dövri sözü azərbaycan dilində

dövri

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dövri • 88.0935%
  • Dövri • 11.7582%
  • DÖVRİ • 0.1484%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dövri cədvəl
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu. Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi. Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.
Dövri enkoder
Dövri enkoder — mexaniki hərəkəti, bucaq yerdəyişməsini elektrik siqnalına çevirən elektromexaniki qurğudur. Onun göndərdiyi siqnal sayğac və ya proqramlaşdırılabilən məntiqi kontroller (ing. PLC) vasitəsilə oxuna bilir. Bu siqnal vasitəsilə kontroller vəziyyəti, sayı, sürəti və ya istiqaməti müəyyən edə və buna müvafiq əmri icra edə bilər, məsələn, müəyyən olunmuş nöqtəyə rəng vurma və ya müvafiq uzunluqdan sonra kəsmə.Dövri enkoderlər iş prinsipinə görə iki kateqoriyaya bölünürlər: mütləq və artan enkoderlər. Artan enkoderlərin hər mövqe üçün xüsusi göstəricisi yoxdur, onlar yalnız hərəkətin bir nöqtədən digərinə keçməsini göstərir. Mütləq enkoderlərin isə hər mövqe üçün ayrıca qiyməti var.
Dövri funksiya
Təbiətdə və texnikada bəzi proseslər periodik olaraq təkrar olunur. Periodik dəyişən kəmiyyətləri öyrənmək üçün dövri funksiya anlayışından istifadə olunur. Hər bir "x" ədədi ilə birlikdə "x-T" və "x+T" (T sıfırdan fərqli) ədədləri də "f" funksiyasının təyin oblastına daxildirlərsə və f ( x − T ) = f ( x ) = f ( x + T ) {\displaystyle f(x-T)=f(x)=f(x+T)} bərabərliyi ödənirsə, f funksiyasına dövrü T olan "dövri funksiya" deyilir. 0 (sıfır) istənilən funksiyanın dövrüdür. Dövrü "0" olan funksiyalar maraqlı deyil. Ona görə də T-ni sıfırdan fərqli qəbul edilir. Dövri funksiyanın tərifi aşağıdakı teoremlərlə alınır. == Teoremlər == === Teorem 1: === "T" ədədi "f" funksiyasının dövrüdürsə "(-T)" ədədi də "f" funksiyasının dövri olur. === Teorem 2: === "T1" və "T2" ədədləri f funksiyasının dövrüdürsə T1+T2 və T1-T2 ədədləri də f funksiyasının dövrü olur. === Teorem 3: === T ədədi f funksiyasının dövrüdürsə, n istənilən tam ədəd olduqda "nT" ədədi də f funksiyasının dövrüdür.
Dövri mətbuat
Dövri mətbuat — müəyyən vaxt ardıcıllığı ilə çap edilən nəşrlər; kütləvi informasiya və təbliğatın əsas vasitələrinin ümumi adı. Dövri mətbuata qəzet, jurnal, dövri məcmuələr, bülletenlər və s. aid edilir. == Əsas xüsusiyyətləri == Dövri mətbuatın əsas xüsusiyyətləri onun müəyyən edilmiş vaxtda müntəzəm çıxması, bütün nömrələrin eyni ad daşıması, illik nömrə və cildlərin sıra ilə artması, redaktorun və ya redaksiya heyətinin rəhbərliyi ilə buraxılmasıdır; əlavə xüsusiyyətləri: jurnallar üçün – dövriliyi (həftəlik, iki həftədən bir, aylıq, rüblük), hər ildə yeni nömrələrlə çıxması, çap vərəqlərinin qatlanaraq tikilməsi; qəzetlər üçün – dövriliyi (gündəlik, həftədə üç dəfə, həftəlik), illik nömrə ardıcıllığı, iriformatlı kağızdan istifadə, tikilmədən çap olunması və sairədir. == Dövri mətbuatın əsas məqsədi == Sosial və siyasi mübarizənin, elmi bilikləri yaymağın, maarif və mədəniyyəti inkişaf etdirməyin, ictimai rəyi və dünyagörüşünü formalaşdırmağın qüdrətli silahı olan mətbuatın xalq kütlələrinin maarifləndirilməsində, milli iqtisadiyyat və mədəniyyətin inkişafında rolu getdikcə artır. Kapitalist formasiyasının məhsulu olan mətbuatın beş əsrdən artıq tarixi var. O, birdən-birə indiki mərhələyə gəlib çatmamışdır, uzun və mürəkkəb yol keçmişdir. Mətbuat informasiya alıb və vermək üçün yarandığından, onun digər bir adı kütləvi informasiya vasitəsidir. Mətbuat vasitəsi ilə informasiyanı ictimaiyyətə çatdırmaqda məqsəd bunlardır: • İctimai rəyi formalaşdırmaq; • Xalqı maarifləndirmək; • Elm və tərəqqinin yolunu açmaq; • Mətbuatın inkişafı və tərəqqiyə mane olan qüvvələrə qarşı mübarizəsi və s. == Tarixi == Dövri mətbuat deyəndə ilk növbədə qəzetin yada düşməsi də təsadüfi deyildir.
