dovşana sözü azərbaycan dilində

dovşana

Yazılış

  • dovşana • 77.1429%
  • Dovşana • 22.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dağınıqcətirli dovşanalması
Dağınıqcətirli dovşanalması (lat. Cotoneaster pannosus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Cənubi-Şərqi Çindir. == Botaniki təsviri == Hündürlüyü 1-2 m olan, sıxbudaqlı, dağınıq çətirli koldur. Yarpaqları kiçik, dairəvi, iti ucludur, kənarları azca dişlidir, qalın, səthi parlaqdır. Çiçəkləri xırdadır, qalxanvari salxımlarda yerləşir. May ayında çiçəkləyir, meyvələri sentyabr-oktyabrda yetişir. == Ekologiyası == Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır. == Azərbaycanda yayılması == Abşeron şəraitinə davamlıdır. == İstifadəsi == Çiçəkləmə və meyvəvermə vaxtı dekorativ görünür.
Dilsa dovşanalması
Dilsa dovşanalması (lat. Cotoneaster dielsianus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1-2 m olan, yarpaqlı koldur. Budaqları bozumtul-qara və ya qonurtəhər-qara, nazik, möhkəm tükcüklü, parlaqdır. Yarpaqları xətvari-lansetvari, çılpaq, (0,6)-2,5 x 0,8-1,5 sm, sıx, sarımtıl-boz və ya boz çalarlı, parlaq, ucu bizdir. Çiçək qrupu 3-7 çiçəkli, çiçək saplağı tükcüklü; çiçək altlıqları xətvari-lansetvari, 2-3 mm, tükcüklüdür. Çiçəklərin diametri 6-7 mm-dir. Hipantisi tükcüklü, ovaldır. Ləçəkləri düz, çəhrayı, enli, əks-yumurtavaridir, diametri 3-4 mm, bünövrəsi qısa, ucu kütdür.
Dovşanalması
Dovşanalması (lat. Cotoneaster) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Frans dovşanalması
Gecaçan dovşanalması
Gecaçan dovşanalması (lat. Cotoneaster serotinus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Çindir. == Botaniki təsviri == 3 m hündürlüyündə həmişəyaşıl koldur. Cavan budaqları sıx tükcüklərlə örtülmüşdür, sonralar isə çılpaqlaşır və tünd qəhvəyi rəng alır. Yarpaqlarının uzunluğu 3-8 sm, eni isə 2-3 sm olub, tərs yumurtavari və ya ovaldır. Üstü tünd yaşıl rəngli, çılpaqdır, alt səthi isə açıq yaşıl, demək olar ki, ağ rənglidir. Yarpaq saplağı 7-8 mm uzunluğundadır. Çiçəkləri 6 mm diametrində olub, 6-8 sm uzunluğunda qalxan çiçəkqrupuna yığılmışdır. İyulda çiçəkləyir, toxumları oktyabrdan-fevrala qədər yetişir.
Göyümtül yarpaq dovşanalması
Gözəl dovşanalması
Gözəl dovşanalması (lat. Cotoneaster insignis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Çində təbii halda yayılmışdır. == Botaniki təsviri == 3 m hündürlüyündə həmişəyaşıl koldur. Cavan budaqlarının qabığı tünd boz rəngli, aşağıya doğru sallanır. Yarpaqları xırda, uzunsov ellipsvari, 8-10 mm uzunluğunda, 3-5 mm enindədir və parlaqdır. Meyvəsi dairəvi, qırmızıdır, 2-3 toxumludur. Toxumla çoxaldılır. == Ekologiyası == Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır. == Azərbaycanda yayılması == Böyük Qafqazda təbii halda rast gəlinir.
Meyer dovşanalması
Meyer dovşanalması (lat. Cotoneaster meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == 100-dən çox növü Avropa, Asiya, Şimali Afrikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan, kənarları bütöv yarpaqlı kollardır. Çiçəkləri xırda, ağ və ya açıq çəhrayıdır. Meyvəsi çox xırda, unlu, qırmızı və ya qara, 2-4 toxumlu almadır. == Ekologiyası == Quraqlığa davamlıdır. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqazda, Talışda təbii halda rast gəlinir. == İstifadəsi == Canlı hasarların tərtibatında, yamacların bərkidilməsində, meşə-bağlarda peyvənd kimi istifadə edilir.
