diplomatlar sözü azərbaycan dilində

diplomatlar

Yazılış

  • diplomatlar • 86.2206%
  • Diplomatlar • 13.7071%
  • Dİplomatlar • 0.0723%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Diplomatların Peşə Bayramı
Diplomatların Peşə Bayramı (Azərbaycan) — 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür. == Tarixi == Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 24 avqust 2007-ci ildə № 2356 Sərəncamını imzalamışdır. Sərəncamda nəzərdə tutulurdu ki, müsəlman dünyasında ilk Demokratik Respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il 9 iyulda Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq, hər il 9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilsin.
Diplomatların müdafiəsi Konvensiyası
Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya — Konvensiya 1977-ci il fevralın 20-də qüvvəyə minmişdir. Nisbətən son dövrlərdə beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı cinayət əməllərinin sayının artması bu konvensiyanın qəbul edilməsinə səbəb olmuşdur. == Haqqında == Burada araşdırılan problemlərin dairəsi diplomatik agentlərə və beynəlxalq müdafiədən istifadə edən digər şəxslərə qarşı yönəldilmiş cinayətlərlə məhdudlaşmış olsa da, komissiya bu cür şəxslərə qarşı yönəldilmiş cinayətlər haqqında məsələni daha qlobal problem olan terrorizm aktlarının həyata keçirilməsi aspektlərindən birinə aid etmişdir. == Müqavilənin müddəaları == Konvensiyanın 1-ci maddəsi beynəlxalq müdafiədən istifadə edən şəxslərə aşağıdakıları aid edir: dövlət başçısı, o cümlədən, dövlət başçısı funksiyasını yerinə yetirən kollegial orqanın hər bir üzvü, xarici dövlətdə olan hökumət başçısı və ya xarici işlər naziri, onları müşayiət edən ailə üzvləri, dövlətin istənilən nümayəndəsi və ya vəzifəli şəxsi, yaxud beynəlxalq təşkilatın istənilən vəzifəli şəxsi və ya digər agenti və onların ailə üzvləri. Həmin maddənin 2-ci bəndində ehtimal olunan cinayətkarın anlayışı verilir. Belə ki, ehtimal olunan cinayətkar ona münasibətdə maddədə göstərilən cinayətləri törətməsini və ya törətməsində iştirak etməsini "prima facie" isbat edən kifayət qədər dəlillər olan şəxsdir. Konvensiyaya əsasən diplomatik agent, akkreditiv və ya qəbul edən dövlət olmayan 3-cü dövlətdə ezamiyyətdə olduqda belə xüsusi müdafiə hüququna malikdir. Konvensiyanın 2-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir. Burada xüsusi beynəlxalq hüquqi müdafiə yaradan cinayətin tərkibi müəyyən olunur. Buna aşağıdakılar aiddir: beynəlxalq müdafiədən istifadə edən şəxsin qəsdən öldürülməsi, qaçırılması və ya onun şəxsiyyətinə və ya azadlığına yönəlmiş digər hücumların həyata keçirilməsi; beynəlxalq müdafiədən istifadə edən şəxsin şəxsiyyətinə və edən ümumtanınmış hüquqi prinsipin təsdiq edilməsi, azadlığına təhlükə yarada biləcək, onun rəsmi binasına, yaşayış binasına və ya nəqliyyat vasitələrinə zorakı hücumların həyata keçirilməsi; istənilən hücum cəhdi; istənilən belə hücumun iştirakçısı qismində əməllər, belə ki, hər bir iştirakçı dövlət tərəfindən onun daxili qanunvericiliyinə əsasən, bu cinayətin onun ərazisində və ya ərazisinin hüdudlarından kənarda baş verməsindən asılı olmayaraq, cinayət kimi qiymətləndirilməlidir.
Qacarlar dövrünün diplomatları (kitab)

Oxşar sözlər

#diplomatlar nədir? #diplomatlar sözünün mənası #diplomatlar nə deməkdir? #diplomatlar sözünün izahı #diplomatlar sözünün yazılışı #diplomatlar necə yazılır? #diplomatlar sözünün düzgün yazılışı #diplomatlar leksik mənası #diplomatlar sözünün sinonimi #diplomatlar sözünün yaxın mənalı sözlər #diplomatlar sözünün əks mənası #diplomatlar sözünün etimologiyası #diplomatlar sözünün orfoqrafiyası #diplomatlar rusca #diplomatlar inglisça #diplomatlar fransızca #diplomatlar sözünün istifadəsi #sözlük