diyarşünas sözü azərbaycan dilində

diyarşünas

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • diyarşünas • 83.3333%
  • Diyarşünas • 11.1111%
  • DİYARŞÜNAS • 5.5556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abşeron Tarix-Diyarşünaslıq Muzeyi
Abşeron Tarix-Diyarşünaslıq Muzeyi — 21 noyabr 1983-cü il tarixində fəaliyyətə başlamışdır. == Muzeyin tarixi == 2015-ci ildə əsaslı təmir olunmuş muzeyin sahəsi 296 kvm. təşkil edir və 5 zaldan ibrətdir. Hal hazırda muzeydə 3000-ə yaxın eksponat qorunub saxlanılır və 1800 ədəd ekspozisiyada nümayiş olunur. Muzeydə Abşeron rayonun tarixini, coğrafiasını, təbiətini, məişətini, mədəniyyətini əks etdirən eksponatlar qorunub saxlanılır. == Muzey binası == Muzey 4 zal, 1 fond otağı və işçilər üçün 1 otaqdan ibarətdir. Ekspozisiya sahəsi 250kvm, müdir otağı 1 kvm, fond otağı 10 kvm, işçilər üçün otaq 25 kvm-dir. 2018-ci il ərzində muzeyə gələnlərin sayı 1932 nəfər olmuşdur. Muzeyə gələnlərin qeydiyyati aparılır. == Həmçinin bax == Abşeron Abşeron rayonu Abşeron bələdiyyələri == Xarici keçidlər == "Abşeron Tarix-Diyarşünaslıq Muzeyi".
Astara Tarix-Diyarşünaslıq Muzeyi
Astara Tarix — Diyarşünaslıq muzeyi — H.Əliyevin təşəbbüsü və rəhbərliyi muzey işinə dair qərar və rayonlarda Tarix – Diyarşünaslıq Muzeylərinin yaradlıması qərarında Astara Tarix — Diyarşünaslıq muzeyi öz əksini taparaq yaradılmışdır. == Muzeyin tarixi == Muzey 4 yanvar 1980-ci tarixli qərarla yaradılmışdır. 1984-cü ildə bina inşa edilərək istifadəyə verilmişdir.Muzeyin ümumi sahəsi 600 kv metr ekspozisiyanin sahəsi 200 kv metr təşkil edir. Muzey 3 şöbə və 6 bölmədən ibarətdir. Muzeyi Əmək veteranı Əsədulla İmaməliyev tərəfindən müxtəlif dövrləri əhatə edən və bölgəmizin etnoqrafiyasına aid müxtəlif əşyaları toplayaraq bir araya gətirmiş, muzey kimi ilk fəaliyyətini rayonun müxtəlif inzibati binalarında və sonradan rayonun mərkəzi mədəniyyət evində muzey təşkil edilmişdir. == Muzeyin eksponatları == Muzeyin ekspozisiyasında 2038 ədəd tarixi eksponat nümayiş olunur. Muzeydə ümumi eksponatların sayı 7839 ədəd təşkil edir. == Muzeyin ekspozisiya bölmələri == Təbiət və Orta əsrlər bölməsi. Milli Mədəniyyət İnqilab bölməsi. Müharibə bölməsi vəMüasir həyat bölməsi.Muzeydə toplanmış tarixi eksponatları əsasən Əmək veteranı Ə. İmaməliyev toplayıcılıq yolu ilə və rayon ziyalılarının, müxtəlif peşə sahiblərinin tərəfindən muzeyə hədiyə edilmişdir.Muzeydə olan eksponatlar əsas 8 adda kolleksiyalara ayrılmışdır.
Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi
Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi — Ağcabədi rayonunda yerləşən muzey. Əsası 1980-ci ildə qoyulmuş muzeydə, hazırda 5000-ə yaxn eksponat saxlanılır. == Muzey haqqında == İki mərtəbədən ibarət olan muzey binasının ümumi sahəsi 1830m2 olub 6 ekspozisiya otağından ibarətdir. Hər bir otaq ayrı-ayrı tarixi dövrləri əks etdirərərk, ən qədim eksponatları arxeoloqların rayon ərazisində qazıntı işləri zamanı aşkarladıqları eramızdan əvvəl VI–V minilliklərə (Neolit dövrünə) aid sümükdən iynə və bizlər, daş qab məişət əşyalarıdır. Muzey "Təbiət", "Arxeologiya", "Etnoqrafiya", "Görkəmli şəxsiyyətlər", "Sovet dövrü" və "Müasir dövr" bölmələrindən ibarətdir. == Muzeyin tarixi == 1980-ci ildən fəaliyətə başlayan muzey binanın sahəsi 700m2. Muzey 6 ekspozisiya otağı, 4 iş otağı, 2 fond otağı və 1 zaldan ibarətdir. Hazırda muzeydə 5000-ə yaxın (4782) eksponat qorunur. Eksponatlar bölmələr üzrə qruplaşdırılıb. Muzeyin birinci bölməsi olan təbiət bölməsi olduqca rəngarəng və maraqlıdır.
