donanması sözü azərbaycan dilində

donanması

Yazılış

  • donanması • 75.3545%
  • Donanması • 24.5105%
  • DONANMASI • 0.1350%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azov donanması
Azov donanması və ya Azov flotu (rus. Азовский флот) — Birinci Azov səfərindən sonra yaradılmış yelkənli hərbi donanma. Azov qalasının alınmasında həlledici rol oynamışdır. 1711-ci ildə Azovun türklərə qaytarılması ilə əlaqədar Prut səfərindən sonra məhv edilmişdir. Azov donanması rus nizami hərbi donanmasının əsasını qoymuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Елагин С. И. Исторія русскаго флота. Періодъ Азовскій. — Санкт-Петербург: Типография Гогенфельдена, 1884. Елагин С. И. История русского флота. Период Азовский = печатается по ксерокопии издания 1864 года.
Krallıq donanması
Krallıq donanması (ing. Royal Navy) — Böyük Britaniyada hərbi təşkilatlanmanın dənizçilik qoludur. Vəzifəsi dənizlərdə beynəlxalq təhlükəsizliyi, ticarəti qorumaq, beynəlxalq müqavilələrə əməl etməkdir.
Osmanlı Donanması
Osmanlı Donanması ya da köhnə adı ilə Donanma-yı Hümâyûn — Osmanlı dövlətinin dəniz qüvvələri. XIV əsrdə yaradılıb. Osmanlı dövləti 1323-cü ildə Qaramürsəli fəth edərək dənizə çatıb. Qaramürsəl bəyin rəhbərliyində ilk donanma yaradıldı və Kocaelidə baş verən döyüşlərdə dənizdən dəstək təmin edildi. 1327-ci ildə Qaramürsəldə ilk Osmanlı limanı quruldu və beləcə dəniz gücünün rəsmiləşdirilməsi işləri başladı. Osmanlı donanmasında iyerarxiya sistemə keçildi. İlk dərya bəyi (donanma komandiri), Qaramürsəl bəy oldu. 1337-ci ildə Kocaeli ələ keçirildi. Beləliklə 1353-cü ildə reallaşacaq olan Rumeliyə keçidin yolu açıldı. Bundan sonra donanmanın mərkəzi sırası ilə İzmit, Gelibolu və son olaraq da İstanbul oldu.
ABŞ Hərbi Donanması
ABŞ hərbi donanması ABŞ silahlı qüvvələrinin hissəsi. Hazırda 335,000 nəfər xidmətdə və 128,000 nəfər ehtiyatdadır. 280 gəmi və 4 mindən çox təyyarə var. Rütbələri: ensayn (O-1), kiçik leytenant (HDQ) (O-2), leytenant (HDQ) (O-3), kapitan-leytenant (O-4), komandan (O-5), kapitan (O-6), kontr-admirallar (O-7, O-8), vitse-admiral (O-9) və admiral (O-10). Donanma admiralı rütbəsi (O-11) yalnız hərb vaxtında mövcuddur. Donanmasında aviadaşıyıcıların növbəti şərti təsnifi işlədilir: CV - aviadaşıyıcı CVA - zərbə aviadaşıyıcısı CVB - ağır aviadaşıyıcı CVE - mühafizə aviadaşıyıcısı CVL - yüngül aviadaşıyıcı == Tarixi == Amerika hərbi-dəniz donanmasının yaranması təklifi 1775 il oktyabrın 3-də irəli sürülmüşdür. 1776-cı il yanvarın əvvəlində Kontinental donanma əmələ gəldi. 1798-ci ildə üç qüvvətli freqat ("Konstityuşn", "Konstelleyşn" və "Yunayted Steyts") suya enilmişdir. Donanmasının ilk katibi Bencamin Stoddert, ilk başçısı isə Con Barri oldu. 18-19 əsrlər görkəmli Amerika donanmaçıları arasında Stefen Dekatur və Aleksander Koçreyndir.
