Drezden sözü azərbaycan dilində

Drezden

Yazılış

  • Drezden • 99.6086%
  • drezden • 0.3914%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Drezden
Dresden (alm. Dresden‎, pol. Drezno, y.sorb Drježdźany, çex. Drážďany) — Almaniyanın Saksoniya əyalətinin paytaxtıdır. O Elba çayının və Erzgebirqe təpəliyinin kənarında yerləşir. Əhalisi 505.514 nəfər, sahəsi isə 328,30 km²-dır. Sahəsinə görə Berlin, Hamburq və Kölndən sonra Almaniyanın dördüncü ən böyük şəhəridir. Şəhərdə aparılan arxeoloji tədqiqatlar şəhər ərazisində hələ daş dövründə insanların yaşamasını göstərmişdir. Sənədlərdə isə Dresden ilk dəfə olaraq 1206-cı ildə qeyd olunur və bundan sonra şahlıq sarayına çevrilir. Dresden Saksoniya əyalətinin həm siyasi, həm də mədəni mərkəzi sayılır.
Drezden bombardmanı
Drezden bombalanması — Almaniyanın Drezden şəhərinin Amerika Hərbi Hava Qüvvələri və Kral Hərbi Hava Qüvvələri tərəfindən 1945-ci il 13 və 15 fevral arasında bombalanmasıdır. İkinci Dünya Müharibəsinin ən mübahisəli hadisələrindən biri hesab olunur. == Səbəbləri == II. Dünya müharibəsinin sonuna yaxınlaşarkən. Müttəfiq Qüvvələr Komandanlığı, SSRİ qoşunlarının şərqdən irəliləməsini asanlaşdırmaq üçün Almaniyanın stratejik və logistika bölgələrini bombalamaq və Alman qüvvələrinə daha bir problem yaratmaq istədi. Bunu həyata keçirmək üçün hədəflər seçildi. Hədəflər Berlində və ətrafdakı hərbi sursat fabriklərindən başqa, strateji əhəmiyyətli olmayan tarixi Drezden şəhərini də əhatə edirdi. == Nəticə == Fevralın 13-də başlayan hücum fevralın 15-dək davam etdi. Hücum başa çatanda Drezden tamamilə məhv edilməmişdi. Ancaq Müttəfiqlərin istifadə etdiyi bomba arasında bir fosfor bombası da var idi. Buna görə də, Drezden şəhəri bombalanma başa çatdıqdan sonraki günlərlə yandırıldı və məhv edildi.
Drezden bombardımanı
Drezden bombalanması — Almaniyanın Drezden şəhərinin Amerika Hərbi Hava Qüvvələri və Kral Hərbi Hava Qüvvələri tərəfindən 1945-ci il 13 və 15 fevral arasında bombalanmasıdır. İkinci Dünya Müharibəsinin ən mübahisəli hadisələrindən biri hesab olunur. == Səbəbləri == II. Dünya müharibəsinin sonuna yaxınlaşarkən. Müttəfiq Qüvvələr Komandanlığı, SSRİ qoşunlarının şərqdən irəliləməsini asanlaşdırmaq üçün Almaniyanın stratejik və logistika bölgələrini bombalamaq və Alman qüvvələrinə daha bir problem yaratmaq istədi. Bunu həyata keçirmək üçün hədəflər seçildi. Hədəflər Berlində və ətrafdakı hərbi sursat fabriklərindən başqa, strateji əhəmiyyətli olmayan tarixi Drezden şəhərini də əhatə edirdi. == Nəticə == Fevralın 13-də başlayan hücum fevralın 15-dək davam etdi. Hücum başa çatanda Drezden tamamilə məhv edilməmişdi. Ancaq Müttəfiqlərin istifadə etdiyi bomba arasında bir fosfor bombası da var idi. Buna görə də, Drezden şəhəri bombalanma başa çatdıqdan sonraki günlərlə yandırıldı və məhv edildi.
