"Lena dirəkləri" təbii parkı
Lena dirəkləri (rus. Ле́нские столбы́, Lenskiye Stolby; saxa Өлүөнэ туруук хайалара, Ölüöne Turuuk Xayalara) — Rusiyadakı Saxa Respublikası (Yakutiya)nın Xanqalas ulusu ərazisində, Lena (yakutca Ölüöne) çayı sahilində yerləşən əsrarəngiz təbiət abidəsi. Pokrovsk şəhərindən 104 km aralıda qərarlaşır. Hündür qayalıqdan ibarət olan Lena çayı boyunca kilometrlərlə uzanır. Dərə boyunca Prilenski platosu yerləşir. Ən hündür qayalı dirəklər əsasən Petrovski və Tit-Arı kəndləri arasında yerləşir.
Qayalı dirəklər çayın səthindən hündürlüyü 220 metr təşkil edir. Qayalar Kebri dövrünün əhəng daşı suxurlarından ibarətdir. Tektonik xüsusiyyətlər baxımından Lena dirəklər Sibir platforması daxilində yerləşir. Dirəklər əhəng tərkibli dağ suxurları kimi erkən Kembri dövründa 560–540 milyon il öncə meydana gəlməyə başlayır.