* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 /ing. drumlin/ əsas moren materiallarından təşkil olunmuş uzunsov təpə. Onun uzun oxu buzlağın hərəkət istiqamətində uzanıb, küt, daha dik və yüksək ucu əks tərəfə yönəlmişdir. Yüksəkliyi 5-45 m eni 150-400 m, uzunluğu bir neçə yüz metrdən 25 km qədər və daha çox olur. D. Pleystosen örtük buzlaqlarının yayıldığı ərazilərdə qrup şəkilində təsadüf edilir / məs: Şərqi-Avropa düzənliyində/. друмлин drumlin
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / drumlin