dissimilyasiya sözü azərbaycan dilində

dissimilyasiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dissimilyasiya • 81.8182%
  • Dissimilyasiya • 18.1818%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dissimilyasiya (dilçilik)
Dissimilyasiya və ya səs fərqləşməsi — səs uyuşması hadisəsinin əksinədir. Səs fərqləşməsi hadisəsində bir səs başqa səsə təsir göstərərək onu öz məxrəcindən uzaqlaşdırır. == Təsnifi == Səs fərqləşməsi hadisəsi də asan məxrəc, yəni tələffüzün asanlaşdırılması prinsipindən irəli gəlir. Azərbaycan dilindəki r samiti kipləşən-titrək yuvaq samitidir. Bu samiti tələffüz edərkən dilin ucu təxminən üç dəfə dönür. Azərbaycan dilindəki zərər sözü ayrıca işləndikdə zərəl kimi tələffüz edilir. Sözdə iki r samitinin tələffüzü çətinlik törətdiyi üçün ikinci r dilönü-dişarxası l samitinə çevrilmişdir. Azərbaycan dilindəki qaralmaq, saralmaq sözləri yazılı abidələrdə qararmaq, sararmaq şəklində işlənmişdir. Burada da səs fərqləşməsi hadisəsi baş verib. Bu sözlərdəki r>l əvəzlənməsi yazılı ədəbi dilin normasına çevrilmiş, yazıda orfoqrafik norma kimi qəbul edilmişdir.

dissimilyasiya sözünün leksik mənası və izahı

  • 1 [lat.] 1. Oxşarlığı, bənzərliyi pozan dəyişiklik. 2. biol. Orqanizmin fəaliyyəti prosesində mürəkkəb üzvi maddələrin dağılması, pozulması, parçalanması. Orqanizmdə canlı maddələrin yaranması (toplanması) ilə əlaqədar olaraq, hüceyrələrin və canlı maddələrin parçalanması prosesi də gedir ki, buna da dissimilyasiya deyilir. “Qaramal”. 3. dilç. Ardıcıl gələn eyni səslərdən birinin başqa səslə əvəz olunması (məs.: “zərər” əvəzinə “zərəl”).

    Azərbaycan dilinin izahlı lüğəti / dissimilyasiya

dissimilyasiya sözünün rus dilinə tərcüməsi

  • 1 диссимиляция

    Azərbaycanca-rusca lüğət / dissimilyasiya
  • 2 сущ. диссимиляция: 1. изменение, разрушающее сходство, подобие; расподобление 2. биол. переработка организмом усвоенных веществ в более простые соединения 3. лингв. замена одного из двух одинаковых или сходных звуков другим, менее сходным с тем, который остается без изменения. Tam dissimilyasiya полная диссимиляция, proqressiv (irəliyə) dissimilyasiya прогрессивная диссимиляция, reqressiv (geriyə) dissimilyasiya регрессивная диссимиляция

    Azərbaycanca-rusca lüğət / dissimilyasiya

Oxşar sözlər

#dissimilyasiya nədir? #dissimilyasiya sözünün mənası #dissimilyasiya nə deməkdir? #dissimilyasiya sözünün izahı #dissimilyasiya sözünün yazılışı #dissimilyasiya necə yazılır? #dissimilyasiya sözünün düzgün yazılışı #dissimilyasiya leksik mənası #dissimilyasiya sözünün sinonimi #dissimilyasiya sözünün yaxın mənalı sözlər #dissimilyasiya sözünün əks mənası #dissimilyasiya sözünün etimologiyası #dissimilyasiya sözünün orfoqrafiyası #dissimilyasiya rusca #dissimilyasiya inglisça #dissimilyasiya fransızca #dissimilyasiya sözünün istifadəsi #sözlük