Almaniya İmperatorluq Donanması
Almaniya İmperatorluq Donanması və ya sadəcə İmperatorluq Donanması (alm. Kaiserliche Marine‎) — Almaniya İmperiyasının formalaması ilə yaranan Almaniya silahlı qüvvələrinin xüsusi qoşun növü. Almaniya İmperatorluq Donanması 1871-ci və 1919-cu illər arasında mövcud olmuşdur və Prussiya donanmasından (1867-ci ildən bəri Şimali Almaniya Federal Donanması) ayrı olaraq böyüyürdü. İmperator II Vilhelm, Almaniya İmperatorluq Donanmasını genişlədərək, Almaniya İmperiyası və Britaniya İmperiyası arasında dənizdə bir silahlandırma yarışına səbəb oldu. Belə davam edərək, Almaniya İmperatorluq Donanması, II Vilhelm dövründə, dünyanın ən böyük donanmalarından biri olmaya davam etdi və Britaniya Krallıq Donanmasının ardından dünyanın ikinci ən böyük donanması olmuşdur. == Birinci Dünya Müharibəsində Almaniya İmperatorluq Donanması == Birinci Dünya Müharibəsinin əvvəllərində Almaniya İmperatorluq Donanmasının 22 drednout əvvəli döyüş gəmisi, 19 drednout döyüş gəmisi və 7 döyüş kreyseri var idi. Admiral Alfred von Tirpitz dəniz qüvvələrinin komandiri olmuşdu. Donanmanın ən mühüm döyüşçüləri Açıq Dəniz Flotu və U-Qayıq flotu idi. Kiçik donanmalar Almaniyanın xarici torpaqlarına yerləşdirilib və bu gün Çində yerləşən Sindao şəhərində Almaniyanın Şərqi Asiya Flotuna göndərilmişdi. == İstinadlar == == Xarici keçidlər == Birinci Dünya Müharibəsində Almaniya İmperatorluq Donanması Almaniya Donanma Tarixi Almaniya İmperatorluq Donanması 1914 Arxivləşdirilib 2009-01-30 at the Wayback Machine Almaniya İmperatorluq Donanmasının Yayılması 1914 Birinci Dünya Müharibəsində U-boat müharibəsi Hoch Deutschlands Flotte!
Azov hərbi donanması
Azov hərbi donanması (rus. Азовская военная флотилия/Азовская военно-морская флотилия) — Çar Rusiyası, Rusiyada vətəndaş müharibəsi, sonradan isə SSRİ-nin Azov dənizində əməliyyatlar üçün nəzərdə tutulmuş donanmasına verilən ad. == Tarixi == === Çar Rusiyası === Rusiya-Osmanlı müharibəsi zamanı çar I Pyotr tərəfindən Azov donanması yaradılmışdır. Bu donanma rus nizami hərbi donanmasının əsasını qoymuşdur. === Vətəndaş müharibəsi === Azov hərbi donanması 1920-ci ilin martında Rusiyada vətəndaş müharibəsi zamanı yenidən yaradılmışdır. Ağqvardiyaçı və müdaxiləçilərə qarşı vuruşmuşdur. Pyotr Vrangelin qoşunlarının məğlub edilməsində mühüm rolu olmuşdur. 1921-ci ildə ləğv edilmmişdir. === İkinci Dünya müharibəsi === Azov hərbi donanması 1941-ci ildə yenidən təşkil olunmuşdur. İkinci Dünya müharibəsi zamanı 1941-1942-ci illərdə baş tutmuş Kerç-Feodosiya desant əməliyyatında, 1943-cü ilin avqust-sentyabr aylarında baş tutmuş Cənub cəbhəsinin hücum əməliyyatında, 1943-cü ilin oktyabrında baş tutmuş Kerç-Eltigen desant əməliyyatında və s.
Dəniz Nəqliyyatı Donanması
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxildir. Dəniz Nəqliyyatı Donanması müxtəlif təyinatlı yüklərin və sərnişinlərin daşınmasını həyata keçirir, rabitə, radiomərkəz və elektroradionaviqasiya üzrə müxtəlif xidmətlərin göstərilməsini təşkil edir, gəmilərin yüklənib-boşaldılmasını və yedək əməliyyatlarını, dibdərinləşdirmə işlərini aparır, habelə dəniz yolları naviqasiya işarələrinin yerləşdirilməsini və onların saz vəziyyətdə saxlanılmasını təmin edir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür. Dəniz Nəqliyyatı Donanmasının strukturuna Quru yük liman məntəqəsi, Gəmi təmiri emalatxanası, Gəmi dalğıc və xilasetmə vasitələrinə xidmət üzrə stansiya və nəqliyyat gəmiləri daxildir. == Xarici keçidlər == Təbriz Yadigarov. Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatı. Bakı, 2018.
