düşərgəsinə sözü azərbaycan dilində

düşərgəsinə

Yazılış

  • düşərgəsinə • 99.0663%
  • Düşərgəsinə • 0.9337%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məğazi qaçqın düşərgəsinə aviazərbələr
Məğazi qaçqın düşərgəsinə aviazərbələr — 7 oktyabr 2023-cü ildə HƏMAS–İsrail müharibəsinin başlamasından bəri İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında yerləşən Məğazi qaçqın düşərgəsinə endirdiyi aviazərbələr. 17 oktyabr 2023-cü il tarixində İsrail qüvvələri Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Məğazi qaçqın düşərgəsindəki məktəbə hava zərbəsi endirmişdir. Hücum nəticəsində UNRWA-nın əməkdaşları da daxil olmaqla 6 nəfər həlak olmuş, onlarla insan yaralanmışdır. Məktəb binasına ciddi ziyan dəymişdir. 5 noyabr 2023-cü ildə İsrail Müdafiə Qüvvələri Qəzzə zolağının mərkəzində yerləşən Məğazi qaçqın düşərgəsinə hava zərbəsi endirmişdir. Qəzzə Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti qadın və uşaqlar olmaqla azı 45 nəfər həlak olmuşdur. İDF düşərgənin İsrailin hava hücumu ilə vurulduğunu təsdiqləməmiş və aviazərbələr "xüsusi kəşfiyyata əsaslanan, xüsusən də terrorçu elementlərə qarşı zərbələr" olduğunu bildirmişdir. 6 dekabr 2023-cü ildə, saat 21:00 radələrində İsrail qüvvələri Bərkət Vaz ərazisində yerləşən yaşayış binasını bombalamış, əksəriyyəti uşaq olmaqla 18 fələstinli həlak olmuş, 20 nəfər yaralanmışdır. 24 və 25 dekabr 2023-cü il tarixlərində İsrail qüvvələri düşərgəni bombalamışdır. Hücum nəticəsində 100-dən çox insan həlak olmuşdur.
Şati qaçqın düşərgəsinə aviazərbələr
Şati qaçqın düşərgəsinə aviazərbələr — 9 oktyabr 2023-cü il tarixində HƏMAS–İsrail müharibəsinin bir hissəsi olaraq İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzzə zolağında yerləşən Şati qaçqın düşərgəsinə aviazərbələri. Hücumlar nəticəsində dörd məscidi dağıdılmış, içəridə olan insanlar həlak olmuşdur. Düşərgədə 90 mindən çox qaçqının yaşayır və bu, Qəzzənin üçüncü ən böyük qaçqın düşərgəsidir. 12 oktyabrda 13 nəfərin ölümü ilə nəticələnən ikinci aviazərbə həyata keçirilmişdir. Şati düşərgəsi 1948-ci ildə Ərəb–İsrail müharibəsi zamanı İsrail qüvvələri tərəfindən qaçan və ya qovulan təxminən 23,000 fələstinli üçün yaradılmışdır. Buraya kanalizasiya sistemi, sağlamlıq mərkəzi və 23 məktəb (17 ibtidai, 6 orta) daxildir. 0,52 km² ərazisi ilə 2023-cü ilə qədər dünyanın ən sıx məskunlaşmış yerlərindən biri olmuşdur. "HƏMAS"ın Qəzza zolağından İsrailin cənubunu işğal etməsindən sonra İsrail Qəzzə zolağında müxtəlif ərazilərə aviazərbələr endirmişdir. Şati aviazərbələri zamanı dörd məscid – Qərbi məscidi, Yasin məscidi və Susi məscidi vurulmuşdur. Peyk çəkilişlərinə görə hamısı məhv edilmiş və yerli xəbərlər içəridə naməlum sayda insanın öldüyünü bildirnişdir.
Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbələr (2023–2024)
Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbələr — 9 oktyabr 2023-cü il tarixindən etibarən HƏMAS–İsrail müharibəsinin bir hissəsi olaraq İsrail Müdafiə Qüvvələrinin (IDF) Cəbəliyyə qaçqın düşərgəsinin HƏMAS və digər silahlı qruplar üçün qala olduğunu iddia edərək orada həyata keçirdiyi aviazərbələr. Qəzzənin sıx məskunlaşmış Cəbəliyyə düşərgəsində 31 oktyabrda həyata keçirilmiş aviazərbələr nəticəsində altmışdan çox insan həlak olmuş, bazarın çox hissəsi dağıdılmışdır. Növbəti gün aviazərbə nəticəsində 45 nəfər həlak olmuş, yaşayış kompleksinin bir hissəsi dağıdılmışdır. 31 may 2024-cü ildə İDF Cəbəliyyədən geri çəkilmişdir. Fələstin rəsmiləri qaçqın düşərgəsinin 70%-nin dağıdıldığını bildirmişdir. İsrail hərbçiləri Fələstinin reaktiv yaylım atəşi sistemlərini və 10 kilometrdən çox yeraltı tunelləri məhv etdiyini, həmçinin yeddi israilli girovun cəsədini çıxardıqlarını elan etmişdilər.
Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbə (31 oktyabr 2023)
31 oktyabr 2023-cü ildə Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbələr və ya Cəbəliyyə düşərgəsi qətliamı — İsrail Müdafiə Qüvvələrinin 31 oktyabr 2023-cü il tarixində Qəzza zolağındakı Cəbəliyyə qaçqın düşərgəsinin bombalaması. İsrailin Qəzzəyə hücumu zamanı həyata keçirilən aviazərbə əsasən qadın və uşaqlar olmaqla 120-dən çox insanın ölümünə səbəb olmuşdur. Bu, geniş şəkildə qınanmışdır. Hadisə müharibə cinayəti hesab edilir. Cəbəliyyə qaçqın düşərgəsi çox sıx məskunlaşmışdır və evakuasiya əmrinə baxmayaraq, sosial şəbəkələrdə yayılan videolarda çoxlu sayda mülki şəxsin düşərgədə qaldığı göstərilir. Düşərgə HƏMAS–İsrail müharibəsi zamanı İsrailin çoxsaylı hava hücumlarının hədəfi olmuşdur. Qəzzə Səhiyyə Nazirliyinin məlumatına görə, aviazərbə nəticəsində yüzdən çox insan dağıntılar altında qalmışdır. İndoneziya Xəstəxanası bildirmişdir ki, ölənlərin çoxu qadın və uşaqlardır. Qəzzə Zolağı Daxili İşlər Nazirliyi düşərgənin "tamamilə dağıdıldığını", ilkin hesablamalara görə 400-ə yaxın yaralı və ya ölü olduğunu bildirmişdir. İMQ sözçüsü Daniel Haqari İsrail qırıcılarının qaçqın düşərgəsinə hücum etdiyini təsdiqləmiş, və hücumun "Əl-Əqsa fırtınası" əməliyyatına rəhbərlik edən "HƏMAS" komandirinin, onlarla fələstinli yaraqlının öldürüldüyünü və Fələstin tunellərini məhv etdiyini bildirmişdir.

Oxşar sözlər

#düşərgəsinə nədir? #düşərgəsinə sözünün mənası #düşərgəsinə nə deməkdir? #düşərgəsinə sözünün izahı #düşərgəsinə sözünün yazılışı #düşərgəsinə necə yazılır? #düşərgəsinə sözünün düzgün yazılışı #düşərgəsinə leksik mənası #düşərgəsinə sözünün sinonimi #düşərgəsinə sözünün yaxın mənalı sözlər #düşərgəsinə sözünün əks mənası #düşərgəsinə sözünün etimologiyası #düşərgəsinə sözünün orfoqrafiyası #düşərgəsinə rusca #düşərgəsinə inglisça #düşərgəsinə fransızca #düşərgəsinə sözünün istifadəsi #sözlük