Ağdam Tarix-Diyarşünaslıq Muzeyi
Ağdam Tarix-Diyarşünaslıq Muzeyi — Ağdam şəhərində yaradılmış muzey. == Muzeyin tarixi == 1962-ci ildə Ağdam Tarix-Diyarşünaslıq Muzeyi Ağdam şəhərində fəaliyyətə başlamışdır. Muzeyin direktoru vəzifəsinə rayon ziyalısı Yusif Əhmədov təyin edilmişdir. Muzeyin ştat cədvəli 1982-ci ildə təsdiq edilir. Muzeyin yerləşdiyi bina yararsız vəziyyətə düşdüyündən 1983-cü ildə onun bir hissəsi “İmarət”ə, əsas hissəsini isə keşmiş Lenin prospektində yerləşən mərkəzi kitabxananın bir otagına köçürülür. Eksponatlar isə “İmarət”də sərgilənirdi.1993-cü ildə Ağdam şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində muzeydən hər hansı eksponat çıxarmaq mümkün olmamışdır. 1995-ci ildən muzey fəaliyyətini Ağdam rayon Qaradağlı kəndi Mədəniyyət Evinin binasında 100 eksponatla fəaliyyətə başlamışdır. == Muzeyin eksponatları == Muzeydə 2500-dən artıq eksponat sərgilənirdi. Sərgilənən eksponatlar sırasında daha çox misdən düzəldilmiş əşyalar, o cümlədən, sərniclər, teştlər, müxtəlif ölçülü qazanlar üstünlük təşkil edirdi. 1995-ci ildən muzey fəaliyyətini Ağdam rayon Qaradağlı kənd Mədəniyyət Evinin binasında davam etdirir.
Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyi
== Muzeyin tarixi == Muzey 1986-cı ilin yanvar ayında fəaliyyətə başlamışdır. Yarandığı zaman fondda təqribən 3000-ə yaxın eksponat olmuşdur. Yarandığı 25 il ərzində muzey eksponatların sayının artması, gələn tamaşaçıların ildən-ilə çoxalması və s. baxımdan işini uğurla davam etdirir. Muzey hazırda tarixi abidə olan, XIX əsrə aid Qarxumlu Əşrəf bəyin evində yerləşir. == Muzey fondu == Muzeyin fondu 2 hissədən olmaqla. əsas və köməkçi fonddan ibarətdir. Əsas fondda məişət və etnoqrafik əşyalar, kağız və fotosənədlər üstünlük təşkil edir.Hal hazırda muzeyin fondunda 6000-ə yaxın eksponat qorunub saxlanır.Muzeydə Ağdaşın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bugününü əks etdirən eksponatlar nümayiş etdirilir. == Muzeyin yeni binası == Muzey 2015-ci ildə yeni binaya müasir binaya köçürülmüşdür. == Muzey ekspozisiyası == Muzeyin ekspozisiyası isə 7 bölmədən ibarətdir: Türyançay dövlət qoruğu Qədim kənd təsərrüfatları alətləri XIX əsrə aid kənd evinin maketi İnqilablar dövrü Böyük Vətən Müharibəsi Rayonun incəsənət xadimləri Müasir AğdaşEksponatlar xronoloji qaydada yığılmışdır.
Ağstafa Tarix-Diyarşünaslıq Muzeyi
Ağstafa rayon Tarix-Diyarşünaslıq muzeyi — 1993-cü ildən fəaliyyət göstərir. == Muzey eksponatları == Ağstafa Tarix-Diyarşünaslıq muzeyi 1993-cü il fevralın 5-dən fəaliyyət göstərir. == Muzey eksponatları == Maddi və mənəvi eksponatların sayı 2280 ədədə çatdırılmışdır. == Muzey binası == Muzey binasının sahəsi 144 kv.m-dir. Muzeyin 1 ədəd Fond otağı , 1 ədəd Sərgi salonu və 1 ədəd ümumi otağı vardır. == Həmçinin bax == Ağstafa rayonu Ağstafaçay Ağstafa == Xarici keçidlər == "Tarix və diyarşünaslıq muzeyləri". http://www.anl.az. İstifadə tarixi: 23.11.2020. "Məktəbədə muzeyin fəliyyəti". https://aztehsil.com.
