doğruluq sözü azərbaycan dilində

doğruluq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • doğruluq • 85.9375%
  • Doğruluq • 8.5938%
  • DOĞRULUQ • 5.4688%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

doğruluq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Düzgünlük, həqiqilik, düzlük; sədaqət, səmimiyyət. Səy elə, sən də belə insan ol! Doğruluqda bu ada şayan ol! A.Səhhət. [Vidadi:] Dünya dəyişilmiş, əhd, vəfa, sədaqət, doğruluq qalmamışdır. Çəmənzəminli. Məhəbbət, doğruluq, cəsarət, ürək; Dil açıb danışır hər gül, hər çiçək. S.Vurğun. 2. Gerçəklik, səhihlik, düzgünlük, həqiqətə uyğunluq. Sözün doğruluğu. Xəbərin doğruluğu. Cavabın doğruluğu. – [Hacı Məhəmmədhaşıma:] Evinizə varid olandan sonra, mənim sözlərimdə doğruluq tapmasan qayıdarsan buraya, mən sənin pulunu özünə qaytararam. B.Talıblı. Rüstəm bəy yumşaldı və Cəfərə baxaraq bir az da gülümsündü. Cəfər gümanının doğruluğunu duyub lovğalandı. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / doğruluq

doğruluq sözünün sinonimləri (yaxın mənalı sözlər)

doğruluq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DOĞRULUQ – ƏYRİLİK Doğruluğun dili belədir yalnız (S.Vurğun); Məncə, ona inanmaq olmaz, kimi dindirirsən əyriliyindən dad çəkir (M.İbrahimov). DOĞRULUQ – YALANLIQ Çünki sözlərimizdə doğruluq var (S.Vurğun); Kəndçilər etdilər dübarə hücum; Yenə oldu yalanlığı məlum (M.Ə.Sabir).

    Azərbaycan dilinin antonimlər lüğəti / doğruluq

doğruluq sözünün rus dilinə tərcüməsi

  • 1 1. честность, верность, прямодушие, добросовестность; 2. правда, истина; 3. прямота;

    Azərbaycanca-rusca lüğət / doğruluq
  • 2 сущ. 1. верность, правильность чего-л. Tərcümənin doğruluğu верность перевода, cavabın doğruluğu правильность ответа, məlumatın doğruluğu правильность сведений, kimin sözünün doğruluğu верность слов чьих, кого 2. честность, правдивость (человека)

    Azərbaycanca-rusca lüğət / doğruluq

doğruluq sözünün inglis dilinə tərcüməsi

doğruluq sözünün fransız dilinə tərcüməsi

doğruluq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. дугъривал, дуьзгуьнвал, гьакъикъивал; михьивал, дуьзвал; 2. дуьзгуьнвал, герчеквал, гьакъикъатдив кьурвал (мес. гафунин, хабардин, жавабдин).

    Azərbaycanca-ləzgicə lüğəti / doğruluq

doğruluq sözünün türk dilinə tərcüməsi

"doğruluq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#doğruluq nədir? #doğruluq sözünün mənası #doğruluq nə deməkdir? #doğruluq sözünün izahı #doğruluq sözünün yazılışı #doğruluq necə yazılır? #doğruluq sözünün düzgün yazılışı #doğruluq leksik mənası #doğruluq sözünün sinonimi #doğruluq sözünün yaxın mənalı sözlər #doğruluq sözünün əks mənası #doğruluq sözünün etimologiyası #doğruluq sözünün orfoqrafiyası #doğruluq rusca #doğruluq inglisça #doğruluq fransızca #doğruluq sözünün istifadəsi #sözlük