Dövri qanun
Dövri qanun — 1869-cu ildə Dmitri Mendeleyev tərəfindən o dövrdə məlum olan kimyəvi elementlərin xassələri və onların atom kütlələrinin qiymətləri müqayisə edilərkən kəşf edilmiş əsas təbiət qanunu. == Təriflər == Dövri qanunun kəşfindən sonra Dmitri Mendeleyev iki il onun tərtibini təkmilləşdirdi və nəhayət, aşağıdakı formada rəsmiləşdirdi (1871): Atom fizikası və kvant kimyasının inkişafı ilə Dövri Qanun ciddi nəzəri əsas əldə etdi. C.Rıdberqin (1897), A.Van den Brukun (1913), Q.Mozelinin (1913) klassik əsərləri sayəsində elementin sıra (atom) nömrəsinin fiziki mənası açılmışdır. Daha sonra kimyəvi elementlərin atomlarının nüvələrinin yükləri artdıqca elektron strukturunun dövri dəyişməsi üçün kvant mexaniki modeli yaradılmışdır. Hal-hazırda D. I. Mendeleyevin Dövri Qanunu aşağıdakı formadadır: Dövri qanunun digər fundamental qanunlar arasında özəlliyi ondan ibarətdir ki, onun riyazi tənlik şəklində ifadəsi yoxdur. Dövri qanun Kainat üçün universaldır: məşhur rus kimyaçısı N.D.Zelinskinin obrazlı şəkildə qeyd etdiyi kimi, dövri qanun “kainatdakı bütün atomların qarşılıqlı əlaqəsinin kəşfi” idi. Qanunun qrafik (cədvəl) ifadəsi Mendeleyev tərəfindən işlənmiş kimyəvi elementlərin dövri sistemidir. Ümumilikdə dövri sistemin təsvirinin bir neçə yüzvariantı (analitik əyrilər, cədvəllər, həndəsi fiqurlar və s.) təklif edilmişdir. == Tarixi == Kimyəvi elementlərin təbii təsnifatı və sistemləşdirilməsi üçün əsasların axtarışı Dövri Qanunun kəşfindən çox əvvəl başlamışdır. Bu sahədə ilk dəfə işləyən təbiət alimlərinin qarşılaşdıqları çətinliklər eksperimental məlumatların olmaması ilə əlaqədar idi: XIX əsrin əvvəllərində məlum kimyəvi elementlərin sayı az idi və atomun qəbul edilən dəyərləri çoxlu elementlərin kütlələri yanlışdır.
Dövri cədvəl bloku
=== Bloklar === Bəzən, Atomların malik olduğu axırıncı elektronu hansı xarici elektron təbəqədə yerləşidiyinə görə dövrü cədvəli bloklara bölürlər. S-bloku ilk iki qrupu, yəni qələvi metallar və qələvi torpaq metallar, həmçinin hidrogen və helium elementlərini əhatə edir, P-bloku axırıncı altı qrupu (BNTKİ klassifikasiyası üzrə 13-dən 18-dək, amerikan sistemi üzrə IIIA-dan VIIIA-dək), digər elementlərdən əlavə bütün metalloidləri əhatə edir, D-bloku BNTKİ klassifikasiyası üzrə 3-dən 12-dək, amerikan sistemi üzrə IIIB-dan IIB-dək olan qruplardakı keçid metalları əhatə edir F-bloku adətən cədvəldən kənara çıxarılan lantanoidlər və aktinoidlərdən ibarətdir.
Dövri cədvəl dövrü
Dövri cədvəl dövrü - Dövr elementlərin üfüqi istiqamətdə dövri sistemdə yerləşməsidir. Hidrogen atomu və ya qələvi metalla başlayıb, təsirsiz qazla qurtarır.
Dövri cədvəl qrupu
Dövri cədvəl qrupu - Qrup elementlərin şaquli sütunuda yerləşməsidir. Eyni qrupda yeləşən elementlərin elektron quruluşu və kimyəvi xassələri eynidir. İki yerə ayrılır: Əsas və əlavə yarımqrup elementləri.
Dövri ikilik kod
Dövri ikilik kod (cyclic binary code) – ədədlərin ikilik təsvirində hər bir ədədin özündən qabaqkından yalnız bir mərtəbədə fərqlənməsi. İkilik 0 və 1 rəqəmlərinə əsaslansa da, dövri ikilik ədədlər adi ikilik ədədlərdən fərqlənir. Dövri ədədlər Morze koduna çox oxşayan kod əmələ gətirir, adi ikilik ədədlər isə həqiqi qiymətləri ikilik say sistemində göstərir. Dövri ikilik kodda ardıcıl ədədlər yalnız bir mərtəbədə fərqləndiyindən, onlardan ölçü proseslərində xətaları minimuma endirmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dövri sistemin beşinci periodu
