dünyalar sözü azərbaycan dilində

dünyalar

Yazılış

  • dünyalar • 89.7260%
  • Dünyalar • 10.2740%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çoxlu dünyalar təfsiri
Kvant mexanikasının təfsirlərindən biri olan Çoxlu Dünyalar təfsirinə görə reallığın özü olaraq bütün kainat üçün yeganə və universal bir dalğa funksiyası mövcuddur. Bu universal dalğa funksiyası hər şeyin dalğa funskiyası olaraq, bildiyimiz dünyamızdakı bütün ehtimalları və hətta bunun xaricində təkmilləşməsi mümkün bütün dünyaları ehtiva etməkdədir. Çoxlu Dünyalar təfsiri, hər kəsin fərqli bir ssenaridə alternativ qərarlarla hərəkətə keçdiyi incoherent reallıq fikrini daşıyır. Buna görə hər fərqli qərarla budaqlanan dünya, hər ehtimalın var olduğu sonsuz sayda paralel dünyalar təşkil edir. Bu təfsir ilk dəfə Prinston Universitetində bir doktorluq tələbəsi olan Hugh Everett III tərəfindən 1957-ci ilində irəli sürüldü. Nəzəriyyə illər sonra eyni universitetdən Max Tegmark tərəfindən təfsiri dəstəkləyən kvant intiharı və kvant ölümsüzlüyü təcrübəsi ilə birgə populyarlıq qazandı.
Sizi dünyalar qədər sevirdim
Sizi dünyalar qədər sevirdim — filmi rejissor Rasim İsmayılov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Filmin çəkilişlərində Belarus və Zaqafqaziya hərbi dairələrinin qoşunları iştirak etmişlər. Film Azərbaycan xalqının rəşadətli oğlu, igid sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandırır. Film tarixi, döyüş, bioqrafik, müharibə janrındadır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Ramiz Novruzov, Viktor Tarasov, Aleksandr Denisov, Şahmar Ələkbərov ifa edirlər. == Məzmun == Burada hadisələr I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir...
Sizi dünyalar qədər sevirdim (film, 1985)

