duzsuz sözü azərbaycan dilində

duzsuz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • duzsuz • 86.2069%
  • Duzsuz • 11.4943%
  • DUZSUZ • 2.2989%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi
Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi— == Haqqında == Gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli məqsədi ilə 2012-ci ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən, tərs osmos membranları ilə təchiz olunmuş və yüksək texnologiyaya əsaslanan zavod inşa edilmişdir. == Məqsəd == Zavodun tikilməsi ideyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur və Yer kürəsində təmiz suya olan tələbatın get-gedə artması fonunda regionda ən az şirin su ehtiyatına malik olan Azərbaycanda alternativ mənbələrin üzə çıxarılması, onlardan istifadənin təşkilində təcrübə əldə etmək məqsədilə pilot layihə kimi həyata keçirilmişdir. == İstehsal gücü == İlk mərhələdə ehtiyaclar nəzərə alınaraq zavodda dəniz suyundan sutkada 1000 kubmetr şirin su istehsal etmək üçün avadanlıq quraşdırılmışdır. 2016-cı ildə zavodun gücü əlavə tikinti-quraşdırma işləri aparmadan 2 dəfə artırılaraq sutkada 2000 kubmetrə çatdırılmışdır. Zavodda gələcəkdə az məsrəfli əlavə işlər görməklə alınan təmiz suyun həcmini 20 000 kubmetrədək çatdırılmasına imkan verəcək müvafiq infrastruktur yaradılmışdır. == Su tutumu == Dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilmiş, həcmləri 500 m³ və 200 m³ olan xüsusi örtüklə izolyasiya olunmuş 3 ədəd metal su çənləri quraşdırılmış, həcmi 500 m³ olan yeraltı dəmir-beton su anbarı, həcmi 150 m³, 500 m³, 2000 m³, 20000 m³ və 25000 m³ olan geotekstil membran örtüyü ilə izolyasiya olunmuş 6 ədəd su anbarları, avadanlıqların quraşdırıldığı 750 m² bina, 120 m² ofis binası və s. inşa edilmişdir. Eyni zamanda kompleksin inzibati strukturları yaradılmış və seçilmiş işçi heyətə müvafiq təlimlər keçirilmişdir. == Əlavə tədbirlər == Bundan başqa, 2012-ci ildə Şirvan kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün sutkada 2500 kubmetr gücündə qurğular inşa edilmiş və 2016-cı ildə onların istehsal gücü 2 dəfə artırılaraq 5000 kubmetrə çatdırılmışdır. Burada həcmi 500 m³ olan xüsusi örtüklə izolyasiya olunmuş metal su çəni qurulmuş, həcmi 2000 m³ olan yeraltı dəmir-beton su anbarı inşa edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.18 dəfə / 1 mln.
2010 •• 0.09
2011 •••••••• 0.43
2013 •••••••••• 0.58
2015 ••• 0.17
2020 •••••••••••••••••••• 1.19

duzsuz sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Duzu olmayan, duz vurulmamış, yaxud duzu az. Duzsuz xörək. Şorba yaman duzsuzdur. 2. məc. dan. Şit, bayağı, xoşagəlməz, qanısoyuq. Duzsuz adam. // Maraqsız, mənasız. İclas çox soyuq və duzsuz (z.) qurtardı. Ə.Vəliyev. Xüsusən axırıncı sözlər Bünyada çox duzsuz (z.) gəldi. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / duzsuz

duzsuz sözünün sinonimləri (yaxın mənalı sözlər)

duzsuz sözünün antonimləri (əks mənalı sözlər)

duzsuz sözünün rus dilinə tərcüməsi

  • 1 1. пресный, без соли, несоленый; 2. перен. неприятный;

    Azərbaycanca-rusca lüğət / duzsuz
  • 2 прил. 1. несолёный, пресный 2. перен. безвкусный 3. перен. неприятный, непривлекательный 4. перен. банальный, избитый

    Azərbaycanca-rusca lüğət / duzsuz

duzsuz sözünün inglis dilinə tərcüməsi

duzsuz sözünün fransız dilinə tərcüməsi

duzsuz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. кьел квачир, кьел вегьин тавунвай ва я тӀимил вегьенвай (мес. къафун); 2. пер. рах. шит, хушуниз текъвер, рикӀиз къайи (мес. кас); // кьел квачир, манасуз (мес. ихтилат).

    Azərbaycanca-ləzgicə lüğəti / duzsuz

"duzsuz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#duzsuz nədir? #duzsuz sözünün mənası #duzsuz nə deməkdir? #duzsuz sözünün izahı #duzsuz sözünün yazılışı #duzsuz necə yazılır? #duzsuz sözünün düzgün yazılışı #duzsuz leksik mənası #duzsuz sözünün sinonimi #duzsuz sözünün yaxın mənalı sözlər #duzsuz sözünün əks mənası #duzsuz sözünün etimologiyası #duzsuz sözünün orfoqrafiyası #duzsuz rusca #duzsuz inglisça #duzsuz fransızca #duzsuz sözünün istifadəsi #sözlük