5-ci period elementləri — beşinci periodda yerləşən elementlərdir. Bu periodda 8 element yerləşir.
Dövri sistemin birinci periodu
1-ci period elementləri — birinci periodda yerləşən elementlərdir. Bu periodda 2 element yerləşir: Hidrogen və Helium. == Xarici keçidlər == Bloch, D. R. Organic Chemistry Demystified. McGraw-Hill Professional. 2006. ISBN 0-07-145920-0.
Dövri sistemin dördüncü periodu
4-cü period elementləri — dördüncü periodda yerləşən elementlərdir. Bu periodda 18 element yerləşir.
Dövri sistemin ikinci periodu
2-ci period elementləri — ikinci periodda yerləşən elementlərdir. Bu periodda 8 element yerləşir.
Dövri sistemin 10-cu qrupu
Dövri sistemin 10-cu qrupu — periodik cədvəldə 10-cu qrupda yerləşən elementlərdir. Bu qrupda 4 element yerləşir. == Ədəbiyyat == Ахметов Н. С. Общая и неорганическая химия. — М.: Высшая школа, 2001. — ISBN 5-06-003363-5. Лидин Р. А.. Справочник по общей и неорганической химии. — М.: КолосС, 2008. — ISBN 978-5-9532-0465-1.
Dövri sistemin 11-ci qrupu
Dövri sistemin 11-ci qrupu — periodik cədvəldə 11-ci qrupda yerləşən elementlərdir. Bu qrupda 4 element yerləşir. == Xarici keçidlər == Greenwood, Norman N.; Earnshaw, Alan (1997). Chemistry of the Elements (2nd ed.). Butterworth-Heinemann. ISBN 0-08-037941-9.
Dövri sistemin 12-ci qrupu
Dövri sistemin 12-ci qrupu — periodik cədvəldə 12-ci qrupda yerləşən elementlərdir. Bu qrupda 4 element yerləşir. == Biblioqrafiya == CRC contributors. David R. Lide (redaktor). Handbook of Chemistry and Physics (87th). Boca Raton, Florida: CRC Press, Taylor & Francis Group. 2006. ISBN 0-8493-0487-3.
Dövri sistemin 13-cü qrupu
Dövri sistemin 13-cü qrupu - periodik cədvəldə 13-cü qrupda yerləşən elementlərdir. Bu qrupda 6 element yerləşir. Bu qrupa bəzən "Bor yarımqrup elementləri" də deyilir.
Dövri sistemin 14-cü qrupu
Dövri sistemin 14-cü qrupu — periodik cədvəldə 14-cü qrupda yerləşən elementlərdir. Bu qrupda 6 element yerləşir.
Dövri sistemin 3-cü qrupu
Dövri sistemin 3-cü qrupu — periodik cədvəldə 3-cü qrupda yerləşən elementlərdir. Bu qrupda 4 element yerləşir. == Ədəbiyyat == Emsley, John. Nature's building blocks: an A-Z guide to the elements. US: Oxford University Press. 2001. ISBN 0-19-850341-5.
Dövri sistemin altıncı periodu
6-cı period elementləri — altıncı periodda yerləşən elementlərdir. Bu periodda Lantanoidlərlə birlikdə 32 element yerləşir.
Dövri sistemin səkkizinci periodu
7-ci period elementləri — yeddinci periodda yerləşən elementlərdir. Bu periodda Aktinoidlərlə birlikdə 32 element yerləşir.
Dövri sistemin yeddinci periodu
7-ci period elementləri - yeddinci periodda yerləşən elementlərdir. Bu periodda Lantanoidlərlə birlikdə 32 element yerləşir. Perioddakı elementlərin hamısı Radioaktiv elementlərdir. Periodda Yer kürəsində təbii halda ən ağır element olan Uran elementi yerləşir.
Dövri sistemin üçüncü periodu
3-cü period elementləri — üçüncü periodda yerləşən elementlərdir. Bu periodda 8 element yerləşir.
Kimyəvi elementlərin dövri cədvəli
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu. Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi. Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.
Kimyəvi elementlərin dövri sistemi
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu. Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi. Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.
Azərbaycanın pul dövriyyəsi tarixi