Dünyaların müharibəsi
Dünyaların savaşı — 1898-ci ildə Herbert Uells tərəfindən qələmə alınmış roman. İngilis yazıçısı və alimi Herbert Uells uşaq yaşlarından elmə və ədəbiyyata böyük maraq göstərmişdir. 17 yaşında ikən Kral Elmi Cəmiyyətinin kollecində təhsil alan Herbert 25 il sonra bu cəmiyyətin prezidenti seçilmişdi. Elmi-fantastik janrın inkişafında yeni mərhələ açan "Dünyaların savaşı" əsəri 1898-ci ildə yazılmışdır. Romanda yadplanetlilərin Yer kürəsinə hücumu təsvir olunur. Hadisələr London və onun ətrafında cərəyan edir.
Dünyaların müharibəsi (radiotamaşa)
"Dünyaların müharibəsi" — Orson Uells tərəfindən yaradılan "The Mercury Theatre on the Air" radiodram antologiyasına aid radiotamaşa. 30 oktyabr 1938-ci il tarixində Hellovin epizodu kimi Columbia Broadcasting System radioşəbəkəsi tərəfindən yayımlanmışdır. Radiotamaşa Herbert Uellsin "Dünyaların müharibəsi" (1898) romanı əsasında yaradılmışdır. Efirə verildiyi zaman izləyicilərin sayının az olmasına baxmayaraq, radiotamaşa ABŞ əhalisində kütləvi panikaya səbəb olmuşdur. == Süjet xətti == 1938-ci ilin Hellovin bayramı ərəfəsində "Mercury Theatre" radiodramının aktyorları Herbert Uellsin "Dünyaların müharibəsi" romanını özlərinin 1 saatlıq radioproqrammına daxil etmək qərarına gəlmişdilər. Ardınca eyniadlı radiotamaşanın efirə gedəcəyi barədə anons verilmişdir. Anons zamanı romanın proloqunu Orson Uells gələcəkdən gəlmiş insan obrazında səsləndirmişdir. Radiotamaşada hadisələr 1939-cu ilin Nyu-Cersisində cərəyan edir. Saatın əvvəlində artistlərdən biri radiotamaşanın başlamasını elan etmiş, bundan sonra hava proqnozu, daha sonra "Ramon Rakello və orkestri"nin (əslində orkestrə Bernard Herman rəhbərlik etmişdir) konserti başlamışdır. Tezliklə musiqinin səsi Marsın səthində qəribə partlayışların müşahidə olunması xəbərilə kəsilir.
Dünyaların savaşı
Dünyaların savaşı — 1898-ci ildə Herbert Uells tərəfindən qələmə alınmış roman. İngilis yazıçısı və alimi Herbert Uells uşaq yaşlarından elmə və ədəbiyyata böyük maraq göstərmişdir. 17 yaşında ikən Kral Elmi Cəmiyyətinin kollecində təhsil alan Herbert 25 il sonra bu cəmiyyətin prezidenti seçilmişdi. Elmi-fantastik janrın inkişafında yeni mərhələ açan "Dünyaların savaşı" əsəri 1898-ci ildə yazılmışdır. Romanda yadplanetlilərin Yer kürəsinə hücumu təsvir olunur. Hadisələr London və onun ətrafında cərəyan edir.
Dünyaların ən yaxşıları
Dünyaların ən yaxşıları (ing. Worlds Finest) – “Supergörl” teleserialının CBS telekanalında yayımlanmış birinci mövsümünün 28 mart 2016-cı ildə efirə verilmiş on səkkizinci seriyası. Seriyanın ssenarisi Endryu Kraysberq və Maykl Qrassi tərəfindən yazılmış, rejissor kürsüsüni isə Nik Qomez tutmuşdur. Seriyada The CW telekanalında yayımlanan “Fleş” teleserialının (həmçinin Qreq Berlanti və Endryu Kraysberq tərəfindən yaradılmış və inkişaf etdirilmişdir) əsas personajı iştirak etmiş və beləliklə də, “Dünyaların ən yaxşıları” Ox Kainatı personajının iştirak etdiyi ilk “Supergörl” seriyası, Barri Allen isə serialın The CW telekanalına keçməsindən əvvəl “Supergörl”də rol almış ilk personaj olmuşdur. Seriyanın hadisələri “Fleş” teleserialının II mövsümünün “Versus Zoom” adlı seriyası ilə əlaqəlidir. Seriyada Melissa Benoyst daha əvvəl “Xor” serialında birlikdə rol aldığı Barri Allen rolunun ifaçısı Qrant Qastinlə yenidən birləşmişdir. Seriya, Supermenin Fleş də daxil olmaqla digər DC qəhrəmanları ilə bir komandada birləşdiyi “World's Finest Comics” seriyasından ilhamlanaraq yaradılmışdır. == Məzmunu == Kara özünü Ceymslə necə aparmağı bilmir, Ket ona daha passiv mövqe tutub Ceymsin müstəqil qərar verməsinə imkan yaratmağı məsləhət görür. O, həm də qırmızı kriptonitin təsiri altında etdiklərinə görə şəhər sakinlərinin gözündə günahını necə yumağı bilmir. Heç kimin ona kömək edə bilməyəcəyini anlayan Şivon D.E.O.-nu tərk edir, lakin, qəzəbi onu işdən çıxarılmasına görə qisas almaq üçün yenidən işə gələrək Karanı öldürməyə məcbur edir.

"dünyalar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dünyalar nədir? #dünyalar sözünün mənası #dünyalar nə deməkdir? #dünyalar sözünün izahı #dünyalar sözünün yazılışı #dünyalar necə yazılır? #dünyalar sözünün düzgün yazılışı #dünyalar leksik mənası #dünyalar sözünün sinonimi #dünyalar sözünün yaxın mənalı sözlər #dünyalar sözünün əks mənası #dünyalar sözünün etimologiyası #dünyalar sözünün orfoqrafiyası #dünyalar rusca #dünyalar inglisça #dünyalar fransızca #dünyalar sözünün istifadəsi #sözlük