Parlaq dovşanalması
Parlaq dovşanalması (lat. Cotoneaster lucidus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Sibirdə (Altay dağları) yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-3 m, çətirinin diametri 2,5 m-dək olan, yarpağı tökülən, düz dayanan, enli, sıx budaqlı koldur. Zoğları əvvlcə sıx tükcüklü, sonra çılpaq, çəhrayı-qonurdur. Yarpaqların uzunluğu 2-7 sm, yumurtavari, ellipsvaridən ovaladək, yumru bünövrəli, ucu biz, üstü parlaq, çılpaq, çox tünd yaşıl, alt tərəfi tutqun, yapışıq və cod tükcüklü, payızda qırmızı-bənövşəyi və açıq qonurdur. May-iyunda 30 gün çiçəkləyir. Çiçəkləri xırda, çəhrayı-ağ, 5-15 ədəd seyrək qalxanlarda yerləşir. Kasacığı çılpaq və ya təxminən çılpaqdır. Ləçəkləri düz dayanan, xırda, əks-yumurtavaridir.
Qafqaz dovşanalması
Qafqaz dovşanalması (lat. Cotoneaster transcaucasicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Zaqafqaziyada, Qafqazda təbii halda rast gəlinir. == Botaniki təsviri == 3 metr hündürlüyü (9,8 fut) olan növdür. Meyvəverən budaqları 25-40 mm-dir (0,98-1,57 dyum). Yarpaqları sadə, növbəli, saplaqlı və bütövdür. Beş, ulduzvari çiçəkləri vardır. == Ekologiyası == Kol günəşli və yarımkölgəli yerə, orta miqdarda nəmişli, qumlu-gillicəli və ya gillicəli torpağa üstünlük verir. Quru, çılpaq qayalarda yaxşı bitir. Soyuğa, quraqlığa davamlı və işıqsevən bitkidir.
Qara meyvəli dovşanalması
Qara meyvəli dovşanalması (lat. Cotoneaster melanocarpus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Çində, Yaponiyada, Monqolustanda, Rusiyada, Avropada 700-2600 m hündürlükdə qayalarda, meşələrdə təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m-dək olan koldur. Yarpaqları sadə, növbəli, kənarları bütöv, üstü tünd yaşıl və alt tərəfi ağımtıl tükcüklüdür. Aprel-mayda çiçəkləyir. Çiçəkləri xırda, çəhrayı, sallaq salxımlarda, çiçək saplağı tükcüklüdür. Meyvəsi şarşəkilli, qara, 2-3 çəyirdəkli, unlu, qara, yetişdikdən sonra uzun müddət bitkidə qalır. Meyvələri sentyabr-oktyabrda yetişir. Dovşanalması toxum, qələm, zoğlarla çoxalır.
Qaya dovşanalması
Qaya dovşanalması (lat. Cotoneaster saxatilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2abc+3c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 1,5-1,75 m, alçaqboylu koldur. Yarpaqlar 9–20 mm uzunluğundadır, ellipsvari, tərs-yumurtavaridir və ya oval, üst hissədən açıq-yaşıldır, çılpaq və ya dağınıq tüklüdür. Alt tərəfdən bozumtul tüklüdür. Çiçək qrupu 2-4 çiçəkli qalxancıqlardan ibarətdir. Çiçəkləri qeyri-müəyyəndir. Yetişməmiş meyvələri tünd-qırmızı, yetişmiş meyvələri qara rənglidir, üzərində göyümtül ləkəli, tərs yumurtavaridir.
Sallaq dovşanalması
Sallaq dovşanalması (lat. Cotoneaster nitens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi-Şərqi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan, sallaq budaqlı koldur. Nazik budaqları tund qəhvəyi rənglidir. Yarpaqları dairəvi, iti uclu, 1-3 sm uzunluğunda, 1-1,5 sm enindədir, parlaq tünd yaşıldır. Çiçəkləri mürəkkəb qalxıncıqlara toplanmışdır, çəhrayı rənglidir. May ayında çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir, al-qırmızıdır. Toxumla çoxaldılır. == Ekologiyası == Torpaq-iqlim şəraitinə davamlıdır.
Salxımçiçək dovşanalması
Salxımçiçək dovşanalması (lat. Cotoneaster racemiflorus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Hündürlüyü 40-100 sm olan, kiçik budaqlanmış koldur. Cavan budaqları sıx keçə-tüklüdür, bir-ikiillikdir, qonur-qəhvəyi rəngdədir və çılpaqdır. == Sinonimləri == Cotoneaster fontanesii Spach Cotoneaster fontanesii var. desfontainii Regel Cotoneaster nummularius var. racemiflorus (Desf.) Wenz. Cotoneaster racemiflorus var. desfontainesii Zabel Cotoneaster racemiflorus var. typicus C.K.Schneid.