Ağsu Tarix-Diyarşünaslıq Muzeyi
AĞsu Tarix-Diyarşünaslıq Muzeyi — 1985-ci ilin may ayından fəaliyyət göstərərək 2 mərtəbəli olmaqla ümumi sahəsi 358 kv/m-dir. == Muzeyin tarixi == Diyarşünaslıq Muzeyi 1985-ci ilin may ayında yaradılıb. Muzey ümumi sahəsi 358 kv m-dir == Muzey binası == 1-ci mərtəbə foyedən və 3 sərgi salonundan, fond və inzibati otaqlardan, 2-ci mərtəbə isə ekspozisiya zalından ibarətdir. Foyedə rayonun xəritəsi, təbii şəraiti, dövlət rəmzləri, rayon haqqında ümumi məlumat yerləşdirilib. == Muzeyin eksponatları == Muzeydə e.ə III–I əsrlərə aid eksponatlar rayonun ərazisindən arxeoloji qazıntılar zamanı tapılmış toplanmışdır. Saxsı qabları, tunc, misdən hazırlanmış əşyaları, XVIII–XX əsrlərə aid xalq tətbiqi sənət nümunələrini, məişət və etnoqrafiyaya aid əşyaları yer almışdır. I zalda qədim dövrdən başlayaraq XIX əsrə qədərki dövrü əhatə edən materiallar nümayiş etdirilir. ikinci zalda XVIII əsrə aid "Ağsu şəhəri orta əsrlərdə" adlı kolleksiya sərgilənir. III zalda 1918–1920-ci illər AXC dövrü, Azərbaycan Milli Hökumətinə aid pullar və bu dövrə aid bir neçə eksponatlar, Ağsu rayonunun milli qəhrəmanları və şəhidlərin onlara məxsus şəxsi əşyaları, fotoşəkilləri yerləşdirilib. == Muzeyin fəaliyyəti == Muzey rayonun ümumtəhsil məktəbləri, idarə və təşkilatları ilə sıx əlaqədə işləyir, rayonun tarixinə maraq oyatmaq üçün tarix dərsləri təşkil olunur.
Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1981-ci il dekabr ayının 18-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Muzey ekspozisiya zalından və iş otaqlarından ibarətdir. == Muzey eksponatları == 200 eksponatla fəaliyyətə başlayan muzeyin fondunda hal-hazırda rayonun qədim tarixini əks etdirən 3500-ə yaxın eksponat toplanmışdır. Muzeydə 3780-ə yaxın eksponat qorunub saxlanaraq ekspozisiyalar, daimi və səyyar sərgilərlə nümayiş etdirilir. Onlardan 500-dən çoxu ekspozisiyada nümayiş etdirilir. Ekspozisiya bir neçə guşə və bölmələrə ayrılmışdır. Burada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşə, qədim məişət və təsərrüfat alətləri, əkinçilik və toxuculuq məmulatları, xalçalar, rəsm əsərləri, dekorativ-tətbiqi sənət nümunələri, eyni zamanda müasir Babək rayonu haqqında məlumatlar, fotoşəkillər, stendlər, rayonun fauna və florasını əks etdirən nümunələr, yeraltı və yerüstü sərvətləri və kitablar sərgilənir.Muzey binası ekspozisiya, eksponatların qorunub mühafizə edilməsi məqsədilə fond otağı, ekspozisiya–sərgi salonu və digər otaqlara ayrılmışdır. Ekspozisiyada ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı H.Əliyevə həsr edilmiş guşə yaradılmışdır. Guşədə müxtəlif sənədlər, fotolar, kitablar, qəzetlər, jurnal materialları nümayiş etdirilir. == Ekspozisiya bölmələri == Ekspozisiya yeddi bölmə üzrə tərtib edilmişdir.
