duva sözü azərbaycan dilində

duva

Yazılış

  • duva • 50.0000%
  • Duva • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Duva xan
Duva xan (1282 – 1307) — Cığatay xanlığının xanı, Cığatay xanın törəməsi. == Həyatı == Buğa-Teymur xanın ölümündən sonra Duva xan onun yerinə Cığatay xanlığı hakimi məqamına gəlmişdir. Kaydu xanın yarlığı ilə Cığatay ulusunun başına keçən Duva xan, Barak xanın oğullarındandır. Onun səltənəti boyunca Cığatay xanlığı üst-üstə gələn təxribat, yağma və qətli-amların meydana gətirdiyi yaraları müalicə etməyə çalışmışdır. Duva xan harap şəhərləri təmir edərkən Əndican adında yeni bir şəhər qurmuşdur. Hər nə qədər bu imar-inşaat işləri Məsud bəy tərəfindən edilmiş və Kaydu xana bağlı olaraq yürütülmüşsə də, nəticə etibariylə öz xanlıq sahəsi Duva xan ilə hüzura kavuşmuştur. 1272-ci ildə Buxaranın təxribi sırasında yıxılan yerlər təkrar canlanmış, Abaqa zamanında təxrib edilən Məsudiyə mədrəsəsi yenidən inşa edilmişdir. Kubilay qaan bu dönəmdə Kaydu və Duva arasındakı ittifaqa qarşı ciddi bir təərrüzü gözə almamışdır. Bu durumdan istifadə edən Duva xan, Xorasan hüdudunu əmniyətə almış hətta Qəznə daxil Hindistana qədər olan bölgələri xanlığı sınırlarına daxil etmişdir. Ancaq Kubilayın törəmələrindən Olcaytu Teymur Qağanın diqqəti Kaydu ilə Duva arasındakı ittifaqa yönəlmişdir.
Duvan rayonu
Duvan rayonu (başq. Дыуан районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Mesyaqutovo kəndidir. Ufa şəhəhərindən 233 km məsafədə yerləşir. == Coğrafi yerləşməsi == Başqırdıstanın şimal-qərbində yerləşir. Rayonun ərazisi 3243 km² təşkil edir. Rayonun qərb və mərkəzi hissəsini Ufa platosu tutur. Burada hündürlük 517 metrə çatır. Ətəklər iynəyarpaqlı meşələrlə örtülüdür. Rayonun şərq hissəsində isə ağcaqayın meşələri yayılmışdır.
Duvaryan
Duvaryan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 33 nəfər 12 kişi, 21 qadındir. Əhali əsasən heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 8 km yolu piyada və ya atla getmək olar. == Etimologyası == Toponim tat dilindəki duvar (yoxuş, yamac) və an (burada “yer” deməkdir) sözlərindən ibarət olub, “yoxuşlu yer”, “maili yer” mənasını verir. Toponim yerləşdiyi coğrafi ərazini əks etdirir.
Harpactes duvaucelii
Harpactes duvaucelii (lat. Harpactes duvaucelii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin harpactes cinsinə aid heyvan növü.
Nina Duvakina
Nina Duvakina (rus. Нина Максимовна Дувакина, 2 fevral 1963, Sosnovka kəndi, Kemerovo vilayəti, Rusiya) — xakas şairi, yazıçısı, publisisti, tərcüməçi və naşiri, M.Qorki adına Ədəbiyyat İnstitutunun məzunu, Rusiya Yazıçılar Birliyinin üzvü. == Həyatı == Nina Maksimovna Duvakina 2 fevral 1963-cü ildə Kemorovo vilayətinin Sosnovka kəndində fəhlə ailəsində doğulmuşdur. Milliyyətcə xakas türküdür. İlk təhsilini doğulduğu kənddə almış, 1986-cı ildə Novosibirsk Elektrotexnika İnstitutunu bitirmişdir. İnstitutu bitirdikdən sonra Novosibirskdə (1980-1982), Altay vilayətinin Slavqorod rayoununda (1987-1988), Xakasiya Respublikasının Çernoqorsk şəhərində (1990-1996) şöbə müdiri, müxbir, müəssisə direktoru və başqa vəzifələrdə çalışmışdır. Xüsusilə, Xakasiyanın rusca yayınlanan “Çernoqorsk fəhləsi” (rus. Черногорский рабочий) qəzetinin müxbiri kimi fəaliyyət göstərdiyi dövrdə (1990-1996) ədəbi-publisistik yaradıcılığa daha çox bağlanmışdır. Abakanda “Rosa” (rus. Роса) nəşriyyatında redaktor işləmişdir (1996-1999).
Robert Duvall
Robert Duvall (5 yanvar 1931[…], San-Dieqo, Kaliforniya) — ABŞ-lı aktyor. == Həyatı == Duvall, ABŞ-nin Kaliforniya əyalətinin San Diyeqo şəhərində anadan olub. Anası aktrisa olmuşdur. Aktyorluq təhsilini New Yorkda | "Neighborhood Playhouse"(Qonşuluq Teatrı) Teatr Məktəbində aldı. Aktyorluq karieri üçün mübarizə edərkən bir ofisdə müdir olaraq işə girdi, amma bu işindən 6 ay sonra ayrıldı. Atası "William Howard Duvall", Amerika donanmasında admiral idi. Ailəsi mühafizəkar bir Metodist idi, özü də möhkəm İncil təqibçisidir. Özü bir qədər Amerikanın ən böyük aktyoru olaraq görülmüşdür. Ayrıca özü Hallivudun aksiyon krali olaraq görülür.2005-ci ildə isə prezident Buş özünə sənət medalı taxmışdır. Liberal və konstitusiyaya sadiq fikirləri vardır.
Rucervus duvaucelii
Rucervus duvaucelii (lat. Rucervus duvaucelii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin rucervus cinsinə aid heyvan növü.
Duvaqlı doqquzdon
Duvaqlı doqquzdon (lat. Lonicera involucrata) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.

"duva" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#duva nədir? #duva sözünün mənası #duva nə deməkdir? #duva sözünün izahı #duva sözünün yazılışı #duva necə yazılır? #duva sözünün düzgün yazılışı #duva leksik mənası #duva sözünün sinonimi #duva sözünün yaxın mənalı sözlər #duva sözünün əks mənası #duva sözünün etimologiyası #duva sözünün orfoqrafiyası #duva rusca #duva inglisça #duva fransızca #duva sözünün istifadəsi #sözlük