Simonsi dovşanalması
Simonsi dovşanalması (lat. Cotoneaster simonsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada, Zaqafqaziyada və Krımda yayılıb. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, şarşəkilli çətir olan bitkidir. Gövdəsinin qabığı tünd-qonur və xüsusi qoxuya malik alçaqboy ağac, bəzən koldur. Yarpaqları yumru, üst səthi parlaq, açıq-yaşıl, alt səthi sarımtıl tüklüdür, uzunluğu 9 sm-dir. Çiçək tacı ağ, diametri 1,5 sm, uzunluğu 7,0 sm olan salxımlara yığılmışdır. Yetişmiş meyvələri qara rəngli, diametri 1 sm-ə yaxındır. Ağac 9 illiyində çiçəkləyir və meyvə verir. == Ekologiyası == Quraqlığa davamlı, işıqsevən bitkidir.
Söyüdyarpaq dovşanalması
Söyüdyarpaq dovşanalması (lat. Cotoneaster salicifolius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Çinin qərbində, Avropada təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 5 m-əqədər, sallaq budaqlı, həmişəyaşıl koldur. Yarpaqları neştərvari-ellipsvari və ya uzunsov-ellipsvaridir, ucu itidir, uzunluğu 3-8 sm, eni isə 2 sm-dir. Üst səthi tünd yaşıl rəngli, qırışlıdır. 30-100 ədəd ağ rəngli çiçəkləri, diametri 3-5 sm olan qalxanvari çiçək qrupunda yerləşir. Vegetasiyası aprel ayından başlayaraq oktyabr ayına qədər davam edir. May ayında çiçəkləyir, meyvəsi sentyabrda yetişir və şaxtalara qədər kolun üzərində qalır. Meyvələri yumru formalı, alqırmızı rəngli, 0,5 sm uzunluqda olub, 2-3 toxumludur.
Sıх dovşanalması
Tamkənaryarpaq dovşanalması
Tamkənaryarpaq dovşanalması (lat. Cotoneaster integerrimus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə Baltikyanı ölkələrdən Şimali Qafqaza qədər olan ərazilərdə bitir. == Botaniki təsvir == Düz dayanan, çox budaqlı, hündürlüyü 2 m-ə qədər olan, yumru çətirli, yarpağı tökülən koldur. Cavan zoğları tüklü olur, sonradan çılpaqlaşır. Yarpaqları uzunluğu 5 sm olub, enli-yumurtavari formadadır, üstü tünd yaşıl, parlaq, hamar, alt tərəfi isə bozdur. Çiçəkləri çəhrayı-ağ rənglidir, 2-4 ədəd sallaq salxımlarda yerləşir. May-iyun ayında çiçəkləyir, meyvələri avqust ayında yetişir. Meyvələri alqırmızı, diametri 1 sm-ə qədərdir. Meyvələri payızın axırına qədər ağacda qalır.
Tünd rəngli dovşanalması
Tünd rəngli dovşanalması (lat. Cotoneaster morulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Zaqafqaziya, Dağıstan, şimali-şərqi Azərbaycan, Gürcüstan, şimali Ermənistan, şimali-şərqi Türkiyədə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-125 sm, şaxələnmiş budaqları olan koldur. Cavan zoğları tünd qırmızı, parlaq çox qısa, yapışqan tükcüklərlə örtülmüşdür. Yarpaqları nazik, dərivari, üstü açıq, sarımtıl-yaşıl, tutqun, çılpaq və ya orta damarcığın ətrafında seyrək tükcüklü, alt tərəfi açıq, yaşılımtıl-bozumtul, nazik tükcüklü, uzunluğu 11,5-20 mm-dək və eni 8,5-16 mm, bünövrəsi qeyri-bərabərdir. Saplaqların uzunluğu (1,5) 2-3 mm, nazik tükcüklərlə örtülmüşdür. Çiçəklərin uzunluğu 18-30 mm-dır. Çiçək qrupu düz dayanan, möhkəm, qısa, uzunluğu 8-16 mm, 3-6 (8) çiçəkli, 1-3 çiçəkli yarımçətirlərdən ibarətdir. Çiçək saplağının uzunluğu 1-1,5 (2) mm, boz tükcüklüdür.
