* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] köhn. 1. Bolşevik inqilabından əvvəl: yerlərdə olan inzibati hökumət idarələrinə verilən ümumi ad. // Bu idarələrin yerləşdiyi bina. Bunların çoxu bilmir ki, nə işdən ötrü, nə təqsirin və hansı əməlin ucundan onları divanxana qabağına toplayıblar. F.Köçərli. 2. Məhkəmə və onun yerləşdiyi bina. [Hacı Fərəc:] Divanxanalarda bütün məmurları təngə gətirmişəm. N.Vəzirov. Arvad bədbəxt olub atası evində qalardı. Atası da axund otağında, divanxanalarda kəbin və talaq davası edərdi. H.Sarabski. 3. tar. Şərq ölkələrində: padşah saraylarında rəsmi qəbul otağı. Fəxrəddin və Ələddin baş endirib Toğrulun divanxana otağından çıxdılar. M.S.Ordubadi. Şərq ölkələrində saray səciyyəli yaşayış binalarının rəsmi qəbul hissəsi divanxana adlanır. Ə.Salamzadə.
Azərbaycan dilinin izahlı lüğəti / divanxana2 истор. сущ. 1. суд, помещение суда 2. присутственное место (правительственное учреждение; помещение, где находилось такое учреждение), управа
Azərbaycanca-rusca lüğət / divanxana1 [fars.] сущ. куьгьн. дуванхана (1. революциядилай вилик: гьукуматдин идарайриз ва гьа идараяр авай дараматриз лугьудай тӀвар; 2. суд ва адан дарамат; 3. ист. рагъэкъечӀдай патан уьлквейра: пачагьрин сарайра ресми яз кьабулдай кӀвал).
Azərbaycanca-ləzgicə lüğəti / divanxana