Balakən Tarix-Diyarşünaslıq Muzeyi
Balakən rayon Tarix- Diyarşünaslıq muzeyi — 1984-cü ildə fəaliyyətə başlamışdır. 1994-cü ildən 2001-ci ilədək fəaliyyəti dayandırılan muzey 2003-cü ildə yenidən fəaliyyətə başlayıb. == Muzey binası == Muzey birmərtəbəli bunada yerləşir. Muzeyin ümumi sahəsi 322, 7 m², ekspozisiya sərgi sahəsi 232 m², fond saxlama sahəsi 12 m²-dir. 140 eksponatla fəaliyyətə başlayan muzeydə hal-hazırda 5000-dən artıq eksponat vardır. == Muzey eksponatları == Muzeydə eksponatların artımı bağışlanma və toplanma yolu ilə həyata keçirilir. Muzeydə daş , tunc, erkən orta əsrlər və orta əsrlər , XVIII, XIX, XX əsrlər və müasir dövrə aid eksponatlar nümayiş olunur. Muzeyin fondu 5020 ədəd eksponat təşkil edir. Muzeyin 7 ekspozisiya zalında eksponatlar nümayiş etdirilir: Qədim dövrlərə aid eksponatlar Orta əsrlərə aid eksponatlar Rayonun əkinçilik adətlərini əks etdirən eksponatlar Rayonun yerli məişət əşyaları Rayonun diyarşünaslığını əks etdirən eksponatlar Rayonun flora və faunasına aid eksponatlar Rayonun yeraltı və yerüstü sərvətlərini əks etdirən eksponatlar. == Muzey ekspozisiyası == Muzeyin ekspozisiya zalında tunc dövrü və antik dövrü əks etdirən eksponatlar rayon ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuşdur.
Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1980-ci ildə Heydər Əliyevin regionlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında verdiyi tarixi qərardan sonra, 1981-ci ildə yaradılmış muzey. == Muzeyin tarixi == 1981-ci ildə yaradılan muzeyin binası uzun illər istismar olunduğundan fiziki aşınmaya məruz qalmışdı. Bundan başqa, muzeyin ekspozisiyası SSRİ dövrünün tərtibatı əsasında qurulmuşdu. == Muzeyin eksponatları == 2018-ci ildə muzeyin 1050 kvadratmetrlik yeni binasında ekspozisiya zalı, iki xidməti otaq, bir fond otağı, 60 yerlik konfrans zalı, 12 yerlik dəyirmi masa zalı, bir texniki otaq mövcud idi.Muzeyin fondunda və kolleksiyasında tunc, dəmir dövrünə aid, erkən orta əsr və orta əsrlərə aid gil və saxsı qablar, şirli və şirsiz qab nümunələri, XIX əsrə aid mis qablar və s. eksponatlar var. Ekspozisiya salonunda Beyləqanın qədim dövrdən bu günə qədər olan siyasi və ictimai tarixi, maddi-mədəniyyət nümunələri, mədəni-iqtisadi həyatı, fotolar və tarixi məlumatlar nümayiş etdirilir. Ən uzunömürlü eksponat e.ə. II–III minilliyə aid güldanlardır. Bardaq və güldanlar olan digər eksponatlar isə e.ə. I minilliyə və eramızın V əsrinə qədər Soltanbud, Paytakaran şəhər xarabalıqlarından tapılıb.Muzeyin əsas fondunda 6087-dən çox eksponat var.
Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyi
Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyi — 9 may 2007-ci il tarixində rayon əhalisinin xidmətinə verilmişdir. Muzeyin həyətində açıq səma altında muzey yaradılmışdır. Milli bayram və dövlət tədbirlərinin keçirilməsi ilə yanaşı muzeydə müntəzəm olaraq tarix və vətənpərvərlik dərslərı keçirilir və bu da məktəblilər arasında muzeyə olan marağı artırır. muzeydə 11 bölmə fəaliyyət göstərir. == Muzey eksponatları == Muzeydə rayonun qədim, orta əsrlər, yeni və ən yeni dövr tarixini əks etdirən çoxlu maddi mədəniyyət nümunələri və sənədlər muzeyin ayrı-ayrı bölmələrində nümayiş etdirilir. Muzeydə "Müstəqilliyə gedən yol", "Heydər Əliyev kursunun layiqli davamçısı" və "Elm, mədəniyyət, təhsil, Heydər Əliyev Fondu" adlanan eksponatlar bölmələri. == Həmçinin bax == Biləsuvar rayonu Biləsuvar (Azərbaycan) Biləsuvar bələdiyyələri == Xarici keçidlər == "Biləsüvarda muzeyin açılışı". https://azertag.az. İstifadə tarixi: 26.11.2020. "Tarix Diyarşünaslıq muzeyləri".