== Qədim dövlətlərimizdəki pullar == Arxeoloji tədqiqatlar nəticəsində, dəfinə və tək şəkildə aşkar edilmiş numizmatik materialların analizi Azərbaycan ərazisində pul dövriyyəsinin e.ə. VII-VI əsrlərdə yaranmasını təsdiq edir. Y. A. Paxomovun fikrincə, Albaniya ərazisində pul dövriyyəsi e.ə. III əsrin əvvəllərində meydana çıxmışdır. Burada dövr edən pullar Makedoniyalı İskəndərin adından Suriya, Mesopotamiya və Kiçik Asiyada zərb edilmiş gümüş draxma və tetradraxmalar olmuşdur. E.ə. III əsrin sonu – II əsrin əvvəllərində Albaniyada pul-əmtəə münasibətlərinin inkişafı ilə əlaqədar olaraq sikkələrə tələbat artdığından yerli zərbxanalar fəaliyyətə başlamışdır. Yerli zərbxanalarda Makedoniyalı İskəndərin sikkələrinə oxşar gümüş sikkələr zərb edilmişdir. Bu sikkələr bədii baxımdan zəif tərtib edilmiş, sikkənin üzərində Makedoniyalı İskəndərin portreti, arxa tərəfində isə Zevsin kobud təsviri verilmişdir.Sonrakı dövrlərdə Albaniyanın pul dövriyyəsində Selevki, Frakiya, Viflniya, Pont, Baktriya, Afina sikkələrindən də istifadə edilmişdir. E.ə.
Bağlı dövriyyəli televiziya
Qapalı dövriyyəli televiziya (ing. Closed-Circuit Television və ya CCTV) kameraların görüntü siqnallarını müəyyən bir yerə ötürdükləri bir sistem.Televiziyadan ən vacib fərq siqnalın hər kəsə açıq formada ötürülməməsidir. Bir sözlə, CCTV banklar, şirkətlər və hava limanları kimi obyektlərin istifadəsi üçün nəzərdə tutulmuş bir televiziya sistemidir. Həm də müəyyən bir ərazinin görüntüsünün müəyyən monitorlara verildiyi bir ekran sistemi kimi düşünmək olar. CCTV-nin əvvəllər eksperimental istifadəsi olsa da, bu gün ümumiyyətlə təhlükəsizlik məqsədilə quraşdırılır.CCTV sistemi CCTV kameralar, linzalar, rəqəmsal videorekorderlər və monitorlardan ibarətdir. CCTV sisteminin ən vacib xüsusiyyəti görüntülərin zamanla mütənasib şəkildə qeyd edilməsidir. == Tarixçəsi == İlk ticarət məqsədli CCTV sistemi ABŞ-da 1949-cu ildə Vericon tərəfindən elan edilmişdir. İlk bağlı dövriyyəli televiziyalarının ən böyük problemi, video görüntülərin çəkilməsinin mümkün olmaması idi. Bu da öz növbəsində, monitorların daimi olaraq bir operator tərəfindən izlənilməsini tələb edirdi. Video qeyd yalnız 1970-ci illərdə videomaqnitofon (VCR) çıxdıqdan sonra mümkün oldu.
Dövri sistemin 4-cü qrupu
Dövri sistemin 4-cü qrupu — periodik cədvəldə 4-cü qrupda yerləşən elementlərdir. Bu qrupda 4 element yerləşir.
Dövri sistemin 5-ci qrupu
Dövri sistemin 5-ci qrupu - periodik cədvəldə 5-ci qrupda yerləşən elementlərdir. Bu qrupda 4 element yerləşir. Qrupun ilk elementi Vanadiumdur.
Dövri sistemin 6-cı qrupu
Dövri sistemin 6-cı qrupu — periodik cədvəldə 6-cı qrupda yerləşən elementlərdir. Bu qrupda 4 element yerləşir. == Xarici keçidlər == "ITIA Newsletter" (PDF). International Tungsten Industry Association. June 2005. 2011-07-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2008-06-18. "ITIA Newsletter" (PDF). International Tungsten Industry Association. December 2005.
Dövri sistemin 7-ci qrupu
Dövri sistemin 7-ci qrupu — periodik cədvəldə 7-ci qrupda yerləşən elementlər. Bu qrupda 6 element yerləşir. Bunlar aşağıdakılardır: H F Cl Br I At == Ədəbiyyat == Ахметов Н. С. Общая и неорганическая химия. — М.: Высшая школа, 2001. — ISBN 5-06-003363-5. Лидин Р. А.. Справочник по общей и неорганической химии. — М.: КолосС, 2008. — ISBN 978-5-9532-0465-1. Некрасов Б. В. Основы общей химии.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 9.44 dəfə / 1 mln.
2002 •••••••••••• 13.70
2003 •••••••••••••••••••• 23.23
2004 •••••••••• 11.12
2005 ••••••••• 9.45
2006 •••••••• 8.78
2007 •••••• 6.34
2008 •••••••••• 11.21
2009 ••••••••••••• 14.40
2010 •••••••• 9.08
2011 •••••• 6.78
2012 •••••••••••• 12.91
2013 •••••• 6.42
2014 •••••• 6.86
2015 ••••• 5.44
2016 ••••••• 7.64
2017 •••••••• 9.27
2018 ••••••••• 10.04
2019 ••••••• 7.37
2020 •••••••••• 11.40

