* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Düyün edib bağlamaq, düyün vurmaq, düyün halına gətirmək. İpləri bir-birinə düyünləmək. – O əllər məkik atmaqdan, … odun kəsməkdən, ya da nazik qırıq ipək saplarını düyünləməkdən, cəhrə dolandırmaqdan, lülə sarımaqdan qabar olub ağaca dönmüşdür!… Ə.Əbülhəsən. Qadın bu pullara həsrətlə baxdı və nəhayət, onların beşini götürüb çarqatının ucuna düyünlədi. P.Makulu. 2. Bir sıra tərkiblərdə işlənir: əllərini düyünləmək – bax əl. Yumruğunu düyünləmək – bax yumruq. Qaşlarını düyünləmək – bax qaşlarını çatmaq (“qaş”da). 3. məc. Dərd olmaq, dağlandırmaq (bu mənada xalq ədəbiyyatında adətən “sinə” sözü ilə bərabər işlənir). Təbib olsam, yaraların bağlaram; Sinəm üstə düyünlərəm, dağlaram. Aşıq Ələsgər. [Kərəm:] Dərdim, sinəm düyünlərəm, dağlaram; Ağ geymərəm, qaraları bağlaram. “Əsli və Kərəm”. Bir xalın bənd edib aşiqi bağlar; Bir xalın sinəmi düyünlər, dağlar. S.Rüstəm.
Azərbaycan dilinin izahlı lüğəti / düyünləmək1 DÜYÜNLƏMƏK – AÇMAQ Qadın bu pullara həsrətlə baxdı və nəhayət, onların beşini götürüb çarqatının ucuna düyünlədi (A.Makulu); Göyçək durub qapını açdı (Ə.Vəliyev).
Azərbaycan dilinin antonimlər lüğəti / düyünləmək2 глаг. завязывать, завязать: 1. nəyi сделать узел, соединить и закрепить концы чего-л. узлом 2. давать, дать начало; образовывать, образовать плод; yumruğunu düyünləmək сжимать, сжать кулак; qaşlarını düyünləmək насупливать, насупить брови
Azərbaycanca-rusca lüğət / düyünləmək1 гл. 1. тӀвал гун, тӀвал ягъун, тӀвал гана кутӀунун, акалун (мес. епер сад-садахъ); 2. пер. дерт хьун, рикӀин тӀал хьун, ттагъ илисун; ** əllərini düyünləmək кил. əl; yumruğunu düyünləmək кил. yumruq; qaşlarını düyünləmək кил. qaş (qaşlarını çatmaq).
Azərbaycanca-ləzgicə lüğəti / düyünləmək