Bokovsk rayon diyarşünaslıq muzeyi
Bokovski Rayon Diyarşunaslıq Muzeyi — Rostov vilayətinin Bokovsk stanisasında yerləşən diyarşünaslıq muzeyi. Muzey 1976-cı ildə təşkil edir. 1982-ci ilin 2 may tarixində ilk nümsyişi gerçəkləşmişdir. Muzeyin adresi: Rostov vilayəti, Bokovski yaronu, Bokovski stanisası, Teliçenko küçədi, 18. == Tarixi və təsviri == 1976-cı ildə Böyük vətən müharibəsi veteranı Aleksandr Daniloviç Krasnoqlazov "Selskaya nov" qəzetinin 57-ci sayında Bokovski rayonu sakinlərinə müraciət ünvanlayır. Burada rayon tarixi ilə əlaqəli eksponatların toplanılaraq diyarşünaslıq muzeyinin təşkil edilməsi müraciətini edir. Bokovsk rayon diyarşünaslıq muzeyi 5 may 1982-ci ildə Rostov vilayəti Bokovsk stanisası ərazisində muzey açılır. Muzey binası Bokovsk raykomunun göstərişinə əsasən inşa edilir. Bina iki mərtəbədən ibarətdir. Muzeydə 2637 eksponat toplanmışdır.
Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyi — Bərdə rayonunda fəaliyyət göstərən muzey. Rayon ərazisindən aşkar edilən arxeoloji tapıntılar, qədim əmək alətləri və əşyalar Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılır. == Muzeyin tarixi == Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Muzey 2008-ci ildə əsaslı təmir edilmiş, 2009-cu ildə mart ayının 2-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə muzeyin açılışı olmuşdur. Muzeydə hazırda Bərdənin qədimliyini əks etdirən 3179 eksponat qorunub saxlanmaqdadır. Muzeyin bir foyesi bir zalı və 4 yardımçı otağı var, Muzeyin foyesində Bərdənin orta əsrlərə aid, yəni VII-IX əsrə aid maketi yer tutur. Zalda isə Bərdənin qədimliyini əks etdirən eksponatlar sərgilənmişdir. == Ekspozisiyası == Muzeydə Bərdənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, məişətini, adət-ənənəsini əks etdirən 3179 eksponat, o cümlədən qədim şəhərin maketi nümayiş etdirilir. Burada VII-IX əsrlərdəki Bərdənin şəhər həyatı canlandırılıb. Şəhərin ikiqat qala divarları ilə mühafizəsi təsvir olunur.
Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1981-ci ildən Cufa şəhərində fəaliyyət göstərən muzey. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi sistemindədir. 5 şöbədən ibarətdir. == Muzeyin tarixi == Muzey Azərbaycan Respublikası Nazirlər Sovetinin 13 fevral 1981-ci il tarixli qərarı ilə yaradılmışdır. == Eksponatları == Muzeydə 3000-dən çox eksponat saxlanılır. Bu eksponatlar sırasında mis və saxsı qab nümunələri, bəzək əşyaları, bədii tikmə və milli geyimlər, toxuculuq məmulatları, məişət əşyaları, rayon ərazisindəki tarixi memarlıq abidələrinin rəsm və fotoşəkilləri və s. toplanmışdır. 1981-ci ildə 50 ədəd eksponatla fəaliyyətə başlayan tarix-diyarşünaslıq muzeyində hazırda 3000-ə yaxın eksponat, arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri, eramızdan əvvəl III–I minilliyə aid, eləcə də orta əsrlər mədəniyyətinə aid dövrlərdən xəbər verir. 5 şöbədən ibarət olan muzeydə XVI–XIX əsrlər dövrünə aid, 40-dan çox xalça nümunələri, kilim, cecim, xurcun, heybə, corablar nümayiş etdirilir. Müasir dövrdə təşkil olunmuş ekspozisiyada xalqımızın müstəqillik illərində əldə etdiyi nailiyyətlərə aid sənədlər və materiallarla yanaşı, Qarabağ və Sədərək döyüşlərində həlak olmuş şəhidlərə aid fotoşəkillər də tərtib olunmuşdur.
Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi
Cəbrayıl rayonunda Tarix-Diyarşünaslıq müzeyi — II Dünya Müharibəsindən əvvəl təsis olunmuşdu. İ.V.Stalinin adını daşıyan muzey 1953-ci ildə ləğv edildi və eksponatları arxivə verildi. Az müddət sonra onun yerində yenidən Tarix-Diyarşünaslıq Muzeyi yaradılaraq, iyirmi ildən artıq bir müddətdə ictimai əsaslarla fəaliyyət göstərdi. Bu gün Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyətini paytaxtdakı "İstiqlal" muzeyində davam etdirir. == Muzeyin tarixi == Muzey 1980-ci ilin dekabrında rəsmi status aldı və ştat cədvəli təsdiqləndi. Həmin ildə Cəbrayıl rayon Partiya Komitəsinin təşəbbüsü ilə şəhər orta internat məktəbinin dörd otağı muzeyin sərəncamına verilmiş və qısa müddət ərzində təmir edilərək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin yanvar 1980-ci il tarixli "Azərbaycanın rayonlarında tarix – diyarşünaslıq muzeylərinin yaradılması haqqında" xüsusi qərarından sonra – 1980-ci il dekabrın 8-də yaradılmışdır. Muzeyin sığındığı internat binası şəhərin "Sağ sahil" küçəsində yerləşirdi. == Muzeyin eksponatları == 1993-cü ilə qədər muzeydə Cəbrayıl rayonu ilə bağlı 19 minə yaxın eksponat toplanmışdı. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin hücumları zamanı muzeyin təxminən 16 minə yaxın eksponatını xilas etmək mümkün olmuşdur. Muzeydə daşınması çətin olan bir sıra əşyalar, ümumilikdə 2 mindən artıq eksponat hazırda erməni işğalçıları tərəfindən məhv edilmişdir.
Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyi
Cəlilabad Tarix – Diyarşünaslıq Muzeyi — 1981-ci ildə yaradılmışdır. Muzey binası bir mərtəbədən ibarətdir. Sahəsi 300 kv.m-dir.Muzeydə 4810 ədəd eksponat vardır. == Muzeyin tarixi == Cəlilabad Tarix — Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılıb və 29 aprel 2010-cu ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə yeni inşa olunmuş Tarix — Diyarşünaslıq Muzeyinin açılışı olmuşdur. Muzeyin ümumi sahəsi 300 kvadratmetrdir. == Muzey ekspozisiyası == Muzeyin müxtəlif bölmələrində Cəlilabadın qədim tarixini əks etdirən eksponatlar, o cümlədən rayonda aparılan arxeloji qazıntılar nəticəsində tapılmış əşyalar nümayiş etdirilir. Burada, həmçinin etnoqrafik guşə vardır. Muzeydə 4000 — ə yaxın eksponat saxlanılır, son tunc, erkən dəmir, tunc, antik dəmir dövrləri və orta əsrlərə aid gil qablar, əmək alətləri və bəzək əşyaları, orta əsrlərin silahları və mis qablar nümayiş etdirilir.Muzeyin həyətində Cəlilabadın qədim tarixini əks etdirən daş eksponatlar da toplanmışdır. Muzey ekspozisiyası 5 bölmədən ibarətdir: Təbiət bölməsi Arxeloji bölmə Antik və Orta əsrlər bölməsi Hərbi bölmə Kənd təsərrüfatı bölməsi == Həmçinin bax == Cəlilabad Cəlilabad rayonu Cəlilabad bələdiyyələri Cəlilabad kadastr rayonu == Xarici keçidlər == "Yeni muzeyin açılışı". =https://azertag.az.
Daşkəsən Tarix-Diyarşünaslıq Muzeyi
Daşəkəsən rayon Tarix Diyarşünaslıq Muzeyində hazırda 1035 dən artıq ekspanat mövcuddur. Bunlar 3 min il əvvəldən başlayaraq, müasir dövrümüzə qədər olan zamanı əhatə edir. == Həmçinin bax == Daşkəsən Daşkəsən rayonu Daşkəsən bələdiyyələri == Xarici keçidlər == "AZƏRBAYCAN RESPUBLİKASI DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ". http://dashkesen-ih.gov.az. İstifadə tarixi: 21.12.20220. "Diyarşünaslıq muzeyləri". http://anl.az. İstifadə tarixi: 21.12.2020.
Diyarşünaslıq muzeyi
Diyarşünaslıq muzeyi — müəyyən coğrafi və ya inzibati əraziyə aid tarixi abidələri, təbii-elmi və bədii kolleksiyaları, xalq sənətkarlığı nümunələrini toplayan, qoruyan, öyrənən və təbliğ edən elmi-tədqiqat və mədəni-maarif müəssisəsi. Azərbaycanda ilk diyarşünaslıq muzeyi 1920-ci ilin iyununda Bakıda yaradılmışdır. Bu indiki Azərbaycan Tarixi Muzeyidir.
Diyarşünaslıq muzeyləri
Diyarşünaslıq muzeyi — müəyyən coğrafi və ya inzibati əraziyə aid tarixi abidələri, təbii-elmi və bədii kolleksiyaları, xalq sənətkarlığı nümunələrini toplayan, qoruyan, öyrənən və təbliğ edən elmi-tədqiqat və mədəni-maarif müəssisəsi. Azərbaycanda ilk diyarşünaslıq muzeyi 1920-ci ilin iyununda Bakıda yaradılmışdır. Bu indiki Azərbaycan Tarixi Muzeyidir.