dövri sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. bax dövrəvi. Dövri hərəkət. 2. Müəyyən vaxtlarda çıxan. Dövri mətbuat. 3. Vaxtdan-vaxta təkrar edən, müəyyən vaxtlarda (dövrlərdə) baş verən; vaxtaşırı. Xəstəliyin dövri tutmaları.

    Azərbaycan dilinin izahlı lüğəti / dövri

dövri sözünün rus dilinə tərcüməsi

  • 1 1. периодический; 2. оборотный, круговращательный;

    Azərbaycanca-rusca lüğət / dövri
  • 2 прил. 1. периодический: 1) закономерно повторяющийся. Dövri hərəkət периодическое движение, dövri sistem периодическая система, dövri qızdırma периодическое нагревание 2) происходящий через определённые промежутки времени; периодичный. Dövri tutmalar периодические приступы 3) выходящий из печати через определенные промежутки времени. Dövri mətbuat периодическая печать, dövri nəşr периодическое издание 2. оборотный, круговой. Dövri rəqqas физ. оборотный маятник 3. циклический, цикличный (совершающийся циклами). Təbiətdə dövri proseslər циклические процессы в природе; dövri kəsr мат. периодическая дробь

    Azərbaycanca-rusca lüğət / dövri

dövri sözünün inglis dilinə tərcüməsi

  • 1 s. periodic(al); ~ mətbuat periodical press; ~ cədvəl periodical table; elementlərin ~ sistemi kim. periodic system of ele ments; ~ kəsr riyaz. recurring / repeating decimal

    Azərbaycanca-ingiliscə lüğət / dövri

dövri sözünün fransız dilinə tərcüməsi

dövri sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. 1. кил. dövrəvi; 2. тайин вахтара акъатдай (мес. печать; газетар, журналар); 3. вахт-вахтунлай тикрар жедай; вахт-вахтунда жедай.

    Azərbaycanca-ləzgicə lüğəti / dövri

dövri sözünün türk dilinə tərcüməsi

dövri sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

DÖVRİ(YYƏ) ə. müəyyən dövrə aid olan.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"dövri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dövri nədir? #dövri sözünün mənası #dövri nə deməkdir? #dövri sözünün izahı #dövri sözünün yazılışı #dövri necə yazılır? #dövri sözünün düzgün yazılışı #dövri leksik mənası #dövri sözünün sinonimi #dövri sözünün yaxın mənalı sözlər #dövri sözünün əks mənası #dövri sözünün etimologiyası #dövri sözünün orfoqrafiyası #dövri rusca #dövri inglisça #dövri fransızca #dövri sözünün istifadəsi #sözlük