünya ətrafında müxtərlif dövlətlər tərəfindən bir siyasət kimi qəbul olunmuşdu. Nikolas C. Kull ictimai diplomatiyanın beş üsulu müəyyənləşdirib: qulaq asma (listening), tərəfdarlıq (advocacy), mədəni diplomatiya (cultural diplomacy), mübadilə diplomatiyası (exchange diplomacy) və beynəlxalq yayım (international broadcasting). Urbanizasiya və qloballaşma proseslərin nəticəsində qardaş şəhər, şəhər şəbəkələnməsi (city networking) və ağıllı şəhər kimi ictimai diplomatiya üsulları inkişaf edir.
Zəvvarlıq diplomatiyası
Zəvvarlıq diplomatiyası, həcc diplomatiyası və ya Hind mənbələrdə bəzən olduğu kimi dərgah diplomatiyası (hind. Dargah Diplomacy) — siyasi elmdə və beynəlxalq münasibətlərdə işlənilən ifadə. Sərhədarsı zəvvarlıq siyasəti. Onun Hindistan və Pakistan Baş Nazirlərin bir-birin ölkəsində yerləşən dini ziyyarətgahlarına getməsi (məsələn, 2012-ci ildə); Çin Xalq Respublikasının Səudiyyə Ərəbistana gedən həccilərin sayını artmasına yol verməsi və s. kimi nümunələri var.
Girov diplomatiyası
Girov diplomatiyası, bəzən girov dəyişmə diplomatiyası — diplomatik məqsədləri üçün girov alınması. Qədim dünyada girov diplomatiyası siyasətin və hərbin tərkibi hissəsi idi. Siyasi və ya hərbi başçılar bir və ya bir neçə girovu başqa tərəfə ötürməklə öhdəliklərinin yerinə yetirməsində xoş niyyətinin sığortası olaraq istifadə edirdilər. Bu öhdəliklər sülh və ya atəşkəs müqaviləsi ola bilərdi. Müasir dövrdə girov diplomatiyası xariclərin uydurulmuş ittihamlar əsasında həbs olunması yolu ilə tədbiq olunur. Diplomatik girovlar tez-tez sövdələşmə üçün işlənilir. Bağlanan müqavilələrdən başqa, girov diplomatiyasının iqtisadi üstünlükləri ola bilər. Məsələn, Avropa ölkələri öz vətəndaşlarını girovluqdan azad etmək üçün millionlarla pul verib. Eyni zamanda, girov diplomatiyası girov tutan ölkənin yumşaq gücünə zərar verir. == Nümunələr == === Çin === Qədim Çinin yaz-payız və döyüşən çarlıqlar dövrlərində girov diplomatiyası hərbi razılaşmaların sığortası üçün işlənilirdi.
Fəlakət diplomatiyası
Fəlakət diplomatiyası — quraqlıq diplomatiyası, zəlzələ diplomatiyası, tibbi diplomatiya, tsunami diplomatiyası, peyvənd diplomatiyası və vulkan diplomatiyası kimi anlayışları birləşdirən inkişaf edən anlayış. O, humanitar aksiyaların həm effektiv strategiyaları, həm də siyasi nəticələri ilə bağlıdır. == Quraqlıq diplomatiyası == Dünyanın ən böyük suyun duzsuzlaşdırıcı ölkələrdən olan İsrail və dünyanın ən çox su çatışmazlığı olan ölkələrdən olan İordaniya arasında 2021-ci ildə imzalanan müqaviləyə görə, İordaniya İsraildən su alır, əvəzinə isə İsrail İordaniyadan günəşdən gələn elektrik enerjisini alır. O zaman, İordaniya öz tarixində ən ağır quraqlıqlarıdanan birini yaşayırdı. == Zəlzələ diplomatiyası == Türkiyə və Yunanıstan arasındaki Kardak böhranıdan üç il sonra, 1999-cu ildə hər iki ölkədə baş verən zəlzələlər münasibətlərinin yaxşılaşdırmağı ilə nəticələnib. Öncə avqustun 17-də İstanbulun yanında yerləşən İzmit şəhərində baş verən zəlzələdən sonra Yunanıstan Türkiyəyə xilasediciləri, axtırış itləri, həkimləri, mobil xastəxanaları və humanitar yardımı göndərib. Bundan bir ay sonra, Yunanısatan paytaxt şəhəri Afina şəhərində də zəlzələ baş verib və bu dəfə Türkiyə Yunanıstana öz yardımını göndərmiş. 2020-ci ildə Egey dənizində baş vermiş zəlzələ və tsunami ən çox Türkiyənin İzmir şəhərinə təsir edib. Yunanıstan Baş Naziri Kiriakos Mitsotakis Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək baş sağlığını bildirib və Türkiyəyə xilasedici komandaları gönərmiş. Araşdırmacı və jurnalist Güney Yılmazın fikrincə, 1999-cu ilin zəlzələləridən sonra Türkiyə-Yunanıstan münasibətlərində müşahidə olunan yaxınlaşma başqa siyasi amillərlə bağlı idi.