Donetsk tarix-diyarşünaslıq muzeyi
Donetsk tarix-diyarşunaslıq muzeyi — Rostov vilayətinin Donetsk şəhərində yerləşən diyarşunaslıq muzeyi. 2005-ci illərdə təsis edilmişdir. == Tarixi və təsviri == Rostov vilayətinin Donetsk şəhərində yerləşən diyarşunaslıq muzeyi 2005-ci ildə ildə Donstsk şəhərinin 50 illiyi münasibəti ilə təşkil edilmişdir. Yaşayış məntəqəsinin təməli 1681-ci ildə Qundorovskaya kəndi olaraq təsis edilmişdir. 1955-ci ildə isə Donetsk olaraq adlandırılmışdır. Donetsk şəhərinin bütün tarixi muzeydə əks olunmuşdur. Donetsk tarix-diyarşunaslıq muzeyi 9 eksponat zalından təşkil edilmişdir. Bu zallarda şəkillər, sənədlər, kitablar və kazaklara aid əşyalar saxlanılır. «Hərbi şöhrət zalında» əsasən Böyük Vətən müharibəsi və Əfqanıstan müharibəsinə aid pretmetlər nümayiş etdirilir. «Kosmanavtika» zalında isə şəhərin sakini olmuş Yuri Vladimiroviç Usaçevin şəxsi əşyaları saxlanılır.
Füzuli Tarix-Diyarşünaslıq Muzeyi
Füzuli Tarix-Diyarşünaslıq Muzeyi — Azərbaycan Respublikası Füzuli şəhərində muzey. Muzey Füzuli rayonunun işğalından sonra Horadiz şəhərinə köçürülmüşdür. == Muzeyin tarixi == Füzuli Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılmışdır. == Muzeyin eksponatları == Muzeyin fondunda və ekspozisiyasında toplanmış eksponatların altı mindən çoxu Qarabağ müharibəsinin gedişində rayondan çıxarılaraq Bakı şəhərində fəaliyyət göstərən "İstiqlal" muzeyində mühafızə edilir. Muzey fəaliyyətini uzun zaman İstiqlal muzeyində davam etdirmişdir. Keçirilmiş sərgilərdə fəxri fərmanlar almışdır. Bu gün muzey eksponatlarının sayı yeddi mindən çoxdur. Fəaliyyətə başladığı gündən indiyədək muzeyə tarix elmləri üzrə fəlsəfə doktoru Bəhram Məmmədli rəhbərlik edir. Muzey sərvətlərinin düşməndən xilas edilməsində əməkdaşların böyük əməyi olmuşdur. İşğala qədər muzeydə doqquz mindən çox eksponat mühafızə edilirdi.
Goranboy Tarix-Diyarşünaslıq Muzeyi
Goranboy Tarix-Diyarşünaslıq Muzeyi — Goranboy rayonunda yaradılmış muzey. == Muzeyin tarixi == Goranboy rayon Tarix-Diyarşünaslıq muzeyi 1981-ci ildən fəaliyyətə başlayıb. 2014-cü il dekabr ayında muzey yeni inzibati binaya köçürülmüşdür. Muzey Heydər Əliyev prospekti 5 ünvanında yerləşir. Muzey 1 mərtəbəli binadan ibarətdir: ekspozisiya zalı, fond otağı, işçi otağı və yardımcı otaq. == Muzeyin eksponatları == Muzeyin ümumi sahəsi 954 kv.m-dir. Ekspozisiya sərgisinin sahəsi 167 kv.m, fond saxlama otağının sahəsi 56 kv.m-dir. Muzeydə keçmiş və müasir dövrümüzü əks etdirən 2658 ədəd eksponat qorunub saxlanılır. Eskpozisiya zalında 1600 çox eksponat nümayiş etdirilir. Muzey üç bölmədən ibarətdir: qədim, orta və müasir dövr.