Xoş iyli dovşanalması
Xırdayarpaq dovşanalması
Xırdayarpaq dovşanalması (lat. Cotoneaster microphyllus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Himalayda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-100 sm-dək, diametri 3 m-dək olan həmişəyaşıl yarımkoldur. Zoğları tükcüklüdür. Yarpaqların uzunluğu 0,6-0,8 sm, yumurtavaridən əks-yumurtavariyədək, ensiz bünövrəli, ucu yumru və ya oyuqlu, möhkəm, dərili, üstü parlaq, sıx yaşıl, alt tərəfi ağımtıl və ya bozumtuldur. May-iyunda çiçəkləyir. Çiçəklərin diametri 0,8 sm, ağ, əsasən tək, bəzən 2-4 ədəd qalxanvari dəstələrə yığılmışdır. Meyvələri sentyabrda yetişir, diametri 0,6 sm, şarşəkillidir. == Ekologiyası == -290C-dək şaxtaya davamlıdır.
Yumruyarpaq dovşanalması
Yumruyarpaq dovşanalması (lat. Cotoneaster rotundifolius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Sibirdir. == Botaniki təsviri == Düz dayanan budaqlı, hündürlüyü 4 m-dək olan koldur. Zoğları boz-qonurdan qaramtıl-qonur rəngli, əvvəlcə tükcüklü, sonradan çılpaqdır. Saplağı 1-3 mm, tükcüklü, yalançı zoğları lansetvari, ucu küt, bəzən itidir. Yarpaqları uzunsov formalı, payızda sıx, yaşıl rəngli, sonra al-qırmızı rəngli olur. Mayın axırları çiçəkləmyə başlayır və iyunun ortalarınadək davam edir. Çiçəklərin diametri təxminən 1 sm, kiçik, çəhrayı, bir saplaqda 5-8 çiçək olur. Çiçək qrupları 1-3 çiçəkli, çiçək altlıqları xətvari-lansetvaridir.
Zabel dovşanalması
Zabel dovşanalması (lat. Cotoneaster zabelii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Mərkəzi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m çatan koldur. Budaqları tünd, qırmızı, qonur rənglidir. Yarpaqları tünd yaşıl rəngli, dəyirmi formalıdır. Üçkünc kasayarpaqlarının uzunluğu 1-2 sm, eni isə 1-2,5 mm-dir, ucu kütdür. Ləçəkləri çəhrayı rənglidir, diametri 2-3 mm, ucu kütdür. Erkəkcikləri 18-20 ədəd olub, ləçəklərdən qısadır. May-iyun aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir.
Çoхçiçəkli dovşanalması
Çəhrayı dovşanalması
Çəhrayı dovşanalması (lat. Cotoneaster roseus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Pakistanda, İranda, Hindistanda daşlı-qayalı sahələrdə yayılmışdır. == Botaniki təsviri == Kolun hündürlüyü 2 m-dək, seyrək çətirli və elastik, qonur, parlaq zoğludur. Yarpaqları yumurtavari və ya ellipsvari, uzunluğu 5 sm-dəkdir. Çiçəkləri şaxələnmiş ləçəkli, çəhrayı, sıx qalxanlarda yerləşir. Meyvələri tutqun qırmızı, 7 mm-dək, çəyirdəkləri 2-dir. Çəhrayı dovşanalması hər il may-iyunda çiçəkləyir, sentyabrda meyvə verir, toxumlarını özü səpir. Uzunömürlüdür, 30–40 il yaşayır. == Ekologiyası == Soyuğa və quraqlığa davamlı, işıqsevən, torpağa tələbkar deyil.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2009 ••••••• 0.16
2010 •••••••••••••••••• 0.45
2014 •••••••••••••••••••• 0.51
2015 ••••••• 0.17
2017 ••••••• 0.16

"dovşana" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dovşana nədir? #dovşana sözünün mənası #dovşana nə deməkdir? #dovşana sözünün izahı #dovşana sözünün yazılışı #dovşana necə yazılır? #dovşana sözünün düzgün yazılışı #dovşana leksik mənası #dovşana sözünün sinonimi #dovşana sözünün yaxın mənalı sözlər #dovşana sözünün əks mənası #dovşana sözünün etimologiyası #dovşana sözünün orfoqrafiyası #dovşana rusca #dovşana inglisça #dovşana fransızca #dovşana sözünün istifadəsi #sözlük