Drezden müqaviləsi
Drezden müqaviləsi — Polşa kralı və Saksoniya kurfyursti II Avqustla Danimarka-Norveç kralı IV Frederik arasında gənc İsveç kralı XII Karla qarşı barışıq müqaviləsi. Müqavilə 14 sentyabr 1699-cu idə Drezdendə imzalanmış və Şimal müharibəsinə hazırlıq məqsədi daşımışdır. == Müqavilənin əhəmiyyəti == 25 avqust 1699-cu ildə Danimarka kralı V Kristianın ölümündən taxta IV Frederik adı ilə onun böyük oğlu gəldikdən sonra sonuncu öz nümayəndəsi qraf Kristian fon Reventlovu gizli missiya ilə Drezdenə göndərmişdir. Kristian fon Reventlov kralın adından II Avqustla İsveç əleyhinə gizli ittifaq müqaviləsi imzalanmasına nail olmuşdur. Gənc qraf bu missiyanı elə məharətlə yerinə yetirmişdir ki, Polşa kral sarayında olan İsveç diplomatı Vellinq heç nədən şübhələnməmişdir.. elə həmin ilin noyabrında bu ittifaqa II Aqqustla Preobrajenskidə müqavilə imzalayan Rusiya hökmdarı I Pyotr da qoşulmuşdur. Maraqlıdır ki, II Avqust bu ittifaq müqaviləsini IV Frederiklə və I Pyotrla Polşa kralı kimi deyil, Saksoniya kurfyursti kimi imzalamışdır. Nəticədə Şimal müharibəsinin başlanmasına təkan verən üç tərəfli Şimal ittifaqı yaradılmışdır. Drezden müqaviləsi bir ildən az müddətdə qüvvədə olmuşdur, 1700-cü ilin avqustunda Danimarka İsveçlə separat Travendal sülhü bağlayaraq müharibədən çıxmışdır. == Mənbə == Анисимов Е. В. Реформы Петра Великого.
Drezden qəsri
Dezden qəsri və ya Kral sarayı (alm. Dresdner Residenzschloss və ya Dresdner Schloss‎) — Drezden şəhərində yerləşən ən qədim binalardan biridir. Dörd yüz il ərzində bu qəsr Vettin sülaləsinin Albertinlər xəttindən olan Saksoniya seçiciləri (1547–1806) və krallarının (1806–1918) iqamətgahı olmuşdur. Qəsr həm də Barokkodan-Neointibah memarlığına kimi müxtəlif üslubların bir binadan cəmlənməsi ilə məşhurdur. Bu gün qəsr binasından muzey kimi istifadə olunur və binada Tarixi və yeni Yaşıl otaq, Numizmatika kabineti, Estamp, Rəsm və Foto Kolleksiyası, Türk Ticarət Zalı ilə Cəbhəxana yerləşir. Həmçinin qəsrdə sənət kitabxansı və Drezden Dövlət Sənət Kolleksiyasının idarə ofisləri yerləşir. == Tarixi == Orijinalda Roman donjonu olan qəsr təxminən 1200-cü illərdə inşa edilmişdi. Hausmannsturm XV əsrin əvvəllərində inşa edilmişdi. 1468–1480-ci illərdə ustad memar Arnold fon Vestfalen tərəfindən əlavə edilmiş dörd qanad-bina ilə donjon qapalı konstruksiyaya çevrilmişdir. XVI əsrin ortalarında binaya edilmiş əlavələr intibah memarlığı üslubunda olmuşdu.
Frauenkirxa (Drezden)
Drezden şəhərindəki Frauenkirxa (alm. Frauenkirche zu Dresden‎, IPA-deˈ[fʁaʊənˌkɪʁçə], bina başlanğıcda Bizim Sevimli Ledi kilsəsi (alm. Kirche Unserer Lieben Frau‎) adı ilə tanınırdı) — Almaniyanın Saksoniya vilayətinin paytaxtı hesab edilən Drezden şəhərinin Noymarkt adlı meydanının tam mərkəzində yerləşən məşhur yevangelik-lüteran kilsəsi və şəhərin başlıca dominant və monumental tikilisidir. O protestant dini mərasim tikintisinin əsrarəngiz şəhadətnaməsi hesab edilir və ölçülərinə görə, Alp dağlarının şimalında ucaldılmış ən böyük daş kilsə günbəzinə malikdir. Tikildiyi zaman roma-katolik olmasına baxmayaraq, XV–XVI əsrlərdə katolik kilsəsinə qarşı başlanan və Reformasiya adı ilə tanınan dini etirazlar nəticəsində kilsə protestantların istifadəsinə verilmişdir. Barokko memarlıq ənənələri ilə ərsəyə gəlmiş hazırkı kilsə binası isə bilərəkdən protestant möminlərin ehtiyaclarını təmin etmək məqsədilə inşa edilmişdir. Frauenkirxa protestantların ən görkəmli və sakral abidəsi hesab olunur; ümumi layihəsi memar Georq Ber tərəfindən hazırlanmış kilsə özünün təkrarolunmaz silueti ilə şəhərin mənzərəsinə imperiallıq və təmtəraqlıq ab-havasını bəxş edir. İkinci dünya müharibəsi zamanı Drezdenin şiddətli bombalaması nəticəsində kilsə tamamilə məhv edilmişdir (şəhərin intensiv şəkildə bombalanması, "od fırtınası" adlanan fəlakətli atmosfer cərəyanının baş verməsinə səbəb olmuş və bunun nəticəsində də kilsə tamamilə çökmüşdür). Müharibədən sonra Şərqi Almaniya liderləri kilsənin xarabalıqlarını bərpa etməməyə və hərbi memorial abidə qismində qoruyub saxlamağa dair qərar qəbul edirlər. Kilsə Almaniyanın yenidən birləşməsindən sonra bərpa edilmişdir.