Səfəvi hərbi donanması
Səfəvi hərbi donanması — 1734-cü ildə Şah III Abbas dönəmində Baş vəzir Nadir xan Əfşar tərəfindən ilk dəfə daimi saxlanılması üçün yaradılmışdır. İlk nizami hərbi qüvvələrin bayrağında qırmızı rəngli "Zülfüqar qılıncı" öz əksini tapmışdır. Səfəvi hərbi donanması şimal və cənub olmaqla iki filoya ayrılmış idi. Rusiya imperiyası tərəfindən təhlükə hesab edilən şimal filosu Xəzər dənizində əsaslı fəaliyyət göstərirdi. Baş qərargahı Buşehrdə olan cənub filosu, Fars körfəzində və Oman dənizində varlığını qorumuş, daha sonra "Trusial" adlanan sahillərdə yerləşən Pirat və aralarında Oman İmamətinin də olduğu Ərəbistan əmirliklərinə qarşı təsirli bir şəkildə mübarizə aparmışdır. Səfəvi hərbi donanması ara-sıra Hollandiya və İngilislərlə əməkdaşlıq etmişdir. == Tarixi == === Şah I Abbas (1587–1629) dövrü === 1621-ci il dekabrın 26-da Şah I Abbasın İngilislərin Ost-Hind şirkəti (Böyük Britaniya) ilə hərbi ittifaq bağlaması nəticəsində ingilis hərbi dəniz qüvvələrinin dəstəyi ilə Fars bəylərbəyi İmamqulu xan Undilazdenin rəhbərliyində 3000 nəfərdən ibarət Qızılbaş quru qoşunu bir əsrdən çox Portuqaliya işğalında qalan Hörmüz limanını 1622-ci ildə geri qaytarmağa nail olmuşdu. Hələ o zaman Səfəvi dövləti üçün milli nizami hərbi dəniz qüvvələrinin yaradılması zərurəti yaranmışdı. Lakin müntəzəm müharibələr, habelə Şah I Abbasın ölümü (1629) bu zərurətin həyata keçirilməsini xeyli yubatdı. === Şah I Süleyman (1666–1694) dövrü === 1669-cu ilin iyul ayında Xəzər dənizində – Səngi Muğan adasında Stepan Razinin kazakları ilə Səfəvi donanma komandanı Məhəmməd xan Astrabadlının rəhbərliyində 7000 nəfər Qızılbaşdan ibarət (aralarında muzdlu Qumuq və Kabardinlərdən də olduğu) Səfəvi donanması arasında baş verən dəniz savaşının Qızılbaşlar üçün Engelbert Kempferə görə, 1200 nəfər canlı və 30 ədəd kolaz itkisi ilə uğursuz nəticələnməsi nizami hərbi dəniz qüvvələrinin yaradılması məsələsini bir daha gündəmə gətirmiş oldu.
Xəzər dənizi donanması
Xəzər Dənizi Flotiliyası (rus. Каспийская флотилия) — Rusiyanın Xəzər dənizində yerləşən hərbi-dəniz donanmasıdır. Rusiyada ən qədim flotiliyadır. Xəzər flotiliyasının komandanı, kontr-admiral Sergey Alekminskidir. Xəzər flotiliyası 1722-ci ildə, imperator Pyotrun əmri ilə yaradılıb. 1945-ci ildə "Qırmızı bayraq" ordeninə layiq görülüb. Xəzərdə ən böyük qüvvə Rusiya hərb-dəniz donanmasının Xəzər flotiliyasıdır. == Qurulması == 1722-ci ilin noyabrında Pyotrun əmri ilə Həştərxan şəhərində yaradılıb. Admiral Fyodor Apraksin rəhbərliyi altında Rus-Fars müharibəsində iştirak edib, 1796-cı ildə rus ordusunun Dərbənd və Bakını tutmasına kömək edib. 1813-cü il Gülüstan sülhünə əsasən, Xəzər Flotiliyası Xəzər dənizində yeganə hərbi flotiliya olmalı idi.
