* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••••••• | 17.13 |
2003 | ••••••••••••••• | 17.32 |
2004 | ••••••••••• | 13.14 |
2005 | •••••••••••• | 13.50 |
2006 | •••••••••• | 11.26 |
2007 | •••••••••• | 11.42 |
2008 | •••••••••• | 11.21 |
2009 | ••••••••••• | 12.64 |
2010 | ••••••••• | 10.71 |
2011 | ••••••••••••• | 15.10 |
2012 | •••••••••••••••• | 18.93 |
2013 | •••••••••••• | 14.15 |
2014 | ••••••••••••••••••• | 22.48 |
2015 | •••••••••••••••• | 18.54 |
2016 | ••••••••••••• | 15.10 |
2017 | •••••••••••••••••••• | 24.06 |
2018 | •••••••••••••••• | 18.58 |
2019 | •••••••••• | 11.96 |
2020 | ••••••••••••••••• | 19.89 |
1 is. 1. Çevrə, dairə. Təkərin dövrəsi. 2. Ətraf, həndəvər, yan; bir şeyin dışarıdan və ya içəridən dörd tərəfi. Dağın dövrəsi. – [Bəhram Saraya:] Sən mənim şəmimsən və mən pərvanə kimi daima dövrəndə fırlanmağa hazıram. C.Cabbarlı. Binanın dövrəsində qarovul gəzirdi. M.İbrahimov. Vətəgənin dövrəsində yoğunlu-nazikli borular basdırılıb, aralarında qamış çəpər çəkilmişdi. M.Rzaquluzadə. 3. Misdən, gildən və s.-dən qayrılmış böyük yastı qab, yaxud iri boşqab. Mis dövrə. – [Tubu:] [Gülnisə] bir az düyü arıtla, atana bir dövrə südlü yayma bişir. Ə.Haqverdiyev. Təzə samovar bütün servizi ilə, boşqablar, dövrələr, podnoslar, lampalar, güzgülər və bir neçə qablar … cehiz adı ilə atası qızına verəcəkdir. R.Əfəndiyev. 4. xüs. Arasıkəsilməz silsilə təşkil edən elementlərin birləşməsindən ibarət qurğu. Elektrik dövrəsi. Telefon dövrəsi. 5. Yarışın, hər bir iştirakçının ancaq bir dəfə çıxış etməsinə imkan verən hissəsi; tur. Festivalın birinci dövrəsi. İdman yarışının axırıncı dövrəsi. // Mərhələlərlə keçirilən bir işin gedişində ayrıca mərhələ, pillə, dövr. Seçkilərin birinci dövrəsi. 6. Bir-biri ilə bağlı olan hadisələrin, şeylərin və s.-nin məcmusu, bir şeyin ardıcıl silsiləsi, sikl. İncəsənətə dair mühazirələr dövrəsi. ◊ Dövrə dolanmaq – bax dövrə vurmaq 2-ci mənada. Rüstəm addım-addım qayanın başına dörd dövrə dolandıqdan sonra, bir də geri dönüb yoldaşlarla xısınlaşdı. S.Rəhimov. Dövrə vurmaq – 1) bax dövrə vurub (qurub) oturmaq. Gəlinin rəfiqələri isə çarpayının yanında dövrə vurmuşdular. M.Hüseyn. Bir tonqal qalayıb vurdular dövrə. M.Seyidzadə; 2) dövrə gəzmək, dolanmaq, aylanmaq, dövr etmək. Nemətullayev fırlanıb evi dörd dövrə vurdu. Axırda Sübhanverdizadənin çarpayısına yaxınlaşıb döşəkdən yapışdı. S.Rəhimov. Aşıq gülürdü, oxuyurdu, nəşə ilə oynaya-oynaya dövrə vururdu. M.Hüseyn. Bir ağsaçlı qadın idi ortalıqda dövrə vuran. N.Rəfibəyli; 3) fırlanmaq, dolanmaq. Maşın bir dəfə dövrə vurub dayandı. Ə.Vəliyev. Dövrə vurub (qurub) oturmaq – dairə şəklində oturmaq, yan-yana oturub dairə təşkil etmək. Amma hamı dövrə vurub, yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. “M.N.lətif.”. Adamlar sıra ilə deyil, dövrə vurub oturmalı idilər. H.Sarabski. Gənclər bir azdan sonra, meşənin ağacları qırılmış meydan kimi düzənlik bir yerində yaşıl otlar üstündə dövrə vurub oturdular. Ə.Sadıq. Dövrəsini almaq – dövrəyə almaq, ətrafına cəmləşmək. Hamı Tərlanın dövrəsini aldı. M.Hüseyn. Qızlar yüyürüb cəld Aynanın dövrəsini aldılar. Ə.Məmmədxanlı. Dövrəyə almaq – əhatə etmək, mühasirə etmək, dörd tərəfinə yığışmaq, ətrafına yığışmaq. Yoldaşlarından bir dəstəsi İkramın çarpayısını dövrəyə alıb durmuşdu. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / dövrə1 DÖVRƏ I is. [ fars. ] Dərin nimçə. Bu dəfə onun əlində içi plov dolu dövrə vardı (Ə.Cəfərzadə). DÖVRƏ II is. [ fars. ] Ətraf. Səyyarələr Alfanın dövrəsində dolanar (N.Gəncəli). DÖVRƏ III is. [ fars. ] Tur. Şahmat yarışlarının ikinci dövrəsi başlanmışdı.