Zvinger (Drezden)
Zvinger (alm. Zwinger‎; tələffüzü — [ˈt͡svingæː]) — Drezden şəhərinin tarixi mərkəzində yerləşən saray-park kompleksi. Memar Matteus Daniel Pöppelmannın və heykəltaraş Baltazar Permozerin rəhbərliyi altında inşa olunmuş saray memarlıq, heykəltaraşlıq və rəssamlığın şah əsəri, Almaniyanın isə barokko üslubunda inşa edilmiş ən mühüm binalarından biri hesab edilir və məşhur Frauenkirxa kilsəsi ilə yanaşı, Drezdenin ən məşhur abidəsi sayılır. Abidənin adı onun yerləşdiyi yerlə bağlı əmələ gəlmişdir, orta əsrlərdə iç və bayır qala divarları arasında yerləşən ərazini Zvinger adlandırırdılar. Zvingerin əsası 1709-cu ildə Oranjereya və müxtəlif festivalların keçirilməsi üçün müvəqqəti ərazi qismində qoyulmuşdur. Onun təmtəraqlı pavilyonunu bəzəyən ballüstrada, fiqur və vaza elementləri, eləcə də əsas binalara parallel şəkildə uzanan möhtəşəm qalereyalar kurfürst I Fridrix Avqustun (onu həmçinin "Güclü Avqust" kimi də tanıyırdılar) əzəmətə və təbii ki hakimiyyət iddialarına doğru can atdığını göstərir. Kurfürstun orijinal konsepsiyasında, Zvinger Köhnə qəsrin yeni həyəti kimi Elba çayının sahilində yerləşəcəyi düşünülmüşdür, buna görə də Elba istiqamətində olan torpaq sahələri elə başlanğıcdan toxunulmayan ərazi kimi qorunub saxlanılırdı (əvvəlcədən qalın divarlarla hasarlanmışdır). Kurfürstün ölümündən sonra, Yeni qəsr binası üçün uzun illər tərtib olunan plan və eskizlər lazımsız əşya kimi atılır, barokko üslubuna olan moda azaldıqdan sonra isə, Zvinger sarayı özünün ilkin əhəmiyyətini itirməyə başlayır. Ancaq sonralar, yəni bir əsr kedikdən sonra memar Qottfrid Zemper çayın sahili boyunca gələcəkdə özünün adını daşıyacaq geniş qalereyaların tikintisinə başlayır və beləliklə də, boş qalmış ərazilər nəhayət ümumi vəhdət şəklində tamamlanır. 1855-ci ildə yüksək təbəqədən olan ictimaiyyət üçün açılmış Zemper qalereyası, XIX əsr Almaniyasının ən böyük muzey layihələrindən birinə çevrilir və məhz bu layihə XVIII əsrdən bəri genişlənən Zvinger sarayının geniş muzey kompleksinə çevrilməsinə imkan yaratdı.
Drezden Texniki Universiteti
Drezden Texniki Universiteti (alm. Technische Universität Dresden‎) — Almaniyanın Drezden şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1828-ci ildə qoyulmuşdur. == Xarici əlaqələri == Bu ali təhsil müəssisəsi Almaniyanın 9 aparıcı texniki ali məktəbinin birliyi olan TU9 ittifaqının üzvüdür.
Qızıl atlı (Drezden)
Drezden "Qızıl Atlı"sı (alm. Goldener Reiter‎) — Saksoniya və Polşa kürfürstü, Güclü Avqustun atlı heykəlidir. Abidə (alm. Augustusbrücke‎) körpüsü ilə (alm. Hauptstraße‎) küçəsi arasında (alm. Neustädter Markt‎) meydanında yerləşir. Abidədə Güclü Avqust roma zirehində əynində Polşa Krallığı istiqamətində at çaparkən təsvir edilmişdir. Güclü Avqustun atlı heykəli 1732–1734-cü illərdə heykəltaraş Lüdviq Videman tərəfindən misdən hazırlanmış və qızıl amalqamla örtülmüşdür. Fransız memarı (fr. Zacharias Longuelune) tərəfindən yaradılmış postamentin tikintisinə 1735-ci ildə başlanılıb.

drezden sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#drezden nədir? #drezden sözünün mənası #drezden nə deməkdir? #drezden sözünün izahı #drezden sözünün yazılışı #drezden necə yazılır? #drezden sözünün düzgün yazılışı #drezden leksik mənası #drezden sözünün sinonimi #drezden sözünün yaxın mənalı sözlər #drezden sözünün əks mənası #drezden sözünün etimologiyası #drezden sözünün orfoqrafiyası #drezden rusca #drezden inglisça #drezden fransızca #drezden sözünün istifadəsi #sözlük