* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 \ – Doqmatizm - ehkamlara, dəyişməz anlayışlara, dəqiq şərtləri nəzərə almayan düsturlara söykənən, həqiqətin konkretlilik prinsipini rədd edən idrak metodudur.Doqmatizm hansısa düşüncə başlanğıclarını aksioma kimi danılmaz edib sonra, tutalım, dinlə, fəlsəfə ilə bağlı bütün doğruların yalnız onların üstündə durmasına inanmaqdır. Doqmalara (ehkamlara) əsaslanan qeyri-tənqidi təfəkkür; ehkamçılıq. Doqma \ - ehkam, bir fəlsəfə məktəbində mənimsənilən, doğru ehtimalı ilə irəli sürülən ideya. Doğruluğu sınanmadan mənimsənilən təlim isə doqmatizm \ deyirlər. DÖVLƏT – siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xususi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir.
Fəlsəfə terminlərinin izahlı lüğəti / doqmatızm