düzəngah sözü azərbaycan dilində

düzəngah

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • düzəngah • 84.3750%
  • Düzəngah • 9.3750%
  • DÜZƏNGAH • 6.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.09

düzəngah sözünün leksik mənası və izahı

  • 1 is. Düz, düzən, düzənlik. Yolun o tərəf-bu tərəfi göz işlədiyi qədər düzəngahdır. – …Çıxaq bir uca dağın başına; baxıb görəcəgik ki, dörd bir ətrafdan göy yapışıb yerə və baxıb görəcəgik ki, yerin üzü meydan kimi bir düzəngahdı. C.Məmmədquluzadə. Binə kəndindən Saray bağlarının ətəyinədək uzanan düzəngaha Təmənnis deyərdilər. H.Sarabski.

    Azərbaycan dilinin izahlı lüğəti / düzəngah

düzəngah sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 DÜZƏNGAH “Görüblər” əhvalatı Şehlidən ətraf kəndlərə, hətta qarlı hündür dağları aşaraq Qarabağın bozaq düzəngahlarına da çatdı (S.Rəhimov); DÜZƏN Yaşıl düzəndə bir kənd... kirəmitli daxmalar... Əziz qonaq gəlibdir təravətli ilk bahar (M.Rahim); ARAN [Qəndab:] Obamızın camaatı, yerindən-yurdundan əl çəkmiş kimi, heç şeyə məhəl qoymurdu, elliklə köçüb getmək, aran yerlərində məskən salıb əkib-biçmək haqqında düşünürdü (B.Bayramov); ÇÖL Mən səhər ala qaranlıqdan çöllərdə işləmişdim (M.İbrahimov); DÜZ Şahin: Qarşıdakı düzdən keçib böləni aşanda bulağın üstünə enəcəyik (B.Bayramov); DÜZƏNLİK Görürəm çiçək açır Kür-Araz düzənliyi (Ə.Cəmil); DÜZLÜK Araz Şeydaya: Sizin bu mədənlərdə düzlükdən başqa bir şey var? (A.Şaiq); QIR (köhn.) Cənnət qoxan qırlar, əngin obalar; Bir atlasdır, yaşıl ucu görünməz (A.Şaiq); YASTANA Firəngiz sinə aşağı enəndə ceyran bulağının üstündəki yastanaya xeyli adam toplaşdığını gördü (B.Bayramov); YASAMAL.

    Azərbaycan dilinin sinonimlər lüğəti / düzəngah

düzəngah sözünün rus dilinə tərcüməsi

düzəngah sözünün inglis dilinə tərcüməsi

düzəngah sözünün ləzgi dilinə tərcüməsi

düzəngah sözünün türk dilinə tərcüməsi

"düzəngah" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#düzəngah nədir? #düzəngah sözünün mənası #düzəngah nə deməkdir? #düzəngah sözünün izahı #düzəngah sözünün yazılışı #düzəngah necə yazılır? #düzəngah sözünün düzgün yazılışı #düzəngah leksik mənası #düzəngah sözünün sinonimi #düzəngah sözünün yaxın mənalı sözlər #düzəngah sözünün əks mənası #düzəngah sözünün etimologiyası #düzəngah sözünün orfoqrafiyası #düzəngah rusca #düzəngah inglisça #düzəngah fransızca #düzəngah sözünün istifadəsi #sözlük