Göyçay Tarix-Diyarşünaslıq Muzeyi
Göyçay Tarix-Diyarşünaslıq Muzeyi — Göyçay şəhərində yaradılmış muzey. Muzeydə Göyçay rayonun təbiətini və tarixinin əks etdirən eksponatlar toplanmışdır. == Muzeyin tarixi == Göyçay rayon Tarix-diyarşunaslıq muzeyi 1983-cü ildə yaradılmışdır. Muzey 2012-ci ildən müasir uslubla inşa edilmiş binada fəaliyyət göstərir. == Muzeyin eksponatları == Göyçay Tarix-Diyarşünaslıq Muzeyində 6000-ə yaxın eksponat toplanıb. Onların sırasında insanların qədim yaşayış məskənlərində aparılmış qazıntılar zamanı aşkar olunan bəzək əşyaları, silah və qab-qacaq nümunələri var. Çox sayda eksponat İkinci dünya müharibəsi və Sovet İttifaqı Qəhrəmanları: Ziya Bünyadov, Bahəddin Mirzəyev, Hacı Qafarov və onlarla digər döyüşçülərdən bəhs edir.Hazırda 6800 ədəd eksponat vardır. Bunlardan 795 eksponat ekspozisiyada nümayiş etdirilir. Muzey eksponatları:- rəssamlıq, heykəltaraşlıq, arxeologiya, etnoqrafiya, fotoşəkillər, sənədlər, iqtisadiyyat və milli adət-ənənələri tərənnüm edən bölmələrdən ibarətdir. == Həmçinin bax == Azərbaycan muzeyləri Göyçay rayonu Göyçay döyüşü == Xarici keçidlər == "Tarix- Diyarşünaslıq Muzeyi".
Gədəbəy Tarix-Diyarşünaslıq Muzeyi
Gədəbəy Tarix-Diyarşünaslıq Muzeyi — Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan və 1990-cı il martın 22-dən fəliyyət göstərən muzey. == Haqqında == Təbiət, Qədim dövr, Orta əsrlər, Müasir dövr bölmələrini əhatə edən muzeydə hazırda 2000-dən çox eksponat saxlanılır. Ekspozisiya zalında 1100 eksponat nümayiş etdirilir. Təbiət bölməsinə rayonda yetişdirilən ağac, bitki nümunələri , daş-süxur nümunələri, Gədəbəy mənzərələri, müalicə məqsədi ilə işlədilən bitki nümunələri mineral sular daxildir. Qədim dövr bölməsində b.e.ə dövrlərə məxsus tunc əşyalar, sümükdən və obsidiandan düzəldilmiş əmək alətləri, obsidian qəlpələr, muncuqlar, küpələr, keramik qablar göstərilir. Orta əsrlərə məxsus abidələrin foto şəkilləri, abidələr haqqında məlumatlar öz əksini tapır. Muzeydə müasir dövr daha geniş yer tutur: Təbiət, Arxeologiya, Etnoqrafiya, Numizmatika, XIX əsr Gədəbəy sənaye mərkəzi kimi və s. Muzeyin, sahəsi 222 kv.metrdir və cəmi 7 işçisi var. AMEA Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları ilə əlaqələrin nəticəsində son illər rayon muzeyinə xeyli miqdarda elmi cəhətdən araşdırılmış eksponatlar daxil olub. Hər il mayın 17-də "Açıq qapı" günü, ayın 18-də isə burada "Muzeylər günü " geniş qeyd olunur.
Gəncə Tarix-Diyarşünaslıq Muzeyi
Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyi — Gəncə şəhərində yerləşən ən böyük və qədim muzey. Əsası 1924-cü ildə qoyulmuş muzeydə, hazırda 30.000-dən çox eksponat saxlanılır. == Muzey binası == Hazırda muzeyin yerləşdiyi bina XIX əsrdə tikilmişdir. Bu bina Cavad xanın nəticələri İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olmuşdur. Adil xan və İsmayıl xan Ziyadxanovlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi. Adil xan ADR dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olmuş, ADR-in süqutundan sonra isə Türkiyəyə mühacirət etmişdi. Gəncənin milis rəisi olan İsmayıl xan isə 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnmişdir. Onların şəxsi mülkü olan bina da, zadəgan ailələrinə məxsus bir çox binalar kimi ictimailəşdirilmişdi. Sovet dövründə burada bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən bina Gəncə Tarix-Diyarşünaslıq Muzeyinə verilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.18
2012 •••••••••• 0.09
2017 •••••••••••••••••• 0.16

diyarşünas sözünün sinonimləri (yaxın mənalı sözlər)

diyarşünas sözünün rus dilinə tərcüməsi

diyarşünas sözünün inglis dilinə tərcüməsi

"diyarşünas" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#diyarşünas nədir? #diyarşünas sözünün mənası #diyarşünas nə deməkdir? #diyarşünas sözünün izahı #diyarşünas sözünün yazılışı #diyarşünas necə yazılır? #diyarşünas sözünün düzgün yazılışı #diyarşünas leksik mənası #diyarşünas sözünün sinonimi #diyarşünas sözünün yaxın mənalı sözlər #diyarşünas sözünün əks mənası #diyarşünas sözünün etimologiyası #diyarşünas sözünün orfoqrafiyası #diyarşünas rusca #diyarşünas inglisça #diyarşünas fransızca #diyarşünas sözünün istifadəsi #sözlük