Xəzər hərbi donanması
Xəzər Hərbi Donanması — Rusiya hərbi-dəniz donanmasının Xəzər dənizindəki hissəsi. == Yaradılması == I Pyotrun fərmanı ilə 1722-ci ildə yaradılmışdı. 1867-ci ildən əsas bazası Bakı idi. 1917-ci ildə 1,2 min şəxsi heyətdən, 2 kanoner (dənizin sahilyanı bölgələrində döyüş əməliyyatı aparan artilleriya qayığı), 2 xidmət gəmisi, bir neçə nəqliyyyat gəmisindən və katerdon, dəniz aviasiyası məktəbi və sahil xidmətindən ibarət idi. Fevral inqilabından (1917) sonra, martın 4-5 (17-18)-də matros və zabit komitələrinə, Bakı Sovetinə seçkilər keçirilmiş, donanma komandanı devrilmişdi. Xəzər hərbi donanmasında hakimiyyət gəmi komitəsinə keçmişdi. Matroslar martın 8 (21)-də əsgər deputatları sovetinə daxil olmuşdu. O martın 29-da (aprelin 10-da) Bakı qarnizonu hərbi deputatlar sovetində zabitlər soveti ilə birləşmişdi. Mayın 10-da (23-də) isə hərbi deputatlar soveti fəhlə deputatları soveti ilə birləşmişdi. Xəzər hərbi donanmasında rəhbərlik "Sentrokaspi"nin əlinə keçmişdi.
Yaponiya İmperiya donanması
Yaponiya İmperiya donanması (yap. 大日本帝國海軍) — Yaponiya imperiyasının hərbi-dəniz qüvvələri. Bu silahli birləşmələr 1869-cu ildən 1947-ci ilə qədər mövcud olmuşdur. Donanma rəsmən «Birləşmiş donanma» adını almışdır. 1894-cü ildə «Daimi hazırlıq donanması» və «Qərb donanması» birləşirilərək «Birləşmiş donanma» adlandırılmışdır. == Tarixi == === Asiya ərazisində iştirakı === Boşin müharibəsi: Hakodate körfəz döyüşü Çin–yapon müharibəsi (1894–1895) Bokusçular üsyanı === Rus-Yapon müharibəsi === Heyharito Toqo Kamikura HikonoceBirləşmiş donanmada 6 müasir zirehli eskadra gəmisi və 8 zirehli kreyser, rus donanmasında isə 7 zirehli eskadra gəmisi və 4 zirehli kreyseri iştirak etmişdir Çemulpo döyüşü — yanvar 1904. Yaponiyaya məxsus «Hasuse» və «Yaşima» qəmirilərinin batırılması— may 1904. Sarı dəniz döyüşü — iyul 1904 . Tsusima döyüşü — may 1905 . Yapon donanması ilk dəfə aktiv şəkildə döyüşdə radioəlaqədən istifadə edir.
Xəzər donanması (film)
== Məzmun == Kinolent Xəzər dənizçilərinin fəaliyyətindən, iri su nəqliyyatı müəssisəsinin işindən, donanma üçün komanda heyətinin, matroslar və motoristlərin hazırlanmasından danışır.
Xəzər Dəniz Neft Donanması
Xəzər Dəniz Neft Donanması — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxil olan qurum. == Haqqında == Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi, onların istismar dövründə təmiri, neft obyektlərinin yanğından mühafizəsi, neftçilərin iş yerlərinə çatdırılması kimi işləri yerinə yetirir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq onların vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür, dəniz dibində və təkində mineral ehtiyatların kəşfiyyatı və hasilatı ilə əlaqədar digər xidmətlər göstərir. Xəzər Dəniz Neft Donanmasının tərkibinə ixtisaslaşdırılmış gəmilər, gəmi təmiri emalatxanaları, yanğından mühafizə balonlarının və gəmi xilasetmə vasitələrinin təmiri, karvan növbə xidməti, qalıqların qəbulu, işlənməsi və təhvili sahələri daxildir. SSRİ Nazirlər Sovetinin 31 oktyabr 1949-cu il tarixli "Xəzərdə dəniz neft istehsalının inkişafı haqqında" sərəncamı ilə "Azneft" birliyi, onun tərkibində isə SSRİ Neft Sənayesi Nazirliyinin 4 noyabr 1949-cu il tarixli əmri ilə Üzən Vasitələr idarəsi yaradıldı. Xəzər Dəniz Neft Donanmasının inkişafı yolu da məhz bu tarixdən başlanır. Həmin dövrdə "Artyomneft" və "Stalinneft" dəniz qazma trestlərinin üzmə vasitələri yeni yaradılmış idarənin tərkibinə keçilirdi. Bunlar əsas etibarilə "Transportnik", "Qəbələ", "BMK-90" tipli kiçik həcmli katerlər, buxar yedəkləri, "Gürganı" və "İliç Buxtası" özü hərəkət etməyən 20 tonluq üzən kranlar, taxta kərəçilər və özü hərəkət etməyən barjalar idi. SSRİ Neft Sənayesi Nazirliyinin 22 yanvar 1953-cü il tarixli əmri ilə Üzən Vasitələr idarəsi "Xəzərdənizneftdonanma" idarəsinə çevrildi.