Azərbaycan dilinin omonimlər lüğəti / dövrə2 I сущ. 1. круг, окружность. Təkərin dövrəsi окружность колеса 2. цикл 3. диал. глубокая тарелка 4. связь. цепь. Elektrik dövrəsi электрическая цепь, dövrəni açma размыкание цепи 5. тур. Yarışların birinci dövrəsi первый тур соревнований, seçkilərin birinci dövrəsi первый тур выборов II в знач. послел. dövrəsində kimin, nəyin вокруг, кругом кого, чего. Tonqalın dövrəsində вокруг костра, evin dövrəsində вокруг дома, mənim dövrəmdə вокруг меня; dövrə vurmaq: 1. совершать, совершить круг; 2. окружать, окружить кого-л., что-л.; dövrəyə almaq kimi, nəyi брать, взять в кольцо, окружать, окружить кого, что; dövrəsini almaq kimin, nəyin окружать, окружить; плотно обступать, обступить кого, что
Azərbaycanca-rusca lüğət / dövrə1 i. 1. circumference; yer kürəsinin ~si the circumference of the earth; ~ vurmaq to go* round, to sit* round, to gather round; Uşaqlar tonqalın ətrafında dövrə vurub oturdular The children sat round the fire; 2. el. electric circuit; 3. large plate made of copper; 4. id. lap; axırıncı ~ (qaçış yolunda və s.) last lap
Azərbaycanca-ingiliscə lüğət / dövrə1 is. cercle m, rotation f ; yer kürəsinin ~si la révolution f de le Terre
Azərbaycanca-fransızca lüğət / dövrə1 сущ. 1. элкъвер, элкъвей цӀар (са куьнин къерех тирвал); təkərin dövrəsi чархунин элкъвер; 2. элкъвер, элкъвез-элкъвез къваларив гвай чкаяр, кьуд пад, къвал-къерех, невегьар; 3. цурукай, хъенчӀикай ва мс. раснавай ири кьулу къаб ва я ири бушкъаб; 4. хуьс. электр. цепь; 5. элкъвер, тур; 6. цикл; ** dövrə dolanmaq кил. dövrə vurmaq б); dövrə vurmaq а) кил. dövrə vurub (qurub) oturmaq; б) чарх ягъун, чархар яз къекъуьн, элкъуьн, цӀар илитӀун (мес. кӀвалелай); в) элкъуьн; dövrə vurub (qurub) oturmaq чарх яна ацукьун, элкъвей цӀар хьиз ацукьун, къвал-къвалаз яна элкъвена ацукьун; dövrəsini almaq элкъуьрна цӀарцӀе ттун, элкъвез-элкъвез кӀватӀ хьун (са куьнин къерех тирвал); dövrəyə almaq элкъуьрна цӀарцӀе ттун, элкъуьрна юкьва ттун.
Azərbaycanca-ləzgicə lüğəti / dövrəf. 1) ətraf, tərəf(lər); 2) dərin nimçə. Dövrei-təhsil təhsil illəri.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti