dirçəyi sözü azərbaycan dilində

dirçəyi

Yazılış

  • dirçəyi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avstraliya dirçəyi
Avstraliya dirçəyi (lat. Ajuga australis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü.
Cenevrə dirçəyi
Cenevrə dirçəyi (lat. Ajuga genevensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillikdir. Gövdəsi düz, 15-40 (60) sm hündürlükdə, hər tərəfi xovlu-tüklü, sadədir. Yarpaqları hər iki tərəfdən tüklü, kökətrafı yarpaqlar uzunsov-belvari, tərsyumurtavari və ya belvari-tərsyumurtavari, iri dairəvi dişli, saplağa daralan, çiçək əmələ gələnə yaxın quruyan, aşağı və orta yarpaqlar adətən uzunsov, yuxarı yarısında dairəvi-dişli, qaidə hissəsinə doğru pazvari daralan, oturaq; sonuncu yarpaqlar yumurtavari, üç bölümlü və ya üç dişlidir. Çiçəkləri 4-6 (8) sayda çiçək köbələrində, gövdənin uc hissəsində sünbülşəkilli çiçəkqrupunda toplanandır. Tac mavi, bəzən ağ və ya çəhrayıtəhər rənglidir. Fındıqcalar dəyirmi və torvari-qırışlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin, Samur-Dəvəçi ovalığının, Qobustanın rayonlarında arandan orta, nadir hallarda yuxarı dağ qurşağına kimi yayılmışdır. Çəmənlərdə, kolluqlarda, çay kənarı, talalarda, bağçalarda, əkin sahələrində, suvarma kanalları boyunca, alaqlı yerlərdə bitir.
Laksman dirçəyi
Laksman dirçəyi (lat. Ajuga laxmannii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü.
Şərq dirçəyi
Şərq dirçəyi (lat. Ajuga orientalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Arealı == Siciliyadan İranın şimal-qərbinə qədər yayılmışdır. == Botaniki xarakteristikası == Hündürlüyü (7) 10-30 sm, gövdəsi düz və yaxud əyilib qalxan, sadə, yumşaq yuna oxşar tükü olan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları bitkinin çiçəkləmə dövrünə qədər qalandır, uzunsov-ellipsvaridir, qısa saplağa pazşəkilli daralandır, kənarları dairəvi-dişlidir. Gövdə yarpaqları azdır, demək olar ki, oturaqdır; çiçək altlığı yarpaqları enlidir, oturaqdır, gövdə həcmini artırandır, yumurtaşəkilli, enli-ellipsvari və yaxud əksinə, yumurtaşəkillidir, iri dişli və ya bölünmüş formadadır, aşağı hissədə tam kənarlıdır, adətən çiçəkləri ötüb keçir. Çiçək köbəsi çoxçiçəklidir, çox vaxt gövdənin demək olar ki, əsasından başlayan sünbülşəkilli çiçək qrupunda yerləşmişdir.Tacın uzunluğu 13-16 mm-dir, mavi rəngdədir. Fındıqlar xırda olub, uzunluğu 2 mmdir,torvari-qırışlıdır. Aprel ayında çiçəkləyir, aprel-iyul (avqust) aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında.

Oxşar sözlər

#dirçəyi nədir? #dirçəyi sözünün mənası #dirçəyi nə deməkdir? #dirçəyi sözünün izahı #dirçəyi sözünün yazılışı #dirçəyi necə yazılır? #dirçəyi sözünün düzgün yazılışı #dirçəyi leksik mənası #dirçəyi sözünün sinonimi #dirçəyi sözünün yaxın mənalı sözlər #dirçəyi sözünün əks mənası #dirçəyi sözünün etimologiyası #dirçəyi sözünün orfoqrafiyası #dirçəyi rusca #dirçəyi inglisça #dirçəyi fransızca #dirçəyi sözünün istifadəsi #sözlük