* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Müxtəlif məqsədlər üçün gəmilərin ortasında dikəldilən uzun dirək. …Çıxasan dorağacına, baxasan dəryayə; Açasan bad əsən canibə yelkan, Yusif! S.Ə.Şirvani. Ki, nagah bir qara bayraq açıldı dorağacında; Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət. M.Ə.Sabir. Deyəsən, batmış bir gəmini çətinliklə dənizdən çıxarırdılar, dorağacı yavaş-yavaş görünməyə başlayırdı. Mir Cəlal. ◊ Dor dibindən qaçan vulq. – hər cür pis işdən çıxmış adam haqqında.
Azərbaycan dilinin izahlı lüğəti / dorağacı