divarlar sözü azərbaycan dilində

divarlar

Yazılış

  • divarlar • 94.8626%
  • Divarlar • 5.1374%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Uzun divarlar
Uzun divarlar q.yun. Μακρά Τείχη) — e.ə. V əsrdə Afinadan Pirey limanına gedən yolu mühafizə etmək üçün tikilmiş divarlar. Afina Sparta ilə apardığı müharibədə (e.ə.431-e.ə. 401) məğlub olandan sonra "Uzun divarlar" dağıdıldı. G. E. M. de Ste. Croix. The Origins of the Peloponnesian War. Duckworth and Co., 1972. ISBN 0-7156-0640-9 Fine, John V. A. The Ancient Greeks: A Critical History.
Konstantin divarları
İmparator Böyük Konstantin, Licinius üzərində qazandığı böyük qələbədən sonra, indi Roma İmperatorluğunun yeni paytaxtı olacaq “Yeni Roma”nın inşasına başlamalı olduğunu düşünürdü. Bu mövzuda müxtəlif şayiələr və əfsanələr olmasına baxmayaraq, sadə bir hekayə ilə bunu izah etsək; 8 Noyabr 324-də əlinə nizə götürərək, qədim Bizantion şəhərinin şərq ucundan 4,5 km uzaqlaşdığı nöqtədən Mərmərə dənizi ilə Qızıl buynuz arasındakı 7 təpəni əhatə edərək geriyə qayıtmışdır. “Yeni Roma”nın, yəni daha geniş yayılmış adı ilə “Konstantinopol”un sərhədlərini, əlindəki nizə ilə keçdiyi yerləri işarələyərək müəyyənləşdirdi. Bu sərhədlərə əsaslanaraq burada yeni şəhərin sütunları tikildi və kiçik bir hissəsi bu gün də qalmış divarlara “Konstantin Divarları” deyilir.
Konstantinopol divarları
Konstantinopol divarları, Konstantinopolun müdafiə divarları və ya İstanbul divarları, hazırda İstanbulun sərhədləri içərisində olan İstanbulu əhatə edən və Şərqi Roma İmperiyası dövründə inşa edilmiş şəhər divarlarıdır. V əsrdən başlayaraq şəhəri əhatə edən divarlar sökülmə və yenidənqurma işləri ilə dörd dəfə əsaslı təmir edilmişdir. Son konstruksiyası eramızın 408-ci ilindən sonra olmuşdur. II Theodosius (408–450) dövründə İstanbul divarları Sarayburnudan Haliç sahili boyunca Ayvansaraya, bu tərəfdən Mərmərə dənizi sahilləri boyunca Yeddiqülləyə, Yeddiqüllədən Topqapıya, Topqapıdan Ayvansaraya qədər uzanırdı. Divarların uzunluğu 22 km-dir. Haliç divarları 5,5 km, quru divarları 7,5 km, Mərmərə divarları 9 km-dir . Quru divarlar üç hissədən ibarətdir: xəndək, xarici divar və daxili divar. Xəndəklər bu gün əkinçilik ərazisinə çevrilib. Divara bitişik və quru divarlarının kənarında 50 m aralıqlarla əksəriyyəti çökmüş və çatlamış 96 bürc vardır. Bu bastionlar boydan-boya uzanan divarlar arasında 10 metrlik bir proyeksiyada, əsasən kvadrat planlı və 25 m hündürlükdədir.
