* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Döşəyin üstündən salınan ağ; mələfə. [İsmayılzadə] nazik yun yorğanları qaldırıb bir-bir döşəkağılarına baxdı… M.Hüseyn. [Qərənfil] çarpayıya təzə döşəkağı çəkdi. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / döşəkağı2 DÖŞƏKAĞI (döşəyin üstünə sərilən ağ) Gülnisə o biri otaqdan təzə döşəkağı gətirib, divar boyu qoyulmuş yeganə çarpayını rahladı (İ.Əfəndiyev); AĞ (dan.) [Firəngiz:] Əgər çirkli paltarın varsa yığışdır, yorğan-döşəyin ağını da çıxaracağam (B.Bayramov); DÖŞƏKÜZÜ Təzə döşəküzü gətirib bu dəm; Anam çarpayıda yer açdı mənə (Z.Xəlil); MƏLƏFƏ Gəlib gördülər ki, Mülayim kişini həyətdə daş qalağının yanında uzanıb, üstündə mələfə çəkiblər (H.Abbaszadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / döşəkağı2 I сущ. простыня. Kətan döşəkağı полотняная простыня II прил. простынный. Döşəkağı parçası простынная ткань
Azərbaycanca-rusca lüğət / döşəkağı