Müdafiə diplomatiyası
Müdafiə diplomatiyası — Beynəlxalq münasibətlərdə müdafiə resurslarından və imkanlarından dinc məqsədlərlə istifadə etməklə xarici siyasət məqsədlərinə nail olunması. == İnkişafı == Hələlik müdafiə diplomatiyasının ümumi qəbul edilmiş tərifi olmasa da, bu, ölkənin ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında müsbət nəticələr əldə etmək üçün bütün müdafiə spektrindəki resursların dinc şəkildə tətbiqi kimi başa düşülə bilər. “Müdafiə diplomatiyası” ümumiyyətlə hərbi attaşelərin roluna və onların əlaqəli fəaliyyətlərinə istinad edən alt qrupdur. Diplomatiyanın bu növü hərbi əməliyyatları əhatə etmir, lakin beynəlxalq heyət mübadiləsi, gəmi və təyyarə səfərləri, yüksək səviyyəli qarşılıqlı əlaqələr və yüksək rütbəli müdafiə zabitləri, ikitərəfli görüşlər və qərargah danışıqları kimi digər müdafiə fəaliyyətlərini əhatə edir. Birləşmiş Krallıq müdafiə diplomatiyasını ordunun səkkiz müdafiə missiyasından biri kimi müəyyən etmişdir və məqsədi "münaqişələrin qarşısının alınması və həllinə mühüm töhfə vermək" üçün "düşmənçiliyi yaymaq, etimad yaratmaq və saxlamaq və demokratik şəkildə cavabdeh olan silahlı qüvvələrin inkişafına kömək etmək"dir. Müdafiə diplomatiyası tez-tez hökumət daxilində uyğunluğu və diqqəti təmin etmək üçün xarici və inkişaf departamentləri ilə sıx əməkdaşlıqda hazırlanır və həyata keçirilir. Müdafiə diplomatiyası çox vaxt münaqişələrin qarşısının alınması və təhlükəsizlik sektorunun islahatı ilə əlaqələndirilir. O, ümumiyyətlə potensial düşmənləri qorxutmaq istəyi ilə başa düşülən gəmi diplomatiyası anlayışından fərqlənir.
ABŞ diplomatiyasının qara günü
ABŞ diplomatik sənədlərinin açıqlanması 2010 il noyabrın 28-də baş vermişdir. "Wikileaks.org" saytının ABŞ Dövlət Departamentinin məxfi sənədlərini kütləvi dərc etməsi. Birləşmiş Ştatların xarici ölkələrdəki səfirliklərinin məktub, teleqram və yazışmalarını açıqlayan sayt artıq 251288 sənədi dərc etmişdir. Onların 15500-dən artığı ABŞ-nin dünya ölkələrindəki 274 səfirlik və diplomatik nümayəndəliklərinin Vaşinqtona yolladığı məlumatlarda Vaşinqtondan aldığı xəbərlərdir.

Oxşar sözlər

#diplomatiyası nədir? #diplomatiyası sözünün mənası #diplomatiyası nə deməkdir? #diplomatiyası sözünün izahı #diplomatiyası sözünün yazılışı #diplomatiyası necə yazılır? #diplomatiyası sözünün düzgün yazılışı #diplomatiyası leksik mənası #diplomatiyası sözünün sinonimi #diplomatiyası sözünün yaxın mənalı sözlər #diplomatiyası sözünün əks mənası #diplomatiyası sözünün etimologiyası #diplomatiyası sözünün orfoqrafiyası #diplomatiyası rusca #diplomatiyası inglisça #diplomatiyası fransızca #diplomatiyası sözünün istifadəsi #sözlük