Qalata müdafiə divarları
Qalata müdafiə divarları və ya Genuya müdafiə divarları, müasir İstanbul sərhədləri içərisində olan Qalatayı əhatə edən və bəzi qalıqları bu gün də mövcud olan müdafiə divarlardır. Qalata Bizans dövründə Sykainin xarici məhəlləsi olduğu vaxtlar gücləndirilməmişdir. Qızıl buynuzun ağzında uzanan zəncirin mühafizəçisi kimi fəaliyyət göstərirdi. Ancaq 1204-cü ildə şəhərin zəifləməsindən sonra Qalata Venesiya ərazisinə çevrildi və daha sonra Genuya Respublikasının müstəmləkəsi oldu. Bizanslıların etirazlarına baxmayaraq, Genuyalılar Bizans nəzarətinin xaricində qalmış öz məhəllələrini xəndəklə əhatə etməyə müvəffəq oldular. Koloniyanın ətrafındakı qala tipli evləri özlərinin yaratdıqları ilk divarla birləşdirdilər. Qalata qülləsi daha sonra "Turris Sancte Crucis" ("Müqəddəs Xaç Qülləsi") olaraq adlandırıldı və digər şəhər divarlarının uzantıları 1349-cu ildə şimal hissədə həyata kecirildi. Sonrakı istehkam və müdafiə divarı uzantıları 1387, 1397 və 1404-cü illərdə davam etmişdir. Kobud şəkildə deyilsə, təxminən trapesiya formasında həyata keçirilmiş genişlənmə onlara böyük bir qapalı ərazi verdi. Genişlənmə Azapkapıdan şimala Şişxana istiqamətində, oradan Topxanaya və daha sonra Karaköy istiqamətində olmuşdur.
Seuta Kral Divarları
Seuta Kral Divarları (isp. Murallas Reales de Ceuta) - İspaniyanın Şimali Afrikada yerləşən muxtar bölgəsi olan Seuta şəhərində yerləşən tarixi abidə kompleksi. Seuta Kral Divarları müxtəlif dövrlərdə tikilmiş çoxlu sayda müdafiə və gözətçi qalalarından ibarətdir. Ən qədim tikilinin 962-ci ilə aid olduğu təxmin edilir və bu rəqəm XVIII əsrə qədər uzanmaqdadır. Seuta Qədim Roma və Karfagen dövləti zamanlarında hərbi gəmilərin keçid və gözləmə məntəqəsi kimi istifadə olunurdu və ərazidən oxşar məqsədlərlə 5-ci əsrə qədər istifadə edildiyi məlumdur. İlkin müdafiə və gözətçi qüllələri V-VI əsrlərdə inşa edilməyə başlanmışdır. Müxtəlif səbəblərdən həmin tikililərin demək olar ki, heç biri günümüzə qədər gəlib çatmamışdır. Müasir Kral Divarlarının inşası portuqalların 1415-ci ildə Seutanı fəth etməsindən sonra başlamışdır. Portuqaliya krallığının maliyyə vəsaiti hesabına ərazinin müdafiə gücünün gücləndirilməsi və Aralıq dənizindən keçən düşmən gəmilərinin rahat müşahidə edilməsi məqsədi ilə indiki kral divarlarının inşası başlanılır. Qala divarının ətrafında xəndəklərdə qazılmışdır və inşaat işləri 1540-cı ilə qədər davam etmişdir.
Səfəvi imperiyasının müdafiə divarları
Səfəvi imperiyasının müdafiə divarları dövlətin şəhərsalma, orduda odlu silahlardan istifadə olunma prinsiplərinə görə az sayda idi. Müdafiə tikililəri funskiyasını daha çox şəhər qalaları yerinə yetirməkdəydi. Bu qalalar şəhərə hücum olacağı təqdirdə müdafiəni düzgün təşkil etməyə xidmət etməklə birlikdə, şəhərdə yaşayanlar üçün sığınacaq funskiyasını yerinə yetirməsi üçün də nəzərdə tutulmuşdu. Səfəvi imperiyası dövrü onun idarə etdiyi ölkələrdə müdafiə tikililərinin sayının azaldığı dövrdür. Tarixçi Rudi Mattheeyə görə, bunun səbəbləri qismən mərkəzi müdafiə sistemi qavramının olmaması, yerli özünüidarə etmə sisteminin zəif inkişafı və bəzi nümunələrdə bərpa işlərinin zəif olması idi. Məsələn, I Abbas (1587-1629) dövləti mərkəzləşdirmək və güclü hakimiyyət qurmaq üçün iç bölgələrdəki istehkamların bir hissəsinin uçurulması əmrini də vermişdi. Bunu etməyinin səbəblərindən biri Osmanlı imperiyasının həmişə möhkəmləndirilmiş qalaya sahib şəhər və qəsəbələrə hücum edir kimi düşüncələr idi. Həmçinin ölkənin daxilində yerləşən və yerli hakimlər tərəfindən idarə olunan qalaların sökülməsi ilə onların mərkəzi hakimiyyətə qarşı mümkün üsyanların da müdafiə qabiliyyətlərini zəiflətmək idi. Bu dağıdılan qalaların ümumi xüsusiyyəti çox zaman xarici müdafiə xətlərində yerləşməmələri idi. Səfəvi imperiyasında müdafiə divarları ilə bağlı hesabatlar ziddiyyətlə və qeyri-müəyyəndir.
