dördgünlük sözü azərbaycan dilində

dördgünlük

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dördgünlük • 64.0625%
  • Dördgünlük • 35.9375%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dördgünlük müharibə
Aprel döyüşləri, Aprel müharibəsi və ya Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir, ancaq Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edir.Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin hesablamalarına görə, dörd gün davam edən döyüşlər zamanı həm hərbi, həm də mülki olmaqla təxminən 350 nəfərin həyatını itirdiyini açıqlamışdır. == Zəmin == Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi. Aprel döyüşlərinin başlanması barədə müxtəlif fikirlər vardır. Bəzi siyasi şərhçilərə görə, döyüşlərin əsl təşəbbüskarı Rusiya və ya Türkiyə idi. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2019-cu ildə verdiyi açıqlamada Aprel döyüşlərinə hazırlıqla bağlı məlumatı hərbi birləşmənin kəşfiyyatı verdiyini, lakin konkret hansı günlər hücum ediləcəyi barədə məlumatın olmasını bilmədiyini bildirib. == Döyüşlər == Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan aprelin 2-də erkən saatlarda Birləşmiş Ştatlarda Nüvə Təhlükəsizliyi Sammitindən evə qayıdırdılar, bu zaman təmas xəttinin şimal-şərq, şərq və cənub-şərq sahələrində genişmiqyaslı döyüşlər baş verdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.97 dəfə / 1 mln.
2003 •••• 1.57
2004 •••••••• 4.04
2005 ••• 1.35
2006 ••••••• 3.38
2007 •••• 1.90
2008 •••••• 2.68
2009 0.32
2010 ••••• 2.18
2011 ••• 1.29
2012 •• 0.86
2013 0.29
2015 0.17
2016 •• 0.69
2017 ••••••• 3.09
2018 ••• 1.50
2019 •••••••••••••••••••• 10.29
2020 ••• 1.19

dördgünlük sözünün leksik mənası və izahı

  • 1 sif. Dörd gün davam edən, dörd gün tələb edən. Dördgünlük səfər. Dördgünlük iş. // Dörd gün nəzərdə tutan, dörd gün üçün olan. Dördgünlük ehtiyat. Dördgünlük maaş.

    Azərbaycan dilinin izahlı lüğəti / dördgünlük

dördgünlük sözünün rus dilinə tərcüməsi

  • 1 четырехдневный, четырехдневка, на четыре дня

    Azərbaycanca-rusca lüğət / dördgünlük
  • 2 прил. четырёхдневный: 1. длящийся четыре дня. Dördgünlük ezamiyyət четырехдневная командировка, dördgünlük müddət четырехдневный срок 2. рассчитанный на четыре дня. Dördgünlük ehtiyat четырехдневный запас 3. возрастом в четыре дня (о ребёнке, детёныше)

    Azərbaycanca-rusca lüğət / dördgünlük

dördgünlük sözünün inglis dilinə tərcüməsi

dördgünlük sözünün fransız dilinə tərcüməsi

dördgünlük sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#dördgünlük nədir? #dördgünlük sözünün mənası #dördgünlük nə deməkdir? #dördgünlük sözünün izahı #dördgünlük sözünün yazılışı #dördgünlük necə yazılır? #dördgünlük sözünün düzgün yazılışı #dördgünlük leksik mənası #dördgünlük sözünün sinonimi #dördgünlük sözünün yaxın mənalı sözlər #dördgünlük sözünün əks mənası #dördgünlük sözünün etimologiyası #dördgünlük sözünün orfoqrafiyası #dördgünlük rusca #dördgünlük inglisça #dördgünlük fransızca #dördgünlük sözünün istifadəsi #sözlük