Donatizm sözü azərbaycan dilində

Donatizm

Yazılış

  • Donatizm • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Donatizm
Donatizm (yun. Δονατισμός) — Kartaca kilsəsində baş verən parçalanma və ixtilaflar sonu yaranan dini hərəkat IV yüzilliyin əvvəllərində başlamış və Şimali Afrikanın müsəlmanlar tərəfindən istila edilməsinə qədər davam etmişdir. Donatçıların hərəkatı xristian birliyinə çox ciddi zərbə vurmuşdu. Bu ixtilaf Roma imperatorlarının xristianlara qarşı təqiblərin sona çatmasından sonra baş vermişdi. Məsələ bundadır ki, təqiblər dövründə xristianların bir qismi təqiblərə sinə gərərək, ölümlərindən belə qorxmayaraq dindən imtina etməmişdirlər. Ancaq başqaları təqiblərə davam gətirməyərək bütpərəstlərə və hakim dairələrə güzəştlərə getmişdirlər, bəziləri isə işgəncələrə məruz qalaraq Xristianlıqdan imtina etmiş, təqiblərdən sonra isə öz kilsə vəzifələrinə qayıtmışdırlar. 311-ci ildə Kartaca yepiskopu vəzifəsinə Sesilian adlı bir keşiş təyin olundu. Ancaq məşhur yepiskop Donatus ona qarşı çıxış etmişdi və onu yepiskop kimi tanımamışdı, çünki təqiblər dövründə Sesilian, işgəncələrə dözməyərək, Müqəddəs Kitabların nüsxələrini bütpərəstlərə vermişdi. Halbuki Donatusun özü o zamanlar çox ağır işgəncələrə məruz qalmış, ancaq dindən dönməmişdir. Rəvayətlərə görə onun bədənində ağır işgəncələrin çoxlu izləri qalmışdır.

Oxşar sözlər

#donatizm nədir? #donatizm sözünün mənası #donatizm nə deməkdir? #donatizm sözünün izahı #donatizm sözünün yazılışı #donatizm necə yazılır? #donatizm sözünün düzgün yazılışı #donatizm leksik mənası #donatizm sözünün sinonimi #donatizm sözünün yaxın mənalı sözlər #donatizm sözünün əks mənası #donatizm sözünün etimologiyası #donatizm sözünün orfoqrafiyası #donatizm rusca #donatizm inglisça #donatizm fransızca #donatizm sözünün istifadəsi #sözlük