İstanbul divarları
Konstantinopol divarları, Konstantinopolun müdafiə divarları və ya İstanbul divarları, hazırda İstanbulun sərhədləri içərisində olan İstanbulu əhatə edən və Şərqi Roma İmperiyası dövründə inşa edilmiş şəhər divarlarıdır. V əsrdən başlayaraq şəhəri əhatə edən divarlar sökülmə və yenidənqurma işləri ilə dörd dəfə əsaslı təmir edilmişdir. Son konstruksiyası eramızın 408-ci ilindən sonra olmuşdur. II Theodosius (408–450) dövründə İstanbul divarları Sarayburnudan Haliç sahili boyunca Ayvansaraya, bu tərəfdən Mərmərə dənizi sahilləri boyunca Yeddiqülləyə, Yeddiqüllədən Topqapıya, Topqapıdan Ayvansaraya qədər uzanırdı. Divarların uzunluğu 22 km-dir. Haliç divarları 5,5 km, quru divarları 7,5 km, Mərmərə divarları 9 km-dir . Quru divarlar üç hissədən ibarətdir: xəndək, xarici divar və daxili divar. Xəndəklər bu gün əkinçilik ərazisinə çevrilib. Divara bitişik və quru divarlarının kənarında 50 m aralıqlarla əksəriyyəti çökmüş və çatlamış 96 bürc vardır. Bu bastionlar boydan-boya uzanan divarlar arasında 10 metrlik bir proyeksiyada, əsasən kvadrat planlı və 25 m hündürlükdədir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.04 dəfə / 1 mln.
2003 •••••••••• 1.97
2004 ••••••••••••••••• 3.37
2005 •••••••••• 2.02
2006 •••••••••• 2.03
2007 •••••••••••• 2.33
2008 ••••••••••••••••• 3.41
2009 •••••••••••••••••••• 4.16
2010 •••••••••••••• 2.81
2011 •••••••••••••••••• 3.60
2012 ••••••••••••••••••• 3.87
2013 ••••••••••• 2.19
2014 •••••••••••••••• 3.26
2015 •••••••••••••••• 3.23
2016 ••••••••••••• 2.60
2017 •••••••••••••••••• 3.74
2018 ••••••••••••••••••• 3.90
2019 ••••••••••••• 2.64
2020 •••••••• 1.46

"divarlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#divarlar nədir? #divarlar sözünün mənası #divarlar nə deməkdir? #divarlar sözünün izahı #divarlar sözünün yazılışı #divarlar necə yazılır? #divarlar sözünün düzgün yazılışı #divarlar leksik mənası #divarlar sözünün sinonimi #divarlar sözünün yaxın mənalı sözlər #divarlar sözünün əks mənası #divarlar sözünün etimologiyası #divarlar sözünün orfoqrafiyası #divarlar rusca #divarlar inglisça #divarlar fransızca #divarlar sözünün istifadəsi #sözlük