Xəzər donanması (film, 1959)
== Məzmun == Kinolent Xəzər dənizçilərinin fəaliyyətindən, iri su nəqliyyatı müəssisəsinin işindən, donanma üçün komanda heyətinin, matroslar və motoristlərin hazırlanmasından danışır.
Əfşar imperiyasının hərbi donanması
Əfşar imperiyasının hərbi donanması — 1734-cü ildən etibarən Nadir xan (1736-cı ildən etibarən şah) dövlətin hərbi donanma sistemini yenidən təşkil etdi. Bu donanma özünün ən yaxşı fəaliyyəti dövrünü Əfşar imperiyasının bölünməsinə qədərki 10 il müddətində yaşadı. Əfşar imperiyasının hərbi donanması əsas təhlükələrdən biri kimi qəbul edilən ruslara qarşı Xəzər dənizində də fəaliyyət göstərirdi. Hərbi donanmanın mərkəzi Buşehrdə yerləşirdi və əsas fəaliyyət sahəsini İran körfəzi, habelə, Oman dənizi təşkil edirdi. Burada əsas mübarizə isə Maskat sultanlığı, Oman imamlığı, sonradan Atəşkəs dövlətləri adlanan ərazilərin sahillərində məskunlaşan quldurlarla, üsyançılarla aparılırdı. Əfşar hərbi donanması tez-tez hollandiyalılar və britaniyalılarla əməkdaşlıq edirdi. == Tarixi == === Başlanğıc === Əfşarlara qədər dövlətdə hərbi donanma yaradılması üçün sonuncu cəhd 1718-ci ildə edilmişdi. Bu cəhd də Səfəvi şahının donanma yaratmaqda istəksiz olması səbəbindən baş tutmamışdı. === Yaradılması === Yaradılmasından sonra keçən 10 il ərzində Əfşar imperiyasının hərbi donanması uğurlu eksponsionist siyasət həyata keçirirdi. Bu donanma Maskatı və İran körfəzindəki bir çox adanı ələ keçirməyi bacarmış, lakin şimalda Osmanlı və Rusiya donanmaları ilə rəqabər aparmaqda uğursuz olmuşdu.
Böyük Britaniya Kral Hərbi Dəniz Donanması
== İstinadlar ==
25 aprel 1607-ci ildə hollandların İspaniya donanması üzərində qələbəsinin alleqoriyası
25 aprel 1607-ci ildə hollandların İspaniya donanması üzərində qələbəsinin alleqoriyası, (Niderlandca: Allegorie op de overwinning van de Hollandse op de Spaanse vloot bij Gibraltar) — Niderland rəssamı Adam Villarts tərəfindən 1615-ci ildə yağlı boya ilə çəkilən rəsm əsəridir. == Təsviri == Rəsm əsəri 38.4 sm × 55.9 sm ölçülərində çəkilmişdir. Rəsm əsəri 1615 və 1630-cu illər aralarında rənglənmişdir. Əsər Utrext şəhərində və Amsterdamda yerləşən Dövlət Muzeyinin Rəsm Kolleksiyasında nümayiş olunmuşdur. == Rəsmin analizi == Rəsm əsərində 1607-ci ilin 25 aprel tarixində baş vermiş Cəbəllütariq döyüşü zamanı hollandların İspaniya donanması üzərində qələbəsinin alleqoriyası və Səksənillik müharibə öz əksini tapmışdır. Rəsm əsərində taxta uğrunda mübarizə aparan vəkilləri və onların motivləri əsasında Hollandiya və İspaniya vuruşmasını görə bilərsiniz. İngiltərə və Venesiya əhalisi isə onlara itaət edir. Rəsmin fonunda Qayaların kənarlarında hərbi dəniz döyüşünü müşahidə edə bilərsiniz.
"Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı
"Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı — SSRİ Ali Sovetinin 22 fevral 1948-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
Osmanlı donanmasının Açe səfəri
Osmanlı donanmasının Açe səfəri və Osmanlı donanmasının Açeyə yürüşü — 1566-1567-ci illərdə Osmanlı imperiyası ilə Açe sultanlığı arasında əlaqələrin qurulması məqsədilə göndərilmiş Osmanlı dəniz ekspedisiyası. 1560-cı illərin ilk yarısında Açe sultanı Sultan Əlauddin Riyat Şah əl-Kahar İstanbula diplomatik missiya göndərdi. O, Sultan Süleyman Qanunini İslamın xəlifəsi olaraq tanıdı və ondan portəgizlərə qarşı mübarizədə kömək istədi. Osmanlılar Portuqaliyalılara qarşı mübarizədə Açeyə kömək etməyə razılaşdılar. Dəniz yürüşünə admiral Kurtoğlu Hızır Rəis rəhbərlik edirdi. Osmanlı dəniz missiyası potuqallarla mübarizə aparan açelilərə odlu silah yardımı gətirmişdilər. Türklərin hərbi yardımı müqabilində açelilər mirvari, brilyant və yaqutla hesablaşdılar. == Tarixi == === Açe Osmanlı əlaqələri === Açe Sultanlığı ilə Osmanlı İmperiyası arasında qeyri-rəsmi əlaqələr 1530-cu illərdən mövcud olmuşdur. Bu əlaqələr Sultan Ələddin dövründən başlamışdır. Belə ki, Bu zaman Açedə hakimiyyətə gələn Sultan Ələddin Riyat-şah əl-Kahar həm Sumatradaki öz gücünü gücləndirmək, həm də Portuqalları Malakkadan qovmaq üçün bu əlaqələri genişləndirmək niyyətində idi.Portuqaliyalı admiral Fernan Mendes Pinto xatirələrində 1539-cu ildə təxminən 300 "türk"ün olduğu bir donanmanın gəlməsi ilə bağlı yazmışdır.
Türk dəniz donanmasının tarixi
Türk hərbi-dəniz qüvvələri - tarixən orta əsrlər dövründən bəri Aralıq dənizində, Qara dənizdə, Qırmızı dənizdə, Fars körfəzində, Hind okeanında və Atlantik okeanında ən böyük dəniz qüvvələrindən biri olmuşdur. == Mədəniyyətdə == Osmanlı Donanması, admiral Turqut Rəis, Tim Uilloks tərəfindən yazılmış Din romanı Osmanlı Donanması və admiral Kamal Rəis Sultan Sükançısı romanında əsas qəhrəmanlardan biri.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.90 dəfə / 1 mln.
2002 •••••• 3.43
2003 ••••••••• 5.12
2004 •••••••••• 5.73
2005 ••••• 2.70
2006 •••••• 3.38
2007 •••••••••••• 6.98
2008 •••••••••••••••••••• 12.42
2009 ••••••••• 5.44
2010 ••••••••••••••• 9.08
2011 •••••••••• 5.75
2012 ••••••• 3.79
2013 ••••• 3.06
2014 •••••••••• 6.01
2015 ••• 1.53
2016 ••••• 2.78
2017 ••••••• 4.06
2018 •••••••• 4.64
2019 ••••• 2.92
2020 •••• 2.25

"donanması" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#donanması nədir? #donanması sözünün mənası #donanması nə deməkdir? #donanması sözünün izahı #donanması sözünün yazılışı #donanması necə yazılır? #donanması sözünün düzgün yazılışı #donanması leksik mənası #donanması sözünün sinonimi #donanması sözünün yaxın mənalı sözlər #donanması sözünün əks mənası #donanması sözünün etimologiyası #donanması sözünün orfoqrafiyası #donanması rusca #donanması inglisça #donanması fransızca #donanması sözünün istifadəsi #sözlük