Dostəli sözü azərbaycan dilində

Dostəli

Yazılış

  • Dostəli • 78.1250%
  • DOSTƏLİ • 18.7500%
  • dostəli • 3.1250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dostəli
Dostəli — ad. Dostəli Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Dostəli Mirəliyev (şəhid) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Dostəli xan Müəyyirəlməmalik — Qacarlar dövlətinin xəzinədarı. Dostəli Hacıyev — "Azərbaycan Bayrağı" ordenli Əfqanıstan və Qarabağ müharibələri iştirakçısı.DigərDostəli (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd.
Dostəli (Soyuqbulaq)
Dostəli (fars. دوستعلي‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 424 nəfər yaşayır (98 ailə).
Dostəli Hacıyev
Dostəli Hacıyev — "Azərbaycan Bayrağı" ordenli Əfqanıstan və Qarabağ müharibələri iştirakçısı, ehtiyatda olan kapitan. == Həyatı == Hacıyev Dostəli Əhməd oğlu 13 dekabr 1966-cı ildə Yevlax rayonunun Havarlı kəndində anadan olub. Sovet ordusunda Əfqanıstanın Baqram şəhərində mühəndis-istehkam taburunun kəşfiyat bölməsində xidmət edib. 1991-ci ildə Bakı Dəmiryol texnikumunu bitirib. Eyni zamanda dəmir yolunda işləyib. == Döyüş yolu == 1992-ci ilin fevralında Yevlaxın Qaramanlı kəndində əsasən Əfqanıstan müharibəsi veteranlarından ibarət "Əfqan rotası"nın yaradılmasında iştirak edib. D. Hacıyev rota komandiri Xosrov Əhmədovun müavini və kəşfiyat bölməsinin komandiri olmuşdu. Qaramanlı "Əfqan" rotası döyüş yolunu 1992-ci ilin fevralın sonlarında Ağdamda yerli özünümüdafiə "Qarabağ şahinləri" batalyonu ilə başlamışdı. Qaramanlı "Əfqan" bölməsi "Qarabağ şahinləri" batalyonuna, üstündə iki Nurs qurğusu olan Zil 131 və "Qradla" daxil olmuşdular. Dəstə, 1992-ci ilin iyununa qədər Ağdamdan Əsgəran istiqamətində döyüşlərdə iştirak etmişdi.
Dostəli Mirəliyev
Mirəliyev Məşədi Dostəli Məhəmmədəli oğlu (1974, Qaravəlli, İmişli rayonu – 27 yanvar 1994, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == 1974-cü ildə İmişli rayonunun Qaravəlli kəndində anadan olub. 1994-cü ilin yanvar ayının 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Dostəli Məmmədov
Dostəli Seymur oğlu Məmmədov (28 iyun 1998, Suraxanı rayonu – 18 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Dostəli Məmmədov 1998-ci il iyunun 28-də Suraxanı rayonunda anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Dostəli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Dostəli Məmmədov oktyabrın 18-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Dostəli Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Dostəli Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Dostəli Mirəliyev (şəhid)
Mirəliyev Məşədi Dostəli Məhəmmədəli oğlu (1974, Qaravəlli, İmişli rayonu – 27 yanvar 1994, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == 1974-cü ildə İmişli rayonunun Qaravəlli kəndində anadan olub. 1994-cü ilin yanvar ayının 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Dostəli xan Müəyyirəlməmalik
Dostəli xan Müəyyirəlməmalik (1760, İsfahan – 1821, Kəngavər, Kirmanşah ostanı) — Qacarlar dövlətinin xəzinədarı. == Həyatı == Dostəli xan Hüseynəli bəy oğlu 1760-cı ildə İsfahanda anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Müəyyirəlməmalik ləqəbini daşıyırdı. Dostəli xan Müəyyirəlməmalik 1821-ci ildə Kəngavərdə vəfat edib. Dostəli xanın Məhəmmədqasım xan adlı oğlu vardı. Qasım xan Vali onun nəvəsidir.
Nazpəri Dostəliyeva
Nazpəri Əhmədəli qızı Dostəliyeva (23 dekabr 1959, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Nəzpəri Dostəliyeva 1959-cu il dekabrın 23-də Bakıda doğulub.2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. İlk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub. 1998-ci ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. 25 disk və 3 albomu çıxıb. Fransa (Paris), Almaniya (Bonn, Frankfurt, Köln, Hannover), Niderland (Amsterdam), Norveç, Türkiyədə 2015-ci ildə Lütfü Kırdar adına böyük konsert salonunda solo konsert etmişdir. Kiprdə çıxışlar edib. 1999-cu ildən bəstəkar-aranjımançı Səyavuş Kərimi ilə işləyir. 2001-ci ildə isə Norveçin Oslo şəhərində və Skruk xoru ilə Norveçin bir çox şəhərlərində konsert proqramı ilə çıxış edib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2006 •••••• 0.23
2007 •••••••••••••••••••• 0.85
2012 ••• 0.09
2013 •••• 0.15
2017 •••• 0.16
2018 •••• 0.15
2019 •••• 0.14
2020 •••• 0.13

dostəli sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

Əlinin dostu, Alının dostu.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#dostəli nədir? #dostəli sözünün mənası #dostəli nə deməkdir? #dostəli sözünün izahı #dostəli sözünün yazılışı #dostəli necə yazılır? #dostəli sözünün düzgün yazılışı #dostəli leksik mənası #dostəli sözünün sinonimi #dostəli sözünün yaxın mənalı sözlər #dostəli sözünün əks mənası #dostəli sözünün etimologiyası #dostəli sözünün orfoqrafiyası #dostəli rusca #dostəli inglisça #dostəli fransızca #dostəli sözünün istifadəsi #sözlük