düyünlü sözü azərbaycan dilində

düyünlü

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • düyünlü • 83.9623%
  • Düyünlü • 15.0943%
  • DÜYÜNLÜ • 0.9434%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Düyünlü qırxbuğum
Düyünlü qırxbuğum (lat. Polygonum nodosum) - qırxbuğum cinsinə aid bitki növü.
Düyünlü zob
Düyünlü zob və ya qalxanabənzər vəzin düyünləri — adətən normal qalxanabənzər vəz daxilində əmələ gələn düyünlərdir (toxuma və ya mayenin yüksəlmiş sahələri). Onlar hiperplastik və ya şiş ola bilər. Qalxanabənzər vəzin şişlərinin yalnız kiçik bir hissəsi bədxassəli olur. Zobda kiçik, asimptomatik düyünlər tez-tez rast gəlinir və çox vaxt nəzərə çarpmır.Böyüyən və ya simptomlar yaradan düyünlər tibbi yardıma ehtiyac duya bilər. Zob uninodulyar — bir düyünlü, multinodulyar — çox düyünlü - və diffuz ola bilər. == Simptomları == Çox vaxt qalxanabənzər vəzin toxumasının bu anormal böyümələri onun kənarında yerləşir və boğazda bir parça kimi hiss edilə bilər. Böyük olduqda, bəzən boynun ön hissəsində qabar kimi görünə bilərlər. Bəzən düyünlü zob tiroid kisti adlanan maye ilə dolu boşluq şəklində özünü göstərir. Çox vaxt bərk komponentlər maye ilə qarışır. Qalxanabənzər vəzin kistləri çox vaxt xoşxassəli olur və bəzən bədxassəli bərk komponentləri ehtiva edən degenerasiyalı tiroid adenomaları nəticəsində yaranır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.29 dəfə / 1 mln.
2007 ••••• 0.42
2009 •••• 0.32
2011 0.09
2015 •• 0.17
2017 ••••••• 0.65
2018 •••• 0.30
2019 ••••••••• 0.83
2020 •••••••••••••••••••• 1.99

düyünlü sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Düyünü, ya düyünləri olan. İlanlar fışıldayır kol-koslar arasından; Ayağa dolaşan düyünlü kəndir kimi. S.Rüstəm. 2. Bir parçanın və s.-nin içinə qoyulub düyünlənmiş. Papağının içindən əsgiyə düyünlü açarları çıxardır. S.S.Axundov. 3. məc. Dolaşıq, mürəkkəb, çətinliklərlə dolu. Ağbulaq kolxozu … ölüm-dirimin düyünlü və döngəli yollarından keçib bu yüksəlişə çatmışdır. S.Rəhimov. 4. məc. Dərdli, ürəyi dağlı. Bu növcavan ilqarında doğrudur; Dərd əlindən düyünlüdür, dağlıdır. (Qoşma). [Abbas:] Sevdiyim əyninə geyibdi ağı; Çəkibdi sinəmə düyünlü dağı. “Abbas və Gülgəz”. Telli deyir: dörd bir yanım bağlıdır; Sinəm üstü düyünlüdür, dağlıdır. “Qaçaq Nəbi”.

    Azərbaycan dilinin izahlı lüğəti / düyünlü

düyünlü sözünün sinonimləri (yaxın mənalı sözlər)

düyünlü sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DÜYÜNLÜ – AÇIQ İlanlar fışıldayır kol-koslar arasından; Ayağa dolaşan düyünlü kəndir kimi (S.Rüstəm); Simon yol açıqdır, gedə bilərsən (B.Vahabzadə). DÜYÜNLÜ – ŞAD Sevdiyim əyninə geyibdi ağı; Çəkibdi sinəmə düyünlü dağı (“Abbas və Gülgəz”); Ürəkdən şadam ki, elə oğlunuz var (Ə.Vəliyev). DÜYÜNLÜ – YASLI İndi elimizin toylu-düyünlü günləri başlayır (M.Süleymanlı); Yaslı gəlinlərin, yaslı qızların; Ahından əridi dağların qarı (S.Vurğun).

    Azərbaycan dilinin antonimlər lüğəti / düyünlü

düyünlü sözünün rus dilinə tərcüməsi

  • 1 узловатый, сучковатый

    Azərbaycanca-rusca lüğət / düyünlü
  • 2 прил. 1. узловатый (имеющий узлы). Düyünlü kəndir узловатая верёвка, düyünlü şistlər геол. узловатые сланцы, düyünlü qızartı венер. узловатая эритема, düyünlü tikiş хирург. узловатый шов 2. бугристый (неровный, негладкий, с буграми). Düyünlü ovuclar бугристые ладони, düyünlü fillik мед. бугристая слоновость 3. сучковатый. Düyünlü oduncaq сучковатая древесина 4. мед. туберозный. Düyünlü miksedema туберозная микседема; düyünlü yazı лингв. узловое письмо (применение шнурков с узлами для счета, учета и т.п., используемое некоторыми народами, не имеющими письменности)

    Azərbaycanca-rusca lüğət / düyünlü

düyünlü sözünün inglis dilinə tərcüməsi

düyünlü sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. тӀвал(ар) алай (мес. еб); 2. тӀвал гана ягълухдик ва мс. кутунвай; 3. тӀур(ар) алай, тӀурар авай (мес. кьул); 4. пер. штӀухар алай, акахьай, гзаф четин, четинвилеривди ацӀанвай; 5. пер. дертлу, рикӀе тӀал авай.

    Azərbaycanca-ləzgicə lüğəti / düyünlü

"düyünlü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#düyünlü nədir? #düyünlü sözünün mənası #düyünlü nə deməkdir? #düyünlü sözünün izahı #düyünlü sözünün yazılışı #düyünlü necə yazılır? #düyünlü sözünün düzgün yazılışı #düyünlü leksik mənası #düyünlü sözünün sinonimi #düyünlü sözünün yaxın mənalı sözlər #düyünlü sözünün əks mənası #düyünlü sözünün etimologiyası #düyünlü sözünün orfoqrafiyası #düyünlü rusca #düyünlü inglisça #düyünlü fransızca #düyünlü sözünün istifadəsi #sözlük