Birinci Divizion (Azərbaycan)
Azərbaycan Birinci Liqası (əvvəlki adı: Azərbaycan Birinci Divizionu) — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ikinci ən yüksək təbəqə. Azərbaycan Birinci Liqasının mövsümü adətən sentyabr ayından maya kimi keçirilir.
== Tarixi ==
=== 1990-cı illər ===
=== 2000-ci illər ===
=== 2010-cu illər ===
Azərbaycanda 2010-cu ildən 2017-ci ilə qədər Birinci Divizionda çempion olan komandalardan yalnız üçü Azərbaycan Premyer Liqasına buraxılıb: "Bakılı" (2008), "Gəncə" (2010) və "Araz-Naxçıvan" (2014). Digər 7 mövsümdə birinci yeri tutan "ABN-Bərdə", "Abşeron, "Qaradağ", "Ağsu", "Neftçala" (2 dəfə) yüksək liqadan kənarda qalıb. Bəzən klublar özləri imtina ediblərsə, əsasən lisenziya tələbləri ödənilməyib deyə Premyer Liqaya yüksəlmək mümkün olmayıb.
2016-cı ildə UEFA-nın təzyiqindən sonra AFFA-nın İntizam Komitəsi Azərbaycan Birinci Divizionunda oyun alveri qalmaqalına görə 22 futbolçu, 1 inzibatçı və 1 hakim bütün yarışlardan kənarlaşdırıldı. İkinci mərhələdə 16 nəfərin adı silindi, əvəzinə 2-si əlavə edildi. Araşdırmaların yekunu AFFA-nın martın 15-də keçirilən Hesabat Konfransından bir gün sonra açıqlandı. 9 futbolçu mövsümün sonuna qədər, "Şahdağ"ın inzibatçısı Rafael Kübərov 2 il müddətinə, hakim Anar Niyazov isə ömürlük bütün yarışlardan kənarlaşdırıldı. Araşdırmaların daha sərt nəticəsi isə "Rəvan" və "Şərurspor"un Birinci Diviziondan uzaqlaşdırılması oldu.